Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3579/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-ciil tarixli, 2(004)-2372/2023 saylı qərardadından ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüququ əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1984-cü ildən 27 aprel 1985-ci il tarixədək Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu maşinist peşəsi üzrə əyani təhsil almağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı hüququ əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli, 2(004)- 2372/2023 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 25 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək peniyası təyin olunması üçün müvafiq dövlət orqanlarına müraciət edərkən ondan həmin dövrdə Ağsu rayonu 118 nömrəli orta texniki məktəbində peşə təhsili aldığı müddətin əmək stajına daxil edilməsi üçün əyani təhsil alması barədə arayış tələb olunmuşdur. Buna görə də müvafiq arayışın verilməsi üçün hələ 2022-ci ilin əvvəllərində Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ərizəçiyə təqdim olunmuş F-161/25 saylı, 18 mart 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “118 nömrəli X5 Məktəbinin arxiv sənədləri peşə təhsili müəssisələrində olmadığı üçün müraciəti təmin etmək imkan xaricindədir.”Həmçinin bu məsələ ilə əlaqədar təkrar olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, habelə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Ağsu rayon Dövlət Arxivinə nümayəndə və vəkil vasitəsilə vətəndaş İddiaçı qeyd olunan tarixlərdə Ağsu rayonu 118 nömrəli orta texniki məktəbində traktorçu-maşınçı peşəsi üzrə əyani təhsil alıb-almaması, eləcə də həmin dövrdə sözügedən peşə üzrə təhsilin əyani formada olub-olmaması barədə sorğular göndərilmiş, lakin bu barədə rəsmi sənəd əldə etmək mümkün olmamışdır. Belə ki, həmin sorğuya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022ci il tarixli məktubunda “Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbinin arxiv sənədləri peşə təhsili müəssisələrində olmadığını nəzərə alaraq Ağsu rayon Dövlət Arxivinə müraciət etmək tövsiyə olunur” cavabı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda vətəndaş İddiaçı barəsində olan sorğu aidiyyəti üzrə baxılıb cavab verilməsi üçün Ağsu rayon Dövlət Arxivinə göndərilməsi bildirilmişdir. Nəhayət, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivindən verilən 73 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbinin 1984-1985-ci illərə aid sənədlər Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir və arxivdə saxlanılmır”.Ərizəçinin xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə təhsilinin əyani formada olub-olmaması faktı barədə bütün aidiyyəti dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün hüquqi əhəmiyyətli faktın – Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə əyani formada təhsil alması faktının məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda ərizəçi haqlı olaraq konstitusion hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd olunan halları aydınlaşdırmadan və nəzərə almadan ərizənin qəbulundan imtina etməklə ərizəçinin bir vətəndaş kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı(İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 38-ci (Sosial təminat hüququ), 60-cı(Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) və 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələri ilə müəyyən edilmiş konstitusion hüquq və azadlıqlarını, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə təhsilinin əyani formada olub-olmaması faktı barədə bütün aidiyyəti dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün hüquqi əhəmiyyətli faktın – Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə əyani formada təhsil alması faktının məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda ərizəçi haqlı olaraq konstitusion hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd olunan halları aydınlaşdırmadan və nəzərə almadan ərizənin qəbulundan imtina etməklə ərizəçinin bir vətəndaş kimi Azərbaycan RespublikasıKonstitusiyasının 26-cı(İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 38-ci (Sosial təminat hüququ), 60-cı(Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) və 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələri ilə müəyyən edilmiş konstitusion hüquq və azadlıqlarını, eləcə də Konstitusiyanın 147-ci (Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi) və 148-ci (Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar) maddələrinin tələblərini pozmuşdur.Məhkəmə Azərbaycan RespublikasıMPM-nin 308-ci maddəsinin tələblərini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə təhsilinin əyani formada olub-olmaması faktı barədə bütün aidiyyəti dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün hüquqi əhəmiyyətli faktın – Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçumaşinist peşəsi üzrə əyani formada təhsil alması faktının məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün olmamışdır. Bu hal ərizəyə əlavə edilmiş sorğuya cavab məktubları ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli, 2(004)-2372/2023 saylı qərardadıqanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, ərizədən də görünür ki, tələb ərizəçinin Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə əyani təhsil almağı faktının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə qeyd olunmuşdur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli, 2(004)- 2372/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3579/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3579/2023
17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver