Məhkəmə qərarları › İş №2(103)-354/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-354/2024

06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-354/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə-vəkili Nümayəndə, Cavabdeh3, onun nümayəndə-vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1335/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin paylarının müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-104 reyestr nömrəli və 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; onun 1/5 hissədə, cavabdehlər Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə, Cavabdeh5 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilərək yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1335/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-104 reyestr nömrəli və 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlak üzərində İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə, Cavabdeh5 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilməsi, onlara həmin paylara dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh3 Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1335/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı X2, X3 və X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmə iclasına iddiaçı, onun nümayəndə-vəkili Nümayəndə, Cavabdeh3 və onun nümayəndə-vəkili Vəkil2 gəlmişlər. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və kollegiya məhkəmə iclasının gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Nümayəndə və Cavabdeh3 nümayəndə-vəkili Vəkil2 hazırki mübahisə ilə bağlı iddiaçı və cavabdehlər arasında razılıq əldə olduğundan barışıq sazişi bağladıqlarını bildirmiş və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçının nümayəndə-vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən iddiadan imtina etdiklərini və imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:

1. Tərəflər bəyan edir ki, Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2 və 191.3cü maddələrinə uyğun olaraq, öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və qeyri müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və bu Barışıq sazişini bağlayırlar.

2. Bu Barışıq sazişini imzalamaqla, Cavabdeh3 razılaşır ki, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin 20 yanvar küçəsinə çıxışı olan hissəsindən maneəsiz girişi və çıxışı olan 0.0150 ha torpaq sahəsini bağışlama yolu ilə İddiaçı verir.

3. Bu Barışıq sazişini imzalamaqla, İddiaçı razılaşır ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin 20 yanvar küçəsinə çıxışı olan hissəsindən maneəsiz girişi və çıxışı olan 0.0150 ha torpaq sahəsini bağışlama yolu ilə İddiaçı verir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızma və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin paylarının müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddiasından imtina edir. 0.0150 ha torpaq sahəsinin öz adına bağışlama yolu ilə rəsmiləşdirilməsindən sonra cavabdehlərə qarşı vərəsəlik işi ilə bağlı hər hansı bir iddiasının olmayacağını bəyan edir.

4. Bu Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

5. Bu Barışıq sazişi tərəflərin sayına uyğun nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüxsə saxlanılır 1 (bir) nüxsə isə məhkəməyə təqdim edilir.

6. Bu barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 16(103)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilir. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin və həmin ünvanda yerləşən evin üzərindən həbs tam götürüldükdən sonra Cavabdeh3 10 iş günü müddətində şərtləşdirilmiş torpaq sahəsini bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirir.

Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:

İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:

1. Tərəflər bəyan edir ki, Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2 və 191.3cü maddələrinə uyğun olaraq, öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və qeyri müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və bu Barışıq sazişini bağlayırlar.

2. Bu Barışıq sazişini imzalamaqla, Cavabdeh3 razılaşır ki, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin 20 yanvar küçəsinə çıxışı olan hissəsindən maneəsiz girişi və çıxışı olan 0.0150 ha torpaq sahəsini bağışlama yolu ilə İddiaçı verir.

3. Bu Barışıq sazişini imzalamaqla, İddiaçı razılaşır ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin 20 yanvar küçəsinə çıxışı olan hissəsindən maneəsiz girişi və çıxışı olan 0.0150 ha torpaq sahəsini bağışlama yolu ilə İddiaçı verir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızma və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin paylarının müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddiasından imtina edir. 0.0150 ha torpaq sahəsinin öz adına bağışlama yolu ilə rəsmiləşdirilməsindən sonra cavabdehlərə qarşı vərəsəlik işi ilə bağlı hər hansı bir iddiasının olmayacağını bəyan edir.

4. Bu Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

5. Bu Barışıq sazişi tərəflərin sayına uyğun nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüxsə saxlanılır 1 (bir) nüxsə isə məhkəməyə təqdim edilir.

6. Bu barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 16(103)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilir. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0983 ha torpaq sahəsinin və həmin ünvanda yerləşən evin üzərindən həbs tam götürüldükdən sonra Cavabdeh3 10 iş günü müddətində şərtləşdirilmiş torpaq sahəsini bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirir. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1335/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar