Məhkəmə qərarları › İş №2(103)-3541/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3541/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3541/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürmə və əmlak bölgüsü” barədə ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-754/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncunun mülkiyyətində olan 2008-ci ilin noyabr ayından yaşadıqları (hazırda yaşadıqları), əmlaklarının olduğu Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81, 54 saylı mənzilə istifadə hüququnun tanınması, azyaşlı övladları X9, X10 ilə birlikdə həmin mənzilə köçürülmələri, cavabdehlə birgə nikahda olduqları dövrdə birgə vəsait hesabına 45.000 manata aldıqları “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin (2017-ci ildə cavabdehin deməsinə görə 39.500- manata satmışdır) satış pulunun (45.000 manatın) 2/3 hissəsinin, cavabdehlə birgə nikahda olduqları dövrdə birgə vəsait hesabına 2015-ci ildə “xxxxxxxxxxxxxxxxx” MTK-dan 67.000 manata aldıqları (aldıqları həmin mənzilin pulunun əksər hissəsini, yəni 55.000- manatını ata evindən ona düşən pay haqqı olaraq onun valideyinləri vermiş, qalan hissəsini də birgə nikah dövründə əldə etdikləri vəsait hesabına ödəmişlər) Bakı şəhəri, Nizami rayonu C.ünvan 3 340 saylı mənzilin satış pulunun (2017-ci ildə cavabdeh həmin mənzili 75.000 manata satmışdır) 2/3 hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehlə birgə nikahda olduğu dövrdə, birgə vəsait hesabına təxminən 2013-cü ildə 12.000-manat pul ödəyərək aldıqları və yaşadıqları Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 81 saylı eivn zirzəmisində yerləşən 69 saylı qarajın 2/3 hissəsinə və 2006-cı ildə Qusar rayonu Yuxarı Ləyər kəndində bağ evi tikdirmək üçün aldıqları, cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş (JN-324F, KOD-30123048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir) 0,12 ha torpaq sahəsinin 2/3 hissəsinə payının (mülkiyyət hüquqlarının tanınması) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı oğluna qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı himayəsində saxlanılmış azyaşlı uşaqları Murad və Adel ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 81 saylı evin 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfat idarə etmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı iki övladları vardır. Birgə yaşadıqları dövrdə Cavabdeh1 işləmiş, yüksək məvacib almış, o isə evdə övladlarla, ev işləri ilə məşğul olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra təxminən 6 ay ərzində cavabdehin valideyinləri ilə onların yaşadığı evdə birlikdə yaşamış, sonradan kirayə evə çıxmışlar. xx xxxxxxxx 2006-cı ildə gələcəkdə onların yaşaması üçün Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81 mənzil 54-ü almışlar. Mənzilin müqaviləsi ev tikən “xxxxxxxxxxxxxxxxx” MTK ilə rəhmətlik qaynatası X3 adına bağlanılmışdır. Mənzilin dəyərini cavabdeh və qaynatası ödəmiş, tikintisi 2008-ci ildə başa çatmış, mənzili öz vəsaitləri hesabına tam təmir etdirmişlər. 2008-ci ilin may ayında mənzildə təmir işləri başlanmış, mənzilin bir otağının, hamam və sanitar qovşağının təmiri 2008-ci ilin oktyabr ayında başa çatdığından onlar əmlaklarının bir hissəsini həmin təmiri başa çatmış otağa yığaraq həmin ilin noyabr ayından mənzildə yaşamağa bağlamış, mənzilin tam təmiri isə 2009-cu ilin avqust ayında başa çatdığından onlar qalan əmlaklarını da mənzilə gətirərək mənzildən tam istifadə etməyə başlamışlar. 2008-ci ilin noyabr ayında həmin mənzilə köçmüş və bu günə kimidə həmin mənzildə yaşayırlar, onun bütün cehiz əşyaları və birgə nikah dövründə əldə etdikləri bütün ev əşyaları da həmin mənzildədir. Qaynatası X5 2013cü ildə rəhmətə getdiyindən yaşadıqları mənzil barəsində müqavilə “xxxxxxxxxxxxxxxxx” MTK-nin xx xxxx 2014-cü il tarixli qərarı ilə cavabdehin adına dəyişdirilmişdir. Həmin mənzil hazırda cavabdehin mülkiyyətindədir. Cavabdeh və övladları həmin mənzildə qeydiyyatdadırlar. 2011-ci ildə yoldaşı “Nissan X TRAİL” markalı avtomobil almış, bir müddət sürdükdən sonra 2013-cü ildə həmin avtomobili satmış və evdə olan pulu da həmin pulun üstünə qoyaraq 45.000 manata “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobili almışdır. Cavabdeh avtomobil aldıqdan sonra təxminən 2013-cü ildə 12.000 manat pul ödəyərək yaşadıqları evin zirzəmisində bir ədəd 69 saylı qaraj almışdır. 2015-ci ildə “xxxxxxxxxxxxxxxxx” MTK-nın yaşadıqları evin yaxınlığında tikdiyi 81 A saylı binada 340 saylı iki otaqlı mənzili almışlar. Həmin mənzilin müqaviləsi “xxxxxxxxxxxxxxxxx” MTK-ilə onun adına bağlanmış, aldıqları həmin mənzilin pulunun əksər hissəsini, yəni 55.000 manatını onun valideyinləri ata evindən ona düşən pay haqqı olaraq vermiş, qalan hissəsini də birgə nikah dövründə əldə etdikləri vəsait hesabına ödəmişlər. Həmin mənzili 67.000 manata almışlar (mənzil ikinci övladları üçün nəzərdə tutulmuşdur). Bundan başqa 2006-cı ildə Qusar rayonu Yuxarı Ləyər kəndində bağ evi tikdirmək üçün 0,12 ha torpaq sahəsi almış, bu torpaq sahəsi cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, bu barədəN-324F, KOD-30123048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2017-ci ilin əvvəlində cavabdeh işdən çıxmış və biznes fəaliyyəti ilə məşqul olmaq istəmişdir. Bu məqsədlə də 2015-ci ildə 67.000 manata aldıqları evi və 2013-cü ildə 45.000 manata aldıqları avtomobili sataraq pulunu biznes fəaliyyətinə qoymağı təklif etmiş və bildirmişdir ki, əldə etdikləri gəlirlərlə bir müddət sonra yeni mənzil və avtomobil alacaqdır. Həmin mənzilin satılması və pulun alınmasını cavabdeh həyata keçirmişdir. O, yalnız “xxxxxxxxxxxxxxxxx” MTK-ya və notariat kontoruna gedərək ona təqdim olunmuş sənədlərə imza etmişdir. Cavabdehin deməsinə görə mənzili 75.000 manata, avtomobili isə 39.500 manata satmışdır. 2017-ci ilin oktyabr ayında cavabdeh bildirmişdir ki, X1 yaxşı biznes sahəsi var və işləyib yaxşı qazanc götürmək imkanı var və işləmək üçün Amerikaya gedəcəkdir. Cavabdeh satdığı evin və avtomobilin pulundan evə 3.000 manat qoyaraq 2017-ci ilin oktyabr ayında Amerikaya getmişdir. 2017-ci ilin sentyabr-oktyabr aylarında cavabdeh ailəsinə, uşaqlarına xəyanət edərək başqa qadınla gününü keçirdiyindən, onunla müxtəlif şəkillər çəkdirərək yaydığından onların münasibətlərində soyuqluq yaranmışdır. 2018-ci ilin mart ayında cavabdeh Amerikadan qayıtdıqdan sonra ailəsinə, uşaqlarına soyuq münasibət göstərmiş, onlarla maraqlanmamış, evdə hər gün söz-söhbət, dava-dalaş yaratmışdır. Ondan evdən çıxıb getməyini tələb etmiş, mənzilin ona məxsus olduğunu, onları mənzildən çıxardacağını bildirməyə, onu övladlarının yanında təhqir etməyə, döyməyə başlamışdır. O, artıq dözməyərək polisə şikayət etmişdir. Cavabdeh mənzilin açarını dəyişməyə, onu evdən çıxartmağa cəhdlər etməyə başlamış, mənzilin internet xəttini bağlatdırmış, evin pulunu ödəməmiş və sair hərəkətlər etmişdir ki, o, bezib evdən çıxıb getsin. Cavabdeh ona dəfələrlə bildirmişdir ki, onu bu mənzilə müvvəqqəti köçürüb, onun mənzildən istifadə hüququ yoxdur. 2019-cu ilin aprel ayında nikahları pozulmuş, övladları onun yanında saxlanılmışdır. Cavabdeh artıq bir müddətdir ki, evə gəlmir o, həmin mənzildə övladları ilə birlikdə yaşayır. O, atasının evində qeydiyyatdadır, orada da yaşamağa şərait yoxdur. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir, mənzil mərhum atası X6 ilə “xxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında pulu atası tərəfindən tam ödənilməklə alınmışdır. 2013-cü ildə atasının vəfatından sonra anasının, qardaşının və bacısının razılığı ilə atasından miras qalan həmin mənzil vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmiş və adına xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir. Cavabdehlə xx.xx.2005-ci ildə rəsmi nikaha girməklə ailə quraraq atasıgilin həmin vaxt yaşadıqları, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əliyev küçəçi 53 saylı evin 16-cı mənzilində 6 ay yaşadıqdan sonra, cavabdeh anasıgillə yola getmədiyi üçün onlar oradan köçüb 2011-ci ilin sonlarına kimi Binəqədi rayonu ərazisində kirayədə yaşamalı olmuşlar. 2011-ci ildə atasıgil, hazırda onun mülkiyyətində olan C.Naxçıvanski küç, 81 saylı evin 54-cü mənzilini təmir edib başa çatdırdıqdan sonra yaşamaq üçün müvəqqəti olaraq ona və onun ailəsinə vermişdir ki, kirayədə yaşamasınlar, ailəsi ilə bərabər 2011-ci ilin sonlarında həmin mənzilə köçərək hazırki vaxta kimi orada yaşayırlar. İddiaçı hələ nikahda olduqları vaxt, heç bir səbəb olmadan mütəmadi olaraq dava-dalaş saldığına, habelə onunla nikah münasibətlərinə faktiki son qoyulduğuna görə o, 2018-ci il avqust ayından müvəqqəti olaraq anasıgildə yaşayır. Hətta 2019-cu ilin may ayında o, anası ilə uşaqlarına baş çəkərkən cavabdeh onun anasının əlini dişləyərək xəsarət yetirmiş, onu yumruqla döymüşdür. Bu faktı üzrə Nizami RPİ-də təhqiqat aparılır. 2011-ci ildə İddiaçı qayınatasına məxsus evə müvəqqəti köçəndə onunla qayınatası arasında mənzilin sahibi kimi mənzildə yaşamasına dair hər hansı razılaşma olmamış, qayınatası tərəfindən onu mənzillə təmin etməli olması barədə öhdəlik götürülməmişdir. Sadəcə onun və ailəsinin yaşamağa başqa yeri olmadığı üçün müvəqqəti olaraq həmin mənzildə yaşamaqlarına icazə vermişdi. İddiaçı yalnız evləndikləri gündən cəmi altı ay onun ata-anası ilə birlikdə onlara məxsus digər mənzildə yaşayıb birgə təsərrüfat aparmış, sonra isə kirayədə yaşamışdırlar. İddiaçı qayınatasına məxsus, hazırda yaşadığı mənzilə 2011-ci ildə qayınatasının razılığı ilə müvəqqəti köçsə də, onunla bir mənzildə yaşamamış, birgə təsərrüfat aparmamış, onun ailə üzvü olmamışdır. O və ailə üzvləri kirayədə qaldığı evin sahibi mənzilini satdığı üçün 2011-ci ildə məcburiyyət üzündən oranı boşaltmışdırlar, atası onların başqa evə kirayəyə köçməməsi üçün hazırda onun mülkiyyətində olan mənzili müvəqqəti yaşamaq üçün vermişdir. O, 2011-ci ilə kimi Binəqədi rayonu, 8 MKR, ev 32 mənzil 128-də kirayədə yaşadıqları faktını xx.xx.2007-ci ildə anadan olmuş övladları Muradın Binəqədi rayonu ərazisində yerləşən 20 nömrəli Uşaq Poliklinikasında 2013-cü ilin aprel ayına kimi qeydiyyatda olması və həmin müddətdə 2007-2011-ci illərdə müvafiq peyvəndlər olunması ilə də təsdiq olunur. Nizami rayonunda yerləşən19 nömrəli Uşaq Poliklinikasının verdiyi xx.xx.2019-cu il tarixli 261 saylı məktubla da təsdiq olunur ki, C.Naxçıvanski küç, 81 saylı evin 54-cü mənzilində yaşayan xx.xx.2007-ci il təvəllüdlü X9 xx.xx.2013-cü il tarixdən həmin poliklinikada qeydiyyatdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 754/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun tanınması, 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilinin 2017-ci ilə olan 33.000,00 manat bazar dəyərinin ½ hissəsi, yəni 16.500,00 manat məbləğinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə olunan 75.000,00 manatın 3/5 hissəsinə İddiaçı, 2/5 hissəsinə Cavabdeh1 payının müəyyən olunması və ilkin iddiaçıya Cavabdeh1 tərəfindən ödəniləcək 45.000,00 manatdan onun tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manatın alınaraq İddiaçı ödənilməsi, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə İddiaçı paylarının müəyyən olunması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi, Cavabdeh1 qarşılıqlı iddianın qaldırılmasına görə 10 manat məbləğində və əmlak bölgüsü ilə bağlı isə 30 manat məbləğində, ümumilikdə 40 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin əmlak bölgüsünə aid hissədə ləğv edilməsini və birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz bütün əmlaklara 2/3 hissədə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, qətnamə tələbinin əmlak bölgüsünün təmin olunmamış hissəsində qanunsuzdur. Məhkəmə iki uşağın onun himayəsində olmasını nəzərə almamışdır, 13891,69 manatın onun payından çıxılması əsassızdır. Cavabdeh birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etmişdir, başqa qadınla münasibəti olmuş, ailənin ümumi gəlirini ona xərcləmişdir. Məhkəmə mütəxəssis rəyində göstərilən məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas götürərək payları müəyyən etmişdir. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilmiş hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisəli mənzilə 2011-ci ilin aprel ayında köçmüçlər. Atası isə həmin mənzildə ümumiyyətlə yaşamamış, iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı anasının mülkiyyətində olan mənzildə qeydiyyatdadır, həmin mənzil 3 otaqdan ibarətdir, orada iddiaçının və uşaqların yaşamaları üçün hər cür şərait var. O, uşaqlarının özü ilə birlikdə mübahisəli mənzildə yaşamalarına razıdır. Birgə nikah dövründə avtomobil və mənzil satılarkən nə iddiaçı, nə də o, heç bir yerdə işləməmiş, başqa gəlir yerləri olmamış və ailə həmin pul vəsaiti hesabına dolanmışdır. 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər iddiaçıya göndərdiyi 10891 manatı 6 aya böldükdə hər ay üçün 1815,16 manat edir, həmçinin özünün aylıq xərcləri, xaricə gediş-gəliş pullarını əlavə etsə, ailənin aylıq xərci 2500-3000 manat edir. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi 14 ay ərzində bu pullar hansı hesabdan xərclənmişdir? 2018-ci ilin aprel ayında ABŞ-dan qayıtdıqdan sonra avqust ayının 28-nə qədər iddiaçı ilə birlikdə yaşamışlar və bu 5 ay ərzində ailənin aylıq xərci təxminən 12000-15000 manat pul xərclənmişdir. Satılan əşyaların pulundan təxminən 50000 manat ailə üçün xərclənmiş, biznes qurmaq üçün götürdüyü 30000 manat isə batmışdır. Mənzil 63000 manata satılmışdır, həmin mənzildə onun hesabına alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmsil etdiyi şəxsin apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iki uşağın iddiaçının yanında saxlanılması nəzərə alınmamışdır. Birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz bütün əmlaklara 2/3 hissədə pay müəyyən olunmalıdır. Birgə yaşayıb, təsərrüfat apardıqları zaman ailənin aylıq xərci təxminən 1000 manat olmuşdur. Məhkəməkollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və nümayəndəsi-vəkili öz apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş edərək, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmçinin qeyd etdi ki, 2015-ci ildən işdən çıxmışdır. Birgə nikah dövründə avtomobil və mənzil satılarkən, nə iddiaçı, nə də o, heç bir yerdə işləməmiş, başqa gəlir yerləri olmamış və ailə həmin pul vəsaiti hesabına dolanmışdır. ABŞ-a gedərkən 30000 manat özü ilə götürmüş, 30000 manat isə ehtiyat üçün evdə saxlamışdır. ABŞ-a iş qurmaq niyyəti ilə getsə də, baş tutmamışdır, orada qazanc əldə etməmişdir. ABŞ-da olarkən iddiaçıya özü ilə apardığı puldan göndərmişdir. ABŞ-dan qayıtdıqdan sonra da iddiaçı ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar, xx xxxxxx 2018-ci il tarixdə evdən çıxmışdır. Birgə yaşayıb, təsərrüfat apardıqları vaxt ailənin aylıq xərci təxminən 3000 manat olmuşdur. Həmçinin göstərdi ki, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qaraja və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinə ½ hissədə payların müəyyən edilməsinə etiraz etmir və bu hissədə qətnaməni mübahisələndirmir, ona görə də qətnamədən həmin hissədə şikayət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir. İşin müəyyən olunmuş hallarına görə, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X9 və xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların 18 yaşa çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, 308 manat aliment tutulmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər nikaha daxil olduqdan sonra 2005-ci ildə cavabdehin atasına məxsus evdə birlikdə 6 ay yaşamışlar. xx.xx.2006-cı il tarixli müqavilə əsasında X5 (hazırki iş üzrə cavabdehin atası) Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 81 saylı evin 54 nömrəli mənzilini almış, sonuncu 2013-cü ildə rəhmətə getdikdən sonra mübahisəsiz qaydada digər ailə üzvlərinin razılığı ilə həmin mənzil Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı 2008-ci ildən həmin mənzildə yaşadıqlarını bildirərək, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həmin mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməyini tələb edir. Kollegiya qeyd edir ki, hazırki mübahisəyə iddiaçının qeyd etdiyi kimi Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq etdikdə belə, iddiaçının həmin mənzilə istifadə hüququ yaranmamış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə isə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı xx xxxxxx 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı ilə isə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarındakı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur “...MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MMin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. ...Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin (hansı ki İddiaçı həmin şəxslər kateqoriyasına aiddir) yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma da yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır. Mübahisəli mənzilin mülkiyyətçisi Təyyar Əliyev olmuş, iddiaçı onun deyil, övladının ailə üzvü olmuşdur və belə olan halda, iddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməmişdir. Belə ki, mübahisəli mənzilin mülkiyyətçisi ilə arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta iddiaçı T.Əliyevin mülkiyyətində olan mənzilə onun razılığı ilə köçüb yaşamışdırsa belə, bu razılıq özlüyündə iddiaçıya mübahisəli mənzilə mülki hüququ mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. Göründüyü kimi, hazırki iş üzrə mənzildən istifadə ilə bağlı iddianın Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiya şərtləri daxilində təmin edilməsi üçün iki vacib şərt tələb olunur: mənzilin mərhum T.Əliyevin mülkiyyətində olması və sonuncu ilə İddiaçı arasında notariat qaydada bağlanaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə (hesab etsək ki, iddiaçı mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdən əvvəl köçmüşdür). Lakin, nə mərhum T.Əliyev mənzil üzərində sərancam vermək üçün tələb olunan hüquqa malik olmamış (mülkiyyətçi hesab olunsa da, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün sərancam hüququna malik olmamışdır), nə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, nədəki mənzildən istifadə ilə bağlı müqavilə olmamışdır. Kollegiyanın qənaətinə görə, mübahisəli mənzili T.Əliyev 2006-cı ildə “xxxxxxxxxxxxxxxxx” MTK-dan aldıqdan sonra Mülki Məcəllənin 178.8-ci maddəsi və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında əks olunmuş mövqeyə görə «mülkiyyət» hüququ əldə etsə də, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin mənzildən istifadə ilə bağlı mərhum T.Əliyevlə İddiaçı arasında müqavilənin bağlanıb qeydə alınması da mümkün ola bilməzdi. Buna görə də Kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə 2008-ci ildə köçməsi dəlilləri inandırıcı hesab edildiyi təqdirdə, həmin mübahisəyə qanunun analogiyasına əsasən köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, qanunun tələbinə görə, icarədar (mülkiyyətçi) ilə bərabər hüquqlara malik olmaq üçün yaşayış sahəsinin istifadəçisi ya icarədərın (mülkiyyətçinin) ailə üzvü olmalı, ya da onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmalıdır. İddiaçı mərhum T.Əliyevin ailə üzvü olmamışdır. Birgə yaşayışa gəldikdə isə, qeyd olunmalıdır ki, tərəflər ailə qurduqdan sonra 2005-ci ildə cəmi 6 ay mərhum T.Əliyevin başqa mənzilində sonuncu ilə birlikdə yaşamış, lakin yola getmədikləri üçün kirayə mənzilə çıxmışlar. Mübahisəli mənzildə isə mərhum T.Əliyev özü heç vaxt yaşamamış, müvafiq olaraq da İddiaçı ilə ümumi təsərrüfat aparmamışdır. Ona görə də sonuncunun mərhum T.Əliyevin ailə üzvünə çevrilməsi üçün hər hansı əsas müəyyən olunmur. İddiaçı J.Əlyievanın mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdən sonra köçməsi halında da, həmin tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-cü maddəsinin tələbinə görə, onun həmin mənzilə istifadə hüququ yaranmayacaqdır, çünki o, mərhum T.Əliyevin nə ailə üzvü olmuş, nə də qanunun nəzərdə tutduğu «digər qohumlar» kateqoriasına aid olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı). İddiaçı isə həmin şəxslər kateqoriyasına aid deyildir, bu səbəbdən də onun mərhum T.Əliyevin ailə üzvü yaxud da «digər qohum» kimi mübahisəli yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ da yaranmamışdır. Beləliklə, İddiaçı mübahisəli mənzildən hansı tarixdən (xx.xx.2009-cu il tarixdən əvvəl və ya sonra) istifadə etməyə başlamasından asılı olmayaraq, T.Əliyevin sağlığında onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Lakin, X5 2013-cü ildə vəfat etdikdən sonra mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həmin vaxt iddiaçı ilə cavabdehin həmin mənzildə birlikdə yaşamaları isə mübahisəsizdir. Mülkiyyətçinin dəyişməsi ilə yeni münasibətlər yaranmışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Qeyd olunan hüquqi mövqeyə görə, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydə alındıqdan sonra hazırki işin tərəflərin arasında yeni mənzil münasibətləri yaranmışdır və həmin münasibətlərdən doğan mübahisələr də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri daxilində həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, Cavabdeh1 mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra, qanunun imperativ göstərişlərinə əsasən, İddiaçı onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir. Lakin nəzərə almaq lazımdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulduğundan (ailə münasibətlərinə xitam verildiyindən), iddiaçı cavabdehin ailə üzvlüyündən çıxmışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bununla belə, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər. Qeyd olunmalıdır ki, hər bir halda iddiaçı əşya hüququndan irəli gələn istifadə hüququna malik deyildir. Digər tərəfdən, iddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Hazırki işin halları baxımından artıq itirilmiş hüququn müəyyən müddət saxlanılması ilə bağlı məsələ həll oluna bilər. Yəni, iddiaçının müddətsiz olaraq mübahisəli mənzildən istifadə hüququnun tanınması yox, özünü yaşayış sahəsi ilə təmin edənədək müvəqqəti həmin mənzildə yaşaması müzakirə predmeti ola bilər. Kollegiya iddiaçının hazırda başqa yaşayış yeri olmamasını və mübahisəli mənzildə yaşamasını nəzərə alaraq, hesab edir ki, özünü yaşayış sahəsi ilə təmin edənədək bir il müddətinə həmin mənzildən istifadə hüququ saxlanılmalıdır. Kollegiya onu da qeyd edir ki, tərəflərin faktiki nikah münasibətləri pozulduğu vaxtdan (2018-ci ilin avqust ayı) indiyə qədər olan təxminən iki il müddətdə iddiaçı həmin mənzildə yaşamış və hazırda da orada yaşayır. Belə olan halda, Kollegiya qətnamə qəbul edildiyi vaxtdan bir il müddətinə onun istifadə hüququnun saxlanılmasını ağlabatan hesab edir, bu isə iddiaçının mübahisəli mənzildən həmin mənzilə istifadə hüquqlarını itirdiyi vaxtdan üç il müddətində istifadə hüququnun saxlanılması deməkdir ki, bu müddət də kifayət qədərdir. Həmçinin Kollegiya nəzərə alır ki, hazırki qətnamə ilə iddiaçı əmlak bölgüsü nəticəsində kifayət qədər vəsait əldə etmək imkanı qazanmışdır ki, bu da ona qısa müddət ərzində özünü başqa yaşayış sahəsi ilə təmin etmək üçün əlverişli şərait yaradacaqdır. İlkin iddia tələbindən göründüyü kimi iddiaçı birgə nikah dövründə əldə edilmiş aşağıdakı əmlakların bölgüsünü tələb etmişdir: 45.000 manata aldıqları “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin (2017-ci ildə cavabdehin deməsinə görə 39.500 - manata satmışdır) satış pulunun (45.000 manatın) 2/3 hissəsinin; birgə vəsait hesabına 2015-ci ildə “xxxxxxxxxxxxxxxxx” MTK-dan 67.000 manata aldıqları Bakı şəhəri, Nizami rayonu C.ünvan 3 340 nömrəli mənzilin satış pulunun (2017-ci ildə cavabdeh həmin mənzili 75.000 manata satmışdır) 2/3 hissəsinin; 2013-cü ildə 12.000-manat pul ödəyərək aldıqları yaşadıqları Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81-in zirzəmisində yerləşən 69-saylı qarajın 2/3 hissəsinə; 2006-cı ildə Qusar rayonu Yuxarı Ləyər kəndində bağ evi tikdirmək üçün aldıqları, 0.12 ha torpaq sahəsinin 2/3 hissəsinə payının (mülkiyyət hüquqlarının tanınması) müəyyən edilməsi. Məhkəmə tərəfindən təyin olunmuş “Legal Prime” qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə görə 2013-cü il buraxılışlı “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin 2017-ci ilə bazar qiymətinin 33.000 manat, Nizami rayonu C.ünvan 3 mənzil 340 ünvanında yerləşən ümumi sahəsi 76.42 kv.m olan 2 otaqlı təmirsiz evin 2017-ci il tarixə bazar dəyərinin isə 78.000 manat təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. (maddə 32.2.2) Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. ( maddəs 33.1) Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Birinci instansiya məhkəməsi qeyd olunan əmlaklardan ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qaraja və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinə ½ hissəsidə Cavabdeh1, ½ hissəsidə İddiaçı paylarının müəyyən olunması, 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilinin 2017-ci ilə olan 33.000,00 manat bazar dəyərinin ½ hissəsi, yəni 16.500,00 manat məbləğinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə olunana və iddiaçı tərəfindən 75.000,00 manata satılması iddia olunan mənzilin satış dəyərinin 3/5 hissəsinə yetkinlik yaşına çatmamış övladlarının onun yanında saxlanılması halı nəzərə alınmaqla İddiaçı, 2/5 hissəsinə isə Cavabdeh1 payının müəyyən olunması, həmin məbləğdən ilkin iddiaçıya çatmalı olan 45.000,00 manatdan Cavabdeh1 tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manatın alınaraq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə sadalanan normalara əsaslanaraq, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qaraja və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə İddiaçı paylarının müəyyən olunması barədə düzgün qənaətə gəlmişdir (həmin hissədən yalnız İddiaçı şikayət vermişdir). Digər əmlakara aid hissədə isə məhkəmənin qənaəti doğru deyildir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə olunan və iddiaçı tərəfindən 75.000,00 manata satılması iddia olunan mənzilin satış dəyərinin 3/5 hissəsinə yetkinlik yaşına çatmamış övladlarının onun yanında saxlanılması halı nəzərə alınmaqla İddiaçı, 2/5 hissəsinə isə Cavabdeh1 payının müəyyən olunması barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, payların müəyyən edilməsi zamanı uşaqların onun himayəsində qalması kimi hallar barədə iddiaçının dəlilləri payların qeyri bərabər bölünməsi üçün əsas ola bilməz. İddiaçının cavabdehin əlavə xərclərə cəlb olunması və s. barədə iddia qaldırmaq hüququ vardır. Qanunvericilikdə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ər-arvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Qanunun mənasına görə, himayəsində uşaq qalmış valideynin payı o halda artırıla bilər ki, məhkəməyə digər valideynin uzun müddət üzürsüz səbəbdən işləməməsi və ya ailənin qazancını şəxsi ehtiyaclarına sərf etməsi barədə sübut təqdim olunsun; yanında uşaq qalmış valideynin maddi vəziyyəti digər valideynə münasibətdə daha ağır olsun; ailədə məhdud imkanlı uşaq olsun (misal üçün: xəstə uşağın daşınması üçün nəqliyyat vasitəsi tələb olunur, onunla yaşayan valideynin isə sürücülük vəsiqəsi vardır, bu halda məhkəmə ümumi avtomobili həmin valideynin istifadəsində saxlaya bilər). Qeyri-bərabər bölgü məhkəmə üçün məcburi deyildir və yalnız konkret həyatı situasiyada uşağın maraqlarının nəzərə alınmasının vacibliyi barədə məhkəməyə sübut təqdim olunduğu təqdirdə baş verə bilər. Hazırkı işdə isə qeyd olunan halların heç biri mövcud deyildir. Birgə əmlak yalnız ər-arvad arasında yaranan nikah münasibətinin nəticəsində əmələ gəldiyindən, həmin əmlak yalnız onlar arasında bölünür. Bu zaman uşaqların sayının və validyenlərdən hansının yanında qalmasının heç bir əhəmiyyəti yoxdur. Yalnız yuxarıda göstərilən halların mövcudluğu məhkəməyə qeyri-bərabər pay bölgüsü barədə qərar qəbul etməyə imkan verə bilər. Kollegiya Cavabdeh1 ailənin ümumi qazancını başqa qadına xərcləməsi barədə də iddiaçının dəlillərini əsaslı hesab etmir. Cavabdehin başqa qadınla şəkil çəkdirməsi onun həmin qadını «saxlaması» və ailənin ümumi vəsaitini əsassız olaraq ona xərcləməsi anlamına gəlməməlidir. Bu hal epizodik xarakter də daşıya bilər, ona görə də iddiaçı göstərdiklərini sübut etməlidir, lakin o, bununla bağlı yalnız bir neçə fotoşəkil təqdim etməklə kifayətlənmişdir ki, bu da onun dəlillərinin əsaslı olması üçün kifayət etmir. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, hazırki qətnamə ilə tərəflərin bölünən payları bərabər müəyyən olunmalıdır. “Leyal Prime” Qiymətləndirmə şirkyətinin xx.xx.2019-cu il tarixli rəyi ilə 2017-ci ilə 2013-cü il buraxılışlı “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin bazar satış qiyməti 33.000 manat, Bakı şəhəri, Nizami rayonu C.ünvan 3, mənzil 340 ünvanda yerləşən ümumi sahəsi 76,42 kv.m olan təmirsiz mənzilin bazar dəyəri isə 78.000 manat təşkil etməsi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, mütəxəssis rəyi ilə mənzilin 2017-ci il tarixə bazar dəyəri 78000 manat müəyyən edilsə də, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, odur ki, mütəxəssi rəyi ilə müəyyən edilmiş məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün iddia tələbində göstərilən məbləği götürülməlidir. Eyni zamanda, Cavabdeh1 həmin mənzilin 63.000 manata satılmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materillarından müəyyən edildiyi kimi, sözügedən avtomobil 2017-ci ilin fevral ayında, mənzil isə həmin ilin may ayında satılmışdır. Mənzilin və avtomobilin satılmasından ümumilikdə 108000 manat (75000+33000) əldə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh ABŞ-dan qayıtdıqdan sonra da tərəflər 2018-ci ilin avqust ayına qədər birlikdə yaşamış, birgə təsərüffat aparmışlar, 2018-ci ilin avqust ayında faktiki olaraq münasibətləri pozulmuş, avqustun 28-də cavabdeh evdən çıxmışdır. Göründüyü kimi, iddiaçı işləmədəyi və ailənin başqa qazanc mənbəyi olmadığı üçün tərəflər 2017-ci ilin fevral ayından 2018-ci il avqustun 28-dək satdıqları avtomobil və mənzilin pulundan xərcləmişlər. İddiaçı tərəf ailənin aylıq xərclərinin təxminən 1000 manat, cavabdeh tərəf isə təxminən 3000 manat olduğunu qeyd etmişlər. Bununla əlaqədar heç bir sübut təqdim olunmasa da, işin müəyyən edilmiş hallarını, tərəflərin qeyd etdiklərini nəzərə alaraq, Kollegiya ağlabatan mühakimə əsasında belə qənaətə gəlir ki, birgə təsərrüfat apardıqları zaman ailənin aylıq xərci təqribi 2000 manat götürülməlidir (ailənin əvvəlki aylıq xərcləri nəzərə alınmaqla). Belə olan halda da 2017-ci ilin fevral ayından 2018-ci ilin avqust ayına (17 ay) qədər tərəflərin birgə təsərrüfat aparmaqla ailənin ümumi ehtiyacları üçün 34000 manat xərcləməsi müəyyən edilir (17x2000). Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərarı). Qeyd olunan halları nəzərə alan Kollegiya hesab edir ki, avtomobilin və mənzilin satılmasından əldə edilmiş 108000 manat (75000+33000) məbləğdən 17 ay ərzində ailənin ümumi məqsədləri hesabına xərclənmiş 34000 manat çıxılmaqla (108000- 34000=74000), qalan 74000 manatın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən olunmalı, müvafiq olaraq, cavabdehdən həmin vəaitin yarısı – 37.000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Cavabdehin iddiaçıya əvvəlcə 3.000 manat verməsi (evdə qoyub ABŞ-a getməsi), sonradan isə ABŞ-dan daha 10.891,69 manat göndərməsinin isə işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur, belə ki, həmin vəsait də ailənin ümumi xərci hesab olunur və ümumi məsrəflərə (34.000 manat) daxildir. İddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə iddiası əsassız olduğundan, buna görə də təmin edilmədiyindən, Cavabdeh1 onun həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddiası əsaslı hesab edilərək təmin olunmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, mülkiyyətçi mülkiyyət hüququnun həyata keçirilməsi üçün digər şəxslərdən qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmək hüququna malikdir. Cavabdeh İddiaçı müddətsiz olaraq mübahisəli mənzildə yaşamaqda davam etməsi mülkiyyətçi kimi iddiaçı Cavabdeh1 mülkiyyət hüququnun pozulması və əmlakı üzərində tam hüquqlarını həyata keçirməsinə xələl gətirməsi ilə nəticələ bilər. Kollegiya onu da qeyd edir ki, tərəflərin birgə nikahdan olan Murad və Adel adlı uşaqları qüvvədə olan məhkəmə qətnaməsi ilə anaları – iddiaçı J.Əlyievanın himayəsində saxlanılmışlar, buna görə də, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən, uşaqlar mübahisəli mənzilə münasibətdə istifadə hüququna malik deyillər. Lakin uşaqların atası kimi Cavabdeh1 Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri qaydasında öz övladlarını mübahisəli mənzilə köçürmək ixtiyarına malikdir. Qanunvericiliyin mənasına görə isə bu ixtiyar atanın vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-754/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin «İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə istifadə hüququ tanınması, 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilinin 2017-ci ilə olan 33.000,00 manat bazar dəyərinin ½ hissəsi, yəni 16.500,00 manat məbləğinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə olunana 75.000 manatın 3/5 hissəsinə İddiaçı 2/5 hissəsinə Cavabdeh1 payının müəyyən olunması və ilkin iddiaçıya Cavabdeh1 tərəfindən ödəniləcək 37.500 manatdan onun tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manatın alınaraq İddiaçı ödənilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi» hissəsində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlki iddia tələbləri həmin hissələrdə qismən təmin edilsin. İddiaçı Cavabdeh1 qarşı sonuncunun mülkiyyətində olan 2008-ci ilin noyabr ayından yaşadıqları (hazırda yaşadıqları), əmlaklarının olduğu Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81, 54 saylı mənzilə istifadə hüququnun tanınması, azyaşlı övladları X9 və X10 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə iddiası təmin edilməsin. İddiaçı uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə hazırki qətnamə qəbul edildiyi tarixdən bir il müddətinə istifadə hüququ saxlanılsın. 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə edilmiş 108000 manat (75000+33000) məbləğdən 17 ay ərzində ailənin ümumi məqsədləri hesabına xərclənmiş 34000 manat çıxılmaqla (108000-34000=74000), qalan 74000 manatın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən olunsun və 37000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı (himayəsində saxlanılmış azyaşlı uşaqları ilə birlikdə) Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin 54 saylı mənzilinə hazırki qətnamə qəbul edildiyi tarixdən bir il müddətinə istifadə hüququ saxlanılmaqla mənzildən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar