Məhkəmə qərarları › İş №2(103)-3533/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3533/2022

24.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3533/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdehlər, ikinci iş üzrə iddiaçılar Cavabdeh1 və X4 qarşı “torpaq sahəsinin boşaldılması və s tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda onun istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən və onun faktiki istifadəsində olan 400 kv.m torpaq sahəsi həyətyanı sahə kimi Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən onun istifadə və sahibliyinə verilmişdir. Sözügedən torpaq sahəsinin icarəyə verilmə müddəti 49 il, icarə haqqı isə aylıq 7,70 manat, illik isə 92,80 manat məbləğində müəyyən edilmişdir. Bir müddət əvvəl isə, onunla qonşuluqda yaşayan cavabdehlər Aydın və Azər Məmmədov qardaşları, öz torpaq sahəsini genişləndirmək məqsədi ilə onun istifadəsinə ayrılmış 400 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini zəbt etmiş, onun həmin ərazidəki hasarını uçurtmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, ona ayrılmış torpaq sahəsi üzərində olan hüquqlarından istifadə edə bilmir. Birinci iş üzrə cavabdehlər, ikinci iş üzrə iddiaçılar Cavabdeh1 və X5 birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı və ikinci iş üzrə cavabdeh Nəsimi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci iş üzrə cavabdehlər, ikinci iş üzrə iddiaçılar Cavabdeh1 və Azər Məmmədov iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi onların ailəsinin istifadəsində 1968-ci ildəndir, yəni 53 ildir ki, istifadələrində və sahibliklərindədir. 2021-ci ilin fevral ayında cavabdeh İddiaçı onlara qarşı iddia qaldıraraq göstərmişdir ki, guya həmin torpaq sahəsi icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur, iddia ərizəsində dəlil kimi göstərmişdir ki, guya onunla Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən 400 kv.m torpaq sahəsini icarəyə götürmüşdür. Qeyd edilən icarə müqaviləsindən onların məlumatı olmamış, yalnız 2021-ci ildə iddia ərizəsindən sonra məlum olmuşdur. Hazırda həmin icarə müqaviləsi onların maraqlarına toxunur və mübahisəli olan torpaqdan istifadə və sahiblik hüquqlarını pozur. Həmin icarə müqaviləsi tamamilə qanunsuzdur. Belə ki, cavabdeh İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış həmin müqavilənin heç bir hüquqi əsası yoxdur. Çünki 2005-ci ildən bu günədək həmin torpaq sahəsi onların istifadəsində və sahibliyində olmuş, lakin icrarə müqaviləsində göstərilir ki, guya İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi icarəyə verilir. Bundan başqa, ünvan 3 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi Nəsimi Bələdiyyəsinin inzibati ərazi vahidinə aid deyil və bələdiyyə mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və X2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)-3209/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “torpaq sahəsinin boşaldılması və s. tələbinə dair” e-2(006)-2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə birinci tələb üzrə iddia tələbinin rədd edilməsi, birinci tələb üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ikinci tələb üzrə iddia tələbinin rədd edilməsi, ikinci tələb üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılar Cavabdeh1 və X4 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar nə onun iddia ərizəsinə etiraz edərkən, nə də hazırkı iddialarını məhkəməyə təqdim edərkən sözügedən torpaq sahəsinin onların istifadəsində və sahibliyində olması, ümumiyyətlə, həmin torpaq sahəsinin onlara aidiyyəti ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişlər. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi barədə qanunvericiliyə müvafiq dəyişikliklər məhz 2007-ci il tarixdə edilmişdir. Onunla Nəsimi Rayon Bələdiyyəsi arasında müvafiq müqavilə isə 2005-ci il tarixdə bağlanmışdır. İcarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmamağı heç bir halda həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Müqavilə ilə bağlı müvafiq bazada hər hansı məlumatın olmamasına görə məsuliyyəti məhz Bələdiyyə daşıyır, ondan icarə haqqı almaq isə bələdiyyənin hüququdur. Əgər tərəfindən bələdiyyəyə həqiqətən də icarə haqqı ödənilməmişdirsə, bunu qanunvericiliklə müəyyən edilmiş qaydada Bələdiyyə ondan tələb edə bilər ki, bu məsələlərin də iddiaçılara və hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. İddiaçıların həmin torpaq sahəsinin cüzi hissəsinin belə onlara aidiyyəti ilə bağlı hər hansı qanuni əsası-sənədi-sübutu mövcud deyildir. Onunla bələdiyyə arasında qanunauyğun qaydada müqavilə bağlanmış, həmin müqavilə hazırda da qüvvədədir, müqavilə digər iştirakçısı tərəfindən mübahisələndirilməmişdir və həmin müqavilənin dövlət reyestrində qeydiyyata alınmaması heç bir halda onların ziyanına qiymətləndirilə bilməz. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni onun iddiasına aid hissədə ləğv edilməsi, həmin hissədə onun iddiasının təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, birinci iş üzrə cavabdehlər, ikinci iş üzrə iddiaçılar Cavabdeh1, X5 və ikinci iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 isə məhkəməyə elektron ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə də, bununla bağlı əsaslı sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin onun iddiasının təmin edilməyən hissəsində ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 25.10.2005-ci il tarixdən 25.10.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir.(İ.vər. 5 - 6) İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********14 saylı, 26 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına 28.10.2014-cü il tarixində qeydiyyata alınmış, daha sonra notariat qaydasında təsdiq edilmiş 25.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir.(İ.vər. 118) İş materiallarında olan, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 01-390 saylı, 05.05.2021ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir.(2-ci iş, İ.vər. 34) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX 112592 №-li, 26.08.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində yerləşən 0,01936 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyesterində 282 nömrəli reyest kitabının 26214 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 116) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən onlarla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi gəldiyi qənaətin əsaslarına uyğun olaraq apelyatorun iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə tərəflərin, qanuni sahibliylərində olduğunu iddia etdikləri torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla tərəflərə məxsusluğu müəyyən edilməmiş, eyni zamanda torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 25.10.2005-ci il tarixdən 25.10.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin apelyatora məxsus deyil və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən halları nəzərə alaraq apelyatorun iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar