Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3545/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək xidmətdə olmuşdur. Xidmədə olduğu zaman Naxçıvan şəhəri, N saylı hərbi hissədə ayağından aldığı xəsarətə görə Silahlı Qüvvələrdə xidmətə yararsız hesab edilərək ehtiyata göndərilmiş və 01 may 2013-cü ilə üçüncü qrup əlillik dərəcəsi almışdır. Dəfələrlə cavabdehə sığorta ödənişinin verilməsinə dair şifahi və yazılı formada müraciət etsə də, ona imtina cavabı verilmişdir. Sonradan cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırlmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona sığorta ödənişinin verilməsi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildiririk ki, iddiam qəbul etmirik və hesab edirik ki, əsassızdır, rədd edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi elektron arayışdan aydın olur ki, şəxs xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Həmin arayışa əsasən şəxs Hərbi Həkim Komissiyasının rəyi ilə xəstəliyinə görə ehtiyata buraxılmışdır. İddiaçnın təqdim etdiyi ƏƏSMN TSEK-nin arayışından aydın olur ki, şəxsə xx.xx.2013-cü ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sənədlərin təhlili göstərir ki, şəxs xx.xx.2001-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunmuş, əlillik dərəcəsi isə şəxsə xx.xx.2013-cü ildə təyin edilmişdir. Bildirmək istəyirik ki, hərbi qulluqçuların icbari sığorta qaydalan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Yenə həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və həmin maddənin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə vanrsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üc il müddətində sığortaolunanm əlilliyi müəyyən edildikdə. Adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəlki abzasda altından xətt çəkilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Yuxanda qeyd olunanlara əsaslanaraq, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxanlması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz. Qanunun istinad olunan maddəsinin mənasına görə, sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. Əlilliyə əsas olan vəziyyətin yarandığı tarix şəxsin xəsarət aldığı tarixdir, əlilliyin müəyyən olunması isə qeyd olunan müddətdə həyata keçirilməlidir. Bu müddətin hansı səbəblərdən buraxılması, buraxılmışsa üzrlü hesab edilməsi və istisna edilməsi ilə əlaqədar sözügedən Qanunda, yaxud başqa qanunvericilik aktında hər hansı norma nəzərdə tutulmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Göründüyü kimi, Məhkəmə öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir.Göründüyü kimi, Məhkəmə öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli elektron arayışa əsasən, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək həqiqi hərbi xidmət keçmiş, xəstəliyə görə ehtiyata braxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş, SX № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə istehkamçı olmuş, xx.xx.2016-cı ildə Naxçıvan Kəngərli HHK tərəfindən, o dinc dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdudyararlı hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, № xx-xx-1611 saylı məktubdan görünür ki, İddiaçı sığorta ödənişi ilə əlaqədar edilmiş müraciətə birdəfəlik sığorta ödənişinin verilməsinin qeyri-mümkün olacağı cavabı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixində verilmiş arayışın surətindən görünür ki, xx.xx.2013-cü il tarixində qiymətləndirilmə aparılmış və İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz, üçüncü qrup müharibə əlilidir. xx.xx.2001-ci il tarixli 878 saylı Xəstəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xəstəliyi hərbi xidmət dövründə yaranmış və dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrini İdarəetmə Birliyi” X4 Azərbaycan Elmi-Tədqiqiat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********/13267 saylı arayışa əsasən, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı sol bud oynağında hərəkətlər qeyd edilmir, sol diz oynağı 10 dərəcə fleksiyon kontraktura vəziyyətindədir, bükmə-açma qeyd edilmir, sol pəncə ekvinus vəziyyətindədir və bükmə-açma qeyd edilmir, xəstə axsayaraq əsa yardımı ilə çətinliklə yeriyir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə 16 may 2022-ci il tarixli 2-(103-3545/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2013-cü ildən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qavdası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakı dövrdə əlillik vəziyyətinin gücləndirilməsi məqsədilə 10 saylı Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0096003AADM1 nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2022- ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol bud-çanaq oynağının koksartrozu. Sol bud-çanaq oynağı nahiyəsində iltihabi proses nəzərə alınaraq oynağın arxa səthində irinli ocağın açılması.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş funksiyasının kəskin pozulması” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Nəzərə almağınızı xahiş edirik. Beləliklə, müəyyən olunmuşdur ki, sonrakı dövrdə əlillik vəziyyətinin gücləndirilməsi məqsədilə 10 saylı Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0096003AADM1 nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2022- ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur.Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq İddiaçı barəsində xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 7-ci maddəsinə görə sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: b) əlillik halında:“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sonrakı dövrdə əlillik vəziyyətinin gücləndirilməsi məqsədilə 10 saylı Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0096003AADM1 nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2022- ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur.Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq İddiaçı barəsində xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının əlilliyini təsdiq edən sənədlər və beləliklə iddianın təmin olunmasına əsas verən hallar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3545/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3545/2022
30.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver