Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3532/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər:apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya instansiyası məhkəməsinin məcburi göstərişləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadından X7 nümayəndəsinin (vəkilinin) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı2 ilə Cavabdeh MTK arasında 18 mart 2008-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, 24 iyun 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X3 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128.2 kv.m. sahəsi olan X5 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilmişdir.
2. İddiaçı1 ilə Cavabdeh MTK arasında 18 mart 2008-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, 24 iyun 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X3 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,9 kv.m. sahəsi olan X5 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı1 payı hesab edilmişdir.
3. Maraqlı şəxs1 ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Maraqlı şəxs1 verməyi, Maraqlı şəxs1 isə mənzilin 170 000 manat razılaşdırılan dəyərini ödəməyi öhdələrinə götürmüş, mənzilin dəyərini tam ödəməsi barədə Maraqlı şəxs1 həmin tarixdə kassa mədaxil qəbzi verilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin və həmin yaşayış binasının 12-ci mərtəbəsində sahəsi 238,1 kv.m. olan dördotaqlı mənzilin X9 adına rəsmiləşdirilməsi, həmin mənzillərin Cavabdeh MTK və X6 tərəfindən boşaldılaraq X9 istifadəsinə verilməsi qət olunmuşdur.
5. İddiaçı1, X4 və İddiaçı3 Cavabdeh MTK-ya (MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binadan 120 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı3 təhvil verilməsi, İddiaçı1 həmin binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin təhvil verilərək onun həmin mənzilə köçürülməsi, İddiaçı2 binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin təhvil verilərək onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 18 mart 2008-ci il tarixində, İddiaçı3 25 oktyabr 2010-cu il tarixində MTK ilə müqavilələr bağlamış, müqavilələrin 1.1-ci bəndində qeyd edilmişdir ki, 24 iyun 2005-ci il tarixli müqaviləyə və X3 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 120 kv.m olan pulu tam ödənilmiş qeyri-yaşayış sahəsi İddiaçı3, binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 184,5 kv.m. sahəsi olan pulu tam ödənilmiş mənzil X1, binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 128,2 kv.m sahəsi olan pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilsin. Həmin müqavilələrə əsasən hər üç iddiaçı MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın müqavilədə qeyd olunan daşınmaz əmlakın mülkiyyətçiləri hesab edilirdilər. Baxmayaraq ki, Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında Cavabdeh MTK tərəfindən çoxmərtəbəli binanın inşaatı ilə bağlı işlər tamamlanıb və artıq binaya elektrik xətləri, su kəmərləri, kanalizasiya xətləri (stoyakları) və digər vacib kommunal xətlər quraşdırılıb, onlara məxsus olan mənzillərə və qeyri-yaşayış sahəsinə onları buraxmırlar və maneələr törədirlər. MTK tərəfindən həmin mənzillərin təhvil verilməsi ilə bağlı arayışları təqdim edilməmişdir, bundan əlavə olaraq suni maneələr törədərək iddiaçılara öz mənzillərindən istifadə etməyə imkan vermirlər. MTK tərəfindən iddiaçılara məxsus olan mənzillərin qapıları və qapıların açarları dəyişdirilərək və digər hərəkətlərlə maneələr törədilir. Dəfələrlə bu cür maneələrin aradan qaldırılması ilə bağlı MTK-ya müraciət olunsa belə, bu müraciətlərə cavabdeh məhəl qoymamışdır. Həmin binada artıq 7 ailə mənzillərini təmir edərək oraya köcüb və 20 ailə faktiki olaraq hazırda mənzillərini təmir edir. Hər bir iddiaçının müqaviləsində xüsusilə qeyd edilib ki, daşınmaz əmlakın satış məbləği tam olaraq ödənilib.
7. İddiaçıların nümayəndəsi ərizə verərək İddiaçı3 iddia tələbi hissəsində iddia ərizəsinin geri qaytarılmasını və həmin hissədə iddianın baxılmamış saxlanılmasını xahiş etdiyindən, məhkəmənin 23 fevral 2021-ci il il tarixli qərardadı ilə iddianın sözügedən hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
8. Sonradan iddiaçıların nümayəndələri (vəkilləri) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, MTK tərəfindən İddiaçı1 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyularaq həmin mənzilin təhvil verilməsi və İddiaçı1 mənzilə köçürülməsi, İddiaçı2 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyularaq həmin mənzilin təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmənin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı1 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı2 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 128,2 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı2 həmin mənzilə köçürülməsi qət olunmuşdur.
10. Həmin qətnamədən işdə iştirak etməyə cəlb olunmayan, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu bildirən X9 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin və həmin yaşayış binasının 12-ci mərtəbəsində sahəsi 238,1 kv.m. olan dördotaqlı mənzilin X9 adına rəsmiləşdirilməsinin, həmin mənzillərin Cavabdeh MTK və X6 tərəfindən boşaldılaraq X9 istifadəsinə verilməsinin qət olunduğunu, sözügedən mənzillərin təmsil etdiyi şəxsə təhvil verildiyini, məhkəmənin isə işini hallarını hərtərəfli araşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən (qətnamənin İddiaçı1 iddia tələbi ilə bağlı hissəsindən) X9 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya baxışından çıxarılaraq, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması, əgər qətnamə maraqlarına toxunmursa şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 21 aprel 2021-ci il tarixli qətnaməsindən Nov Alexsanderin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
13. Həmin qərardaddan Nov Alexsanderin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin olunmuş, qərardad ləğv edilərək mülki iş, Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 21 aprel 2021-ci il tarixli qətnaməsindən Nov Alexsanderin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
15. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, X9 nümayəndəsi tərəfindən qətnamənin Nov Aleksandrın maraqlarına toxunduğunu təsdiq edən heç bir sübut apellyasiya şikayətinə əlavə olunmamışdır.
16. Həmin qərardaddan Nov Alexsanderin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
17. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 357. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
19. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
20. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
21. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya baxışının həddi
22. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
24. Belə ki, həmin qərardadında apellyasiya instansiyası məhkəməsi qətnamənin “İddiaçı1 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı1 həmin mənzilə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, sözügedən mənzilin X9 lehinə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsində göstərilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzillə eyni mənzillər olub-olmadığı aydınlaşdırıldıqdan sonra Nov Aleksandr qətnamənin müvafiq hissəsindən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanına bilər.
25. Məhz bu səbəblə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin qərardadın əsaslandırıcı hissəsində şərh olunanları nəzərə almaqla X9 lehinə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsində göstərilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin, onun hazırda mübahisələndirdiyi qətnamə əsasında İddiaçı1 hüququnun tanındığı mənzillə eyni olub-olmadığını aydınlaşdırdıqdan sonra qətnamənin Nov Aleksandrın hüquq və vəzifələrinə toxunub-toxunmadığına qərar verməlidir.
26. Birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadında şərh olunan göstərişlərə yenə də əməl etməmiş, Cavabdeh MTK-ya göndərdiyi sorğulara cavab almadan, eləcə də digər zəruri araşdırmanı həyata keçirmədən qətnamənin Nov Alexsanderin mənafelərinə toxunmadığı nəticəsinə gəlmişdir.
27. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında konkret göstəriş verilmişdir ki, X9 lehinə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsində göstərilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin, onun hazırda mübahisələndirdiyi qətnamə əsasında İddiaçı1 hüququnun tanındığı mənzillə eyni olubolmadığı aydınlaşdırılmalıdır.
28. Bunun üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra işi tədqiq olunmalı, Cavabdeh MTK-dan sənədlərin götürülməsi barədə müvafiq məhkəmə aktı çıxarılmalı, zərurət yaranarsa mübahisəsi gedən əmlaka (əmlaklara) yerində baxış həyata keçirilməli, bundan sonra qətnamənin Nov Alexsanderin mənafelərinə toxunub-toxunmadığına dair əsaslandırılmış qərar qəbul edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-752/2021 saylı iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə