Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3579/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2020-ci il tarixli Borc Müqaviləsi üzrə ödənilməmiş 78.440 AZN (yetmiş səkkiz min dörd yüz qırx manat) məbləğində borcun, borc müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.128,40 (üç min yüz iyirmi səkkiz manat qırx qəpik) manat faiz borcunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 AZN (bir min manat) məbləğində haqqın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə, Cavabdehndən 82.598,40 (səksən iki min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Nizami Rayon Məhkəməsinin 2(007)-4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, onlar arasında şifahi razılaşmaya əsasən müqavilənin icra müddəti uzadılmışdır, bundan əlavə müqavilə üzrə onlar tərəfindən iddiaçının bildirdiyindən xeyli çox, yəni 64.560 manat borc ödənilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh işi yubatmaq məqsədi ilə şikayət vermişdir, onlar rayon məhkəməsinə də bilərəkdən gəlməmişlər, bu məhkəməyə də gəlmirlər, işi uzadırlar, cavabdehin apellyasiya şikayətində müqavilənin icra müddətinin çatmaması ilə bağlı qeyd etdiyi dəlil həqiqəti əks etdirmir, tərəflər arasında belə bir razılaşma olmamışdır, cavabdeh buna dair hər hansı sübut təqdim edə də bilmir, həmçinin göstərdi ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi qəbzlərin surətlərindən yalnız 5000 manatlıq olan qəbz üzrə həqiqətən xx.xx.2021-ci il tarixdə ödəniş edilmişdir və bu ödəmə qətnamədən qabaq olmuş və qətnamədə əks olunmamışdır, bu səbəbdən də əsas borcdan 5000 çıxılmaqla, əsas borcun məbləğinin 73.400 manat müəyyən edilməli olduğunu, bununla belə, şikayətə əlavə edilmiş 25.000 manatın ödənilməsi ilə bağlı ödəmə orderinin hazırkı borc müqaviləsinə hər hansı aidiyyatının olmadığını, həmin ödəmənin başqa bir şəxslə bağlı olan alqı-satqıya dair mədaxil orderi olduğunu bildirdi, belə ki, 25.000 manata dair mədaxil orderinin tarixinə baxdıqda məlum olur ki, həmin tarixlə tərəflər arasındakı borc müqaviləsinin tarixi eyni bir günə – xx.xx.2020-ci il tarixinə aiddir, bundan başqa, borca dair ödəmələr cavabdeh MMC-nin məxaric orderləri əsasında həyata keçirilmişdir və bunu apellyatorun özünün şikayətinə qoşduğu kassa məxaric orderləri təsdiq edir, bundan əlavə, həmin orderlərdəki qalıq borca dair yazılan qeydlər də təsdiq edir ki, 25.000 manata dair məxaric orderi xx.xx.2020-ci il tarixli borca aid ola bilməz, çünki borclu 5000 manatın ödənilməsi ilə bağlı 11.10 2021-ci il tarixli orderdə qalıq borcun 78.440 AZN, 5000 manatın ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli orderdə isə qalıq borcun 73.440 AZN olduğunu xüsusi olaraq göstərmişdir, buna görə də şikayətin təmin edilməməsini, əsas məbləğə aid hissədə borcun məbləğinin 73.440 manat müəyyən olunmasını xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, onun iştirakının təmin edilməsi üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, o məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 115 000 (bir yüz on beş min manat) manat məbləğində borc pul vəsaiti verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Borc alan” borc məbləğini 31 dekabr 2020-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Pretenziya məktubundan görünür ki, "PARK CİTY” MMC ilə İddiaçı arasında rəsmiləşdirilmiş 07 sentyabr 2020-ci il tarixli Borc Müqaviləsinə əsasən İddiaçı tərəfindən Cəmiyyətə 115 000 AZN (bir yüz on beş min manat) məbləğində borc pul vəsaiti verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq Cəmiyyət borc məbləğini 31 dekabr 2020-ci il tarixinədək İddiaçı geri ödəməsinə dair öhdəlik götürmüşdür. Lakin, 14 iyul 2021-ci il tarixinədək borc məbləğindən yalnız 20 500 AZN (iyirmi min beş yüz manat) geri ödənilmişdir. Müqavilə üzrə ödənilməli olan qalıq 94 500 AZN (doxsan dörd min beş yüz manat) vəsaitin geri ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin pul vəsaiti bugünədək İddiaçı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, borcludan 94 500 AZN (doxsan dörd min beş yüz manat) məbləğində qalıq borc vəsaitin 3 gün ərzində İddiaçı ödənilməsini tələb edilmişdir. Əks təqdirdə, qalıq borc vəsaitindən əlavə onun vaxtında ödənilməməsinə görə vurulmuş zərərin əvəzi və müvafiq məhkəmə xərclərinin də ödənilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli 231030 nömrəli ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul vəsaiti “Libra” Vəkil Bürosunun hesabına köçürülmüşdür. Apellyasiya şikayətinə əlavə edilən xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "PARK CİTY” MMC 5000 manat ödəmişdir, qalıq borc 73440 AZN göstərilmişdir (i/v 82). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə əsas borca aid hissədə dəyişdirilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən məhkəmə mübahisəsinin düzgün həlli iddia tələbinin qanuni əsasının tapılmasından asılıdır. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin və müvafiq olaraq da həmin müqavilədən irəli gələn borc münasibətlərinin olması işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öhdəliklərini pozmuş, icra müddəti çatmasına baxmayaraq borcu tam olaraq qaytarmamış, bununla həm də ona zərər vurmuşdur. İddiaçı ilkin olaraq qalıq borc kimi 83.440 manatın və həmin məbləğin 5% -i kimi 3.128, 40 manatın və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılması zamanı iddiaçı cavabdeh tərəfindən borcdan 5000 manatın ödənilməsi səbəbindən əsas borcun məbləğini azaldaraq cavabdehdə 78.440 manatın tutulmasıni istəmişdir. Rayon məhkəməsi iddanı həmin həcmdə, yəni 78.400 manat əsas borc, 3.128,40 manat əldən çıxmış fayda kimi və 1000 manat vəkil xərci və 30 manat dövlət rüsumu kimi, cəmi 82.598,40 manat pulun tutulmasını qət etmişdir. Cavabdeh rayon məhkəməsində işə baxılmasından məlumatlı olmuş, lakin məhkəmədə iştirak etməmişdir, o, qətnamədən apellyasiya şikayəti vermiş, lakin məlumatlı olsa da, apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh şikayətində tərəflər arasındakı müqavilə münasibətlərinin olmasını və borcun məbləğini mübahisələndirməmiş, yalnız borcun qaytarılması müddətinin uzadılmasına dair iddiaçı ilə razılaşmanın olduğunu, bir də borcun qaytarılmış hissəsinin iddiaçının bildirdiyindən 30.000 manat daha çox olduğunu göstərmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin dəlilləri ilə bağlı izahatında yalnız borc məbləğindən qətnamədə göstəriləndən 5000 manatın artıq qaytarılması hissəsi ilə razılaşmış, qalan hissədə, yəni borcun qaytarılması müddətinin uzadılmasına dair tərəflər arasında razılığın əldə olunması, eləcə də borcdan 25.000 manat da xx.xx.2020-ci il tarixində qaytarılması ilə bağlı dəlillərin tam əsassız olduğunu bildirmişdir. Cavabdeh şikayətində borcun qaytarılması müddətinin uzadılmasına dair tərəflər arasında razılaşmanın olduğunu bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdeh borcdan xx.xx.2020-ci il tarixində 25.000 manat da ödədiyini bildirsə də, buna dair də mötəbər və hər hansı şübhədən kənar sübut verə bilməmişdir, onun 25.000 manatın ödənilməsinin təsdiqi kimi tədim etdiyi yeganə sənədinxx.xx.2020-ci il tarixli mədaxi orderinin isə tərəflər arasındakı xx.xx.2020-ci il tarixli borc müqaviləsindən irəli gələn münasibətlərə aid olmadığı barədə iddiaçı tərəfin bildirdiklərinin əsaslı və ağlabatan olduğu müəyyən olunmuşdur. Cavabdeh bu halla bağlı da başqa sübut verməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş zərərlə bağlı hissəsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçı ilkin tələbində əsas borca görə 83.440 manat tələbi irəli sürmüş və məhz həmin məbləğə münasibətdə də 3.128,40 manat zərər tələb etmişdir. Lakin araşdırmalarla müəyyən olunmuşdur ki, iddiaçı işə rayon məhkəməsində baxılarkən tələbinin həcmini 5.000 manat məbləğində azaltmış, apellyasiya icraatı zamanı da cavabdeh tərəfindən məhkəmə qətnaməsi çıxarılanadak daha 5.000 manatın ödənildiyini təsdiq etmişdir. Demək ki, hazırkı halda həmin hissədə iddia tələbinin tam olaraq əsaslandırılmadığı müəyyən olunur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin qətnaməsi zərərlə bağlı hissədə əsaslı olmamışdır, bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməklə yeni qətnamə qəbul olunmalı və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, aparılmış məhkəmə araşdırmaları ilə də müəyyən olunur ki, tərəflər arasında 115.000 manat məbləğində borca dair etibarlı borc müqaviləsi bağlanmış, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya 73.440 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq borc məbləği 73.440 manat müəyyən edilməli, qətnamə tələbin zərərə aid hissəsində ləğv edilərək, həmin hissədə tələbin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddia tələbinin zərərə aid (əldən çıxmış fayda) hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin, qətnamə borcun məbləği hissəsində dəyişdirilsin, cavabdehdən tutulmalı borcun məbləği 73.440 (yetmiş üç min dörd yüz qırx) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə yalnız cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3579/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3579/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver