Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3563/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Üçüncü şəxs «X4» Firması MMC-nin vəkili X5 iştirakı ilə, İddiaçı ASC «Xalq» Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs «X4» Firması MMC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs “X4” Firması MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs «X4» Firması MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənziliə ("1-ci Əmlak”) və xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X4” Firması-in iddiaçı ASC "Xalq” Bankı qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 19816,67 (on doqquz min səkkiz yüz on altı manat 67 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 53828,67 (əlli üç min səkkiz yüz iyirmi səkkiz manat 67 qəpik) manat məbləğində penya, cəmi 483645,34 (dörd yüz səksən üç min altı yüz qırx beş manat 34 qəpik) manat və xx.xx.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka predmetlərinin müvafiq İpoteka müqavilələrinin 2,1-ci bəndində qeyd olunmuş dəyərləri məbləğində - 1-ci Əmlak üzrə 95000 (doxsan beş min) manat və 2-ci Əmlak üzrə 700000 (yeddi yüz min) manat məbləğində olan qiymətlərlə təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1-ci Əmlak”) və xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2- ci Əmlak”) tutmanın yönəldilməsi, xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X4” Firmasının iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 42708,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 111057,84 manat məbləğində penya, cəmi 563766,17 manat və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan dövrdə iddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1-ci Əmlak”) və xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X4” Firmasının iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 53915 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 139074,51 manat məbləğində penya, cəmi 602989,51 manat və xx.xx.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı AsC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1-ci Əmlak”) və xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2- ci Əmlak”) tutmanın yönəldilməsi və xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X4” Firması-in iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 84.118,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 214582,84 manat məbləğində penya, cəmi 708701,17 manat və xx.xx.2019-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə və xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi,ipoteka predmetlərinin açıq hərracda satılmaları və əldə olunmuş vəsait hesabına xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə xx.xx.2009cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan “X4” Firmasının iddiaçı qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 70097 (yetmiş min doxsan yeddi) manat məbləğində zərər (əldən çıxmış fayda), 25000 (iyirmi beş min) manat məbləğində penya, cəmi 505097 (beş yüz beş min doxsan yeddi) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması,ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin ilkin satış məbləği 95000 (doxsan beş min) manat, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının ilkin satış məbləğinin 750000 (yeddi yüz əlli min) manat müəyyən edilməsi,ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti müvafiq olaraq, Cavabdeh1 və Cavabdeh2 verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.70 %-i, yəni 8 (səkkiz) manat 60 (altmış) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 71.30 %-i, yəni 21 (iyirmi bir) manat 40 (on) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ASC «Xalq» Banka ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 550 (beş yüz əlli) manat ekspertiza xərcinin 28.70 %-i, yəni 158 (bir yüz əlli səkkiz) manatı iddiaçıdan, qalan 71.30 %-i, yəni 392 (üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs «X4» Firması MMC apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,iddia ərizəsində qeyd edilmiş əsas borcun və faiz borcunun məbləği həddindən artıq yüksəkdir və iddia məbləği reallığı əks etdirmir. Məhkəmə də bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş üçüncü şəxsə münasibətdə əsas və faiz borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. İddiaçı və cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi ilə iddiaçı tərəfindən borc alan “X4” Firmasına 60 ay müddətinə, illik 7 % ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir.xx.xx.2009-cu il tarixli **********09 saylı kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, kredit müqaviləsinin 1.5-ci bəndinə: "1.5. Bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı qismində, xx.xx.2009-cu il tarixli 004003/0043/09/10 saylı, xx.xx.2009-cu il tarixli 004003/0042/09/10 saylı, xx.xx.2009-cu il tarixli 004003/0059/09/09 saylı, xx.xx.2009-cu il tarixli 004003/0060/09/09 saylı, xx.xx.2009-cu il tarixli 004003/0061/09/09 saylı ipoteka müqavilələrində göstərilmiş əmlakın ipotekası çıxış edir” kimi redaksiya verilmişdir.xx.xx.2009-cu il tarixli, 004003/0059/09/09 №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzili ASC «Xalq» Banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən ipoteka predmetinin dəyəri 95000 manat məbləğində müəyyən edilmişdir.xx.xx.2009-cu il tarixli, 004003/0043/09/10 №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasını ASC «Xalq» Banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xx.xx.2009-cu il tarixli "xxxxxxxxxxxx” MMC tərəfindən X1 Hesabata əsasən ipoteka predmetinin dəyəri 700.000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13969 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X4» Firmasının ASC “Xalq” Bankına xx.xx.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27922 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X4» Firmasının ASC “Xalq” Bankına xx.xx.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat; xx.xx.2016-cı il tarixə əsas borcu 0,00 manat, faiz borcu 0,00 manat, artıq ödəniş isə 190496,91 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17901 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X4» Firmasının ASC “Xalq” Bankına xx.xx.2014-cü il tarixə əsas borcu 1.031.418,81 manat, faiz borcu 15394,21 manat, cərimə borcu 22709,97 manat; xx.xx.2017-ci il tarixə əsas borcu 410 000 manat, faiz borcu 19816,67 manat, cərimə borcu 53828,67 manat təşkil edir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/2088 saylı ekspert rəyinə əsasən, xx xxxxxx 2019-cu il tarixə (qətnamə qəbul olunan tarixə) “X4” Firmasının banka olan əsas borcu 410.000 manat, faiz borcu 84.118,33 manat, cərimə borcu 214.852.84 manat təşkil edir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş 106/E nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin bazar dəyəri 95000 (doxsan beş min) manat, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının bazar dəyəri 750000 (yeddi yüz əlli min) manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, borcalan isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın borcun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17901 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyiəsaslanaraq əsas borcu müyyən etmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş rəydə də, əsas borcun məbləği həmin məbləğdə, yəni, 410.000 manat məbləğində müəyyn edilmişdir. Kollegiya apellyasiya şikayətinin faiz borcunun tutulması hissəsində qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən faiz borcunun tutulmasını tələb etməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Kollegiya qeyd edir ki, apellyator tərəfindən cərimə borcu mübahisələndirilməsə də, iddia tələbinə həmin hissədə qiymət verilməsini zəruri hesab etmişdir. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil etdiyindən, həmin məbləğ üçüncü şəxs “X4” Firması MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs «X4» Firması MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs «X4» Firması MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsi cavabdeh «X4» Firması MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat üçüncü şəxs «X4» Firması MMCtutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3563/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3563/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver