Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3576/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, elektron portalda və əmək kitabçasında müvafiq düzəlişin edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi haqqında MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi, bununla bağlı elektron portalda və onun "xxxx" müvafiq düzəlişin edilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. Son olaraq onu xx.xx.2022-ci il tarixinə formal olaraq anbardar vəzifəsinə təyin etmişlər, çünki MMC-də anbar olmamış, iddiaçıya anbar və ya mallar təhvil verilməmişdir. MMC-nin rəsmi anbar olmadığı üçün gələn mallar birbaşa satış mağazalarına verilirdi. Malların siyahısı isə iddiaçıya verilirdi ki, elektron sistemə yükləsin. İddiaçı, heç bir mal görmürdü, sadəcə olaraq siyahını sistemə yığırdı. Mallar gələn zaman hər bir mağazanın işçisi gələrək mallarını götürərək gedirdi. Sonda isə ona gömrükdən keçən malların siyahısı verilirdi. Bu vəzifəyə müvəqqəti olaraq təyin edildiyini bildirmişlər. Bir müddətdən sonra o, əvvəlki işinə qayıtmalı idi. Lakin, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində MMC-yə təzə direktor təyin edilən Şahid1 MMC-nin satış mağazalarında sayım aparmış və guya bir sıra malların çatışmadığı aşkar edilmişdir. Lakin, bu sayımlarda iddiaçı iştirak etməmişdir. Ümumiyyətlə onu dəvət etmədən bu sayım işi aparılmış və anbardar kimi guya bu mallara onun cavabdeh olmasını əsas gətirərək onun barəsində Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəinə şikayət edilmişdir. Bu müddət ərzində iddiaçıya işdən çıxarılması barədə heç bir məlumat verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-də araşdırmalar aparılmağa başlanılmış və xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bu qərardan MMC Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş, həmin qərar məhkəmə qaydasında ləğv edilərək istintaqın yenidən aparılması qərara alınmışdır. Bundan sonra iş materialları yenidən Nəsimi RPİ-də araşdırılmağa başlanılmışdır. İddiaçı tərəfindən verilən vəsatətlərlə MMC-dən əlində olan sənədlərin istintaqa təhvil verilməsi təklif edilsə də, MMC oğurlandığını iddia etdiyi malların varlığını belə sübut edən heç bir sənədi istintaqa təhvil verə bilməmişdir. Çünki, heç bir oğurluq hadisəsi olmamışdır. MMC-nin yeni direktorunun onunla olan şəxsi ədavəti məsələnin bu həddə çatmasına səbəb olmuşdur. Nəsimi RPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması təkrarən rədd edilmişdir. MMC aparılan araşdırmalar zamanı işdən çıxarmağı barədə iddiaçıya heç bir məlumat verməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad etmişlər. Belə ki, iddiaçı, iş üzrə araşdırmalar başa çatdıqdan sonra "xxxx" MMC-də “müştəri məmnuniyyətinin artırılması üzrə metodoloq” vəzifəsində işə başlamışdır. İşə qəbul edilən zaman elektron portalda iddiaçının işdən çıxarılma səbəbi görünmürdü. Həmçinin təzə iş yerində iddiaçıdan “Əmək kitabçasının” təqdim edilməsi belə tələb edilməmişdir. Odur ki, heç bir problem olmadan iddiaçı, işə qəbul edilmişdir və düşünürdü ki, bu məsələ artıq başa çatıb və təqsirsizliyi sübut olunub. Sonradan "xxxx" MMC-nin baş ofisinin təhlükəsizlik departamenti tərəfindən aparılan yoxlamalar zamanı iddiaçının cavabdeh MMC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilməsi müəyyən edilmişdir. Bununla bağlı olaraq iddiaçı vəkillə müqavilə bağlanmış və hazırkı proses başlanmışdır. Bu müddət ərzində isə mübahisənin həlli uzandığı üçün "xxxx" MMC iddiaçıya öz ərizəsi ilə işdən çıxmasını təkid etmişdir. İddiaçı da çıxılmaz vəziyyətdə qaldığı üçün cavabdeh MMC-nin qanunsuz hərəkətinə görə yeni işindən çıxmalı olmuşdur. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi və 72-ci maddəsi ilə işdən azad olunması qanunsuzdur. İddiaçı heç vaxt vəzifə səlahiyyətindən sui-istifadə etməmişdir. Əmrdə göstərilən əmək funksyalarını heç vaxt pozmamışdır. b) cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz barədə məlumat
3. Cavabdeh MMC iddia tələbinə qarşı yazılı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixində cavabdeh MMC-də anbardar vəzifəsinə təyin olunmuşdur. Şahid1 MMC-yə direktor təyin edildikdən sonra MMC-nin satış mağazalarında malların sayımının aparılmasına başlamışdır. xx.xx.2022-ci il tarixli inventarizasiya aktında əskiklik müəyyən edilmədiyi təqdirdə xx.xx.2022-ci il tarixli inventarizasiya aktında 35 adda elektron avadanlıq əskik gəlmişdir. Bundan sonra, əskik gəlmənin səbəbləri müzakirə olunmuş və təqdim olunmuş sənədlər və izahatlara əsasən əskik gələn mallar üçün məsul şəxsin anbardar vəzifəsində çalışan iddiaçı olduğu məlum olmuşdur. Bununla bağlı, iddiaçının izahatı alınmış və o, öz izahatında əskik gələn mallardan 21 ədədini mənimsəyib pulunu götürdüyünü etiraf etmiş və xx.xx.2022-ci il tarixində 10.000 manat məbləğində zərərin bir hissəsini nağd olaraq geri qaytarmışdır. İddiaçının “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixində Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. İddiaçı ümumi dəyəri 93.157 manat olan malları mənimsəməklə mülkiyyətçiyə maddi ziyan vurmuş və bununla da, bilavasitə iş yerində cinayət tərkibi olan ictimaitəhlükəli əməl törədilməsinə yol vermişdir. Ona görə də, cavabdeh MMC iddiaçının “Əmək müqaviləsinə” yuxarıda qeyd edilən əsasla xitam verməkdə haqlıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş əmrdə onun hansı səbəbdən işdən azad edildiyi göstərilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli əmrə iddiaçının külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərini törətdiyini əks etdirən akt əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində daha sonra qeyd etmişdir ki, onun “Əmək müqaviləsinə” xitam verilməməli, o, Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən müvəqqəti olaraq kənarlaşdırılmalı idi. Həmin maddənin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Göstərilənlərə əsasən o hesab edir ki, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə iştirakı və verdikləri izahatlar barədə məlumat
4. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
5. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, MMC-nin Rayon Məhkəməsinə verdiyi “iddia tələbinə qarşı” yazılı etirazın məzmununa uyğun izahat vermişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçi ilə işəgötürən arasında bağlanmış “Əmək müqaviləsinə” işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. Hazırkı işin faktiki hallarından göründüyü kimi, iddiaçının məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən əsaslardan hansına görə işdən azad edilməsi barədə əmrin verilməsinədək işəgötürən tərəfindən zəruri tədbirlər görülməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət edilsə də, həmin araşdırma çərçivəsində şəxsin təqsirliliyi sübuta yetməmişdir. Bundan əlavə hazırki iş üzrə cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən halların mövcudluğunu, habelə işçi tərəfindən işəgötürənə maddi ziyan vurulması ilə nəticələnən faktları obyektiv surətdə müəyyən etmək mümkün deyildir. Belə ki, həmin sənədlər işəgötürən tərəfindən birtərəfli qaydada aparılmış araşdırma gedişatında tərtib edilmişdir. Həmçinin elə işin cinayət təqibi orqanında araşdırması zamanı da işəgötürən tərəfindən mötəbər sübutların təqdim edilməməsi də aydın olur. İşəgötürən yalnız avqust ayının 17-də özünün başlamış olduğu araşdırma ilə bir gün ərzində müəyyən etdiyi hallara əsasən 2019-cu ildən həmin işəgötürənən işçisi olan şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad etmişdir. Eyni zamanda işəgötürən işçinin əməlində cinayətin əlamətlərinin olması ehtimalı ilə də cinayət təqibi orqanına müraciət etmişdir. Göründüyü kimi işəgötürən xx.xx.2022-ci il tarixli əmri tərtib edən zaman işçi barəsində əmək müqaviləsini 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilməsinə əsas verən kifayət qədər sübutlara malik olmamışdır. Mübahisəli əmrin mətnindən də görünür ki, əmrin verilməsinə əsas olan bənd əmrin məzmununda öz əksini tapmamışdır. Beləliklə istər işəgötürən tərəfindən tərtib edilmiş müvafiq əmrdə işçinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsinə əsas olan hallar göstərilməmiş, istərsə də işçinin həmin maddi hüquq norması ilə işdən azad edilməsini zəruri edən əsaslara dair sübutlar təqdim edilməmişdir. Məhkəmə işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilməsinin zəruriliyini məhz işəgötürən əsaslandırılmalıdır işdən azad edilməsinin zəruriliyinin məhz işəgötürən tərəfindən əsaslandırılmalı olması baxımından hazırki məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən tərtib edilmiş aktları, işəgötürənin digər işçilərinin izahatlarını, habelə işçinin işdən azad edilməsindən sonra keçirilmiş və məhz 2022-ci ilin may və avqust ayları ərzində işçi tərəfindən işəgötürənə hansı məbləğdə zərər vurulması faktını deyil, ümumilikdə keçirildiyi xx.xx.2023-cü il tarixədək işəgötürənin maliyyə fəaliyyətinin audit rəyini və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini işçinin həqiqətən də Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əsaslara görə işdən azad edilməsini əsaslı edən mötəbər sübutlar kimi qəbul etmir. İddiaçının irəli sürdüyü dəlilləri cavabdeh tərəfindən təqdim edilən mötəbər sübutlarla təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
9. MMC-nin iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi iddiaçının öz əməlini etiraf etməsi barədə MMC-yə verdiyi yazılı izahatı və iddiaçının zərərin bir hissəsini könüllü şəkildə MMC-yə ödəməsini də nəzərə almamışdır. Bundan əlavə, iş üzrə şahidlər də Rayon Məhkəməsinə verdikləri ifadələr ilə təsdiq etmişlər ki, iddiaçı cavabdeh MMC-yə məxsus əmlakı mənimsəmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi heç bir əsas göstərmədən həmin ifadələri nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi iş üzrə həlledici əhəmiyyət daşıyan sübutları – o cümlədən MMC-nin digər işçilərin izahatlarını, inventarizasiya aktlarını və auditor rəyini də nəzərə almamış, onlara hüququ qiymət verməmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyator olan cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, həmçinin Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərdən işdə olan sənədlərdən, o cümlədən iddiaçının adına açılmış "xxxx" görünür ki, iddiaçı, xx.xx.2019-cu il tarixli əmr ilə MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli əmrlə anbardar vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir.
14. MMC-nin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
15. MMC-nin balansında olan və “Dəniz Mall”da yerləşən “Alma Store” X11 rəhbəri Şahid2 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, MMC-nin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar işləyən iddiaçı tərəfindən MMC-nin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan aralıqda işlədiyi “Alma Store” Online mağazaya 172 ədəd müxtəlif seriya kodu ilə 217.669,90 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında onun işlədiyi “Alma Store” online mağazaya 147 ədəd eyni seriya kodu ilə telefon cihazı 166.843,14 manat dəyərində telefon cihazlarını iddiaçıdan qəbul etmişdir. Əskik gələn 25 ədəd telefon və qulaqlıq cihazları 49.843,14 manat dəyərində telefon cihazlarını iddiaçı mənimsəmişdir.
16. MMC-nin balansında olan və “Dəniz Mall”da yerləşən “Alma Store” Online Mağazasının X1 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, MMC-nin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar – iddiaçı tərəfindən MMC-nin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi X18 Store mağazaya 21 ədəd müxtəlif seriya kodu ilə 49.841,79 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi “Dəniz Moll” Alma Store mağazaya 17 ədəd eyni seriya kodu ilə telefon cihazı 40.379,85 manat dəyərində telefon cihazlarını iddiaçıdan qəbul etmişdir. Əskik gələn 4 ədəd telefon cihazları 9.049,14 manat dəyərində telefon cihazlarını iddiaçı mənimsəmişdir.
17. X12 X2 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, MMC-nin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar – iddiaçı tərəfindən MMC-nin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi “X19” Alma Store mağazaya 5 ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 12.201,75 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi “X19” Alma Store mağazaya 4 ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 9.761,40 manat dəyərində telefon cihazlarını iddiaçıdan qəbul etmişdir. Əskik gələn 1 ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 2.238,53 manat dəyərində telefon cihazlarını iddiaçı mənimsəmişdir.
18. MMC-nin maddi məsul şəxsi anbardarı – iddiaçının MMC-nin balansında olan “Alma Store” mağazasının “Port Baku” filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan MMC-nin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 53.738,65 manat dəyərində 93 məhsul, mədaxil olunan mallar 245.200,46 manat dəyərində 192 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 252.263,318 manat dəyərində 207 məhsul, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 48.063,66 manat dəyərində 78 məhsul müəyyən edilmişdir.
19. Anbardar – iddiaçının “Alma Store” mağazasının Dəniz Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 66.317,63 manat dəyərində 101 məhsul, mədaxil olunan mallar 192.577,67 manat dəyərində 158 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 211.476,001 manat dəyərində 175 məhsul, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 47.944,80 manat dəyərində 84 məhsul müəyyən edilmişdir.
20. İddiaçının “Alma Store” mağazasının onlayn satış üçün nəzərdə tutulmuş anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan MMC-nin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 31.995,26 manat dəyərində 48 məhsul, mədaxil olunan mallar 241.145 manat dəyərində 177 məhsul, MMC-nin balansında olan 5 mağazaya məxaric olunan mallar 190.706,80 manat dəyərində 157 məhsul, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 82.266,46 manat dəyərində 68 məhsul müəyyən edilmişdir.
21. İddiaçının “Alma Store” mağazasının “Park Bulvar” filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan MMC-nin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 51.131,95 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 197.482,93 manat dəyərində 163 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 219.826,545 manat dəyərində 171 məhsul, xx.xx.2022ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 31.195,39 manat dəyərində 73 məhsul müəyyən edilmişdir.
22. İddiaçının “Alma Store” mağazasının 28 Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan MMC-nin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 51.603,65 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 298.869,43 manat dəyərində 220 məhsul, MMC-nin balansında olan 5 mağazaya məxaric olunan mallar 328.326,978 manat dəyərində 240 məhsul, xx.xx.2022ci il tarixə iddiaçının öhdəliyində qalan mal qalığı 25.789,63 manat dəyərində 61 məhsul müəyyən edilmişdir.
23. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarından görünür ki, hazırkı iş üzrə cavabdeh olan MMC, Nəsimi RPİ-nə məlumat verərək, bildirmişdir ki, MMC-də anbardar işləyən iddiaçı, MMC-yə məxsus elektron avadanlıqları mənimsəmişdir. MMC-nin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə icraatı başlanmış cinayət işi üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilsə də, iddiaçının cinayət törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də iddiaçının barəsində CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.
24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından (iş № 6(006)-34/2023) görünür ki, həmin qərarla MMC-nin direktoru Şahid1 Nəsimi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməsi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
25. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (iş № 6(103)-261/2023).
26. Nəsimi RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə icraatı başlanmış cinayət işi üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilsə də, iddiaçının cinayət törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də iddiaçının barəsində CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.
27. İddiaçının vəkilinin (nümayəndəsinin) cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, iddiaçının “Əmək kitabçasının” və iddiaçının işdən azad edilməsinə dair əmrin surətinin rəsmi şəkildə ona təqdim edilməsini xahiş etmişdir.
28. İddiaçının xxxxxxx000311 nömrəli əmək müqaviləsinin bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir.
29. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 621/2024K saylı əmrdən görünür ki, "xxxx" MMC-də müştəri məmnuniyyət departamentinin müştəri məmnuniyyətinin artırılması üzrə metodoloqu vəzifəsində işləyən iddiaçının əmək müqaviləsinə xx.xx.2024cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir.
30. Cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “əskikgəlmə barədə siyahıdan” görünür ki, 35 məhsul əskik gəlmişdir və onların dəyəri 93.855 manat təşkil edir.
31. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, MMC-yə məxsus “Alma Store” dükanlarından və anbarından 21 ədəd “iPhone 13 Pro Max” model telefonları götürmüş və pulunu mənimsəmişdir.
32. İddiaçının MMC-nin anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq MMC-nin balansında olan 5 mağazaya elektron cihazların göndərilməsinin xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiyasının keçirilməsi barədə əmrdən görünür ki, inventarizasiya komissiyasının yaradılması və inventarizasiya prosesinin xx.xx.2022-ci il tarixdə başlanılaraq xx.xx.2022-ci il tarixdə yekunlaşdırılması əmr edilmişdir.
33. MMC-nin işçiləri – X8, Şahid2 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində inventarizasiya keçirilmiş və heç bir elektron avadanlıq əskik gəlməmişdir.
34. MMC-nin işçiləri – Şahid1, X8, X10 və Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində keçirilmiş inventarizasiya zamanı MMC-də anbardar vəzifəsində çalışan iddiaçı tərəfindən külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərinin törədilməsi aşkar edilmişdir, faktı imzaları ilə təsdiq etmişlər ki, ümumi dəyəri 93.855 manata bərabər olan 35 adda elektron avadanlıq əskik gəlir.
35. MMC tərəfindən tərtib edilmiş inventarizasiya aktından görünür ki, inventarizasiya prosesinin nəticəsində MMC-nin maddi məsul şəxsi anbardarı olan iddiaçının MMC-nin anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq MMC-nin balansında olan 5 mağazaya 31 ədəd olmaqla 63.352,98 manat dəyərində malları təhvil verməyərək mənimsədiyi aşkar olunmuşdur.
36. GDĞ/1 seriyalı 087601 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə MMC-yə 10.000 manat ödənilmişdir.
37. "xxxx" MMC tərəfindən tərtib edilmiş razılaşdırılmış prosedurlarla bağlı auditor xidmətlərinin göstərilməsinə dair rəydən görünür ki, sayım prosesində xx.xx.2023-cü il tarixinə sifarişçi MMC-nin təqdim etdiyi anbar qalıqlarının mühasibat uçotu məlumatları ilə faktiki olaraq anbarda mövcud olan fiziki malların üzləşdirilməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixinə sifarişçinin dörd anbarında ümumi pərakəndə satış dəyəri 78.699 manat olmaqla 31 sayda mal üzrə əskikgəlmə müəyyən olunmuşdur.
38. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış teleqramdan görünür ki, MMC-də anbardar vəzifəsində işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində apardığı anbar əməliyyatlarının inventarizasiyasının keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 22.00-da MMC-nin mağazalarına dəvət olunmuşdur.
39. Cavabdeh MMC-nin vəsatəti əsasında dindirilmiş şahid – MMC-nin direktoru Şahid1 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, o, işə yeni, yəni iyul ayında başlamışdı. Direktor vəzifəsində deyildi, sadəcə işi öyrənirdi. Direktor vəzifəsində Belarus Respublikasının vətəndaşı olan Yaqılov idi. Təxminən avqustun 16-sı ya 17-si direktor vəzifəsinə təyin olunub. O günlərdə əməkdaş gələrək ikon bölməsindən telefon götürmək istədiyini, lakin telefonların orda olmadığını bildirib. Şirkətdə elektron kabinet sistemidir, onlayn satış və korporativ satış mövcuddur. Korporativ satış zamanı telefonların onlayn satış anbarında olduğu görünüb. Gedib götürmək istəyəndə telefonların olmadıqlarını görüblər. Ona məruzə ediblər, araşdırılmasını tapşırıb. Araşdırılma aparıldıqdan sonra iddiaçının götürdüyünü bildiriblər. İddiaçı danışıqlar aparılıb və telefonu satdığını, pulunu gətirəcəyini söyləyib, lakin sonra yoxa çıxıb. İnsan resurslarından iddiaçının valideyni ilə əlaqə saxlanmasını istəyib. İddiaçının anası ilə əlaqə yaradılıb və anası həll edəcəklərini söyləmişdir. Bir müddət sonra iddiaçı gəlib və pul tapa bilmədiyini bildirmişdir. Ayın 16-sı ya 17-si o, bütün anbarların invertarizasiya olunmasını tələb etmişdir. İnvertarizasiya zamanı məlum olmuşdur ki, 32 telefon və bir neçə “Airpods” markalı qulaqcıq yoxdur. Əməkdaşlar iddiaçı ilə əlaqə saxlamağa çalışmışlar. Növbəti gün iddiaçı gəlmiş və məbləği tapa bilmədiyini bildirib. Valideynləri ilə əlaqə yaratmaq təklif edilsə də, valideynlərinin ondan imtina etdiyini söyləmişlər. Polisə zəng edib hadisə barədə məlumat verilmişdir. İddiaçı izahat yazmış, əməlini etiraf etmiş və polislər onu aparmışlar. İstintaq başlamış, ifadələr verilmişdir. Müstəntiq onlara müəyyən məbləği ödəmiş və məbləğ kassaya daxil edilmişdir. 62.000 manat zərər təyin olunub. Bu malların öz qiyməti idi, satış qiyməti daha yüksəkdir. Vəzifədə yeni olduğu üçün hüquqşünaslarla məsləhətləşirdi. Barışığa gediblər, iddiçaının atası ilə danışıblar, o mənzili satmaq istədiklərini, hətta alınırsa, mənzili onların adına da keçirə biləcəyini söyləyib. Lakin razılıq olmadı. Sonradan məlum olmuşdur ki, evdə yaşayış mövcuddur və hətta evdə başqa pay sahibi də var. Müstəntiq zərəri 50.000 məbləğdən aşağı endirməyi təklif etmişdir. Xarici şirkət olduğu üçün razılaşmayıblar. Məhkəməyə müraciət olundu, qərar çıxdı, sonra ləğv oldu. Müstəntiq deyirdi ki, hər şey yaxşı olacaq, araşdıracaqlar, lakin sonra işə xitam verilib. İstintaq dövründə müstəntiq audit istəyib və audit rəyi alıblar. İddiaçı özü izahat yazaraq necə etdiyini də yazmışdır. Boşluq olduğunu və boşluqdan istifadə edərək telefonları götürdüyünü bildirib. Buna may ayında başladığını söyləyib. Bu məsələ aşkar olmamışdan əvvəl iddiaçı işdən çıxmaq istədiyini söyləyib. İddiaçıya satıcı kimi qalmağı təklif olunmuşdur. İstintaq aparıldı, qurumun sənədlərini, gömrük bəyannamələrini təqdim etdilər. Problem orda idi ki, bütün telefonların siyahısı var idi, lakin sistem minlərlə telefonun içindən itən telefonların seçilməsnə imkan vermirdi. İstintaqa bütün sənədlərin siyahısı verilib. O bildirdi ki, boşluqlar var idi. Belə ki, broker məhsulları gətirirdi və Ayaz təhvil alırdı. Fiziki olaraq Ayazın təhvil aldığına dair sənəd yox idi. Lakin, faktiki olaraq belə idi. Məhsullar “Port Baku”-dakı mağazaya gəlirdi və oradakı otağa yığılırdı. Fiziki olaraq anbar yox idi. Ayaz məhsulları invoysla yoxlayırdı və təhvil alırdı. İnvoysdan əlavə olaraq əməkdaş siyahı verirdi, onunla da yoxlayırdı. Həmin gün və ya ertəsi gün məhsullar 5 yerə bölünür və mağazalara göndərilirdi. Göndərildikdən sonra belə mağazalar arası yerdəyişmə olurdu. Bu yerdəyişməni Ayaz həyata keçirirdi. Belə ki, məhsulu mağazadan götürür, digərinə təhvil vermirdi. İnvertarizasiya zamanı sistemdən silmədiyini söyləyirdi. Kamera görüntüləri 3 ayı göstərdiyi üçün qeydlər artıq mövcud deyil. Ayazın izahatı, atası ilə danışıqlar mövcud idi. Onlar düşünüblər ki, məhkəmə prosesi 2 ay ərzində yekunlaşacaq. Artıq sistem yaxşı qurulduğu üçün oğurluq halları dərhal məlum olur, lakin əvvəllər sistem qurulmamışdı. Ayaz özü 32 olmasa da, 27 malı götürdüyünü etiraf edib.
40. Cavabdeh MMC-nin vəsatəti əsasında dindirilmiş şahid - MMC-nin balansında olan və Dəniz Mall-da yerləşən “Alma Store” X11 rəhbəri Şahid2 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, o, MMC-də menecer işlədiyi vaxtlarda iddiaçı satıcı olmuşdur. Hadisə baş verdiyi vaxtda isə o, onlayn mağazada şöbə müdiri idi. İddiaçı isə anbarda işləyirdi. İddiaçı onlayn satıcı kimi işləyirdi, sonra iddiaçı ona demişdir ki, anbardar işləmək istəyir. O, isə iddiaçı ilə razılaşmamış və iddiaçıya demişdir ki, həmin vəzifə iddiaçıya uyğun deyil. Bu məsələ ilə bağlı o vaxtkı rəhbərə yaxınlaşd, Yaqilov dedi ki, iddiaçı çoxdan işləyir, onun xətrinə dəyməmək üçün anbara qəbul edək. Qəbul etdikdən sonra Ayaz məhsulların qəbulu, məhsulların mağazalara paylanması və inventarizasiya ilə məşğul idi. 2022-ci ilin avqust ayında o, məzuniyyətdə idi. Məzuniyyətin bitməsinə 1 gün qalmış ona zəng edib dedilər ki, anbarda 13 telefon olmalıdır amma 7-si yoxdur. Bu məsələ ilə bağlı şirkətin Ayazın da olduğu vatsap qrupuna yazmış və telefonların harada olduğunu soruşmuşdur. Bir saat sonra Ayaz cavab yazdı. Sonra mənimlə əlaqə saxladı ki, məhsullar ondadır, başqa bir şəxsə girov qoyduğunu bildirmişdir. Şirkətin İnsan Resursları şöbəsində işləyən Elnarə xanımla əlaqə saxlamış və hadisə haqqında məlumat vermişdir. Elnarə xanım müdirə - Şahid1 zəng etdi, sonra Ayaz gəlib etiraf etdi ki, məhsulları qəbul edəndə 33 telefonu mənimsəmişdir.
41. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
42. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Həmin Məcəllənin 71.3-cü maddəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Məcəllənin 72-ci maddəsinə görə, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
45. Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
46. Bu maddi hüquq normalarının tələblərindən aydın olur ki, cavabdeh işdən azad etmə barədə əmri göstərilən tələblərə uyğun əsaslandırmalıdır. Cavabdeh bu vəzifəni yerinə yetirməmişdir. Cavabdehin istinad etdiyi sübutlar əmrin əsası qismində çıxış edə bilməz.
47. Belə ki, cavabdeh MMC-nin işçiləri– X8, Şahid2 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində inventarizasiya keçirilmiş və heç bir elektron avadanlıq əskik gəlməmişdir. 48 İddiaçı xxxxxxx000311 nömrəli əmək müqaviləsinin bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir.
49. MMC tərəfindən İddiaçı ünvanlanmış teleqram adlı sənəddən görünür ki, “ASBC" MMC-də anbardar vəzifəsində işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində apardığı anbar əməliyyatlarının inventarizasiyasının keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 22.00-da MMC-nin mağazalarına dəvət olunmuşdur.
50. "xxxx" MMC tərəfindən tərtib edilmiş razılaşdırılmış prosedurlarla bağlı auditor xidmətlərinin göstərilməsinə dair rəydən görünür ki, sayım prosesində xx.xx.2023 cü il tarixinə sifarişçi ASBC” MMC-nin təqdim etdiyi anbar qalıqlarının mühasibat uçotu məlumatları ilə faktiki olaraq anbarda mövcud olan fiziki malların üzləşdirilməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixinə sifarişçinin dörd anbarında ümumi pərakəndə satış dəyəri 78.699 manat olmaqla 31 sayda mal üzrə əskikgəlmə müəyyən olunmuşdur.
51. Audit rəyi mübahisələndirilən əmrdən sonra tərtib edilmişdir. Bundan başqa bu rəydən iddiaçının məlumatı olmamışdır. İddiaçıya göndərilən teleqram isə əmrdən 3 ay sonra keçiriləcək inventarizasiya üçün dəvət edilmişdir. Göründüyü kimi bu audit rəyi və inventarizasiyası ilə bağlı sübutlar işdən çıxarılmadan sonra tərtib edildiyi üçün mötəbər sübut kimi və əmrin əsası kimi qəbul edilə bilməz.
52. MMC-nin istinad etdiyi xx.xx.2022-ci il tarixli aktda isə iddiaçının əleyhinə heç bir hal göstərilməmişdir.
53. Cavabdeh apellyasiya şikayətində iddiaçının əməlində cinayət tərkibinin əlamətlərinin olmasını qeyd etsə də, bu hal da əmrin əsası kimi qəbul edilə bilməz. Belə ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət edilsə də, həmin araşdırma çərçivəsində iddiaçının təqsirliliyi sübuta yetməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. İşdə cavabdeh MMC-nin üç rəhbər işçisinin iddiaçının əleyhinə verdikləri izahatlar var. Lakin nəzərə alınmalıdır ki, iddiaçıya məlumat vermədən və üzləşmə imkanı olmadan bu izahatlar əmrin verildiyi gün tərtib edilmişdir. Bu hal və həmin şəxslərin cavabdeh MMC-nin işçiləri olması nəzərə alındıqda həmin izahatların etibarlı sübut kimi qəbul edilməsi mümkün deyil.
55. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı olan iddiaçının MMC-nin anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq Cəmiyyətin balansında olan 5 mağazaya elektron cihazların göndərilməsinin xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiyasının keçirilməsi barədə 80/K-İ nömrəli əmrdən görünür ki, inventarizasiya komissiyasının yaradılması və inventarizasiya prosesinin xx.xx.2022-ci il tarixdə başlanılaraq xx.xx.2022-ci il tarixdə yekunlaşdırılması əmr edilmişdir.
56. Bu əmrdə isə cəmi iki gün yoxlama aparılması qeyd edilmişdir ki, iki gündən biri mübahisələndirilən əmrin verildiyi gündür.
57. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, cavabdeh sübut kimi istinad etdiyi sənədlərin bir qismi əmrin verildiyi gün, digər qismi isə əmr verildikdən çox sonra tərtib etmişdir. Sübutlar birtərəfli qaydada və formal olaraq tərtib edilmişdir. Bu hal da özü özlüyündə MMC-nin təqdim etdiyi sübutların və iddiaçının barəsində verdiyi əmrin obyektiv olmasına şübhə doğurur.
58. Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlərə gəldikdə isə qeyd edilməlidir ki, onlardan biri cavabdeh MMC-nin baş direktoru Şahid1dur ki, o, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında əmri imzalayan şəxsdir və təbiidir ki, onun verdiyi ifadəyə bir mənalı olaraq etibarlı sübut kimi yanaşmaq düzgün olmaz.
59. Rayon Məhkəməsi tərəfindən dindirilmiş digər şahid isə MMC-nin rəhbər işçilərdən biri, yəni “Alma Store” X11 rəhbəridir və iş materiallarından görünür ki, o, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiyalarda iştirak etmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların tərtib edilməsində iştirak etmişdir. Buna görə də bu şahidin ifadəsinə bir mənalı olaraq etibarlı sübut kimi yanaşmaq düzgün deyil.
60. Cavabdeh MMC-nin istinad etdiyi və etibarlı hesab etdiyi başqa bir sübut – iddiaçının adınan yazılmış xx.xx.2022-ci il tarixli adsız əlyazmadır ki, həmin əlyazmada qeyd edilmişdir (olduğu kimi): “Mən İddiaçı aşağıdakı qeyd edilənlər barədə izahat verirəm. Cavabdeh şirkətinə məxsus “Almastore” dükanından və anbardan 21 ədəd iPhon 13 Pro, 13 Pro Max modelləri telefonları götürüb pulunu mənimsəmişəm. İmza - var. İbrahimov Faiq”.
61. Məhkəmə bildirir ki, bu əlyazmanın kimə ünvanlanması, əlyazmanın izahatdırsa, kim tərəfindən alınması həmin sənəddə göstərilməmişdir.
62. Buna görə də, həmin əlyazmaya etibarlı sübut kimi yanaşmaq qeyrimümkündür.
63. Cavabdeh MMC-nin istinad etdiyi və etibarlı hesab etdiyi digər sübut – xx.xx.2022-ci il tarixli “Kassa mədaxil orderidir”.
64. Bu "xxxx" qeyd edilir ki, iddiaçı tərəfindən MMC-yə 10.000 manat məbləğində ödəniş edilmişdir. Lakin orderdə, ödənişin təyinatı (məqsədi) göstərilməmiş, order MMCnin rəhbəri və baş mühasibi tərəfindən imzalanmamışdır.
65. Bundan başqa qeyd edilməlidir ki, əgər həmin ödəniş iddiaçı tərəfindən edilmişdirsə, onda orderdə ən azından iddiaçının imzası olmalı idi. Lakin orderdə ödəyən şəxsin imzası da yoxdur.
66. Buna görə də, qeyd edilən “Kassa mədaxil orderinə” də etibarlı sübut kimi yanaşmaq qeyri-mümkündür.
67. Yuxarıda qeyd edilən sübutlara, o cümlədən şahid ifadələrinə və qeyd edilən əlyazmaya etibarlı sübut kimi yanaşılması üçün nəzərə alınmalıdır ki, MMC-nin iddiaçı barəsində bildirdiyi məlumat ondan ibarətdir ki, iddiaçı, özgəsinə - MMC-yə məxsus əmlakı talamış, bununla da MMC-yə xeyli miqdarda ziyan vurmuşdur.
68. Məhkəmə bildirir ki, qeyd edilən hərəkət Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət əməli kimi nəzərdə tutulmuşdur.
69. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (maddə 63.; hissə İ.). Heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz (maddə 66.).
70. Lakin işin hallarından müəyyən edilir ki, MMC-nin bildirdiyi hərəkətə görə iddiaçının təqsirliyini müəyyən edən qanuni qüvvəyə minmiş hökm yoxdur.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
72. Odur ki, qeyd edilən bu maddi və prosessual normalarının tələblərini, işin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.
73. İşdən həmçinin görünür ki, Rayon Məhkəməsi iş üzrə tərəflərin ona təqdim etdikləri sübutları araşdırmış, işin hallarını müəyyən etmiş, işin hallarına və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, iş üzrə yekun qiymət vermişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. h) apellyasiya baxışının nəticəsi
74. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
75. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Cavabdeh MMC hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.