Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3554/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(010)- 1761/2022 saylı qərardadından iddiaçılar X11, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, X8, X6, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızı, İddiaçı17, İddiaçı18, X14, İddiaçı21, X9, İddiaçı23 və İddiaçı24 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X11, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, X8, X6, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızı, İddiaçı17, İddiaçı18, X14, İddiaçı21, X9, İddiaçı23 və İddiaçı24 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrinin plan-çizgisinin verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçılar X7, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, X2, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızının, İddiaçı17, İddiaçı18, X10, İddiaçı21, X4, İddiaçı23 və İddiaçı24 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “kooperativin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrinin plan-çizgisinin verilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiann yolverilməzliyinə görə qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İş üzrə iddiaçılar həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul olunması ilə əlaqədar deyildir. Belə ki, iddiaçılar hər biri müqavilələr bağlanıldığı vaxtdan Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmuşlar. Lakin, Cavabdeh Mənzil Tikinti Kooperativi iddiaçıların Cavabdeh Mənzil Tikinti Kooperativin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarını və yaşayış sahələrinin plançizgisini verməmişdir. Hazırkı tələb isə həmin qərar və plan cizgisinin verilməsi barədədir. İddia ərizəsində də qeyd etmişlər ki, cavabdeh tərəf qərarın verilməsi üçün iddiaçılardan qanunsuz olaraq pul tələb edir. Məhkəmə isə öz mövqeyini bu hissədə də düzgün əsaslandırmamışdır. Məhkəmə digər bir əsas kimi onu göstərmişdir ki, iddiaçılar tələblərini bir iddia ərizəsində verməkdə haqlı olmamışlar. Məhkəmə bu halda da düzgün qənaətə gəlməmişdir. Belə ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, hər bir iddiaçının fərdi qaydada bağladığı müqavilə üzrə tələblərin vahid formada birləşdirilərək müraciət edilməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 149.3.3-cü maddəsinin tələblərinə ziddir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçılar hazırkı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrin plan-çizgisinin verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İddia ərizəsində iddiaçıların müvafiq xahişlə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət etmələrini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tələblərini bir iddia ərizəsində verməkdə haqlı olmamışlar. Belə ki, hər bir iddiaçının fərdi qaydada bağladığı müqavilələr üzrə tələblərin vahid iddia formasında birləşdirilərək müraciət edilməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə ziddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycaan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli Plenumunun qərarında eyni mövqe bildirilərək göstərilmişdir ki, tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinijn 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(010)- 1761/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3554/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3554/2022
28.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver