Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3550/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddia tələbi qismən təmin edilərək, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 360 manat məbləğində zərərin, 3 manat dövlət rüsumun məcburi qaydada tutularaq “Azəriqaz” İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş materiallarından görünür ki, “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş 3442,50 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3472,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz etmişdir. Həmin evə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş, evdə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir.21.09.2018-ci il tarixli, ******* saylı akta əsasında 1944 manat,30.10.2019-cu il tarixli, ******* saylı akta əsasında 329,40 manat,29.11.2019-cu il tarixli, ******* saylı akta əsasında 109,80 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasında 252 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasında 252 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasında 252 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 309,70 manat debitor borcu olmuşdur. Cavabdeh tərəfindən ümumi borcun 301,60 manat hissəsi ödənilmişdir. Beləliklə, cavabdehin cəmi borcu 3442,50 (3744,10-301,60=3442,50) manat olmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11,2020-ci il tarixli 2(008)- 816/2020 saylı qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi, iddianın rədd olunmuş hissəsində (mübahisələndirilən hissəsində) təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tşm. obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 1724 manat məbləğində zərərin məcburi qaydada tutularaq “Azəriqaz” İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 28.09.2018-ci il tarixli AKX-0030323/09-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində İtron G-4 markalı 1802AZ**********65 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 21.09.2018-ci il tarixli, ******* saylı akta əsasında 1944 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasında 329,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasında 109,80 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasında 252 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasında 252 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasında 252 manat Adıçəkilən aktlar əsasında hesablanmış zərər 3434,40 manat təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyası tərəfindən qanunsuz qoşulmanın həyata keçirilib-keçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 iyun 2021- ci il tarixli, 10/1810 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə əlaqədar qaz sayğacından kənar qeyri-qanuni qoşulma aşkar edilməmişdir. Qeyd olunan daşıyıcı qaz xəttinin üzərində olan borucuğun sonluğu qaynaqla bağlanmış vəziyyətdədir. Həmin borucuğun sonluğunun açıq olduğu halda, həmin borucuq vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən – 360 manat hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən, abonentin evinə gedən daşıyıcı qaz xətti üzərində qaynaqla bağlanmış borucuq olduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının (MM 1096,1097) tələblərinə əsasən qeyd edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, tərəflər arasında bağlanmış 28.09.2018-ci il tarixli AKX-0030323/09-2018 nömrəli müqavilənin 2.2.4-cü bəndinə əsasən paylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini istehlakçıdan tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2nın təsdiq edilməsi haqqında” 12.05.2011ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin, işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 21.09.2018-ci ildə müəyyən etmişdir və müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 7 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki X2nda qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 il 1 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, iddia tələbi ilk AKT-a, yəni 21.09.2018ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir və cavabdehdən qanunsuz qoşulmaya görə 9720 kubmetr itirilmiş qazın bərpası üçün 2200 kubmetr üçün 0.1 manat, qalan 1504 kubmetr üçün isə 0.2 manat hesablanmalıdır. Yəni, iddiaçı qanunsuz qoşulma nəticəsində 360 manat deyil, (2200x0.10=220, 7520x0.20=1504) 1724 manat ödəniş etməlidir. Belə ki, qeyd olunan AKT-a görə cəmi 9720 kubometr hesablanmışdır, onun 2200 kubmetri 10 qəpikdən hesablanaraq =220 manat, həmin məbləğin qalan hissəsi 7520 kubmetr 20 qəpiknən hesablanaraq=1504, cəmi 1724 manat. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il, 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarında limit 2200 m3 müəyyən edilmişdir. Tarif Şurasının qərarına görə, əgər abonent il ərzində müəyyən olunmuş limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma limitdən artıq hissə üçün 1 kub m × 20 qəpik olmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin həmin hissədə əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci olan 102 (yüz iki manat) tərəflər arasında bərabər bölüşdürülərək 51 (əlli bir) manat “Azəriqaz” İB-dən, 51 (əlli bir) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)- 4816/2018 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin.İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 1724 manat məbləğində zərərin məcburi qaydada tutularaq “Azəriqaz” İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 102 (yüz iki manat) tərəflər arasında bərabər bölüşdürülərək 51 (əlli bir) manat “Azəriqaz” İB-dən, 51 (əlli bir) manat Cavabdeh tutularaq tutulub dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X1 KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hazırki qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3550/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3550/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver