Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3557/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi (atası) X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-2525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Yasamal rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev.7 ünvanında yerəşən 5 saylı mənzilinin satışından əldə olunan 32000 manat məbləğində pulun, həmçinin 35.200 manat pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev.7 ünvanında yerəşən 5 saylı mənzilinin satışından əldə olunan 32000 manat məbləğində pul vəsaititnin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bayıl əraziisndə yerləşən evləri dövlət ehtiyacları üçün söküldükdən sonra xx.xx.2011-ci ildə ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş, mənzilin çıxarışı da onun adına alınmışlar. Mənzilin təmiri olmadığından onun təmir etdirmək istəyirdi. Bu məqsədlə pulu nəvəsi - X16 23000 mnat məbləğində 2 illik olmaqda “xxxx” ASC-dən xx.xx.2012-ci il tarixdə kredit götürmüşdür. Bir müddət banka olan kredit ödənilsə də, yay aylarında işlər az olduğundan krediti ödəyə bilməmişdir. Onun nəvəsi Orxan Əliyev dostu Cavabdeh müraciət emişdir. Cavabdeh ona Lətafət adlı qohumunun az faizlə kredit verən idarələrdə tanışı olduğunu bildirmişdir. Bu məsələlərə görə o, nəvəsinə etibarnamə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 53 saylı Dövlət Notariat X2 32000 manata satmışdır.yasanal rayon Məhkəməsinin xx.xx.2014-cü il traixli qətnaməsi ilə cavabdehlər X5 və Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna qarşı əqdin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmişdir. Belə ki, Cavabdeh ona məxsus mənzili satsa da həmin pulu ona verməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 32000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli qətnamə ilə razı deyildir. Həmin qətnamə bu günə qədər rəsmi qaydada ona təqdim edilməmişdir. İş materiallarında qətnamənin onun tərəfindən alınmasını təsdiq edən poçt xəbərnaməsindəki imza ona məxsus deyildir. Məhkəmə iclası barədə ona məlumat verilməmiş, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməmiş və nəticədə müddət keçdiyi üçün apellyasiya şikayəti verə bilməmişdir. X11, Lətafətin, X4, həmçinin onun özünün, nümayəndəsinin yaxud vəkilinin məhkəmə iclaslarında iştirakları təmin olunmamış və iddiaçının maraqlarını təmin edən qətnamə qəbul edilmişdir. 2012-ci ilin yay aylarında münasibətdə olduğu Orxan adlı tanışı ona demişdi ki, yenicə aldıqları mənzili təmir etdirmək üçün “xxxx”-dan 23000 manat pul götürmüşdür. Krediti qaytara bilmir, xeyli gecikmələri vardır. Bank bütün məbləği qaytarmaq üçün onlara 1 həftə vaxt vermişdir. Əgər 24000 məbləğ bir həftəyə qaytara bilməsə mənzil kredit borcu əvəzinə onlardan alınacaqdır. Orxan bir həftəyə qaytarmaq şərtilə ona 24 000 manat pul tapmaqda kömək eməsini, əvəzində isə 1000 manat artıq olmaqla 2500 manat qaytaracağını bildirmişdir. O da Lətafət adlı tanışından Orxan üçün 24000 manat pul tapmışdır. Orxan bankdan ikinci dəfə pul götürərək Lətafətə olan borcunu qaytarmaq istəyirdi. Lakin onun banka gecikməsi olduğndan bank ona kredit verməmişdir. Orxan ona nənəsinin rəhmətə getdiyini və mənzili etibarnamə ilə onun adına keçirəcəyini və mənzili ya satmaqla ya da girov qoyaraq pul çaxarmalarını bildirmişdir. Lətafətin razılığı ilə mənzili onun tanışı olan Rizvanın adına keçirmişdi. Orxan Əliyevin məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi həqiqətlərin üzə çıxmasından qorxması olmuşdur. xx.xx.2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməməsinin səbəbi xəstəliyinin ciddiləşməsi olmuşdur. Belə ki, 2015-ci ilin yay aylarından bu günə kimi vərəm xəstəliyindən əziyyət çəkir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişləri tərəflərə göndərilsə də, İddiaçı, 3-cü şəxslər X6 və X13 göndərilmiş məhkəmə bildirişləri onların göndərilməsi barədə olan poçt zərflərinin üzərindəki qeydlərə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmış, 3-cü şəxs X3 göndərilmiş məhkəmə bildirişinin isə ona çatdırılmasını təsdiq edən poçt xəbərnaməsi məhkəməyə qaytarılmamış, buna görə də həmin şəxslərin iştirakını təmin etmək mümkün olmamışdır. İşdə iştirak edən cavabdehin nümayəndəsi hazırki işə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələblərinə görə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi (atası) X12 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə, iddiaçı xx.xx.2011-ci ildə ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş, həmin mənzilin təmiri olmadığından onu təmir etdirmək istəmiş və bu məqsədlə nəvəsi X16 23000 manat məbləğində “xxxx” ASC-dən xx.xx.2012-ci il tarixdə kredit götürmüş, həmin kreditin təminatı olaraq sözügedən mənzil ipoteka ilə yüklü edilmişdir. Bir müddət sonra banka olan kredit borcunun ödənilməsində çətinlik olduğu üçün iddiaçının nəvəsi Orxan Əliyev dostu Cavabdeh müraciət etmiş, Cavabdeh isə ona Lətafət adlı qohumunun az faizlə kredit verən idarələrdə tanışı olduğunu bildirmişdir. Buna görə iddiaçı nəvəsinə etibarnamə vermiş, lakin sonradan ona məlum olmuşdur ki, nəvəsi Orxanın onun adından verdiyi etibarnamə əsasında Cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 53 saylı Dövlət Notariat X2 32000 manata satmışdır. Bununla bağlı iddiaçı cavabdehlər X5 və Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna qarşı əqdin etibarsız sayılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Hazırda isə iddiaçı onun adından verilmiş etibarnamə əsasında sözügedən mənzilə dair alqı-satqı müqaviləsini imzalamış Cavabdeh ona məxsus mənzilin satışından əldə etdiyi pul vəsaitinin ona verilmədiyinə istinad edərək, həmin pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının əsaslı olduğu üçün onun təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan AR-İ saylı 220108 saylı xx.xx.2012-ci il tarixdə verilmiş etibarnaməyə əsasən İddiaçı Cavabdeh həmin etibarnamə ilə ünvan 2 ünvanda yerləşən 5 saylı mənziliin forma 1, forma 2 arayışları almaq, sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnaməni İddiaçı adından Orxan Əliyev şəxsən imza etmişdir. Etibarnamə xx.xx.2017-ci il müddətinə verilib və həmin tarixədək qüvvədə olmuşdur. AN-İ ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı adından verilmiş etibarnaməyə əsasən hərəkət edən Cavabdeh tərəfindən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 53 kv.m, yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı mənzil 32000 manata X1. “Dekabank” Xəzər filialının xx.xx.2013-cü il tarixli mədaxil orderindən görünür ki, 32000 manat məbləğində pul Cavabdeh verilməsi məqsədilə depozit hesabına yatırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-724/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Rizvan Əfəndiyev ilə onun adından Cavabdeh tərəfindən Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi və “xxxx” ASC ilə Rizvan Əfəndiyev arasında xx.xx.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunması, tərəflərin əvvəlki vəziyyətinə restitusiya edilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh tərəfindən ona məxsus olan mənzilin iradə ifadəsi olmadan satılmasına əsaslanaraq bağlanmış əqdin etibarsız hesab edilməsi barədə iddia versə də, məhkəmə tərəfindən onun iddiası rədd edilmişdir. Buna görə də hazırda iddiaçı onun adından etibarnamə ilə çıxış edən Cavabdeh ona məxsus mənzili satmaqla əldə etdiyi pul vəsaitinin ona verilmədiyinə istinad edərək həmin pul vəsaitinin sonuncudan tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (152.7). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (389.1). Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur (782.1). Digər tərəfdən Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, əsassız varlanma üçün lazımi hüquqi əsas olmadan əmlakın əsassız əldə edilməsi mövcud olmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, Cavabdeh etibarnamə əsasında iddiaçının mülkiyyətində olan mənzili xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı Dövlət X10 Əfəndiyevə 32000 manata satmış və bununla da iddiaçıya qaytarmadığına görə həmin pul vəsaitini əldə edərək iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Belə ki, iddiaçıya qaytarılmayan pul vəsaiti hesabına cavabdehin varlanmasına haqq qazandıran hər hansı qanuni əsas və ya müqavilə əsası mövcud olmamışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına 32000 manat məbləğində pul vəsaiti əldə etdiyinə istinadən Mülki Məcəllənin 1091-ci maddəsinə tələbinə görə əsassız varlanmış şəxs sayıldığı üçün həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən 32000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldiklə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəf bununla bağlı halları əsaslandırmaq üçün müvafiq sübutları məhkəməyə təqdim edə bilmədiyindən əsassızdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olub, yalnız formal mülahizələrə görə ləğv edilə bilmədiyindən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2525/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-3557/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3557/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver