Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3568/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(006)-1999/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işdən azad edilmə barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1999/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “işdən azad edilmə barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(006)-1999/2025 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1999/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(006)-1999/2025 saylı qərardadından İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(006)-1999/2025 saylı qərardadının ləğv edilməsi, xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı işdən azad edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2(006)-1999/2025 saylı qərardadı ilə ərizə geri qaytarılmış, mübahisənin kommersiya məhkəməsinə aid olduğu göstərilmişdir. İddiaçı, eyni tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2859/2025 saylı qərardadı ilə geri qaytarılmışdir. Həmin qərardaddan tərəfindən şikayət verilmiş, məhkəmə aidiyyatının müəyyən edilməsi üçün iş AR Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin xx.xx.2025ci il tarixli 2-2(102)-288/2025 saylı qərarı ilə, şikayətin ümumi məhkəməyə aid olduğu müəyyən edilmişdir. Ali məhkəmənin həmin qərarı, xx.xx.2025-ci il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-1999/2025 saylı qərardadından şikayət verilmişdir. Məhkəmə tərəfindən, qərardaddan verilmiş şikayətin prosessual qanunda müəyyən edilmiş müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır. Aşağıdakı səbəblərdən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2(006)-1999/2025 saylı qərardadının ləğv edilməsini və xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin edilərək ərizənin icraata qəbul edilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardaddan şikayətin verilməsi müddəti hesablanarkən, həmin qərardaddan şikayət verilməsi əsasının AR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)-288/2025 saylı qərarı ilə yarandığını, həmin qərarın iddiaçının şəxsi kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyini nəzərə almamışdır. Yəni, xx.xx.2025-ci il tarixli qərardaddan şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 günlük müddətin, AR Ali Məhkəməsinin qərarının şəxsi kabinetimə yerləşdirildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalı idi. Şikayətdən və şikayətə əlavə edilmiş AR Ali Məhkəməsinin qərarından, iddia ərizəsinin Nəsimi Məhkəməsinin yurisdiksiyasına aid olduğu aydın olur. Lakin məhkəmə, şikayətin mahiyyətinə əhəmiyyət vermədən, prosessual müddətə istinad etmiş, müddətin başlama tarixini düzgün müəyyən etməməklə, yanlış nəticə çıxarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(006)-1999/2025 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 135.5-ci maddəsinə uyğun olaraq, bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinin tələbinə görə isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1.3-cü maddəsinə uyğun olaraq apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1999/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan təqdirdə müddətin üzrlü səbəbdən ötürülməsi halı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası isə iddiaçı tərəfindən ötürülmüş müddətin xeyli zaman olduğunu nəzərə alaraq qətnamədən şikayət verilməsi müddətinin ötürülməsi səbəbini üzürlü hesab etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1999/2025 nömrəli qərardadından şikayət verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1999/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1999/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3568/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3568/2025
04.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver