Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3552/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6008/20 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4967 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4997 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş № 2(008)-6008/20) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı İB-yə vurulmuş 357,40 manat məbləğində zərərin və 2 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında daha əvvəllər və mexaniki sayğaca keçidlə bağlı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə D\4575 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 №-li abonent kodu verilmişdir. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasında 583,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasında 708 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasında 285,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasında 227,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasında 522 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 658,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 32,40 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akta əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasında 210 manat, Cəmi 4393 manat məbləğində İddiaçı İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Həmçinin cavabdehin aktlardan əlavə 576,40 manat ödənilməmiş borcu da mövcuddur. Sərfiyyat üzrə 2020-ci ilin fevral-iyul ayları üzrə 117,10 manat borcu olmuşdur. Borcdan 119,90 manat tutma həyata keçirilmişdir. 0,20 manat mənfiyə getmə qeyd olunmuşdur. (4393,20 manat + 576,40 manat +117,10 manat + 0,20 manat -119.90 manat = 4967 manat). Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği xx.xx.2020-ci il tarixinə ümumi olaraq 4967 manat təşkil etməkdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh barəsində tərtib olunmuş aktların az bir qisminin qış və yay aylarına təsadüf etməsi durumuna görə dəymiş ziyan məbləğini hesablamışdır. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Məhkəmə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normalarını ümumiyyətlə tətbiq etməmişdir, maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırılması kimi nəzəə alınmamış və qətnamədə qeyd olunmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin iddianın rədd olunan hissəsində ləğv olunmasını və tələbin həmin hissədə də təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən də qətnamə yalnız mübahisələndirilən hissədə yolxanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi vurulmuş zərərə görə cavabdehdən 4967 manat məbləğində pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə olunmasına dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan İddiaçı İB də buna görə məsuliyyət daşıyır. Lakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xəttə qoşulmaq üçün şərait yaratmaqla hər ay ardıcıl olaraq akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu hal abonentin də məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. 2018-2020-ci illər üzrə tirtib edilmiş aktlar üzrə qismən tutulmalar olmalı, 5 akt qış aylarına təsadüf etdiyindən o aylar üzrə 60 manat, 2 akt yay ayına təsadüf etdiyindən o aylar üzrə 30 manatın tutulması ədalətli olardı (5 ay x 60 manta = 300 manat, 2 ay x 30 manata = 60 manat, cəmi 360 manat). Qeyd edldiyi kimi, aktlar üzrə 119,90 manat tutulma həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab ki, həmin məbləğ çıxılmalıdır, yəni aktlar üzrə 240,10 manat tutulmalıdır. Eyni zamanda, cari borc 117,30 manat da tutulmalıdır. Lakin, iddiaçı qalıq borcun mənbəyini göstərməmişdir. Odur ki, iddia həmin hissədə də rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə vurulmuş ziyanın həcmini müəyyən edərkən məhz bu halları nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3552/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver