Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3570/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X2 qarşı "evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6105/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "evə köçürülmə, evə istifadə hüququnun bərpası” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 həmçinin məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə ünvanlayaraq, iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi ünvan 1 ünvanındakı 3 otaqlı evin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına müvəqqəti qadağanın qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6205/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X2 qarşı "evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair mülki iş üzrə “iddianın təmin etmə tədbirinin” tətbiq edilməsi barədə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 157.1, 157.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Mübahisəli ünvan 1 ünvandakı 3 otaqlı evin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı Məmmədova İddiaçı1 qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6105/2020 nömrəli 30.11. 2020-ci il tarixli qərardadının ləğv edilməsi və vəsatətin tam təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1; 267.2; 267.3; 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli ev 7 otaqlıdır, paylı mülkiyyətdir, hüquqi sənədi çıxarışdır ki, onun surəti iş materiallarına əlavə olunub, cavabdehin mülkiyyətində olan mübahisəli 3 otaqın ayrıca çıxarışı olmayıb, təqdim olunmuş çıxarışın surətindən görünür ki, 3 otaq cavabdehin mülkiyyətində olan əmlak olub, digər tərəfdən işə əlavə edilmiş məhkəmə qətnamələri də təsdiq edir ki, cavabdehin mülkiyyətində 3 otaqlı ev var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından naraz qalan İddiaçı1 şikayəti əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, tərəflərin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPMnin 157 - 164, 385 -388, 397, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx xxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Hazırki mübahisələndirilən qərardada münasibətdə qeyd edilməlidir ki, iddaçı yalnız qərardaddan şikayət verərkən daşınmaz əmlaka dair sənəd təqdim etmiş, bu sənədlə əmlakın paylı mülkiyyət olduğu müəyyən edilmiş, iddia isə bir cavabdehə qarşı yönələn tələbdən ibarətdir. İzah edilməlidir ki, iddianın təmin edilməsi barədə ərizənin rədd edilməsi barədə məhkəmənin qərarının olması qərarda qeyd edilən çatışmazlığı aradan qaldıraraq yenidən ərizə verilməsini istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-159, 263-264, 268, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6105/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3570/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3570/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver