Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3536/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı 14 saylı notariat ofisinin xüsusi notariusu X2 maraqlı şəxs qismində göstərilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2280/2022 saylı, 01 aprel 2022-ci il tarixli qərardadından ərizəçi İddiaçı nümayəndəsi-vəkili X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi İddiaçı 14 saylı notariat ofisinin xüsusi notariusu X1 maraqlı şəxs qismində göstərilməklə «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi və işin baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət zamanı ərazi aidiyyəti seçilərkən Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə riayət edilməklə miras əmlakın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsi müəyyən edilmişdir. Bu onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi özlüyündə bir növ mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq məqsədini daşıyır. Məhz buna görə də bu iş üzrə müstəsna aidiyyətin tətbiq edilməsi məqsədəuyğun olardı. Bundan əlavə, məhkəmənin bu kateqoriya işlər üzrə məhkəməyə qədər tənzimlənmə qaydasında pretenziyaya riayət edilməsini göstərən sənədin iddia ərizəsinə əlavə edilməsini tələb etməsi özlüyündə prosessual pozuntudur. Belə ki, mülki-prosessual qanunvericilik məhkəməyə qədər mübahisənin tənzimlənməsi zamanı pretenziyaya riayət edilməsi vacib olan bir sıra kateqoriya işləri müəyyən etmişdir. Lakin mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında verilən ərizələrlə bağlı pretenziyaya riayət edilməsi imperativ norma MPM-də öz əksini tapmamışdır. MPM-in 37ci maddəsində də göstərilmişdir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Qeyd olunan maddənin tələbindən də aydın olur ki, tikintiyə faktının müəyyən edilməsi istisna olaraq göstərilmişdir və miras əmlak olaraq qəbul edilmiş tikinti Nəsimi rayonu ərazisində yerləşir. Eyni tələb MPM-in 309-cu maddəsində də qeyd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə (bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə) və 15.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, ərizəçi İddiaçı qeydiyyat ünvanı ünvan 1ual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, ərizəçi (vərəsə) vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludur. Həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etməkdir. Hazırki ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, ərizəçi notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da mülki prosessual qanunvericiliyin məhkəməyə qədər (pretenziya) nizama salınma tələbinə riayət etməmişdir. Digər tərəfdən ərizəçinin Nəsimi rayonu ərazisində yaşaması ilə bağlı hər hansı bir sübut əlavə edilməmişdir. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2280/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3536/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3536/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver