Məhkəmə qərarları › İş №2(103)-3566/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3566/2025

28.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3566/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “ yaşayış yerində qeyri-qanuni sahiblik və istifadə hüququna xitam verilməsi, müqavilənin etibarsız hesab edilməsi ” ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “ yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və.s” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-548/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixi qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini artıraraq, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evindən cavabdehlerin sahiblik və istifadəsinə xitam verilməsi, əmlakın onların qeyri-qanuni sahibliyindən geri götürülməsi və əmlakın iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə ЗМ-484 № ilə qeyd olunmaqla təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən X11 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində inşa edilmiş 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsini isə X5 adından etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Binəqədi rayon Xocəsən bələdiyyəsinin 14 avqust 2007-ci il tarixli, 19/08 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisindəki 500 kv.m torpaq sahəsi X6 ayrılmışdır. Eyni zamanda 03 avqust 2016-cı il tarixli etibarnamədən görünür ki, X11 həmin torpaq sahəsindən 200 kv.m torpaq sahəsi və üzərindəki tikilini özəlləşdirmək, kadastr planı, sənədləşdirmə işləri aparmaq, məhkəmədə iştirak etmək, bank əməliyyatları aparmaq, tikinti işləri aparmaq, notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirmək, müqavilə imzalamaq, rüsum ödəmək, pul almaq və tapşırıq yerinə yetirməklə bağlı ərizə vermək və digər hərəkətlər etməklə bağlı səlahiyyətləri Cavabdeh1 vermişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin evdə yaşayan X5 nümayəndəsi olan Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və digər ailə üzvləri 1 ay müddətində əmlakı tərk etməli olsalar da, dəfələrlə xəbərdar olunmasına baxmayaraq cavabdeh və onunla birlikdə yaşayan şəxslər əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik etməkdə davam edirlər. Hazırda cavabdeh və ailə üzvlərinin əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik edərək iddiaçıya təhvil verməməsi iddiaçının həmin əmlaka mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Ona görə də cavabdehin və onun ailə üzvlərinin əmlakdan qeyriqanuni istifadə və sahibliyinə xitam verilməsi ilə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradıla bilən maneələrin qarşısı alınmalıdır.

2. X11 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzəridə tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Belə ki, Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi ona verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2016-cı il tarixində 7E-14074 reystr nömrəli etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 3M-484 reyestr nömrəli “ilkin alğı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı satmışdır. Cavabdeh1 bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq bu addımı atmışdır. X9 qızı Şövkətin borcunu ödəməkdən ötrü evi borc qarşılığında şirkətin nümayəndəsinə satmaq üçün formal ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Lakin müqavilə üzrə nə Cavabdeh1, nə də ki Şövkətə heç bir məbləğdə pul verilməmişdir. Bundan görünür ki, həmin müqavilə həqiqi niyyətlə bağlanmamışdır. Evin dəyəri 90000- 100000 olduğu halda ilkin alğı-satqı müqaviləsində evin dəyəri formal olaraq 50000 kimi göstərilmişdir. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alğı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alğı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. Hətta Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddia rədd edilsə də, şahid ifadələri ilə müqavilənin formal alğısatqı müqaviləsi olması öz təsdiqini tapır.

3. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı məlumatda göstərir: İddiaçı tərəfindən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbi ilə açılmış mülki iş üzrə mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə cavab olaraq və onun irəli sürdüyü iddiaların hüquqi əsassızlığını sübut etmək məqsədilə aşağıdakı hüquqi mülahizələr təqdim edilir. Alqı-satqı müqaviləsinin qanunvericiliyə uyğun formada bağlanılması. Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə bağlanmışdır. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən isə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Müqavilə notarial qaydada təsdiqlənmişdir, tərəflər arasında hər hansı hüquqi əngəl olmamışdır və müqavilənin bütün müddəaları tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Müvafiq olaraq, İddiaçı, Cavabdeh1la bağladığı müqaviləyə əsasən, qanuni şəkildə daşınmaz əmlakın sahiblik və istifadə hüququna malikdir. Müqavilə üzrə öhdəliklərin tam və düzgün yerinə yetirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən, tərəflər müqavilə ilə müəyyən edilmiş müddətdə öz öhdəliklərini icra etməyə borcludur. Belə ki, sözügedən alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir və bu faktı təsdiq edən kassa məxaric qəbzi mövcuddur. Bu fakt müqavilənin icra olunduğunu və ödənişin edildiyini tam şəkildə təsdiq edir. Qarşı tərəfin "bizə pul verilməyib" iddiası isə hüquqi və faktiki baxımdan tamamilə əsassızdır və müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini inkar etməyə əsas vermir. Müqavilənin hüquqi əhəmiyyəti və onun etibarsız sayılmasının mümkünsüzlüyü Əhədov Elşadın iddiasında müqavilənin etibarsız olması ilə bağlı irəli sürdüyü iddialar tamamilə yanlışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, müqavilənin etibarsızlığı yalnız qanunda konkret olaraq göstərilən əsaslar olduqda mümkündür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər üzrə ilk olaraq onların etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı iş üzrə Mülki Məcəllənin 339- 349-cu maddələrində əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş hüquqi əsasların heç biri mövcud deyil və sübut olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında həmin əsasların izahı verilsə də, onların heç biri bu işə tətbiq edilə bilmir və iddiaçı Əhədov Elşad tərəfindən də sübut edilməmişdir. İddiaçının mövqeyinə əsasən, onun Cavabdeh1 verdiyi etibarnamə əsasında razılığının alınmaması, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Bundan əlavə, qanunvericiliyin tələbləri pozulmadığından, əqdin etibarsızlığına dair irəli sürülən iddialar hüquqi cəhətdən əsassızdır. Mövcud iş üzrə alqı-satqı müqaviləsi tam qanuni qaydada bağlanmış, əqdin hüquqi qüvvəyə malik olması üçün tələb olunan bütün prinsiplərə riayət edilmişdir. Qarşı tərəfin iddiaları isə subyektiv xarakter daşıyır və hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir.X5 iddia üzrə subyektiv hüququnun olmaması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iddia tələbinin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldıran şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, subyektiv hüquq öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmə hüququ və müdafiə hüququ kimi üç əsas elementin məcmusundan ibarətdir. Həmin prinsip əsas götürülməklə, müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürən üçüncü şəxs X11 bu iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, o, özü etibarnamə əsasında öz adından əmlakın satılması üçün Cavabdeh1 səlahiyyət vermişdir. İddiaçı X11 tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə əsasən, sonuncu müvafiq əmlakın alqı-satqısını həyata keçirmək üçün tam hüquqi səlahiyyətə malik olmuşdur. X4 əmlakın satışına razı olmasaydı, həmin etibarnamə üzrə müvafiq səlahiyyətin ötürülməsini təsdiq etməzdi. Etibarnamənin mövcudluğu və onun əsasında alqı-satqı müqaviləsinin icra edilməsi faktı, mübahisələndirilmənin əsassız olduğunu təsdiqləyən mühüm hüquqi əsaslar yaradır. Eyni zamanda bu səlahiyyətdən irəli gələrək, etibarnamə sahibi olan Cavabdeh1 həmin daşınmaz əmlak üzrə alqı-satqı müqaviləsi bağlamış, bu əməliyyat notariat orqanı tərəfindən qanuni qaydada təsdiq edilmişdir. Bundan başqa, tərəflər arasında aparılan ödəniş prosesi mövcud kassa qəbzi ilə təsdiq olunmuş, yəni alıcı olan İddiaçı ödənişi tam şəkildə Cavabdeh1 notariusun deposit hesabı vasitəsilə köçürmüşdür. Eyni zamanda Cavabdeh1 etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinə dair irəli sürdüyü iddialar əsassızdır və Əhədov Elşadla hər hansı hüquqi əlaqəsi mövcud deyil. Xüsusilə, İntiqamın "xxxx" MMC ilə bağlı iddialarının Elşada aidiyyəti olmadığı üçün sonuncunun bu əsasla müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda, torpaq sahəsinin qalan hissəsinin digər Satıcıdan alqı-satqı müqaviləsi əsasında əldə edilməsi və 25 000 (iyirmi beş min) AZN məbləğin notariusun depozit hesabı vasitəsilə Satıcıya ödənilməsi, Alıcının torpaq sahəsini tam şəkildə əldə etmək niyyətini açıq şəkildə ifadə edir. İddiaçının satış barəsində əvvəldən məlumatlı olması və müraciətin gecikdirilməsi Mübahisəyə səbəb olan daşınmaz əmlakın satışı ilə bağlı qarşı tərəfin əvvəldən məlumatı olmuş, hətta satışı üçün elan yerləşdirilmişdir. İddiaçının müqavilənin bağlanmasından uzun müddət keçdikdən sonra bu məsələ ilə bağlı iddia irəli sürməsi onun iddialarının qeyri-ciddi və hüquqi baxımdan əsassız olduğunu sübut edir. Əgər iddiaçı alqı-satqı müqaviləsi ilə bağlı hər hansı hüquqi etiraz irəli sürmək niyyətində idisə, bunu məqbul və hüquqi cəhətdən əsaslandırılmış müddət ərzində etməli idi. Çünki müqavilənin bağlandığı dövrdən etibarən hüquqi və faktiki hallar dəyişmədiyi halda, hazırda bu iddianın irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. İddia müddətinin tətbiqi Digər vacib faktor ondan ibarətdir ki, iddia müdətinin tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməlidir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin normaya əsasən, X11 tərəfindən iddianı irəli sürmək üçün iddia müdəti ötürülmüşdür və Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müdəti keçmiş olduqda, iddia edilən tələbin məhkəmə tərəfindən təmin olunmaması üçün hüquqi əsas yaranmış olur. Yuxarıda qeyd edilən hüquqi əsaslara və iş üzrə mövcud faktlara istinad edərək, X5 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edir.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı tərəfindən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur və həmin mülki iş hal-hazırda sizin icraatınızdadır. İcraatınızda olan 2(001)- 5924/2024 saylı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 tərəfindən verilən iddia ərizəsində tərəflər arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız əqd olunduğu bildirilmişdir. İddiaçı Elşadın bəyanatına əsasən, o, tikintisi aparılmış 4 otaqlı fərdi yaşayış evinin sahibidir və bu əmlakın satışını Cavabdeh1 heç bir zaman həyata keçirməmişdir. İddiaçı əmlakın Cavabdeh1 yalnız tikinti məqsədilə verildiyini və heç bir zaman satış məqsədini güdmədiyini iddia edir. Lakin, faktiki olaraq, həmin torpaq sahəsi bələdiyyə torpağı olduğuna görə, alqı-satqı müqaviləsi bağlanmamış və yalnız etibarnamə əsasında mülkiyyətin ötürülməsi təmin edilmişdir. Beləliklə, qeyd olunan hadisələr göstərir ki, Xocəsən Bələdiyyəsinin qərarı ilə X6 verilmiş torpaq sahəsi etibarnamə əsasında Cavabdeh1 satılmışdır. Həmçinin, Cavabdeh1 əvvəlki məhkəmə proseslərində öz bəyanatlarında dəfələrlə vurğulamışdır ki, "bu ev mənimdir", bu əmlak onun mülkiyyətində olub və evin satışı qızı Şövkətin borcunu ödəmək məqsədilə həyata keçirilib. Buna əsasən, Elşadın iddialarının əksinə, əmlakın satılması və mülkiyyətin ötürülməsi prosesi Cavabdeh1 tərəfindən qanuni şəkildə aparılmışdır. Eyni zamanda, iddiaçı Elşadın ərizəsində Cavabdeh1 və İddiaçı arasında bağlanan ilkin alqı-satqı müqaviləsinin formal olaraq bağlandığı və müqavilə üzrə heç bir ödənişin edilmədiyi iddia edilməkdədir. Lakin bu iddialar əsassızdır və doğru deyildir. Belə ki, ilkin alqı-satqı müqaviləsi yalnız torpaq sahəsinin bələdiyyə torpağı olması və bu torpağın hüquqi vəziyyətinin düzgün tənzimlənməsi məqsədilə bağlanmışdır. Bu müqavilə, əmlakın rəsmi olaraq satılmasını və mülkiyyətin ötürülməsini təmin edən hüquqi bir sənəddir. Bundan əlavə, Elşadın təqdim etdiyi iddialara zidd olaraq, əmlakın faktiki dəyəri tam şəkildə ödənilmişdir. Belə ki, X3 etibarnamə əsasında torpaq sahəsinin bir hissəsinin verilməsi ilə əlaqədar olaraq, qalan torpaq sahəsi üzrə Nəzərova Pərvanə ilə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 25,000 AZN məbləği ödənilmişdir. Bu, əmlakın faktiki alışı üçün tam ödənişin həyata keçirildiyini və ilkin alqı-satqı müqaviləsinin əmlakın real satışını təmin etmək məqsədilə bağlandığını göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88- ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, qeyd olunanlardan görünür ki, X5 iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, X5 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş edir.

5. Bakı şəhəri Binəqədi Rayhon Məhkəməsinin 2(001)-548/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və s.” tələbinə dair iddiasının təmin edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, satıcı X11 (əvəzinə Cavabdeh1) ilə alıcı İddiaçı arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış (reyestrdə 3M-484 nömrə ilə qeyd edilib) xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1, 164.1, 164.2, 165.2, 329.1, 337.1, 337.2, 337.5, 339.4, 339.5, 354.2; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, ilk iddianın əsasını sahiblik hüququnun müdafiəsi təşkil etsə də, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının əsasını həmin hüququn əsasını təşkil edən müqavilənin etibarsızlığı təşkil edir. Bu səbəbdən, əqdin etibarsızlığı məsələsinə hüquqi qiymət verilməsi hər iki iddia üzrə məhkəmənin əsaslandırması üçün yetərlidir. İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, ilkin-alqı satqı müqaviləsi üzrə X1 nümayəndəsi Cavabdeh1 müqavilə bağlamağa məcbur edilmişdir. Birincisi İddiaçı hazırki münasibətlərin təsadüfi iştirakçısı olduğunu bildirsə də, onun həm "xxxx" MMC ilə, həm "xxxx" ASC ilə işgüzar münasibətlərdə olduğu, Şahid ilə şəxsi tanışlığı olduğu müəyyən edilmişdir. Çünki İddiaçı məhkəmə iclaslarında əvvəlcə mübahisəli evi internet elanında gördüyünü, Şahid ev sahibi Cavabdeh1 vasitəsilə tanıdığını, daha sonra Şahidla ortaq dostlarının olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində evin internet elanının onun tərəfindən İddiaçı göndərildiyini demişdir. Bundan əlavə İddiaçı "xxxx" MMC ilə və "xxxx" ASC ilə bir başa işgüzar münasibətlərdə olmuş, 2021-ci il tarixdən MMC-nin işlərində vəkil kimi çıxmış, hazırda da "xxxx" ASC-də isə əmək müqaviləsi üzrə çalışır. Eyni zamanda həm Şahid, həm də "xxxx" MMC-nin nümayəndəsinin ilkin alqı-satqı müqaviləsindən sonra Cavabdeh1 onlara hər hansı məbləğdə vəsait ödəmədiyi barədə izahatları da məhkəmədə iddiaçının baş verən hadisələrin təsadüfi iştirakçısı olmadığı qənaəti yaratmışdır. Belə ki, "xxxx" MMC-nin əmlakını mənimsəmədə günahlandırılan Cavabdeh3 ailəsinə məxsus olan evin vurulmuş zərərin əvəzi qismində MMC-yə təklif edilməsi, MMC ilə bağlılığı olan şəxslərin bu rəsmiləşdirməni həyata keçirməkdə birbaşa notariat ofisində iştirak etməsi, notariusun depozit hesabı vasitəsilə pul əməliyyatlarının aparılması, müqavilədə göstərilən məbləği satıcı aldıqdan sonra MMC-yə ödəməkdən imtina etməsi və bunun nə İddiaçı, nə də "xxxx" MMC tərəfindən mübahisələndirilməməsi, həmin prosesin gedişində X3 real olaraq 7000 manat vəsaitin ödənilməsi kimi məqamlar iddiaçının müstəqil alıcı kimi yaratmağa çalışdığı mənzərənin məntiqi ardıcıllığına uyğun gəlmir. Bundan başqa İddiaçı vəkillik fəaliyyətindən kənar ortaqları ilə boş torpaq sahəsi alıb, orada kirayə verilməsi məqsədilə otaqlar tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həqiqətən bu cür fəaliyyətlə məşğul olduğu sübut edilmiş olsa belə, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin o məqsədlə bağlanmadığı şübhəsini aradan qaldırmır. Belə ki, əvvəla mübahisəli fərdi yaşayış evinin ayrıca otaq kimi kirayəyə verilməsi münasib olmamaqla, kifayət qədər yüksək məbləğdə vəsait ödəməklə onun yerində(sökülərək) gələcəkdə kirayə verilməsi üçün ayrıca otaqların inşa edilməsi məqsədilə alınması da inandırıcı deyildir. İkincisi, əgər Cavabdeh3 MMC-nin əmlakını mənimsəmişdirsə və ilkin alqı-satqı müqaviləsindən sonra notariusun depozit hesabından məxaric edilən vəsait bildirdiyinə görə MMC-yə ödənilməmişdirsə 1 il müddətində hüquq mühafizə orqanlarına müraciət edilməməsinin və vurulan zərərin 100000 manat olmasına baxmayaraq, yalnız hər biri 10000 manat olmaqla 2 kredit müqaviləsi bağlanılmasının yalnız bir məntiqli açıqlaması ola bilər. Deməli, "xxxx" MMC işçinin ailə üzvünə məxsus olan fərdi yaşayış evini özünün təyin etdiyi şəxsin, yəni iddiaçının adına rəsmiləşdirilməsi yolu ilə və zərərin çatışmayan hissəsi həddində kredit müqavilələri bağlamaqla istədiyi nəticəyə nail olmuşdur. Hansı ki, işəgötürən "xxxx" MMC işçinin hərəkətləri barədə hüquq mühafizə orqanlarına ilkin alqısatqı müqaviləsinin etibarsızlığı barədə məhkəmə mübahisəsindən sonra, 2024-cü ilin iyul ayında müraciət etmişdir. Üçüncüsü, əgər işçinin cinayət əməli nəticəsində işəgötürənə zərər dəymiş idisə və işçi ailəsinə məxsus evi sataraq vurulan zərərin əvəzini ödəmək niyyətində idisə, bu halda işçinin marağında olmalı idi ki, ev tez satılsın və məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılmasın. Halbuki, Şahid evin yüksək qiymətə satışda olduğunu əsas gətirərək, prosesi sürətləndirmək adı ilə həm MMC-nin rəhbərliyinin, həm də özünün əvvəldən tanıdığı İddiaçı proseslərə cəlb etmiş və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi hədəsi ilə işçinin atası ilə ilkin alqı-satqı müqaviləsinin qısa zaman ərzində bağlanmasına nail olmuşdur. Bu cür təzyiq şəxsin ailə üzvü ilə bağlı real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə hesab edilə bilər. Çünki əgər həqiqətən də işçi tərəfindən işəgötürənə zərər vurulmuşdursa, işəgötürənin qanuna uyğun məqsədi ilkin olaraq rəsmi audit rəyinə uyğun vurulmuş zərəri müəyyən etmək və bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmək və ya işçinin könüllü olaraq vurulan ziyanı ödəməsi üçün imkan yaratmaq, ya da vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək ola bilərdi. Buradan da müəyyən edilir ki, məcburetmənin məqsədi vurulan zərərin işçi tərəfindən könüllü ödənilməsi olmamış, əksinə işçinin atası mövcudluğu qeyrimüəyyən olan ziyana dair hədə təsiri altında mülki hüquqi əqdin bağlanılmasına məcbur edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə görə də işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Məhkəmə mübahisələndirilən əqdlərə dair 1 illik kəsici müddətlə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsi mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. “əqdi mübahisələndirmək” dedikdə isə, yalnız məhkəmədə iddia qaldırmağı deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək mənasını ifadə edir. Hazırki işin hallarından da müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi X5 nümayəndəsi Cavabdeh1 tərəfindən 1 illik müddət ərzində mübahisələndirilmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində Cavabdeh1 nümayəndə kimi öz adından iddia vermək üçün subyektiv hüququnun olmaması müəyyən edilmiş və bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda əqdin etibarsızlığı ilə bağlı mübahisəli vəziyyət həmin vaxtdan da davam etmişdir. Belə ki, 2023- cü ilin noyabr ayından ev faktiki olaraq Cavabdeh1 və ailə üzvlərinin faktiki sahibliyindədir və X11 isə Cavabdeh1 mövqeyindən çıxış edərək mübahisəni davam etdirmişdir. Yəni faktiki olaraq iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsi 1 il ərzində nümayəndəsi vasitəsilə iddiaçıya bildirilmişdir. Hazırki mübahisədə əqdin etibarsız sayılmasından sui-istifadə olunması halı da yoxdur. Belə ki, mübahisənin yaranmasına əsas olan işçinin mənimsəmə cinayəti törətməsi ilə bağlı yekunlaşmış cinayət işi yoxdur və hazırda da həm işəgötürənin, həm də işçinin şikayəti əsasında prokurorluqda araşdırma aparılır. Yəni bu vəziyyətdə hüquqdan sui-istifadə edildiyi o vaxt müəyyən edilər bilərdi ki, cinayət işi üzrə şikayətdən imtina edilmiş olardı və ya cinayət məsuliyyətinə cəlb etmə müddəti keçərdi. 6.Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, "xxxx" ASC-də çalışır. "xxxx" MMC ilə BOKT arasında hər hansı xidməti müqavilə olmasa da, hər iki hüquqi şəxsin təsisçisi eynidir. Yəni, hər iki şirkət eyni şəxsə məxsusdur. "xxxx" MMC-nin problemli kreditlərini şifahi tapşırıq əsasında o həyata keçirmişdir. Ümumiyyətlə borc yığımı zəif olan mağazaları mütəmadi olaraq nəzarətdə saxlayırlar və bu mağazalardan biri də, həmin İnşaatçılarda olan mağaza olmuşdur. Bu səbəbdən yoxlama məqsədilə həmin mağazaya getmiş və müstəqil olaraq, ayrı otaqda siyahı üzrə borclulara zəng vurmağa başlamışdır. Bəzi müştərilər borclarının olmadığını, pulları xanımın kartına atdıqlarını, bəziləri ümumiyyətlə sifarişlərinin yerinə yetirilmədiyini, yəni mal almadıqlarını bildirmişlər. Məlum olmuşdur ki, xanım piramida quraraq, bunun pulunu ona, onun pulunu başqasının adına rəsmiləşdirməklə və ya baş tutmayan alğı-satqıları baş tutmuş kimi göstərmişdir. Siyahı üzrə borcluların yarısına çatmamış xanım otağa gəlmiş və başqa müştərilərə zəng vurmamağı xahiş etmişdir. Məlum oldu ki, onun zənglərindən sonra, borclular xanıma zəng etmiş, xanım da, şikayətlərdən qorxaraq, zəngləri dayandırmağı xahiş etmişdir. Daha sonra siyahı üzrə birlikdə yoxlamalar aparmışlar və məlum olmuşdur ki, 96000-97000 manat vəsait ortada yoxdur. Bundan sonra xanımı prokurorluğa şikayət edəcəyini bildirmişdir. Xanım əvvəlcə anası, daha sonra atası ilə gələrək, ondan şikayət edilməməsini xahiş etmiş və evlərini satıb, borcu ödəyəcəyini bildirmişdir. İnandırıcı olmaq üçün isə evin satışa çıxarılmasını əks etdirən elanı göstərmişlər. Evin satılmadığını görüb, ortaq tanışları vasitəsilə torpaq alğı-satqısı ilə məşğul olan Vüqara ismarıc göndərmişdir. Vüqar isə bu işlə maraqlanmış, onunla birlikdə bir neçə dəfə evə gedib baxmışdır. Xanımın atası ilə aralarında olan danışığa görə ev satılacaq, pulun bir hissəsinə başlarını sala biləcəkləri bir ev alınacaq, qalan məbləğ isə borcun ödənilməsinə yönəldiləcək. Lakin alğısatqıdan sonra xanımın atası onlara pul verməmişdir. Alğı-satqı zamanı orada olsa da, pulun niyə verilmədiyini soruşmamışdır. Ona hər hansı bir vəsait verilməmişdir; - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarına əsasən, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilməsi qərara alınmışdır ; - X11 tərəfindən Cavabdeh1 verilən xx.xx.2016cı il tarixli, AR-İ seriyalı, 471087 saylı etibarnaməyə əsasən, X11 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Xocəsən qəsəbə bələdiyyəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, reyestrdən çıxarış almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirməyi və s.hərəkətləri etməyi Cavabdeh1 80 il müddətinə xx.xx.2096-cı il tarixinə kimi etibar etmişdir ; - X1 əvəzinə Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsini 19/08 saylı, xx.xx.2007-ci il tarixdə verilmiş qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində fərdi yaşayış evnin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evini alıcıya 50000 manat satmışdır. İkinci tərəf 50000 manatı notariusun banka açılmış depozit hesabı vasitəsilə birinci tərfə satıcıya ödədi ; - Günay Bank ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında 50000 manat ödəniş edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 cavabdeh İddiaçı qarşı ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası, Cavabdeh1 həmin iddianı qaldırmağa subyektiv hüququ olmaması səbəbindən rədd edilmişdir. Qətnamədə işin faktiki halı kimi qeyd edilir: E.Əhədov 200 kv.m-lə bağlı hazırkı iş üzrə iddiaçıya, 300 kv.m-lə bağlı isə X3 etibarnamə vermişdir. Hazırkı iş üzrə iddiaçı etibarnamə əsasında ona verilmiş 200 kv.m ərazi üzərində olan tikili ilə birlikdə həmin sahəyə sahiblik etməyə başlamış, daha sonra P.Nəzərova ilə razılığa gələrək ona etibarnamə əsasında verilmiş 300 kv.m torpaq sahəsini də öz istifadəsinə qəbul etmişdir. Bunun müqabilində o, sonuncuya 12000 manat verməyi öhdəsinə götürmüşdür. Bu məbləğdən 5000 manat P.Nəzərovaya ödənilmiş, iddiaçının ona 7000 manat borcu qalmışdır . Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 7.İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 18 mart 2025-ci tarixli, 2(001)-548/2025 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarəna; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qəbul edilən qətnamə əsassızdır, qanunvericiliyin tələblərinə uyğun zəruri şərtlərin mövcudluğuna əsaslanmır və tətbiq edilməsi üçün hüquqi əsaslandırma kifayət qədər təmin edilməmişdir. İlk növbədə məhkəmə İddiaçı ilə "xxxx" MMC-nin bağlılığını qurmağa çalışmış və bununla da Əhədov Elşad ilə bağlanmış müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır. Xüsusilə, İddiaçı “Alınan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində tikinti işləri aparmaq istəyinin” məhkəmədə inandırıcı təsir yaratmaması ilə bağlı qənaət və bu konteksdən hüquqi əsaslandırma fikrincə, hüquq normalarının düzgün tətbiq edilməməsidir. Belə ki, İddiaçı fərdi sahibkar kimi kommersiya fəaliyyəti göstərməsi, eyni zamanda, müəyyən biznes ideyaları, bu ideyaların gəlirli olub-olmamasının araşdırılmasının sözügedən işlə hər hansı bağlılığı ola bilməz. Bu cür şəxsi fəaliyyətlə bağlı şəxsi fikirlərə əsaslanaraq, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin bağlanma məqsədini şübhə altına almaq hüquqi baxımdan düzgün deyil. Müəyyən bir şəxsin əmlakını necə istifadə edəcəyini müəyyən etmək yalnız həmin şəxsin sərbəst hüququdur. Həmin əmlak sahibinin öz istəklərinə uyğun olaraq istifadə məqsədini müəyyənləşdirməsi qanuni haqqıdır və bu, heç bir halda mübahisə predmetinə çevrilə bilməz. Bu cür qiymətləndirmələr yalnız subyektiv mülahizələrəəsaslanır və müvafiq hüquqi faktlar və sübutlarla təsdiq olunmadığı halda heç bir hüquqi nəticə doğurmur. Əlavə olaraq, iddianın İddiaçı guya "xxxx" MMC və ya "xxxx"ASC ilə bağlılığına dair hissəsi tamamilə əsassızdır və sübutlarla təsdiqlənmir. Bu cür əlaqə yalnız subyektiv mülahizələrə əsaslanır və hüquqi fakt kimi dəyərləndirilə bilməz. Əvvəla qeyd edilməlidir ki, "xxxx" MMC — hüquqi şəxs kimi — müstəqil və ayrı-ayrı hüquqi subyekt statusuna malikdir və bu şirkətin üçüncü şəxslərlə, o cümlədən Cavabdeh3 ilə bağladığı kredit və borc müqavilələrinin alıcı olan İddiaçıla heç bir hüquqi və ya faktiki əlaqəsi yoxdur. İddiaçı bu iş üzrə sadəcə alqı-satqı müqaviləsi üzrə alıcı qismində çıxış etmiş və evi rəsmi qaydada əldə etmişdir. Onun notarial şəkildə tərtib olunmuş müqavilə üzrə mülkiyyət əldə etməsi ilə digər şəxslərin kredit münasibətləri arasında hüquqi əlaqə qurulması hüququn prinsiplərinə ziddir. Hər bir hüquqi münasibət ayrı-ayrılıqda dəyərləndirilməlidir və hüquqi subyektlər yalnız öz öhdəlikləri çərçivəsində məsuliyyət daşıyırlar. Qarşı tərəfin arqumentləri yalnız İddiaçı daha əvvəl "xxxx" MMC-nin bir neçə işində vəkil qismində iştirak etməsinə əsaslanır ki, bu sübut kimi qəbul edilə bilməz. Çünki hüquqi təmsilçilik yalnız konkret müqavilə və ya səlahiyyət sənədi əsasında həyata keçirilə bilər və bu iş üzrə belə bir sənəd təqdim olunmamışdır. Vəkilin hüquqi peşə fəaliyyəti çərçivəsində əvvəlki iş təcrübəsi onun mülki subyekt kimi azad iradə ilə əmlak əldə etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu maddə hər kəsə mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirmək, yəni əmlak alqı-satqısı etmək, öz əmlakını istədiyi şəkildə idarə etmə və ondan istifadə etmək imkanı verir. Həmin hüququn həyata keçirilməsi çərçivəsində şəxsin əlavə izahat verməsi qanunla tələb olunmur, çünki mülkiyyət hüququnun həyata keçirilməsi hər bir fiziki şəxsin şəxsi iradəsinə və sərbəst seçiminə əsaslanır. Eyni zamanda, "xxxx" MMC ilə cavabdehlər arasında mövcud olan hüquqi münasibətlərin İddiaçı mülkiyyət hüququ ilə bağlı hər hansı bir məsələyə aidiyyəti yoxdur. Belə ki iddiada qeyd olunan Cavabdeh3 "xxxx" MMC-yə borcunun olması yalnız həmin tərəflər arasında özəl münasibətlərdir və İddiaçı alqı-satqı müqaviləsi ilə əlaqəli hüquqi məsuliyyəti ilə heç bir əlaqəsi yoxdur. İddiaçı yalnız əmlak alqısatqısı ilə bağlı alıcı olaraq iştirak etmiş və ödənişini həyata keçirmişdir. Həmçinin, "xxxx" MMC və ya həmin şirkətin borc münasibətlərini mübahisələndirmək İddiaçı hüquqi səlahiyyətlərinə daxil deyildir. İkincisi, X5 ona məxsus olan əmlakın ona bildirilmədən Cavabdeh1 tərəfindən satılması ilə bağlı etirazı tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, bir şəxsin (təmsilçinin)etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362 -ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır və notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Bu müddəalardan da göründüyü kimi şəxs tərəfindən verilmiş etibarnamə hüquqi nəticələr doğuran birtərəfli iradə ifadəsidir və bu sənədlə verilmiş səlahiyyətlər çərçivəsində nümayəndə tərəfindən görülən hüquqi hərəkətlər bilavasitə təmsil olunan şəxs üçün hüquqi nəticələr doğurur. Hazırki işdə iddiaçı X11tərəfindən xx.xx.2016-cı il tarixində Bakışəhəri 43 saylı notariat kontorunda 7E-14074 reyestr nömrəsi ilə təsdiq olunmuş etibarnamə əsasında Cavabdeh1 əmlaka dair sərəncamvermə səlahiyyəti verildiyi halda, sonuncunun bu səlahiyyətlər çərçivəsində əmlakı üçüncü şəxsə satması iddiaçının iradəsinə zidd hərəkət kimi qiymətləndirilə bilməz. Etibarnamənin qüvvədə olduğu müddətdə və etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilmiş əqdlər hüquqi baxımdan etibarlıdır və iddiaçının sonradan bu hüquqi nəticələri tanımamaq niyyəti hüquqi əsaslarla müdafiə oluna bilməz. X4 əmlakın satışına razı olmasaydı, həmin etibarnamə üzrə müvafiq səlahiyyətin ötürülməsini təsdiq etməzdi. Eyni zamanda iddiaçı Elşad Əhədovun iddiasına görə, o, Xocəsən Bələdiyyəsinin qərarı ilə istifadəyə verilmiş torpaq sahəsində inşa edilən 4 otaqlı fərdi yaşayış evinin hüquqi sahibidir və bu əmlak heç bir zaman Cavabdeh1 satılmayıb. Həmçinin, o, cavabdehə verilmiş səlahiyyətlərin yalnız tikinti işlərinin aparılması ilə məhdud olduğunu və mülkiyyətin ötürülməsi məqsədi daşımadığını iddia edir. Lakin təəssüflər olsun ki, Əhədov Elşad tərəfindən səsləndirilən bu iddialar və hətta Xətai rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qətnaməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Əhədov Elşadın “müqavilənin etibarsızlığı ilə bağlı”iddiasını nədənsə Cavabdeh1ın ailə daxili münasibətləri ilə əlaqələndirsə də, faktiki olara bu iddialar işin hallarına və təqdim olunmuş sənədlərə uyğun gəlmir. Həmçinin, X5 nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, faktiki olaraq mübahisəli fərdi yaşayış evində X11 yaşayır və evə dair bələdiyyə qərarı ilə torpaq sahəsi X6 ayrılmışdır. Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi X7 verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən satmışdır. Lakin bu arqumentlər faktiki və hüquqi baxımdan ziddiyyətlidir. Əgər iddiaçının dediyi kimi, Elşad Əhədov həmin əmlakda yaşayırsa və əmlaka dair real sahiblik iddiası olubsa, bu zaman Cavabdeh1 həmin əmlakı satması barədə onun məlumatsız olması məntiqə uyğun deyil. Belə ki, Cavabdeh1 mübahisəli əmlakın satışı baş verdikdən uzun müddət sonra məhz öz adından məhkəməyə müraciət etmiş və əmlakın geri qaytarılmasını tələb etmişdir. Lakin Xətai Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 bu əmlaka dair subyektiv mülki hüquqa malik olmadığı qeyd edilmişdir. Yalnız əmlaka dair hüquqi mübahisə üzrə məhkəmə tərəfindən qərar qəbul edildikdən və İddiaçı tərəfindən cavabdehlərin əmlakdan çıxarılması tələbi ilə ayrıca iddia qaldırıldıqdan sonra, X13 bu işə qoşularaq iddia irəli sürmüşdür. Əgər doğrudan da əmlakın faktiki sahibi Elşad Əhədov idisə, bu halda hüququ pozulan şəxs özü - yəni Elşad - birbaşa və vaxtında məhkəməyə müraciət etməli idi. Lakin faktiki olaraq, Elşad Əhədov bu prosesə sonradan müdaxilə yolu ilə qoşulmuşdur. Bu faktın özü isə bir daha onu göstərir ki, Elşad Əhədovun iddiası Cavabdeh1 ilə aralarında olan münasibətlərə görə formal xarakter daşıyır və Elşad Əhədov ilə bağlanmış müqavilə onun hüquq və mənafelərinə hər hansı mənfi təsir göstərmir. Əgər bununla belə, məhkəmə Elşad Əhədovun hər hansı mənafeyinin pozulması qənaətinə gəlmişdirsə, bu zaman, həmin mənafenin pozulmasına cavab verməli olan şəxs İddiaçı deyil, alqı-satqıdan əldə edilən pul vəsaitini əldə edən Cavabdeh1 olmalı idi. Bundan əlavə, iddiaçı Elşadın ərizəsində Cavabdeh1 və İddiaçı arasında bağlanan ilkin alqı-satqı müqaviləsinin formal olaraq bağlandığı və müqavilə üzrə heç bir ödənişin edilmədiyi iddia edilməkdədir. Lakin bu iddialar əsassızdır və doğru deyildir. Belə ki, ilkin alqı-satqı müqaviləsi yalnız torpaq sahəsinin bələdiyyə torpağı olması və bu torpağın hüquqi vəziyyətinin düzgün tənzimlənməsi məqsədilə bağlanmışdır. Bu müqavilə, əmlakın rəsmi olaraq satılmasını və mülkiyyətin ötürülməsini təmin edən hüquqi bir sənəddir.Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tamuyğun şəkildə bağlanmışdır. Mülki Məcəllənin 331-cimaddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən isə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmçinin, Elşadın təqdim etdiyi iddialara zidd olaraq, əmlakın faktiki dəyəri tam şəkildə ödənilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir və bu faktı təsdiq edən kassa məxaric qəbzi mövcuddur. Bu fakt müqavilənin icra olunduğunu və ödənişin edildiyini tam şəkild ətəsdiq edir. Qarşı tərəfin "bizə pul verilməyib" iddiası isə hüquqi və faktiki baxımdan tamamilə əsassızdır və müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini inkaretməyə əsas vermir. Eyni zamanda, X3 etibarnamə əsasındatorpaq sahəsinin bir hissəsinin verilməsi ilə əlaqədar olaraq, qalan torpaq sahəsi üzrə Nəzərova Pərvanə ilə alqısatqı müqaviləsi bağlanmış və həminmüqavilə əsasında 25,000 AZN məbləği ödənilmişdir. Bu, əmlakın faktiki alışı üçün tamödənişin həyata keçirildiyini və ilkin alqı-satqı müqaviləsinin əmlakın real satışını təmin etmək məqsədilə bağlandığını göstərir. Cavabdeh1 isə Nəzərova Pərvanəyə edilən ödənişlər barədə fikirləri hüquqi cəhətdən əsassız və sübutlarla təsdiqlənməyən iddiadır və yalnız Cavabdeh1 şəxsi mülahizəsi və subyektiv ifadəsinə əsaslanır. Lakin, təəssüflər olsun ki, məhkəmə bu faktı da nəzərə almamış, Əhədov Elşadın mülkiyyətində olan 0.5 ha torpaq sahəsinin İddiaçı satılmasına dair bağlanmış ilkin alqı-satqı müqaviləsinin yalnız 0.2 ha hissəsini etibarsız hesab etmişdir. Bu iddianın əsassız olmasının ən böyük səbəbi müqavilənin etibarsızlığı ilə qanunvericiliklə müəyyən olunmuş şərtlərin heç birinin bu işdə mövcud olmamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, müqavilənin etibarsızlığı yalnız qanunda konkret olaraq göstərilən əsaslar olduqda mümkündür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər üzrə ilk olaraq onların etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biritərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda vəşərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cüil 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdinməzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı iş üzrə Mülki Məcəllənin 339- 349-cu maddələrində əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş hüquqi əsasların heç biri mövcud deyil və sübut olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında həmin əsasların izahı verilsə də, onların heç biri bu işə tətbiq edilə bilmir və iddiaçı Əhədov Elşad tərəfindən də sübut edilməmişdir. İddiaçının mövqeyinə əsasən, onun Cavabdeh1 verdiyi etibarnamə əsasında razılığının alınmaması, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Bundan əlavə, qanunvericiliyin tələbləri pozulmadığından, əqdin etibarsızlığına dair irəli sürülən iddialar hüquqi cəhətdən əsassızdır. Mövcud iş üzrə alqı-satqı müqaviləsi tam qanuni qaydada bağlanmış, əqdin hüquqi qüvvəyə malik olması üçün tələb olunan bütün prinsiplərə riayət edilmişdir. Bundan başqa, Cavabdeh1 müqavilə bağlanmağa məcbur edildiyi ilə bağlı irəli sürülən mülahizə də əsassızdır. Əksinə, Cavabdeh1 öz sərbəst iradəsi ilə saytda elan yerləşdirərək evi satmaq məqsədini ortaya qoymuş və alqı-satqı müqaviləsi bunun əsasında bağlanmış, alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra əmlak Cavabdeh1 və ailə üzvləri tərəfindən boşaldılmış və bundan 6 ay sonra yenidən Cavabdeh1 və ailə üzvləri tərəfindən həmin əmlaka zorla daxil olunmuşdur. Bu səbəbdən, müqavilənin bağlanmasına məcburetmə tətbiq edilməsi ilə bağlı hər hansı bir hüquqi əsas və sübut mövcud deyil. Qarşı tərəfin iddiaları isə subyektiv xarakter daşıyır və hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir. Son olaraq, iddia müdətinin tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməlidir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin məhkəmənin mübahisələndirilən əqdlər üzrə kəsici müddətə dair yanaşması hüquqi cəhətdən düzgün deyil. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, əqdlərin etibarsızlığı ilə bağlı iradə ifadə etmək hüququ yalnız əqdin bağlanmasında iradəsi zədələnmiş tərəfə məxsusdur və bu müddət yalnız həmin şəxsin iradəsi əsasında tətbiq oluna bilər. Cavabdeh1 nümayəndə olaraq hərəkət etməsi faktı, onun yalnız Əhədov Elşadın mövqeyini əks etdirməyə imkan verir və bu heç bir halda Cavabdeh1 əqdi mübahisələndirən tərəf kimi təqdim edə bilməz. Etibarnamə əsasında nümayəndəlik münasibətləri yalnız tərəflərin hüquqlarını və iradələrini təmsil etmək məqsədini güdür, amma əqdi mübahisələndirən tərəf Elşad olmalıdır. Bu kontekstdə, Cavabdeh1 öz adına iddia qaldırmasının Elşadın həmin müddət üzrə hüququna aid edilməsi əsassızdır, çünki mübahisə edilən əqd və onun etibarsızlığı ilə bağlı iradə ifadəsi yalnız Elşadın özünə aid olmalıdır. Həmçinin, Cavabdeh1 yalnız nümayəndə kimi hərəkət etməsi, onun həmin müddəti tətbiq etməsinə hüquqi əsas vermir. Bu səbəbdən, məhkəmənin 1 illik iddia müddətinə dair yanaşması hüquqi əsaslardan və qanunvericilikdən kənar bir yanaşmadır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək, həmin evin çıxarışı olmasa da, bələdiyyə sənədi əsasında əvvəllər hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsə mənsub olduğunu və evin dəyəri onun tərəfindən tam ödənilməklə əldə edildiyini, evi aldıqdan sonra cavabdehlərlə onun arasında olan razılaşmaya əsasən evi 1 ay ərzində boşaltmalı olduqlarını, ilk öncə cavabdehlərin sözlərinə əməl etdiklərini və evi boşaltdıqlarını, lakin bir müddət sonra təkrar evə gəlib baxdığı zaman cavabdehlərin həmin evdə yenidən yaşadıqlarını, onlarla danışıqlar aparsa da, bunun nəticəsinin olmadığını, Cavabdeh3lə işlədiyi müəssisə arasında olan problemlərdən isə ümumiyyətlə məlumatlı olmadığını, birinci instansiya məhkəməsində cavabdehlər tərəfindən onun"xxxx" MMC-də işləməsinə dair iddialar səsləndirilsə də, bunun həqiqəti əks etdirmədiyini, belə ki, MMC tərəfindən hüquqşünas kimi ona bir neçə dəfə məsləhət üçün müraciət edildiyini, lakin onun əmək müqaviləsi əsasında MMC-də çalışmadığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiklərini, illərdir mübahisəli evdə yaşadıqlarını və başqa yaşayış yerlərinin də olmadığını, X10 dost olduğunu və Elşadın həmin evi yaşamaları üçün cavabdehlərə verdiyini, onlara "xxxx" MMC tərəfindən qızları Şövkətin şirkətin hesabından yeyinti etdiyini bildirdiklərini, lakin onların kasıb ailə olduğunu, heç bir zaman qızları tərəfindən bu qədər böyük məbləğin evə gətirilmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsini xahiş etmişdir. 11.Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır... 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 15.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 20 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun q ə r a r ina əsasən: 1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır. 16.Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, hazırkı mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 şəxsində qeydiyyatdan keçməmişdir, həmin mənzilə dair yeganə hüquqmüəyyən edici sənəd Bələdiyyənin sərəncamıdır. Belə olduğu təqdirdə qeydiyyatdan keçməmiş, əmlak üzərində sərəncam vermək hüququ isə mövcud deyildir, habelə mülki qanunvericiliyinin tələblərinə əsasən dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.Məhkəmə kollegiyası hesab edir ki, müqavilə digər halları pərdələmək məqsədi ilə bağlansa belə qanunvericiliyin birbaşa göstərişi onun etibarlı sayılması üçün əsaslar müəyyən etmir. 18.Kollegiya məhkəmə xərci barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-548/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar