Məhkəmə qərarları › İş №2(103)-3570/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3570/2025

13.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3570/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən əmələ gələn öhdəlik,maddi zərərin ödənilməsi tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsi X18 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "pul tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən X8 və digərlərinə (Ünvan: Hacıqabul rayonu, Atbulaq kəndi) ünvanlanan 30 noyabr 2023-cü il tarixli, 3-23/2-Kol- 1084-19-773/2023 nömrəli cavab məktubundan görünür ki, X6, X4, X5, X19, X1, Ş nnov Elxan Babaxan oğlunun, X12, X13, X9, X7, X3 və İddiaçı adından istifadədə olan torpaq sahəsinin müvafiq qaydada istifadə edilməməsi səbəbindən 2019-2023-cü illər üzrə kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş kollektiv müraciətə baxılmışdır. Müraciətlərindən və müraciətə əlavə olunmuş məhkəmə qərarlarından aydın olur ki, Hacıqabul rayonu, Aqrar islahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə onların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2023- cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə X6 və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Göründüyü kimi sözügedən məhkəmə qərarları ilə hazırkı tələbi (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-124/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərərin X6, 4799 manat zərərin X13, 7694 manat zərərin X7, 4733 manat zərərin X5, 2989 manat zərərin X3, 2802 manat zərərin X14, 2762 manat zərərin X4, 6807 manat zərərin X9, 4605 manat zərərin X23, 4730 manat zərərin X2 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan doqquz) manatın X6, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manatın, 7694 (yeddi min altı yüz doxsan dörd) manatın X7, 4733 (dörd min yeddi yüz otuz üç) manatın X5, 5542 (beş min beş yüz qırx iki) manatın X12, 2989 (iki min doqquz yüz səksən doqquz) manatın X3, 2802 (iki min səkkiz iki) manatın X14, 2762 (iki min yeddi yüz altmış iki) manatın X4, 6807 (altı min səkkiz yüz yeddi) manatın X9, 4605 (dörd min altı yüz altmış beş) manatın X23, 4730 (dörd min yeddi yüz otuz) manatın X2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (103)- 113/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Nəsimi Rayon Məhkəməsin ünvanlanmış 24 iyun 2024-cü il tarixli, 3- 22-7/2-164/2024 nömrəli məktubdan görünür ki, Hacıqabul rayonu Atbulaq kəndi ərazisində əkin sahələri suvarma şəraitində becərildiyinə baxmayaraq iqlim dəyişikliyi ilə əlaqədar olaraq bu ərazidə suvarma suyunun çatışmazlığı pik həddindədir. Mütəxəssislərin rəyinə əsasən Atbulaq kəndi ərazisində su təminatdan, mövsüm ilinin iqlim şəraitindən və bitkilərə göstərilən aqrotexniki qulluq işlərinin səviyyəsindən asılı olaraq əkinlərdən 10-40 s/ha intervalında taxıl götürmək mümkündür.

4. Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Atbulaq kənd inzibati ərazi vahidi üzrə nümayəndəlikdən verilən xx.xx.2018-ci il tarixli, 620 nömrəli Arayışdan görünür ki, Zairov X15 rayonunun Atbulaq kəndində yaşayır.

5. Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektorunun Baş məsləhətçisi alim aqronom Ə.L.Məmmədovun Atbulaq kənd sakini İddiaçı xüsusi mülkiyyətində olan Pay torpağında 1 ha taxıl əkini sahəsindən əldə olunan məhsulun Şərti hesablanması haqqında rəyindən görünür ki, nəzəri hesablanma yolu ilə 1 hektar sahədən taxıl əkilib-becərilməsindən bir il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630.00 manat müəyyən edilir. (875m-245m)

6. Bakı şəhəri Xətai Rayon məhkəməsinin Hacıqabul DAİM-ə müraciətinə əsasən Atbulaq kənd sakinlərinin mülkiyyətində olan pay torpaqlarının məhsuldarlığı barədə mütəxəssis rəyindən görünür ki, şərti hesablama ilə 1 ha taxıl əkilib-becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850.00 azn olmaqla digər xərclər çıxarılmaqla təxminən 630 manat müəyyən edilir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2019-cu il tarixli, 14991 nömrəli ekspert rəyindən görünür ki, 03 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə 1 ha taxıl əkilib-becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630.00 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə 6 illik üzrə dəymiş ziyan olaraq 3561 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, iddiaçıya 4.03 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 91003018 nömrəli akt əsasında adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın "Qaz İxrac" İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, iddiaçının və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən SOCAR-ın "Qaz İxrac" İdarəsinə ərizə ilə müraciət etmişdilər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözügedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Bununla da mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X6, 4799 manat zərər X13, 7694 manat zərər X7, 4733 manat zərər X5, 5542 manat zərər X12, 5936 manat zərər İddiaçı, 2989 manat zərər X3, 2802 manat zərər X14, 2762 manat zərər X4. 6807 manat zərər X9, 4065 manat zərər X19, 4730 manat zərər X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri "hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması" hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə və iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 manat X6, 4799 manat X13, 7694 manat X7, 4733 manat X5, 5542 manat X12, 5936 manat İddiaçı, 2989 manat X3, 2802 manat X14, 2762 manat X4, 6807 manat X9, 4065 manat X19, 4730 manat X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-1084-19- 773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2968 manat İddiaçı kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə və tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona müvafiq məbləğdə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək iddia tələbini ona yönəltmişdir. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr 20 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)- 113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 sentyabr və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Məhkəmə qərarlarından da aydın görünür ki, iddiaçıların hazırki tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə, həmçinin iddianın yolverilməzliyinə təmin edilə bilməz.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 3561 manat məbləğində pul vəsaitinin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim X20)

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 139.1-ci, 140-cı, 152.1-ci, 152.3cü, 1096-cı, 1097-ci, 1100-cü maddələrinə, ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 7.2-ci, 54-cü, , Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin qismən-iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, İddiaçı və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin t o r p a q sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tə lə b i nə həmin orqana münasibətdə baxılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf ayrı qurumdur, Maliyyə Nazirliyi deyildir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Həmçinin, eyni predmet və eyni əsasla İddiaçı məhkəməyə müraciət etdiyindən, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia yolverilməz hesab olunmalıydı. Lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq daha əvvəl baxılan bir işə yenidən baxılaraq qətnamə qəbul edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məlumat daxil olmamışdır. Kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 4.03 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 9423 kv.metr hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır.

26. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 5936 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki azalmamışdır. Bundan əlavə isə qeyd edilən məbləğin 1 ha üzrə 630 manat müəyyyən edilməsi və iddiaçının isə 1ha deyil 0.94 ha torpaq sahəsinin zəbt olunması həmin məbləğin 593.6 manat olması qənaətinə gəlinməlidir. Hazırda isə iddiaçı 2019-2024-cü illər üzrə ona torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsini tələb edir.

27. Məhkmə kollegiyası vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 3561 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 593.6 manat x 6 il =3561 manat) manatla razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 3561 manat olduğunu məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir.

28. Eyni zamanda kollegiya Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

29. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir.

30. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Apellyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın ödənilməsi nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar