Məhkəmə qərarları › İş №2(103)-3539/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3539/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3539/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3539/2023 (Açar sözlər:qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Maraqlı şəxs, onun nümayəndəsivəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin verilməsinin cavabdehə həvalə edilməsi və qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 27 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən həmin MMC-yə məxsus və onun tərəfindən tikilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə ilə Talıblı küçələrində yerləşən hündürmərtəbəli yaşayış binasının, ümumi sahəsi 388 kv.m. olan qeyri-yaşayış sahəsinin 1 kv.m. dəyəri 500 manat olmaqla, ümumi pay dəyəri 194000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

2. Cavabdeh MMC tərəfindən verilmiş 14 nömrəli, 27 iyun 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı 388 kv.m. qeyri-yaşayış (yarım zirzəmi) sahəsi üçün 194000 manat məbləğində pul vəsaitini ödəmişdir.

3. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə cəmiyyətin arxiv sənədlərinin içərisində yoxdur.

4. 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv.metr olan qeyriyaşayış sahələrinə dair sənədlərdən görünür ki, 117,4 kv.m olan sahə 15 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı İddiaçı arasında 27 iyun 2017-ci il tarixdə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmışdır. Həmçinin, təqdim edilmiş sənədlərdən görünür ki, 314,6 kv.m sahə 16 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı 27 iyun 2007-ci il tarixdə Cavabdeh MMC və İddiaçı arasında müvafiq müqavilə bağlanmışdır.

5. 17 avqust 2009-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində 440 kv.m qeyri-yaşayış sahəsinin tikintisini, Ömərov Ələsgər Abbas oğlu isə həmin qeyri-yaşayış sahəsinin qiyməti olan 352000 manat pulu ödəməyi öhdəsinə götürmüşlər.

6. Cavabdeh MMC tərəfindən verilmiş 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderinə əsasən Ömərov Ələsgər Abbas oğlu tərəfindən qeyri-yaşayış sahəsi üçün 352000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

7. Ömərov Ələsgər Abbas oğlu 15 mart 2012-ci il tarixində vəfat etmişdir. Maraqlı şəxs Ömərov Ələsgər Abbas oğlunun övladıdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)- 4349/2020 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin verilməsi cavabdehə həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində MMC tərəfindən 2005-ci il tarixdə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılmış və tikinti işləri 2008-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən 194000 manat dəyəri ödənilməklə həmin binadan 388 kv.m. qeyri-yaşayış (yarımzirzəmi) sahəsinin alınması üçün 27 iyun 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən tikinti işləri başa çatdıqdan sonra 2008-ci ilin sonlarında onun tərəfindən özünə məxsus ünvan 3 qeyriyaşayış sahəsində əsaslı təmir işləri aparılmış, təmirə və quraşdırılan avadanlıqlara 300000 ABŞ dolları kapital qoyuluşu olmuşdur. 2009-cu il tarixdən qeyriyaşayış sahəsi istifadəyə verilmiş və hazıradək fəaliyyətini davam etdirir. İddiaçı və cavabdeh arasında 388 kv.m. qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə müxtəlif bəhanələr gətirməklə ona verilməmişdir. Hansı ki, maliyyə arayışı və ödəniş qəbzi onun özündədir. Bununla əlaqədar iddiaçı MMC-yə dəfələrlə müraciət etmiş, MMC müəssisənin arxiv sənədləri olmadığı üçün iddiaçıya müsbət cavab verə bilməməsini göstərmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)- 6710/2018 nömrəli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə il Talıblı küçələrinin kəsişməsi), Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə dair ağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, həmin qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində), indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini 194000 manat məbləğinə alması barədə MMC ilə müqavilə bağlayaraq, həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əsaslı təmir aparılmışdır. Lakin, buna baxmayaraq, tərəflərin arasında mübahisəli qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqaviləni cavabdeh tərəf iddiaçı tərəfə verməkdən imtina etdiyindən cavabdeh həmin müqaviləni əldə edə bilməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini 27 iyun 2007-ci il tarixdə tam həcmdə ödəməklə, mübahisəli qeyriyaşayış sahəsini cavabdehdən almaqla, həmin vaxtdan onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır.

13. Buna görə də, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və 27 iyun 2007-ci il tarixli müqavilənin iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

15. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyatorun vərəsə olduğu Ömərov Ələsgər Abbas oğlu ilə cavabdeh arasında bağlanmış 17 avqust 2009-cu il tarixli müqaviləyə əsasən MMC 440 kv.m. qeyri-yaşayış sahəsini tikib təhvil verməyi, Ömərov Ələsgər Abbas oğlu isə həmin tikintinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin tikintinin dəyəri 352.000 manat olmaqla Ömərov Ələsgər Abbas oğlu tərəfindən tam şəkildə ödənilmişdir. Qeyri-yaşayış sahəsi Ömərov Ələsgər Abbas oğlu tərəfindən əsaslı təmir edilmiş, bir müddət un məmulatları satılan mağaza olaraq icarəyə verilmişdir. Ömərov Ələsgər Abbas oğlu 15 mart 2012-ci ildə vəfat etmişdir. Bundan istifadə edən və uzun müddətdir ki, Ömərov Ələsgər Abbas oğlu ilə həm ticarət, həm də “dostluq” münasibətləri olmuş iddiaçı qeyd edilən (440 kv.m.) qeyri-yaşayış sahəsinin ona satıldığını iddia edərək, məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, MMC tərəfindən İddiaçı bağlandığı iddia edilən 27 iyun 2007-ci il tarixli müqavilə şirkətin arxivində yoxdur. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi guya həmin əmlakın dəyərini ödəməsini əks etdirən 194.000 manat məbləğində maliyyə arayışı həmin əmlakın real dəyərini əks etdirmir. Bundan əlavə, Ömərov Ələsgər Abbas oğlunun hüquqi varisi olaraq Maraqlı şəxs məhkəməyə maraqlı şəxs qismində çağırılmamışdır. Maraqlı şəxs qeyd edilənlərdən hər hansı məlumatı olmadığına görə vərəsəsi olduğu mübahisələndirilən əmlakın (440 kv.m. qeyri-yaşayış sahəsinin) ona təhvil verilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia qaldırmış və həmin Məhkəmənin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdeh MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Lakin qeyd edilən icra sənədinin icrası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin mövcudluğu və iddiaçıya ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar olduğu üçün mümkünsüz olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır.

d) Kassasiya instansiyası məhkəməsində icraat

20. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli 2(102)-1125/2023 saylı qərarı ilə (hakimlər Elşad Şamayev, Əhliman Xıdırov və Elşanə Vəliyeva) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Göründüyü kimi, birinci instansiya məhkəməsi işə Maraqlı şəxs hüquq və mənafelərinə toxunan qətnamə qəbul etsə də, sonuncu işə cəlb olunmamışdır. Bu hal özü özlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olduğu halda, apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutlara istinad etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, məhkəmə şahidlər X1 və X5 ifadələrinə istinad edərək müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müqavilə 2007-ci ildə bağlanmış, Ömərov Ələsgər Abbas oğlu ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün bağlanmışdır. Lakin apellyasiya məhkəməsi həmin şahidlərin verdikləri ifadələrinin mötəbərliyini Mülki Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməmişdir. Belə ki, apellyasiya məhkəməsinin də müəyyən etdiyi kimi, həmin şahidlərdən Bəybala İsmayılov iddiaçı və kassatorun atası ilə yanaşı mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi binanın tikintisində şərik olmuşdur. Digər şahid Ramiz Qazaxlı isə cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur. Qeyd olunmalıdır ki, şahid X8 mübahisəli sahənin iddiaçıya aid olmasını qeyd etsə də, müəyyən olunmuş qaydada onunla müqavilənin bağlanmamasını əsaslandırmamış və bununla bağlı məhkəmə tərəfindən ona suallar verilməmişdir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində cavabdeh MMC-nin qanuni təmsilçisi kimi iştirak etmiş Ramiz Qazaxlı izahatında və yazılı etirazında, qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən ödəniş edilməli olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Digər tərəfdən, şahid Bəybala İsmayılovun ifadəsindən müəyyən olunur ki, o, mərhum Ələsgər Ömərova inandığını, lakin sonuncuya görə məhkəmə çəkişmələrinin olduğunu və müflis olmasını göstərmişdir. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi şahidlər ziddiyyətli ifadələr verməklə, onların iddiaçının xeyrinə ifadə verməkdə maraqlı olmaları istisna olunmur. Daha sonra, apellyasiya məhkəməsi hesab etmişdir ki, MMC ilə Ömərov Ələsgər Abbas oğlu arasında bağlanmış müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Məhkəmə həmin mövqeyini iddiaçının mübahisəli yeri şirniyyat sexi kimi istifadə etdiyi, Çin Xalq Respublikasında olan zaman kassa aparatının məlumatlarına görə həmin yer üzrə Ələsgər Ömərovun adına müqavilə bağlanmasını bildirdiyini göstərmişdir. Yəni, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməsə də, faktiki olaraq 17 avqust 2009-cu il tarixli müqaviləni uydurma əqd kimi qiymətləndirmişdir. Lakin, apellyasiya məhkəməsi həmin nəticəyə gəlinməsi üçün əsas olan halları tam araşdırmamış, iddiaçının və onun təqdim etdiyi şahidlərin bununla bağlı gətirdikləri dəlilləri ilə bağlı digər sübutların, o cümlədən iddiaçının Çin Xalq Respublikasında olmasını, şirniyyat sexinin kimi adına vergi uçotuna alınmasını, mübahisəli dövrdə kim tərəfindən işlədilməsini təsdiq edən sübutların təqdim edilməsini tərəflərə təklif etməmişdir. Halbuki, apellyator məhkəməyə verdiyi şikayətində və apellyasiya məhkəməsindəki izahatında mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən şirniyyat sexinin vergi qeydiyyatının atasının adına olduğunu, bacısının nişanında isə həmin sexdən tort alarkən pul ödəmədiklərini və atasının həmin yerin onlara aid olduğunu demişdir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə üçüncü şəxsin mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır. Belə olan halda, mübahisəli sahədə iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması özüözlüyündə həmin sahənin ona aid olması kimi qiymətləndirilməsi əlavə sübutlarla təsdiqini tapmalıdır.. Məhz bu səbəbə görə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinadını da əsassız hesab edir. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, işdə olan və sübut qismində təqdim edilən sənədlərin tərtibatında gözəçarpan uyğunsuzluqlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında və kassa mədaxil orderində (i.v. 6-7) və üçüncü şəxs tərəfindən təqdim edilən müqavilə və kassa mədaxil orderində (i.v. 179- 182) olan möhürlər açıq-aydın fərqlidir. Apellyasiya məhkəməsi təqdim olunmuş sübutların tərtib olunması dövrünü araşdırmamış, müvafiq məhkəmə sənədlərin texnikiekspertizasının keçirilməsini tərəflərlə müzakirə etməmişdir. Halbuki, işdə olan cavabdeh MMC-nin iddiaçıya göndərdiyi məktubda və birinci instansiya məhkəməsinə verilmiş etirazda olan möhürlərlə müqayisədə tərəflərin təqdim etdikləri sənədlərin nə vaxt tərtib olunmasının ekspert tədqiqatı ilə müəyyən edilməsi mümkündür...”

e) Proses iştirakçılarının izahatı

23. Təkrar apellyasiya baxışında iştirak edən qətnamə ilə maraqlarına toxunan şəxs və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi.

24. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 24. 3-cü hissə. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

28. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur

34. Madəə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 387.2.4. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

45. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş üzrə dindirilmiş şahidlərin ifadələrini nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia təmin olunmamalıdır.

46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

47. İddiaçı məhkəməyə müraciət edərkən, həmin qeyri-yaşayış sahəsinin onun faktiki sahibliyində və istifadəsində olmasını, sahənin dəyərini 2007-ci ildə ödəməsini, lakin ona müqavilə verilməməsini iddia edərək, bu müqavilənin verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulmaqla mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş etmiş və birinci instansiya məhkəməsi göstərilən qaydada iddianı təmin etmişdir. .

48. Apellyasiya şikayəti verən Maraqlı şəxs əsas dəlili ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi 17 avqust 2009-cu il tarixli müqavilə ilə onun mərhum atası tərəfindən alınmış, iddiaçının tələbinə onun iştirakı olmadan baxılmaqla, həmin sahə üzərində hüquqları pozulmuşdur.

49. Kollegiya göstərilən dəlili əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni Maraqlı şəxs hüquq və mənafelərinə toxunduğu halda sonuncunu işə cəlb etmədən həll etmişdir. Bu hal özü-özlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

50. Kollegiya, həmçinin, hesab edir ki, qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadan qəbul edilmişdir.

51. İlk növbədə kollegiya qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən yaşayış binası 4 nəfərin yəni, İddiaçı, Ömərov Ələsgər Abbas oğlunun (maraqlı şəxsin atası), X1 və Fazil adlı şəxsin şərikliyi ilə inşa edilmişdir. İşin bu halını iş üzrə ilkin apellyasiya icraatında şahid qismində ifadə vermiş X3 və Cavabdeh MMC-nin əvvəlki direktoru X9 ifadələrində təsdiq etmişlər.

52. İlkin apellyasiya icraatında mübahisəli sahəyə yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakın yerləşdiyi sahədə hazırda “Secrets Pub” adlı çay evi olaraq fəaliyyət göstərir. Mübahisəli yerə girişdə mübahisəli yerin yerləşdiyi yerə qədər (2 otaq iç-içə yerləşir, aralarında qapı mövcud deyil, bu otaqlardan sonra 314,6 kv.metr sahə mövcuddur) İddiaçı məxsus 117,4 kv.metr yer mövcuddur. Həmin yer 2017-ci il tarixdə İddiaçı tərəfindən alınıb. Bu yer müqavilə üzrə 120 kv.metr təşkil edir (çıxarışda 117,4 kv.metr) və mübahisə doğurmur. 117,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə maraqlı şəxsin iddiası yoxdur. Mübahisə doğuran yer çıxarış üzrə 314,6 kv.metr sahəni əhatə edir. Maraqlı şəxs məhz 314,6 kv.metr olan sahənin ona məxsus olmasını iddia edir.

53. Kollegiya bu hal ilə bağlı qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsində yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. İşin mübahisələndirilməyən halına görə həmin qətnamədə əksini tapan sahəyə İddiaçı adına qeydiyyata alınmış 314,6 kv.m-dən ibarət sahə daxildir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan (i.v 83) görünür ki, maraqlı şəxs tərəfindən iddia olunan obyekt İddiaçı mülkiyyətində və istifadəsində olan çıxarışları işə əlavə olunmuş 2 qeyriyaşayış sahəsidir. Bu səbəbdən kollegiyanın qənaətinə görə maraqlı şəxsin arqumenti əsaslıdır, əks halda çıxarışların olması səbəbindən qeyd olunan qətnamənin icrası qeyrimümkün olmazdı.

54. Həmçinin, müəyyən olunur ki, artıq 314,6 kv.m sahə 16 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı 27 iyun 2007-ci il tarixdə Cavabdeh MMC və İddiaçı arasında müvafiq müqavilə bağlanmışdır.

55. Maraqlı şəxs izahatlarında Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli sahəyə dair müqavilənin olmadığı halda həmin sahə ilə bağlı müvafiq çıxarışın alınmasının qanuniliyinə də toxunmuşdur. Belə ki, Cavabdeh MMC tərəfindən İddiaçı bağlandığını iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığı bildirildiyi halda, sonradan həmin müqavilənin İddiaçı verilməsinin necə və hansı qaydada mümkün olmasını dilə gətirmişdir.

56. Maraqlı şəxsin bu arqumentlərinə cavab olaraq iddiaçı tərəf izahatında göstərir ki, 388 kv.m sahəyə aid olan 27 iyun 2007-ci il tarixli müqavilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin icrası prosesində verilmişdir, bu, sonradan bağlanan müqavilə olmamışdır. Müqavilə MMC ilə onun arasında 2007-ci il tarixində bağlanmışdır. Lakin müəyyən edilir ki, həmin müqavilə məhz icra mərhələsində tərtib edilmişdir.

57. İlkin apellyasiya icraatında alınmış şahid ifadələrinə görə İddiaçıla 388 kv.m sahə ilə bağlı müvafiq müqavilə 2007-ci ildə bağlanmış, Ömərov Ələsgər Abbas oğlu ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Yəni, T.X13 Respublikasında olan zaman mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərdiyindən gələ bilmədiyi üçün kassa aparatının məlumatlarına görə həmin yer üçün Ə.Maraqlı şəxs adına müqavilə bağlanmasını bildirmişdir. Mübahisəli sahənin İddiaçı tərəfindən hazırki vaxta kimi təmir etdirərək əvvəl şirniyyat sexi kimi, hazırda isə bar kimi işlətməsini şahidlər təsdiq etmişlər. Şirniyyat sexinin 2009-cu ildə fəaliyyət göstərməsini maraqlı şəxs də izahatında təsdiq etmişdir.

58. Təkrar apellyasiya baxışında X8 yenidən şahid qismində dindirilmiş və o, bildirmişdir ki, Cavabdeh MMC-də 2004-cü ilən 2017-ci ilədək təsisçi direktor vəzifəsində çalışmış, 2017-ci ildə isə məhkəmə qərarı əsasında bu vəzifədən çıxmışdır. Belə ki, 4 şərik olub, onlar Tofiq, Ələsgər, Fazil və Bəybaladır, qeyri-rəsmi şərik olmuşlar. Şəriklər özlərinə yer götürəndə həm Fazil bəyə, həm də Tofiq bəyə maliyyə arayışı verildi. Bu hadisə 2007-ci ildə olub, onların müqavilələri olmayıb. Tərəflər şərik olduğuna görə müqavilə olmamışdır. 2008-ci ildə orada təmir işləri aparılıb. İddiaçıya yazdığı müqaviləyə səbəb isə, belə oldu ki, məhkəmə icraçıları iddiaçının maliyyə arayışı olduğu üçün obyektin iddiaçıya məxsus olduğunu bildirmişlər, ona görə də müqaviləni vermişdir.

59. Kollegiya qeyd edir ki, iddiaçı ilə Maraqlı şəxs mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır. Belə olan halda, mübahisəli sahədə iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması özüözlüyündə həmin sahənin ona aid olması kimi qiymətləndirilməsi üçün əlavə sübutlarla təsdiqini tapmalıdır. Bu səbəbdən Kollegiyanın qənaətinə görə hazırki mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından qiymət vermək olmaz.

60. Kollegiya hesab edir ki, mübahisənin həlli üçün iddiaçı ilə cavabdeh arasında olan 27 iyun 2007-ci il tarixli müqavilərin həqiqiliyi araşdırılmalıdır.

61. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən sənədlərin texniki-ekspertizası təyin olunmuş və AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli rəyində qoyulmuş suallar bu şəkildə cavablandırılmışdır: Ekspertizaya təqdim edilmiş, mülki işin 01-ci cildinin 6-7-ci vərəqlərində olan 27 iyun 2007-ci il tarixli 14 № li Kassa mədaxil orderinin qəbzində ’’Rəhbər:” qrafasındakı və 27 iyun 2007-ci il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin direktoru: qrafasındakı imzalar İlə mülki işin 01-ci cildinin 179-182-ci vərəqlərində olan 17 avqust 2009-cu il tarixli müqavilədə və 17 avqust 2009-cu il tarixli müqavilyə 1 № li əlavədə ’’Podratçı” qrafalarından aşağıda yerləşən “İmza:” qrafalarındakı imzalar 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində “Rəhbər:” qrafasındakı imza – eyni şəxs tərəfindən imza olunmuşdur. Tədqiqata təqdim edilmiş 27 iyun 2007-ci il tarixli 14 nömrəli Kassa mədaxil orderinin qəbzində, 27 iyun 2007-ci il tarixli maliyyə arayışında, 17 avqust 2009-cu il tarixli müqavilədə,17 avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşavurulmuşdur. Tədqiqata təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərdəki 27 iyun 2007-ci il tarixli 14 nömrəli Kassa mədaxil orderinin qəbzində, 27 iyun 2007-ci il tarixli maliyyə arayışında olan möhür əksləri və mülki işin 179-182-ci vərəqlərdəki 17 avqust 2009-cu il tarixli müqavilədə, 17avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində olan möhür əksləri öz aralarında eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərdəki 27 iyun 2007-ci il tarixli 14nömrəli Kassa mədaxil orderinin qəbzində olan möhür əkslərinin aşınma dərəcəsi eyni və yamüxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş mülki işin 179-182-ci vərəqlərdəki 17 avqust 2009-cu il tarixli1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu -tarixli kassa mədaxil orderində olan möhürəksləri möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmadı. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırla metodika olmadığına görə qərardadda göstərilən “Tədqiqata təqdim olunan sadalanan sənədlər arasında maliyyə arayışının, kassa mədaxil orderlərinin və müqavilənin hansı daha əvvəl tərtib edilmişdir?” sualı üzrə tədqiqat aparılmadı.

62. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndə-vəkili ekspert rəyinin mülki işin 6-7-ci vərəqlərdəki 27 iyun 2007-ci il tarixli 14 nömrəli Kassa mədaxil orderinin qəbzində, 27 iyun 2007-ci il tarixli maliyyə arayışında olan möhür əksləri və mülki işin 179-182-ci vərəqlərdəki 17 avqust 2009-cu il tarixli müqavilədə, 17 avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində olan möhür əkslərinin öz aralarında eynilik təşkil etməməsinə münasibətdə izahatında bildirdi ki, hüquqi şəxsin möhürləri fərqli ola bildiyindən həmin hissədə ekspert rəyinə etirazı yoxdur.

63. Kollegiya hesab edir ki, iş materillarında olan maliyyə arayışının, kassa mədaxil orderlərinin və müqavilələrin hansının daha əvvəl tərtib olunması üzrə tədqiqatın aparılması mümkün olmadığından iddiaçı müqaviləsinə işdə olan digər sübutlar baxımından hüquqi qiymət verilməlidir.

64. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh MMC-nin qanuni təmsilçisi kimi iştirak etmiş Ramiz Qazaxlı izahatında və yazılı etirazında, qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən ödəniş edilməli olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında keçirilən iclasda isə iddiaçı ilə şərik olduqlarından müqavilənin bağlanmadığını bildirmişdir. Digər tərəfdən, şahid Bəybala İsmayılovun ifadəsindən müəyyən olunur ki, o, mərhum Ələsgər Ömərova inandığını, lakin sonuncuya görə məhkəmə çəkişmələrinin olduğunu və müflis olmasını göstərmişdir. Beləliklə, müəyyən olunur ki, şahidlər ziddiyyətli ifadələr verməklə, onların iddiaçının xeyrinə ifadə verməkdə maraqlı olmaları istisna olunmur. Əvvəlcə MMC-nin arxivində mövcud olmadığı deyilən müqavilənin sonradan qətnamənin icrası prosesində verilməsi, şahid Qazaxlı Ramizin (MMC-nin keçmiş direktoru) birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazı və sonradan verdiyi ifadələr arasındakı ziddiyətlər iş materillarında olan 27 iyun 2007-ci il tarixli müqavilənin həqiqiliyini və məhz elə həmin tarixdə bağlanmasını halını istisna edir.

65. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).

66. Kollegiya qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

67. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı MMC ilə olan 27 iyun 2007-ci il tarixli müqavilənin sonuncunun maraqlı şəxsin atası Ə.Ömərovla olan 17 avqust 2009-cu il tarixli müqavilədən daha əvvəl bağlanmasının bir-birinə uyğun gəlməyən sübutlarla nəticədə təkzib edilməsi, mərhum Ə.Ömərova aid müqavilənin isə formal əqd olmasına dair əsaslı sübutların mövcud olmaması, bununla bağlı artıq qüvvəyə minmiş məhkəmə aktının olması mübahisəli qeyri-yaşayış sahəsi üzrə sahiblik və istifadə hüququnun İddiaçı xeyrinə yaranmasına dair nəticəyə gəlməni istisna edir.

68. Odur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələblərini təmin edən birinci instansiya məhkəməsi mövqeyində haqlı olmamışdır.

69. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

71. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

73. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunmasın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar