Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3550/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki vəzifəyə bərpa olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı prosessual hüquq varisləri X1 və X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2015-ci il tarixli 977№li əmək müqaviləsi ilə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmişdir, əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir. Cavabdeh müəssisə bu hala istinad edərək xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. 2.İddiaçı əmrin qanunsuz olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxılmanın apellyasiya mərhələsində, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-nə qarşı – Cavabdeh İB - nin 18 sentyabr 2023 çü il tarixli 14-2-2/3-1K- 908/2023 sayli əmrin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunması və işə bərpa olunan günədək məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının və bayramda verilən pul mükafatının tam şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı 1998-ci ildən Azəriqazin Suraxani rayon Ximətində müxtəlif peşələrdə işləmişdir. Əmək Müqaviləsinə qeyri qanuni xitam verilənədək ( xx.xx.2023) həmin xidmətdə 4-cü dərəcəli operator peşəsində çalışmışdır. 1992-ci ildən sərnişin daşıma nəqliyyat vasitəsində keçirilən qəza nəticəsində aldığı xəsarətə görə iddiaçıya 2 ci qrup əlillik təyin olunub, 1999 –cu ildən ömürlük əlil kimi tanınmışdır. xx.xx.2022 ci ildə iddiaçı X8 Klinikasinda ağır əməliyyat keçirtmişdir. Oradan çıxdıqdan bir neçə müddət sonra Respublika Milli Onkologiya Mərkəzinə göndərilmişdir. Onkoloji Mərkəzdə 26 ŞÜA almışdır. Bu müddət ərzində iddiaçıya müvəqqəti əmək qabiliyyətini itirən kimi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək xəstəlik vərəqəsi verilib. İddiaçı həmin vərəqələri idarəyə təqdim etmiş, onlar vərəqəni Sosial Müdafiə Fonduna göndərib ordan iddiaçıya xətəliyinə görə Sosial Yardim verilib. 01.05. 2023-cü ildən iddiaçı ilə bağladıqları müqaviləyə xitam verdikləri saxta əmrədək iddiaçı müntəzəm olaraq əmək fəaliyyətini davam etdirmişdir. Bununla bağlı iş qrafiki tutulub, maaş cədvəli yazılıb və Beynəlxalq Bankdan iddiaçı hər ay maaş almışdır. Sosial şəbəkədə Azəriqazin rəhbərliyini tənqid etdiyinə görə onun qəzəbinə tuş gəlmişdir. Birliyin rəhbəri tənqiddən nəticə çixartmaq əvəzinə 18 sentyabr 2023 cü il tarixdə 14-2- 2/3-1K- 908/2023 nömrəli əmr imzalayaraq Əmək Məçəlləsinin 74 - maddəsinin 1- ci hissəsinin Ç bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasini yerinə yetirə bilməməsi göstərilmişdir. Cavabdehin guya iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasini yerinə bitirmədiyinə görə tamamilə qanunsuz və yalandir, beləki əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan cox müddətə tam itirilməsi dedikdə iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stansionar və ya ambulator müalicə aldığı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməsi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamiş, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmiş, son altı ay ərzində daim işlədiyi ilə bağli tərtib edilən iş qrafiki maaş çədvəli mövcuddur və belə bir əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin iddiaçıya qarşı qərəzli münasibətindən əmələ gəlir. İddiaçı növbəti işdə çalışır 1-ci növbə səhər saat 8-00 da növbəni təhvil alıb axşam 20- 00 da təhvil verir. Ertəsi gün axşam 20-00 da təhvil alıb səhər 8-00 də təhvil verir və 2 gün istirahət edir. Növbəyoldaşlarından biri məzuniyyətdə olduqda isə artıq istirahət 2 gün deyil 1 gün olur. Sentyabrda növbə yoldaşından biri məzuniyyətdə olduğu üçün iddiaçı 17 sentyabrda gecə növbəsində olmuşdur. Axşam belində ağrı olduğu üçün iddiaçı özünü narahat hiss etmiş ona görədə 18 sentyabda növbəni təhvil verib yaşadığı ərazi üzrə poliklinikaya gedib həkimə müraciət etmişdir. Həkim iddiaçıya müvəqqəti işdən ayrılmağına görə xəstəlik vərəqi açıb və X13 vasitəsi ilə MRT yə göndərib. Axşam iddiaçıya deyilib ki, “səhər Azəriqazda olarsan” getmiş və orda iddiaçını işdən azad olması ilə bağlı əmrlə tanış edilib. Əmək Kitabcasını, ƏMR-in surətin verib yola saliblar. İddiaçı bildirir ki, xəstəliyi ilə bağlı əlində sənədi olduğunu deyə bilməmişdir. 5.Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində işdən çıxarılmışdır və işdən çıxarılmasının əsas səbəbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommisiyasının (TSEK) rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” olması olmuşdur. Məhkəmədə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyində İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər qeyd olunmuşdur. Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommisiyasının (TSEK) və Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyi arasında uyğunsuzluq vardır, rəylər bir biri ilə ziddiyət təşkil edir. Buna görə təkrar ekspertizanın keçirilməsini xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, işdən çıxarılan zaman onun əlində xəstəlik vərəqəsi olmuşdur. Daha sonra məhkəmə iclasında bülletendə olması ilə bağlı məlumatlı olmadığını bildirmişdir. Bu anlaşılmazlıqlığın aradan qaldırılması üçün şəhər poliklinikasının həkiminin iclasa dəvət edilməsini xahiş etmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlannan zaman əmək qabiliyyətsiz olması ilə bağlı məlumatları olmamışdır. Elektron portalda yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunubilmişlər. Bununla yanaşı, TSEK tərəfindən İddiaçı həmçinin, əmək qabilivvətsiz olduğu müəyyən edilmiş və bu barədə müayinə məlumatlarının “Əmək zəmanəti" hissəsində müvafiq qeydlər aparılmışdır. TSEK tərəfindən İddiaçı əmək qabiliyyətsiz olduğu müəyyən edildikdən sonra 2023-cü ilin əvvəlindən işəgötürən tərəfindən ona peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməsi təklif edilmiş və TSEK rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” məlumat qeydinin ən azından “oturaq və yüngül işlərlə işləyə bilməsi” kimi məlumat qeydi ilə əvəz edilməklə www.e-qov.az internet portalına əlavə edilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməkdən imtina etmiş və buna görə də iddiaçı ilə müqaviləsinə xitam vermək məcburiyyətində qalmışlar. Məhkəməyə gələ bilməyən sabah işə də gələ bilməyəcək. Əmək qabiliyyətsiz olmasını fizioloji olaraq da müəyyən etmək olar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “sosial şəbəkədə Azəriqazın rəhbərliyini tənqid etmişəm deyə onun qəzəbinə tuş gəlmişəm. Birliyin rəhbərliyi tənqiddən nəticə çıxartmaq əvəzinə özümsüzlük edib xx.xx.2023-cü il tarixində onun işdən azad edilməsi barədə əmr imzalamışdır”. İddiaçı bu hissədə dedikləri həqiqətləri əks etdirmir. Belə ki, o, işdən azad edilən günə kimi özünə məxsus facebook sosial şəbəkəsində, Azəriqaz İB-nın və onun rəhbərliyinin ünvanına xoş sözlər və təriflər demişdir. İddiaçı məhz işdən azad edildiyi tarixdən sonra (xx.xx.2023-cü ildən), barəsində verilmiş əmrlə razılaşmadığı üçün əks mövqe tutaraq Azəriqaz İB-nın və onun rəhbərliyinin fəaliyyətini facebook səhifəsində tənqid etmişdir. İddiaçıya məxsus facebook səhifəsində paylaşılmış görüntülərdən müəyyən olunmuşdur ki, iddiaçı tərəf işdən azad edildiyi tarixə kimi Azəriqaz İBnın və onun rəhbərliyinin fəaliyyətini tənqid etməmiş və iddia etdiyi bu kimi əsaslarla işdən azad edilməmişdir. İddiaçının səhhəti peşə vəzifəsini yerinə yetirmək üçün işə yararlı deyildir. Cavabdehin nümyəndəsi bu halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Hacıyeva Sahibə) iddia təmin edilərək, Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-908/2023 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı və bayramlarda verilən pul mükafatları ödənilməsi qət edilmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ilə iddia qismən təmin edilərək, mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 50 manat və 10 manat kargüzarlıq xərci Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan: 8.xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik ilə bağlı tibbi arayış verilmişdir. 9.Rezonans klinikası tərəfindən verilən MRT müayinə protokulndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bel-oma nahiyyəsindən müayinə olunmuşdur. 10.ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə qəbul edilmişdir. 11.Cavabdeh İB tərəfindən tərtib edilmiş iş qrafikindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə kimi işdə olmuşdur. 12.Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 1069,89 manat məbləğində sonuncu əmək haqqını, xx.xx.2023-cü il tarixdə isə 2706,52 manat məbləğində son haqqhesabını almışdır. 13.xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2015-ci il tarixli, 977 nömrəli müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi göstərilmiş, əmrin verilməsi üçün əsas Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı olmuşdur. 14.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, diaqnoz keçirilmiş sağ bud sümüyünün aşağı 1/3-nin q/d bitişmiş sınığı, sağ diz oynağının kəskin konturakturası, sağ bud çanaq oynağının hərəkət məhdudluğu, NSD sağ aşağı ətrafın limfostazı diaqnozu qoyulmuş, ikinci dərəcə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz qeyd edilmiş, əmək zəmanəti əmək qabiliyyətsiz qeyd edilmişdir. 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l/3-nin q/d bitişmiş sınığı. Sağ diz oynağının kontrak-turası. Sağ bud çanaq oynağının hərəkət məhdudluğu. NSD. Sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmək zəmanəti təyin edilmişdir. İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. 16.xx.xx.2023-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair və 10 manat poçt xidmətlərinə dair xərc İddiaçı tərəfindən ödənilmişdir. 17.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmişdir, əmək qabiliyyətsiz olduğu qeyd edilmiş, xx.xx.2015-ci il tarixli 977№li əmək müqaviləsi ilə İddiaçı ilə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilmişdir, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l\3nin q\d bitişmiş sınığı, sağ diz oynağının kontrak-turası, sağ bud çanaq oynağının hərəkət məhdudluğu, NSD. sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmək zəmanəti təyin edilmişdir, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. 18.xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. 19.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, tarixlərə nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur. 20.Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. 21.Bundan başqa işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, elə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, o, müəssisədə xx.xx.2023-cü il tarixə kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır. 22.Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2- 2/3-1K- 908/2023 nömrəli əmri ləğv edilməli, iddiaçı “Azəriqaz" İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı və bayramlarda verilən pul mükafatları hesablanaraq ödənilməlidir. 23.Məhkəmə öz mövqeyini “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 16.2, 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə, 83, 300.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləmsini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəməyə təqdim edilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 02135 nömrəli arayış Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən formal əsaslarla tərtib edilərək iddiaçı tərəfə təqdim edilmişdir. İddiaçı özünə məxsus facebook sosial şəbəkəsində xx.xx.2023cü il tarixində yazıb paylaşaraq sosial çevrəsinə bəyan etmişdir ki, “60 manatını Mediasiyanın kolidorunda başına bir kruq fırlayıb onlara vermiş və onlar da onu 15 gün müddətinə gizlətmişdirlər”. İddiaçı tərəf mediasiya təşkilatı tərəfindən gizlədildiyindən ilkin mediasiya sessiyasından işəgötürənin xəbəri olmamışdır. Xətai Rayon Məhkəməsi yekun məhkəmə aktında izahatında göstərdiyi bu arqumentinə hüquqi qiymət verməmişdir. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02135 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı tərəf mediasiyaya yalnız “əmrin ləğv edilməsi və işə bərpa” xahişi ilə müraciət etmişdir. Yəni ki iddiaçı, “əmək haqqı və bayramlarda verilən pul mükafatının ödənilməsi” tələbinin müraciəti ilə bağlı mediasiyaya müraciət etməmiş və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbləri mübahisələndirməyi, cavabdeh Azəriqaz İB-dən əmək haqqı və pul mükafatı tələb etməyi qanunamüvafiq deyildir. Xətai Rayon Məhkəməsi yekun məhkəmə aktında izahatında göstərdiyi bu arqumentinə də hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1992-ci ildən ona 2-ci qrup əlillik təyin edilmiş, 1999-cu ildən isə ömürlük əlil kimi tanınmışdır. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, o, Onkoloji Mərkəzdə 26 şüa almışdır. İddiaçı facebook profilində isə 26 şüa aldığı üçün yaddaşında problemlərin olduğunu, tanımadığı adamları xidməti vəsiqələrini təqdim etmədiyi halda xidmət göstərdiyi strateji əhəmiyyətli əraziyə (X3) buraxdığını göstərmiş və bu kimi səhvi etdiyinə dair facebook istifadəçiləri tərəfindən bildirilən iradları da qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35.2-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeriseçmək hüququ vardır. İddiaçı əlil olması əsası ilə əlaqədar işdən azad edilmiş olduğunu göstərməyə çalışsa da, o, əlil olması əsası iləişdən azad edilməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK-in) 2023-cü il dövrü üçün İddiaçı əmək zəmanətlərinin dəqiqləşdirilməsi və əlillik vəziyyətlərinin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair məlumatları elektron hökümət portalına yerləşdirilmiş və həmin məlumatlardan işəgötürənə müəyyən olunmuşdur ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlil olmaqla yanaşı eyni zamanda o əmək qabiliyyətsizdir. Bu barədə TSEK-in müayinə məlumatlarının əmək zəmanəti hissəsində də müvafiq qeydlər aparılmışdır. Bir sözlə, iddiaçı tərəf əmək qabiliyyətli olmadığı üçün işdən azad edilmişdir. ƏƏSMN-nin TSEK-in sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, Azəriqaz İB-də işləyən bəzi işçilər, o cümlədən İddiaçı əmək qabiliyyətsizdir. Yəni ki həmin işçilərin əməyə olan qabiliyyətləri yoxdur. Bu kimi faktlar Azəriqaz İB-nın İnsan Resursları Departamentinə məlum olduqdan sonra, Azəriqaz İB-də işləyən və TSEK-in sonuncu müayinəyə dair məlumatlarından əmək qabiliyyətsiz olmaları müəyyən olunmuş işçilərin hamısına, o cümlədən də İddiaçı İnsan Resursları Departamentinin məsul əməkdaşları tərəfindən Azəriqaz İB-nın əsas inzibati binasında ümumi olaraq məlumat verilmişdir ki, “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin yenidən qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə təkrarən ƏƏSMNnin tabeliyində olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsinlər. Nəticə olaraq Xətai Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdə adı keçən bəzi işçilərin əmək zəmanətləri tam dəqiqləşdirilmiş və onların “oturaq şəraitdə” və “yüngül işlərdə” işləyə bilməsi kimi müayinə nəticələrinə düzəlişlər edilmişdir. Bəzi işçilərin isə əlillik vəziyyətləri yenidən qiymətləndirilmiş və onların “tam reabilitasiya olunması barədə qərar” qəbul edilmişdir (həmin işçilərə dair TSEK müayinə məlumatları Xətai Rayon Məhkəməsinə təqdim olunmuşdur). Digər işçilərlə müqayisədə İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən tibbi müayinədən keçməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan fasiləsiz olaraq Azəriqaz İB-də işləmişdir. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə 6 ay sonra Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-908/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin və işçilərin də səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əmək qabiliyyətinə zəmanət verilmədiyi halda onun əmək qabiliyyəti olmadan iş yerində təhlükəsiz işləməsi qanuni hesab oluna bilməz. Əmək qabiliyyətsiz olduğu halda işə davam edəcək İddiaçı iş yerində istehsalat zədəsi alması, iş yoldaşlarının və digər şəxslərin səhhətinə xəsarət yetirməsi və s. kimi arzuolunmaz hallar işəgötürənin məsuliyyətə cəlb edilməsinə zəmin yaradacaq hallardır. Xətai Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən bu və sair kimi yuxarıda qeyd olunmuş arzuolunmaz hallar nəzərə alınmamış, əmək qabiliyyətsiz bir işçini işə bərpa etməklə işəgötürən hüquqi şəxsi məsuliyyət qarşısında qoymuş və Xətai Rayon Məhkəməsinin özü də bu məsuliyyətə birbaşa ortaq olmuşdur. İddiaçı tərəf iddia tələbini sübut etmək üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədi. Məhkəmə hakimi Sahibə Hacıyeva isə heç bir zaman iddiaçı tərəfin özünü və üzünü görmədən ilk baxış iclasında işə bərpa tələbi üzrə iddianı qanunsuz olaraq təmin etdi. Məhkəməyə qədər olan hissədə ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində verilmiş rəydə iddiaçının əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir. Lakin, məhkəmə mübahisəsi ərəfəsində məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2023-cü i l tarixli qərardada əsasən Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli T79/2024 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır. İddiaçı barəsində ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş rəy ilə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş rəy arasında uyğunsuzluq və ziddiyyətlər olduğu üçün təkrar ekspertizanın keçirilməsi barədə tərəfindən vəsatət verilmişdir. Həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, bu barədə qəbul edilmiş qərardad hüquqi qaydada əsaslandırılmamış və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli T79/2024nömrəli məhkəmə-tibb ekspertizasının rəyi məhkəmə tərəfindən əsas götürülərək iddia tələbi qanunsuz olaraq təmin edilmişdir. Məhkəmənin hakimi Samirə Eyvazovanın sədrliyi ilə keçirilən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında, İddiaçı ******* nömrəli xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması barədə vərəqənin 24 nömrəli Şəhər Poliklinikasının həkimi tərəfindən iddiaçının xəbəri olmadan açıldığını bildirmişdir. İddiaçı tərəfin izahatında göstərilən xüsusatların araşdırılması zərurəti ilə əlaqədar, iddiaçı barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəni açmış 24 nömrəli Şəhər Poliklinikasının Qədirova soyadlı həkiminin növbəti məhkəmə iclasına şahid qismində dəvət edilməsini məhkəmədən xahiş etsə də, məhkəmənin hakimi tərəfindən vəsatət yerində rədd edilmişdir. Nəticə olaraq məhkəmə sübutlara hərtərəfli baxmamış, bu səbəbdən də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və iddiaçının izahatını şahid ifadəsi ilə yanaşı yoxlamamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisləri X5 və X7 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini, qətnamənin apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 28.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayyətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 29.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Cavabdeh İB və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X12 Xidməti və AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”
30. 23-cü maddəsinə əsasən: 1.Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. 2.Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3.Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 31.Maddə 16.Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. 32.Maddə 16.2.Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 33.Maddə 74. 1-ci hissəsinin “c” bəndi. Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həmin maddənin qeyd hissəsindən görünür ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 34.Maddə 83.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 35.Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 36.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 37.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 58.1.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 40.Maddə 58.2.Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 41.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işinhallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı və bayramlarda verilən pul mükafatları ilə bağlı iddianın təmin edilən və əlavə qətnamə hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi İddiaçı işə bərpa olunması hissəsində ləğv edilərək iş üzrə icraata İddiaçı işə bərpa olunması hissəsində xitam verilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası iddiaçının prosessual hüquq varislərinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmetində qalan-məcburi işburaxmaya görə əmək haqqı, bayramlarda verilən pul mükafatlarla bağlı iddianın təmin edilən hissəsində və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(011)- 681/2024 saylı əlavə qətnaməsi ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissələrdə qismən təmin edilməlidir. 46.Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı bayramlarda verilən pul mükafatının ödənilməsi hissəsində təmin edərkən, maddi hüquq normasının (ƏM- 300-cü maddə) tələblərini pozmuş, bununla bağlı qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Buna görə də iddia qeyd olunan hissədə əsasssız olduğundan, təmin edilə bilməz. 47.Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının 21 avqust 2024-cü il tarixli iclasında iddiaçının həyat yoldaşı X5 və iddiaçının qızı X4 iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb olunması qərara alınmışdır. 48.Kollegiya hesab edir ki, Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmrin qanunsuz olması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunvericiliyin müddəalarına və işin müəyyən edilmiş faktiki hallarına müfaviq olaraq əsaslı olmuşdur. 49.Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixli 977 №li əmək müqaviləsi ilə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmiş, əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir. Cavabdeh müəssisə bu hala istinad edərək xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. 50.Göründüyü kimi işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. 51.Beləki, tarixlərə nəzər yetirilən zaman müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 977 №li əmək müqaviləsi ilə iddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilərkən, cavabdeh iddiaçının ikinci dərəcə əlil olması və əmək zəmanəti olaraq əmək qabiliyyətsiz olduğu qeydi ilə məlumatlı olmuşdur. 52.İşin araşdırılmış hallarından görünür ki, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, əksinə iş materiallarına əlavə edilmiş, Cavabdeh İB tərəfindən tərtib edilmiş iş qrafikinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixə kimi işdə olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixə kimi cavabdeh müəssisədə çalışmış, işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə görə aylıq əmək haqqı almışdir. 53.Cavabdeh tərəf apellyasiya şikayətinin dəlilində qeyd edir ki, “2023-cü ilin əvvəlindən işəgötürən tərəfindən iddiaçıya peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməsi təklif edilmiş və TSEK rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” məlumat qeydinin ən azından “oturaq və yüngül işlərlə işləyə bilməsi” kimi məlumat qeydi ilə əvəz edilməklə www.e-qov.az internet portalına əlavə edilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməkdən imtina etmiş və buna görə də iddiaçı ilə müqaviləsinə xitam vermək məcburiyyətində qalmışlar”. 54.Kollegiya apellyatorun bu dəlilini əsassız hesab edərək, qeyd edir ki, bununla bağlı apellyator məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçı ona heç bir irad bildirilmədiyi və öz əmək funksiyasını yerinə yetirdiyi halda, xx.xx.2023-cü ildə işdən azad olunandan sonra, əlillik zəmanətinin müəyyən edilməsi üçün müstəqil şəkildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, müraciətin nəticəsi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçını xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-27642/2023 saylı məktubla müayinəyə dəvət etmişdir (İ cild, i/v 61-62). 55.Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 56.Həmin maddənin 3-cü hissəsində göstərilir ki, Məcəllənin əsaslandığı prinsiplərdən biri də “əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi” prinsipidir. Həmin maddədən göründüyü kimi Əmək Məcəlləsi işçi və işəgötürəni bərabər hüquqlu subyektlər kimi göstərməklə onların hüquq bərabərliyi prinsipini bəyan edir. Doğrudur, işçi əmək münasibətlərinin nisbətən zəif və sosial cəhətdən işəgötürəndən asılı olan tərəfi kimi səciyyələndirildiyindən qanun işçinin hüquqlarını müdafiə edən və onunla bağlı təminatlar müəyyən edən bir sıra normalar (maddələr) müəyyən etmişdir. Lakin, buna baxmayaraq işçiyə verilmiş həmin təminatlardan sonra işçi ilə işəgötürən bərabərhüquqlu subyektlər hesab edilir. 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 244 və 246-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə, ... qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. 58.Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququ subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə xarakterizə olunur. Bu baxımdan işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorunmaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli Qərarı). 59.Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. 60.Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. AR ƏM həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 61.Kollegiya qeyd edir ki, Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 iyun 2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1999-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə (Əmək zəmanəti: Əmək qabiliyyətsizdir) müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əmək zəmanətinin yenidən qiymətləndirilməsi məqsədilə etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.1999-cu il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılaraq əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” şəklində təyin edilmişdir. 62.Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçərkən əlilliyi olsa da, əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” şəklində təyin edilmişdir. 63.Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l/3nin q/d bitişmiş sınığı. Sağ diz oynağının kontrak-turası. Sağ bud çanaq oynağının hərəkət məhdudluğu. NSD. Sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmək zəmanəti təyin edilmişdir, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. 64.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 65.Buna görə də, kollegiya apellyatorun yenidən ekspertiza keçirilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işdə olan rəyi şübhə altına ala bilən mötəbər sübut təqdim olunmamışdır. 66.Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilməsinə əsas olan hal, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar onun əmək funksiyasını yerinə yetirə bilməməsi halı öz təsdiqini tapmamış, əksinə iddiaçı xx.xx.2023-cü il işdən azad olunduğu tarixədək işdə olmuş, əmək funksiyasını yerinə yetirə bilməməsi halı heç bir sübutla təsdiq olunmamışdır. Kollegiya hesab edir ki, məlum əmr verilərkən işçi öz əmək funksiyasını tam olaraq yerinə yetirmiş, onun əmək funksiyasını yerinə yetirməməsi halı müəyyən olunmamış, bununlada işəgötürən işçinin zəif tərəf olması halında, özünün üstün mənafeyindən istifadə etmişdir. 67.Buna görə də kollegiya hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmrin ləğv edilməsi ilə bağlı məhkəmə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 68.Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kollegiya hesab edir ki, məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. 69.Lakin işdən göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş və birinci növbə vərəsə olaraq X5 və X4 iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb olunmuşlar. 70.Mülki Məcəllənin 1151.1-cı mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 71.Kollegiya qeyd edir ki, iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb edilmiş X5 və X7 iddiaçının müvafiq olaraq arvadı və qızı olmaqla iddiaçının əmlak hüquqlarına münasibətdə tələb etmək hüquqları vardır. 72.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı cavabdehdən alınaraq, X5 və X6 ödənilməlidir. 73.Həmçinin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 50 manat və 10 manat kargüzarlıq xərci Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ləğv olunmalıdır. 74.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan-məcburi işburaxmaya görə əmək haqqı və bayramlarda verilən pul mükafatları ilə bağlı iddianın təmin edilən hissəsində və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı Cavabdeh İB-dən alınaraq X5 və X6 ödənilməli, qətnamə apellyasiya baxışının predmetində qalan-xx.xx.2023-cü il tarixli, 14-2-2/3- 1K-908/2023 nömrəli əmrin ləğv edilməsi ilə bağlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 75.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan- məcburi işburaxmaya görə əmək haqqı və bayramlarda verilən pul mükafatları ilə bağlı iddianın təmin edilən hissəsində və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissələrdə qismən təmin edilsin. İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı Cavabdeh İB-dən alınaraq, X5 və X6 ödənilsin. Qətnamə apellyasiya baxışının predmetində qalan-xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K- 908/2023 nömrəli əmrin ləğv edilməsi ilə bağlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov