Məhkəmə qərarları › İş №2(103)-3561/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3561/2020

03.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3561/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X2, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindəki payına uyğun əvəzin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “daşınmaz əmlaka hüquqların qeydiyyatı barədə çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindəki payına uyğun əvəzin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindəki payına uyğun əvəz şəklində 220.000 (iki yüz iyirmi min) manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin (0,02217 ha) 1/3 hissəsinin (73,9 kv.m) mülkiyyətçisidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1745/2017 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli Qərarına əsasən qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103) 1234/2017 nömrəli, xx xxxx 2017-cı il tarixli qərarına uyğun olaraq, onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X5rşı iddiası təmin edilmiş, torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina qanunsuz hesab edilmiş, həmin hissəyə dair İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi idarənin üzərinə qoyulmuşdur. Müvafiq icra sənədinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10 torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv.m) üzərində onun mülkiyyət hüququnu rəsmiləşdirmiş və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vermişdir. Torpaq sahəsinin digər mülkiyyətçisi Cavabdehdır. Torpaq sahəsinin 2/3 hissəsinin mülkiyyətçisi olmasına rəğmən o, iddiaçıya məxsus hissəyə də sahiblik edərək, onun öz payına düşən torpaq sahəsinə sahiblik və istifadə hüququnu məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiada Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi ünvan 2 ünvanda yerləşən, 2/3 hissəsi Cavabdeh, 1/3 hissə isə İddiaçı ümumi paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsidir. Hazırda isə bu fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququna xitam verilmiş, ev tamamən cavabdehin mülkiyyətindədir. Evin əvvəlki mülkiyyətçiləri hər biri daşınmaz əmlakın 1/3 hissəsinə payla İddiaçı, onun qardaşı V.P.Ukleyn və bacısı N.P.Teryoşkina olmuşlar. Sonradan iddiaçının qardaşı V.P.Ukleyn xx xxxxxxxx 2010-cu il tarixdə, bacısı Teryoşkina N.P isə xx xxxxxx 2011-ci il tarixdə öz paylarını Cavabdeh satmışlar. 2011-ci ilin mart ayında S.V Nağıyeva məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq evin yararsız vəziyyətdə olması, belə vəziyyətdə ondan istifadənin mümkünsüzlüyü, onun bərpa olunmasında İddiaçı iştirak etmək istəməməsi, eləcə də, evdən birlikdə istifadə etmək barədə razılığın əldə olunmaması, İddiaçı mülkiyyət hüququndan sui-istifadə etməsi, vəzifələrini yerinə yetirməməsi səbəbindən tərəflər (payçılar) arasında mübahisə yarandığını əsas gətirərək, ümumi paylı əmlakın qapalı hərracdan satılması yolu ilə ümumi mülkiyyətə xitam verilməsini tələb etmişdir. İddiaçı isə qarşılıqlı iddia qaldıraraq evin 2/3 hissəsinin Cavabdeh satılması zamanı onun satın almaqda üstünlük hüquqlarının pozulması əsası ilə həmin 2/3 hissə payı tələb etmişdir. Nərimanov Rayon Məhkəməsi 2011-ci ilin may ayında mübahisəli evə baxış keçirmiş, evin yarısökülmüş və yaşamaq üçün yararsız vəziyyətdə olduğunu təsbit etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin, İddiaçı qarşılıqlı iddiası isə rədd edilmişdir. Bu qətnamə apelyasiya instansiya məhkəməsinin birinci qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin qətnamə kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Beləliklə, işə uzun müddət ərzində 5 dəfə müxtəlif məhkəmə instansiyalarında baxılmışdır. Yarısökülmüş binanın qalıqları və tullantıları yanğın təhlükəsi yaratdığı, sanitar normaları pozduğu və ətraf mühitə ziyan vurduğu üçün Cavabdeh mübahisəyə yuxarı instansiya məhkəmələrində baxılan dövrdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə ərazini söküntülərdən və tullantılardan təmizlətdirmiş və ərazini abadlaşdırmaq məcburiyyətində qalmışdır. Lakin ikinci dəfə xx.xx.2012-ci il tarixdə işə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası apelyasiya şikayətinə baxılan müddətdə fərdi yaşayış evinin faktiki mövcud olmadığını əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və hər iki iddianın rədd edilməsini qət etmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra İddiaçı məhkəmədə Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia qaldıraraq, 1/3 hissəsinin mülkiyyətçisi olduğu fərdi yaşayış evinin sökülməsi nəticəsində ona mülkiyyət hüququndan məhrum olduğu evin 1/3 hissəsinə və müvafiq hissədə tikilinin altındakı torpaq sahəsindən istifadə hüququnu itirməyə görə maddi zərər qismində 250.000 manat, mənəvi zərər qismində isə 30.000 manat olmaqla, ümumilikdə 280.000 manat məbləğində pulun daşınmaz əmlakın qalan 2/3 hissəsinin payçısı Cavabdeh tutularaq ona ödənilməsini tələb etmişdir.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 60.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Hər iki tərəfin bu qətnamədən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il qərarı ilə tərəflərin həmin qətnamədən verdikləri kassasiya şikayətləri də təmin edilməmişdir. Nəticə etibarı ilə Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən icra edilərək, İddiaçı ümumilikdə 60.000 manat ödənilmişdir. Bundan sonra Cavabdeh sökülmüş evin yerində yeni ev tikmişdir. Cavabdeh qətnaməni icra etdikdən, yəni İddiaçı 1/3 payının dəyərini ona tam ödədikdən sonra məhkəmədə iddia qaldıraraq, İddiaçı mübahisəli fərdi yaşayış evinə 1/3 payla ümumi paylı mülkiyyət hüququna xitam verilməsini və onun həmin ev üzərində tam mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddiaçı də məhkəmədə qarşılıqlı iddia qaldıraraq, sözügedən fərdi yaşayış evinə aid 0,02217 ha sahəsi olan torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddiaçıya ayrılması, həmin torpaq sahəsinin 1/3 hissəsinin onun faktiki sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinin 1/3 hissəsi üzrə bütün hüquqların həyata keçirilməsində Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı qeyri-şərtsiz buraxılmasının Cavabdeh bir vəzifə kimi həvalə edilməsi və onun həmin hissə üzrə bütün hüquqlarının həyata keçirilməsinə maneəçilik törədilməməsini tələb etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək İddiaçı mübahisəli fərdi yaşayış evinə 1/3 payla ümumi paylı mülkiyyət hüququna xitam verilmiş və Cavabdeh həmin ev üzərində tam mülkiyyət hüququ tanınmışdır. İddiaçı qarşılıqlı iddiası isə rədd edilmişdir. Mülki qaydada mübahisə gedən dövrdə, İddiaçı parallel olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X6 müraciət edərək, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış verilməsini tələb etmişdir. Lakin xx.xx.2016-cı il tarixli bildirişlə ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, evin payçıları arasında torpaq sahəsinin bölgüsü aparılmamış, ölçmə və sənədləşdirmə işlərinin aparılması üçün yerində baxış keçirilməsi təmin olunmamışdır. Bundan sonra, İddiaçı 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X5rşı “iddiaçının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddianı qaldırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxx 2017ci il tarixli qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nin ünvan 1 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv/m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilmiş, həmin torpaq sahəsinin 1/3 hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017 tarixli, 2-1(102)-1743/2017 nömrəli qərarı ilə apelyasiya məhkəməsinin bu qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə yenidən baxılmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/17 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2720/18 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilən kassasiya şikayəti də təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh sözügedən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, həmin ev üzərində iddiaçının paylı mülkiyyət hüququna dair qeydiyyat isə ləğv edilmişdir. Beləliklə, iddiaçı mübahisəli torpaq sahəsini evə paylı mülkiyyət hüququnu itirməzdən və həmin payın cavabdehə keçməsindən əvvəl özəlləşdirmişdir. Cavabdeh fərdi yaşayış evinə aid torpaq sahəsinin özəlləşdirilməsini tələb etmədiyi üçün, yalnız 1/3 hissədə torpaq sahəsi xüsusi mülkiyyətdədir. Lakin özəlləşdirilən 1/3 hissənin koordinatları müəyyən edilməmiş, özəlləşdirilməmiş hissədən fiziki olaraq ayrılmamışdır. Cavabdehin evdən 1/3 hissə və 0.00739 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, ona ******* nömrəli çıxarış verilmişdir. İddiaçının hazırkı iddiasında qoyulan tələblər barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)-982/2013 nömrəli qətnaməsi vardır. Həmin qətnamə hazırda da qüvvədədir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında bildirir ki, hazırkı iddianın əsası əvvəlkindən fərqlidir. Belə ki, əvvəlki iddiasını torpağa olan hüququnun pozulmasına münasibətdə məhkəmə təmin etməmişdir. Məhkəmə bu qərarını onunla əsaslandırmışdır ki, iddiaçının torpağa mülkiyyət hüququ olmamışdır. Lakin iddiaçı sonradan mülkiyyət hüququ əldə etdiyi üçün yeni əsasla, yəni mülkiyyətçi qismində hazırkı iddianı qaldırmışdır. İddiaçının bu dəlili tam əsassızdır, çünki hazırkı iddia ilə əvvəlki iddianın fərqi sadəcə ondan ibarətdir ki, iddiaçı əvvəlki iddia ərizəsində evin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi və torpaq sahəsinin payına uyğun kompensasiya şəklində, ümumilikdə 250.000 manat tələb etmiş, hazırkı ərizəsində isə yalnız torpağa hüququnun itirilməsinə görə 220.000 manat tələb edir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)-982/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə kompensasiya təkcə evdəki paya görə deyil, həm də onun altındakı torpağa hüququn itirilməsinə görə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)- 1647/2014 nömrəli qərarında da qeyd edilmişdir ki, mübahisəli evə paylı mülkiyyət hüququ olan digər şəxslər özlərinə məxsus 1/3 hissəni, ümumilikdə isə 2/3 hissə payı Cavabdeh torpaq sahəsində olan hüquqla birlikdə satmış, birinci və apelyasiya instansiya məhkəməsi isə İddiaçı məhv olmuş 1/3 hissədəki payına görə digər payların alqı-satqı qiymətinə uyğun məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Göründüyü kimi, iddiaçı həmin vaxt mübahisəli torpaq sahəsini özəlləşdirməsə də, məhkəmə onun payçısı olduğu evin altında yerləşən torpaq sahəsinə hüquqlarının olduğunu təsdiq etmiş və bu hüququn itirilməsinə görə ona evdəki payla birlikdə bazar qiymətinə uyğun kompensasiya müəyyən etmişdir. Yəni, iddiaçının torpağa hüququnun itirilməsinə görə kompensasiya ödənilməsi tələbi qismən də olsa, təmin edilmişdir. İddiaçının həmin torpaq sahəsinə hüququnun itirilməsinə görə yenidən kompensasiya tələb etməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə yol verilmir. Ona görə də, hazırkı iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Əgər məhkəmə iddia tələbinin əsasının dəyişdiyi qənaətinə gələrək, işin icaatına xitam vermirsə, onda mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi tətbiq edilməlidir. Müvafiq maddənin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki mülki iş üzrə mübahisəli torpaq sahəsinə hüququn itirilməsinə görə iddiaçıya kompensasiya, hələ həmin torpaq sahəsinin özəlləşdirilməsindən əvvəl məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilmişdir. Bu hal-hazırkı iddianın rədd edilməsi üçün kifayətdir. ******* nömrəli çıxarışdan görünür ki, fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə 1/3 hissədə İddiaçı, xx.xx.2011 tarixdə 2/3 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Evin altında olan torpaq sahəsinə mülkiyyət hüququ isə dövlətə məxsus olmuşdur. Həmin torpaq sahəsinə tərəflərin istifadə hüququ qeydiyyata alınmışdır. ******* nömrəli çıxarışdan görünür ki, fərdi yaşayış evindən 1/3 hissə və 0.00739 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Evin digər 2/3 hissəsinə mülkiyyət hüququ cavabdehə aid olmuşdur. Bu çıxarışda evə aid torpaq sahəsinin qalan 2/3 hissəsi ilə bağlı qeyd yoxdur. Hesab edir ki, İddiaçı hazırda nə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə, nə də onun altındakı torpaq sahəsinə hüququ qalmamışdır. Ona görə də onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh İddiaçı qarşı daşınmaz əmlaka hüquqların qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, işin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini evə paylı mülkiyyət hüququnu itirməzdən və həmin pay cavabdehə keçməzdən əvvəl özəlləşdirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə, xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı evdəki 1/3 hissə paya və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı isə ləğv edilmişdir. Müvafiq qeydiyyat Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası yolu ilə aparılmışdır. Hazırda İddiaçı nə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə, nə də onun altındakı torpaq sahəsinə hüququ qalmamışdır. Ona görə də, hazırda mövcud olan ******* nömrəli çıxarış da hüquqi qüvvəyə malik olmadığından ləğv edilməlidir. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddiaya etiraz edərək,qarşılıqlı iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3048/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı daşınmaz əmlaka hüquqların qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-3048/2019 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinın tam təmin edilməsini, torpaq sahəsinin onun payına uyğun əvəz şəklində 220.000 (iki yüz iyirmi min) manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq X3 tutularaq onun xeyrinə ödənilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini iddia ərizəsində göstərdiyi dəlillərə istinad etməklə onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsi ilə qüvvədə olan 2 məhkəmə aktını (Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1234/2017 saylı xx xxxx 2017-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-1745/2017 saylı xx xxxxxxx 2017ci il tarixli Qərarı) ləğv etmişdir, bu isə yolverilməzdir. Cavabdeh iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Onun iddia tələbinin qanuni əsası yoxdur. ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzrə hüquqlar isə hər hansı əsasla X1 və həmin hüquqların keçməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. ünvan 4 ünvanda yerləşən 0,00739 ha torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı evin 1/3 hissəsini S. Nağıyevaya nə faktiki, nə də hüquqi yolla satmamış, bu hal ümumiyyətlə baş verməmişdir. O, öz payını (o cümlədən torpaq sahəsi üzrə) S. Nağıyevaya satmamışdır, həmin paydan onun xeyrinə imtina etməmişdir, pay hərracdan satılmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində MM-nin 245-ci maddəsinə, TM-nin 88ci maddəsinin 1-ci bəndinə və 73-cü maddəsinə istinad əsassızdır ona görə ki, həmin hüquq normaları torpaq sahəsi üzərində hüquqları binaların özgəninkiləşdirilməsi və daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqələndirirlər — bu MM-nin 245-ci maddəsinin və TM-nin 88-ci maddəsinin adlarından da görünür.O isə evin 1/3 hissəsini S. Nağıyevaya özgəninkiləşdirməmişdir, həmin hissə üzrə onunla hər hansı əqd bağlamamışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İş üzrə qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı X10 səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)-1491/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin onun paylı mülkiyyətçiləri Cavabdeh (2/3 hissənin payçısı) və İddiaçı (1/3 hissənin payçısı) üçün keçirilən qapalı hərracdan (auksiondan) satılması, satış qiymətinin hərracda uduzan tərəfin (payçının) payına mütənasib hissəsinin hərracda udan tərəfdən (payçıdan) alınaraq hərracda uduzan tərəfə (payçıya) ödənilməsi, həmin tərəfin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindəki payının hərracda qalib gələn tərəfin (payçının) mülkiyyətinə verilməsi, hərracda uduzan tərəfin həmin ev üzərindəki ümumi paylı mülkiyyət hüququna xitam verilməsi, qarşılıqlı iddia üzrə İddiaçı ünvan 5 ünvanda yerləşən yerləşən fərdi yaşayış evinin 2/3 payının alınmasında üstünlük hüququnun tanınması, həmin pay üzrə alıcının hüquq və vəzifələrinin ona keçməsi, ev üzrə tam mülkiyyət hüququnun onun adına qeydiyyata alınması və mülkiyyət hüququnun həyata keçirilməsində törədilən maneələrin aradan qaldırılmasına dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(103)-3936/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(102)-337/12 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(103)-3936/2011 nömrəli qətnaməsinin ləğv edilməsi, işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(103)-2085/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)-1491/2011 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi, iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(005)-1491/2011 nömrəli qətnaməsinin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(102)-3664/12 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh İddiaçı kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)-982/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı müvafiq evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi torpaq sahəsinin payına uyğun kompensasiya şəklində 250.000 manat, mənəvi zərərə görə isə 30.000 manat olmaqla, cəmi 280.000 manat miqdarında pul vəsaitinin birdəfəlik cavabdehdən tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, mübahisəli mənzilin digər mülkiyyətçilərin hər birinə məxsus 1/3 hissəsinin hər birinin 2010-cu il tarixdə müvafiq olaraq 50.000 və 60.000 manata satılması nəzərə alınaraq, Cavabdeh İddiaçı xeyrinə 50.000 manat maddi, 10.000 manat məbləğində isə mənəvi ziyanın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik əsasında hər birinə 1/3 hissədə olmaqla Ukleyn Viktor, İddiaçı və Teryoşkina Nina arasında bərabər payda bölünmüşdür. Həmçinin, mübahisə predmeti olan evin tamamilə sökülməsi və yerində yaşıllaşdırma-abadlıq işlərinin aparılması məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(103)-5503/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(102)-1647/14 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, İddiaçı tərəfindən mülkiyyət hüququ əldə olunmamış torpaq sahəsinə görə cavabdehdən pul vəsaitinin tələb olunmasının hüquqi əsası mövcud deyildir. Bundan əlavə, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ilə mübahisəli evə paylı mülkiyyət hüququ olan digər şəxslər özlərinə məxsus 1/3 hissədə, cəmi 2/3 hissə payı Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmış və birinci və apelyasiya instansiya məhkəməsi İddiaçı məhv olmuş 1/3 hissədəki paya görə digər payların alqı-satqı nəticəsində aldıqları məbləğə uyğun məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)-7922/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddia ərizəsi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh müvafiq fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması, İddiaçı evin torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və bu sahənin onun faktiki istifadəsinə və sahibliyinəı verilməsi, bu torpaq sahəsinə hüquqların həyata keçirilməsinə tprədilən maneələrin aradan qaldırılması və s. dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-807/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(102)-4385/17 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)-2720/18 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2-1(103)-2566/16 nömrəli qərarının surətindən görünür ki, İddiaçı və üçüncü şəxs Cavabdeh apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(182)-2204/2016 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(102)-574/17 nömrəli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2016cı il tarixli, 2- 1(103)-2566/16 nömrəli qərarının iddiaçının şikayətinə münasibətdə ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-1234/17 nömrəli qərarının surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2-1(182)-2204/2016 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nin ünvan 1 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilmiş, Bakı X10nin müvafiq fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1743/2017 nömrəli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-1234/17 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3048/2019 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindəki payına uyğun əvəzin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3048/2019 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3048/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12936/2019 nömrəli qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3048/2019 nömrəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 nömrəli evin 2/3 hissəsi Cavabdeh (xx.xx.2011-ci il), evin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi isə İddiaçı (xx.xx.2018-ci il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 nömrəli evin 2/3 hissəsi Cavabdeh (xx.xx.2011-ci il), evin 1/3 hissəsi isə İddiaçı (xx.xx.2009-cu il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.00739 ha torpaq sahəsi olan ünvan 1 nömrəli fərdi yaşayış evi xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.00739 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ əsasında hər birinə 1/3 hissədə olmaqla mirasqoyanın vərəsələri olan Ukleyn Viktor, İddiaçı və Teryoşkina Ninaya keçmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli evin Ukleyn Viktor və Teryoşkina Ninaya məxsus olan 2/3 hissəsini 2010-cu ildə müvafiq olaraq 50.000 və 60.000 manata satın almış və sonradan həmin evi sökmüşdür. Bundan sonra İddiaçı Cavabdeh qarşı evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi torpaq sahəsinin payına uyğun kompensasiya şəklində 250.000 manat, mənəvi zərərə görə isə 30.000 manat olmaqla, cəmi 280.000 manat miqdarında pul vəsaitinin birdəfəlik cavabdehdən tutulması tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)-982/2013 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mübahisəli mənzilin digər iki paylı mülkiyyətçisinin hər birinin 1/3 hissəsinin 2010-cu il tarixdə müvafiq olaraq 50.000 və 60.000 manata satılması nəzərə alınaraq Cavabdeh İddiaçı xeyrinə 50.000 manat maddi, 10.000 manat məbləğində isə mənəvi ziyanın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)-7922/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh iddia ərizəsi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh müvafiq fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması, İddiaçı evin torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və bu sahənin onun faktiki istifadəsinə və sahibliyinəı verilməsi, bu torpaq sahəsinə hüquqların həyata keçirilməsinə tprədilən maneələrin aradan qaldırılması və s. dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)- 807/2017 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(102)-4385/17 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/2017 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)-2720/18 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11265/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-1234/17 nömrəli qərarına əsasən İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(182)-2204/2016 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nin ünvan 1 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv.m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilmiş, Bakı X10nin müvafiq fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1743/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-1234/17 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 nömrəli evin 2/3 hissəsi Cavabdeh (xx.xx.2011-ci il), evin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi isə İddiaçı (xx.xx.2018-ci il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra isə, yəni xx.xx.2019-cu il tarixli çıxarışa əsasən müvafiq fərdi yaşayış evi xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda ilk iddiada iddiaçı torpaq sahəsindəki payına uyğun əvəz şəklində 220.000 (iki yüz iyirmi min) manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini, qarşılıqlı iddiaçı isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, müvafiq fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş edir. İşin mübahisəli halları ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müvafiq fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə görə İddiaçı digər payların alqı-satqı qiymətinə uyğun məbləğdə kompensasiya ödədiyini, ilk iddiada iddiaçı isə müvafiq ev söküldüyündən Cavabdeh evin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin tutulduğunu, yəni ona evdəki payına görə kompensasiya yox, evin qanunsuz sökülməsinə görə zərərin əvəzinin ödənildiyini bildirir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən işin halları əsasında gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı öz iddiasında cavabdehdən torpaq sahəsindən istifadəyə görə pul tələb edərkən, həmin torpaq sahəsinin (0.00739 ha) ona mülkiyyət hüququ ilə məxsus olmasına, bu hüququnun məhkəmə qərarı əsasında Daşınmaz Əmlakın DÖvlət Reyestrində qeydiyyatdan keçməsinə və qeyd edilən sahənin cavabdehin qanunsuz istifadəsində olmasına istinad etmişdir. Həmçinin, ilk iddiaçı tərəflər arasında uzun müddət davam edən mülki mübahisənin gedişində məhkəmə qətnaməsi əsasında evin 1/3 hissəsinə görə onlara verilmiş 60.000 (50.000 maddi, 10.000 mənəvi zərər) manat kompensasiyanın cavabdehin mübahisəli evin ona aid olan hissəsini qanunsuz sökməklə ona vurmuş olduğu zərərin əvəzi kimi hesablandığına, o, qardaşı və bacısından fərqli olaraq ev üzrə ona məxsus olan payını (torpaq sahəsi üzrə hüquqla birlikdə) cavabdehə satmadığına, hər hansı formada özgəninkiləşdirmədiyinə və onunla bu barədə heç bir əqd bağlamadığına istinad etmişdir. İlk iddianın bu halları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hazırkı mübahisəli əmlaka dair əvvəllər qəbul edilmiş və hazırda da qüvvədə olan məhkəmə qərarlarında (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)-7922/2016 nömrəli qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)- 11265/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)-2720/18 nömrəli qərarı) qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən İddiaçı 60.000 manat kompensasiya məbləğinin ödənilməsinə sonuncunun mübahisəli əmlakın 1/3 hissəsinə olan mülkiyyət hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4 və 220.5-ci maddələri əsasında xitam verilməsi üçün əsas kimi qiymət verilmişdir. Bu zaman işə baxan məhkəmələr həmin kompensasiya məbləği müəyyən edilərkən, mübahisəli əmlakın digər mülkiyyətçilərinin özlərinə məxsus 1/3 payı Cavabdeh müvafiq olaraq 50.000 manat və 60.000 manata satmalarına, İddiaçı də faktiki olaraq həmin satış qiymətinə uyğun məbləğdə kompensasiyanın hesablanaraq ödənilməsinə istinad etmişlər. Göstərilənlərl bağlı kollegiya qeyd edir ki, ilk İddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində mübahisəli əmlakdakı payını qarşılıqlı iddiaçı Cavabdeh özgəninkiləşdirmədiyinə və onunla hər hansı bir əqd bağlamadığına istinad etməsi əsassızdır. Belə ki, onun mübahisəli əmlakdakı 1/3 payı tərəflər arasında bağlanmış əqd əsasında deyil, məhkəmənin qətnaməni əsasında, əvəzi kompensasiya şəklində ödənilməklə Cavabdeh mülkiyyətinə keçmişdir. Bundan başqa, ilk iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərarının 8-ci səhifəsinin 5-ci abzasına istinad etmişdir. Həmin qərarın qeyd edilən hissəsində deyilir: «Daşınmaz əmlak kimi ev məhv olduqdan sonra, İddiaçı tərəfindən mülkiyyət hüququ əldə olunmamış torpaq sahəsinə görə cavabdehdən pul vəsaitinin tələb edilməsinin hüquqi əsası mövcud deyildir. Bundan əlavə, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ilə mübahisəli evə paylı mülkiyyət hüququ olan şəxslər özlərinə məxsus 1/3 hissədə, cəmi 2/3 hissə payı Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmış və birinci və apellyasiya instansiya məhkəməsi İddiaçı məhv olmuş 1/3 hissədəki paya görə digər payların alqı-satqı nəticəsində aldıqları məbləğə uyğun məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Ona görə də, məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətini əsassız hesab edir.» Qərardan göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası aşağı instansiya məhkəməsinin qətnaməsinə iddiaçının torpaqla bağlı iddiasının təmin edilməməsi hissəsində qiymət verərkən, həmin torpağa dair iddiaçının mülkiyyət hüququ əldə etməməsi ilə yanaşı, digər paylı mülkiyyətçilərin mübahisəli evdəki əmlak paylarını (hər biri 1/3 hissə) Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmalarına, eyni zamanda İddiaçı məhv olmuş 1/3 hissədəki payına görə kompensasiyanın həmin alqı-satqı zamanı digər payçılara ödənilən məbləğə uyğun müəyyən edilməsinə əsaslanmışdır. Başqa sözlə, Ali Məhkəmənin MİÜMK bu qərarında faktiki olaraq, mübahisəli evin 1/3 hissəsinə görə İddiaçı maddi və mənəvi zərərin əvəzi olaraq ödənilən kompensasiyanın tək evə görə deyil, evin altındakı torpaq sahəsinə görə də hesablandığını müəyyən etmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası nəzər alır ki, Ali Məhkəmənin bu qərarı İddiaçı Cavabdeh qarşı evin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin və torpaq sahəsinin payına uyğun kompensasiyanın ödənilməsi tələbi əsasında başlanmış mülki işlə bağlı olmuş, həmin tələbə baxan Bakı şəhəri Nərimanov rayon məhkəməsi iddianı əsaslı hesab etsə də, tələb edilən maddi və mənəvi ziyanın məbləğini azaltmış, buna görə də iddianı qismən təmin etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmə isə öz növbəsində apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna əsasən, həmin evin altında yerləşən torpaq sahəsinin də 1/3 hissəsinə istifadə hüququnun olmasına istinad edərək, Cavabdeh həmin torpaq sahəsinə görə də kompensasiya tələb etmiş, onun iddiasıməhkəmənin qətnaməsi ilə qismən təmin olunmuş, hazırda isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun olması əsası ilə cavabdehdən birdəfəlik pul vəsaitinin ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilk iddia tələbində iddiaçı cavabdehdən onun xeyrinə 220.000 manat pul vəsaitinin əvəz şəklində birdəfəlik ödəniş olaraq tutulmasını tələb etsə də, bu pulu hansı qismdə (kompensasiya, hüquqlarının pozulmasına görə dəymiş zərərin əvəzi və s.) və məhz nəyin əvəzi olaraq tələb etməsi aydın deyildir. Göstərilənlərlə yanaşı, kollegiya qeyd edir ki, ilk İddiaçı mübahisəli torpaq sahəsinin 1/3 hissəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair qarşılıqlı iddia ilə mübahisələndirilən çıxarışı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-1234/17 nömrəli qərarı dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1743/2017 nömrəli qərarı əsasında əldə etmişdir. Lakin kollegiya onu da qeyd edir ki, Ali Məhkəmənin həmin qərarının qəbul edilən vaxt İddiaçı mübahisəli əmlakda 1/3 hissədə olan paylı mülkiyyət hüququna xitam verilməsinə dair mülki işə baxılmış, İddiaçı məhkəmə qərarı əsasında xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə dair paylı mülkiyyət hüququna dair RX seriyalı ******* saylı Dövlət reyestrindən Çıxarış əldə etdikdən sonra, yəni xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə İddiaçı 60.000 manat kompensasiya məbləğinin ödənilməsinə sonuncunun mübahisəli əmlakın 1/3 hissəsinə olan mülkiyyət hüququna xitam verilməsinə dair qərardan verilmiş kassasiya şikayəti dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Başqa sözlə, İddiaçı məhkəmə qərarı əsasında 1/3 hissədə paylı mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli evin altındakı torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış əldə etdikdən sonra, digər məhkəmə qərarı ilə onun həmin evə dair paylı mülkiyyət hüququna xitam verilmiş və həmin paya dair Cavabdeh mülkiyyət hüququ tanınmışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 16.1-ci bəndinə əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Həmin Qərarın 16.2ci bəndinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. AR Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə görə, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü hissəsinə görə, torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Beləliklə, müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə uyğun olaraq həmin evin torpaq sahəsinin də 1/3 hissəsinə, yəni 0.00729 ha hissəsinə paylı mülkiyyət hüququ əldə etdikdən sonra, onun həmin evdə olan paylı mülkiyyət hüququna xitam verildiyindən və qarşılıqlı iddiaçı Cavabdeh həmin ev üzərində tam mülkiyyət hüququ tanındığından, İddiaçı həmin torpaq sahəsindəki paylı mülkiyyət hüququna da xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən, İddiaçı mübahisəli evin torpaq sahəsinin 0.00739 ha hissəsinə dair mülkiyyət hüququna istinad etməklə, qarşılıqlı iddiaçı Cavabdeh pul vəsaiti tələb etməsini məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçı adına verilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin Çıxarış mübahisəli əmlaka dair paylı mülkiyyətçilərin mülkiyyət hüququnun xx.xx.2018-ci il tarixə olan vəziyyətini əks etdirir. Həmin Çıxarışdakı məlumatlardan görünür ki, ünvan 1 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evinin 2/3 hissəsi mülkiyyət hüququ ilə Cavabdeh, 1/3 hissəsi və evin torpaq sahəsinin 0.00739 ha hissəsi isə İddiaçı adına Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin iş materiallarında olan və mübahisəli əmlaka dair hüquqların Dövlət reyestrində qeydə alınmasına dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli digər Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Beləliklə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evinə dair verilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən Çıxarışda əks olunmuş məlumatlar həmin əmlaka dair tərəfərin mülkiyyət hüquqlarının hazırkı vəziyyətini əks etdirmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 12.2-ci maddəsinə görə, Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13.1-ci maddəsinə görə, Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda göstərlən müddəalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən Çıxarışda əks olunmuş məlumatlar ünvan 1 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququna dair məlumatları düzgün əks etdirmir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsaslı hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3048/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar