Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3583/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh X2 Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X2 Cəmiyyətinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-864/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşəgötürən X2 Cəmiyyəti ilə işçi İddiaçı Abasəli oğlu arasında bağlanmış xx.xx.2019cu il tarixli müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı Abasəli oğlu "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 aylıq müddətə işə qəbul olunmuşdur. İşəgötürən X2 Cəmiyyəti ilə işçi İddiaçı Abasəli oğlu arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, tərəflər bağladıqları müddətli əmək müqaviləsinin müddətini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay müddətinə uzadılması barədə razılığa gəlmişlər. İşəgötürən X2 Cəmiyyəti ilə işçi İddiaçı Abasəli oğlu arasında bağlanmış xx.xx.2022ci il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, tərəflər bağladıqları müddətli əmək müqaviləsinin müddətini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə uzadılması barədə razılığa gəlmişlər. X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 129 K nömrəli əmrindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən cəmiyyətin körpülü kran maşinisti vəzifəsində çalışan İddiaçı Abasəli oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 1,5 (bir tam beş) təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçıya məxsus TK-V seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Abasəli oğlu xx.xx.2019-cu il tarixli, 107K nömrəli əmr ilə X3 Cəmiyyətinin X6 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli, 026S nömrəli əmrlə Texniki Avadanlıqlar zavodunun Dəqiq emal və boya-montaj sahəsinin Boya və montaj bölməsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 035K nömrəli əmrlə X6 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli, 129K nömrəli əmrlə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2/b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. X18 tərəfindən verilən əmək qabiliyyətinin olmamasına dair vərəqədən görünür ki, İddiaçı Abasəli oğlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmiş, işə başlama tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. X3 Cəmiyyəti tərəfindən İddiaçı Abasəli oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli, 196/24 və 197/24 nömrəli bildirişlərdən görünür ki, işəgötürən tərəfindən İddiaçı Abasəli oğluna xx.xx.2024-cü il tarixdən heç bir səbəb göstərmədən işə gəlməməsi, onunla Azertexnolayn MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixində bitməsi, təqdim edilən xəstəlik vərəqəsinin müddətinin isə xx.xx.2024-cü il tarixdə bitməsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixindən etibarən 7 təqvim günü heç bir sənəd təqdim edilmədiyi təqdirdə onunla bağlanan əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. AR ƏƏSMN X8 X4 Filialının 30 avqust 2024-cü il tarixli məktubundan müəyyən ki, İddiaçı işsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla, yəni dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam verilmiş, müəssisənin müikiyyətçisi dəyişdikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən, xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığorta olunanların malik olmaları, xx.xx.2019-cu il tarixdən bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2. b (müddətli əmək müqaviləsinin başa çatması) maddəsinə əsasən xitam verilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ( müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olmadığı üçün ona mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsinin mümkün olmaması, Agentliyin X4 filialının əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq qanunvericiliyin tələblərinin ətraflı izah edilməsi bildirilmiş, əlavə olaraq digər məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi məqsədilə Filiala və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 6 saylı DOST mərkəzinə müraciət etməsi tövsiyyə olunmuşdur. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02039 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, X19 MMC-də texnoloji avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləyir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X3 Cəmiyyətinə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyun 2019-cu il tarixdə xx xxx 1980-ci il təvəllüdlü Abbasov X1 Məhdud Məsuliyyətli Cəmiyyətində körpülü kran operatoru vəzifəsinə işə başlamış və Sumqayıt şəhərində X11 (SCİP) X6 çalışmışdır. Lakin əvvəllər bağlanmış müqavilə müddəti başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə uyğun olaraq xitam verilmişdir (müddətli əmək müqaviləsi). Beləliklə, 12 iyul 2024-cü il tarixdə Azertexnolayn MMC-nin rəhbərliyi tərəfindən əsassız olaraq vəzifəsindən azad edilmişdir. Ona heç bir pul təzminatı ödəmədən işdən çıxarılmışdır. Əmək qanunvericiliyinə görə, Azertexnolayn MMC ilə müqavilə avtomatik olaraq uzadılmalı idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonra əmək münasibətləri davam etdikdə və tərəflərin olmaması, əmək müqaviləsi əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış hesab edilərkən, müddət bitdikdən sonra bir həftə ərzində müqavilə xitam verilməsini tələb edir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Abşeron – X15 şöbəsi ilə əlaqə saxlamışdır. Həmin qurum ona izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olmadğı üçün iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır. Beləliklə, o, qanunsuz işdən çıxarılmışdır. İddiaçıya başqa iş təklif olunmamışdır. Göstərilənlərə əsasən, İddiaçı Abasəli oğlunun işdən azad olunmasına dair xx.xx.2024-cü il tarixli əmrin ləğv olunması, həmin tarixdən onun işə bərpa olunması və məcburi buraxdığı iş günləri üçün, iş üzrə yekun məhkəmə qərarı icra olunduğu vaxtadək, əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azertexnolayn MMC iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyinə görə guya onun müddətli əmək müqaviləsi 5 il ötdüyü üçün artıq müddətsiz hesab edilməli və bu səbəbdən də tərəflərindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməzdi. İddiaçı Abasəli oğlu xx.xx.2019-cu il tarixdə Azertexnolayn MMC-də işə qəbul olmuş və xx.xx.2024-cü il tarixində müqavilə müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Abasəli oğlu xx.xx.2024-cü il tarixdən işə gəlmədiyi üçün əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilmişdir. Daha sonra işçi şifahi olaraq xəstəliklə bağlı gəlmədiyini və bununla bağlı xəstəlik vərəqəsi təqdim edəcəyini bildirmişdir. Bundan başqa, İddiaçı Abasəli oğlu xx.xx.2024-cü il tarixində "xxxx"-ni Azertexnolayn MMC-yə təqdim etmişdir. Həmin vərəqəyə əsasən, işçi xx.xx.2024-cü il tarixində işə başlamalı idi. Lakin işçi heç bir səbəb göstərmədən işə gəlmədiyi üçün əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana təkrarən göndərilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin məcəllənin 73.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, № 129 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflərindən həmin tarixdə işçi ilə şifahi qaydada əlaqə saxlanılmış, işçinin onun ünvanına işdən çıxış əmrinin surəti ünvanlanaraq gəlib əmək kitabçasını təhvil alması bildirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı müəssisəyə yaxınlaşaraq əmrin ilə tanış olmuş və əmək kitabçasını təhvil almışdır. Müvafiq əmrin surəti müşayət məktubu ilə işçiyə təhvil verilmişdir. Müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-ünvan 1 ünvanlanmış, məktuba tərəflərindən 18 iyul 2024-cü il tarixli 216/24 saylı məktub ilə cavab verilmiş və tələb edilən sənədlər tərəflərindən təqdim edilmişdir. Yoxlamanın nəticələrinə görə Əmək Müfəttişliyi tərəfindən hər hansı qanunpozuntusu aşkar edilməmiş və işəgötürən barəsində heç bir inzibati tənbeh tətbiq edilməmişdir. Qeyd edilir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixində imzalanmışdır. Əmək müqaviləsi 5 il müddətinə tərtib edilmiş və xx.xx.2024-cü il tarixində müddəti bitməli idi. Lakin işçi xx.xx.2024-cü il tarixindən etibarən işə gəlməmişdir. Tərəflərindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 164/24 saylı məktub ilə müraciət edilərək onunla imzalanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə bitəcəyi bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə 168/24 saylı ikinci xəbərdarlıq məktubu qarşı tərəfə ünvanlanmışdır. Qeyd edilən xəbərdarlıq məktubları poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlara göndərilmişdir. xx.xx.2024-cü il tarixli 168/24 saylı məktub iddiaçıya təqdim edilməsinə baxmayaraq o qəbul etməkdən imtina etmişdir. Daha sonra iddiaçı xəstə olması ilə bağlı xx.xx.2024-cü il tarixli arayış təqdim etmiş və həmin arayışda işə çıxma tarixi xx.xx.2024-cü il olaraq qeyd edilməsinə baxmayaraq işçi həmin tarixdən yenidən fəaliyyətə başlamamışdır. İddiaçı tərəfindən xəbərdarlıqlara cavab verilmədiyi və işə arayışda qeyd edilən tarixdən sonra belə gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə işçinin əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş və əmr iddiaçıya ünvanlanmışdır. Daha sonra telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlanılmış, iddiaçı xx.xx.2024-cü il tarixdə Cəmiyyətə yaxınlaşaraq əmək kitabçasını təhvil alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı cəmiyyətə yaxınlaşaraq əmək kitabçası və digər sənədləri təhvil almışdır. Qeyd edilənlərdən də aydın olur ki, bütün prosessual hərəkətlər həmin tarixdə qüvvədə olmuş Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. Bu səbəbdən də hesab edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq ciddi xəstəliyi olduğu üçün bülletenə çıxdığını, bülletendə olduğu vaxt, yəni xx.xx.2024-cü ildə işdən çıxarılmağını öyrəndiyini, əvvəlki ünvanda yaşamadığını, bu barədə şirkətə məlumat verdiyini, müqavilədə də həmin ərazinin yazıldığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq xx.xx.2024-cü il tarixində əmək müaviləsinin müddətinin bitdiyini, həmin tarixdə tərəflərə bildiriş göndərdiklərini, bildirişi iddiaçının faktiki ünvanına, yəni Sumqayıt şəhərinə, həmçinin hüquqi ünvanı olan Masallı rayonuna göndərdiklərini, çatdırılma barədə onlarda sənədlərin olduğunu bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-864/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 Cəmiyyətinə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tələbin “Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 129K №-li əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “həmin tarixdən iddiaçının işə bərpa olunması və məcburi buraxdığı iş günləri üçün iş üzrə yekun məhkəmə qərarı icra olunduğu vaxtadək əmək haqqının ödənilməsi” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd etmişdir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müqavilənin müddətinin bitdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilə bilməməsinə səbəb o olmuşdur ki, mülki işin materiallarında göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmiş, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu iddiaçıya göndərilmiş, bundan sonra iddiaçı xəstəlik vərəqəsi təqdim etmiş, lakin sonradan iddiaçı təkrar işə gəlməməkdə davam etmiş və nəticədə, iddiaçı işdə olmadığına görə onunla bağlanmış əmək müqaviləsinə müddət bitdiyinə görə işəgötürən tərəfindən xitam verilə bilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçının həm yaşayış, həm də rəsmi qeydiyyata alındığı ünvana rəsmi qaydada poçt vasitəsilə əmək müqaviləsinə 7 gün müddətində xitam veriləcəyi barədə təkrar xəbərdarlıq məktubları göndərilmiş və iş materiallarına əlavə edilmiş xəbərnamə qəbzindən göründüyü kimi qəbzə imza çəkilməklə rəsmi qaydada əldə edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixli, 129K nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və hətta bundan cavabdeh sonrada həmin əmək münasibətlərinin davam etdirmək niyyətində olmasını da qanunvericliyin həmin dövr üçün (xx.xx.2024-cü il üzrə) müəyyən etmiş olduğu sonrakı bir həftə ərzində bildirməmişdir (buna niyyəti olmamışdır). Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 42, 45, 47, 68, 73-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1,76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-864/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-864/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini aşağıdakı səbəbə görə əsassız və ədalətsiz hesab edir. İddiaçı X2 Cəmiyyətində körpülü kran operatoru vəzifəsinə işə qəbul edilmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun - icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər. Həmin maddədə göstərilən hallar nə əmək müqaviləsində göstərilmiş, nə də bu barədə ona məlumat verilməmişdir. Əmək Məcəlləsinin 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmə azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, «İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər». 12 iyul 2024-cü il tarixdə Azertexnolayn MMC-də 5 il fasiləsiz işlədiyi, 5 il 25 gündən sonra işdən çıxarıldığı üçün qanunsuz olaraq işdən çıxarılmışdır. Nəzərə çatdırır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə 5-ci hissə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, o müddətsiz əmək müqaviləsi hesab edilir. Nəticə belə çıxır ki, cavabdeh onu işdən çıxarmağa hüququ yox idi. Həm də ki, heç bir pul təzminat ona ödənilməyib, başka da iş təklif olunmayıb. O, gözlənilmədən işdən çıxarılıb. Birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, müddətli əmək müqaviləsinə müqavilədə göstərilən tarixdə xitam verilir və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, müqavilə də həmin müddətə uzadılır. İddiaçı birinci instansiya məhkəməsində iki övladının olmasını, bir övladının İ qrup əlil olmasını, ikinci övladının körpə olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan yanlış nəticə çıxarmış, işəgötürənlə işçi arasında fərq olmasını, işçinin işəgötürənə tabe olmasını, yəni tərəflərin tam bərabərliyinin olmamasını, əgər işin xarakteri daimidirsə, onda işəgötürən əvvəlcə işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olmasını nəzərə almamış, məsələ ilə bağlı qərarını yalnız cavabdehin mövqeyi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X2 Cəmiyyətinin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək onun işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli müvafiq əmrin ləğv edilməsi, həmin tarixdən onun işə bərpa olunması və məcburi buraxdığı iş günləri üçün iş üzrə yekun məkhəmə qərarı icra olunduğu vaxtadək əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-864/2025 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilməmişdir. Daha sonra iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən, hesab edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, apellyasiya şikayətində Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə istinad edilmişdir. Lakin apellyasiya şikayətində qeyd edilən bəndə nəzər yetirdikdə müəyyən etmək mümkündür ki, həmin maddə və bənd tam şəkildə qeyd edilməmişdir. İddiaçı tərəfindən yalnızca bəndin ilk hissəsi qeyd edilmişdir. Həmin bəndə nəzər yetirdikdə isə iddiaçı qeyd etdiyinin davamında "bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən” bağlanılmalı olması qeyd edilmişdir. İddiaçının maddəni tam şəkildə qeyd etməməsinin səbəbinin nə olması onlara məlum deyildir. Bundan əlavə təqdim edilmiş şikayətdə iddiaçı 5 il 25 gün müddətinə fəaliyyət göstərdiyini, lakin Cəmiyyət tərəfindən bu halın nəzərə alınmadığını qeyd etmişdir. 5 il müddətin ötməsini nəzərə alaraq müddətli əmək müqaviləsinin müddətsiz olaraq qeydə alınmalı olmasını nəzərdə tutmuşdur. Bu dəlilə qarşı qeyd edilir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixində imzalanmışdır. Əmək müqaviləsi 5 il müddətinə tərtib edilmiş və xx.xx.2024-cü il tarixində müddəti bitməli idi. Lakin işçi xx.xx.2024-cü il tarixindən etibarən işə gəlməmişdir. Tərəflərindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 164/24 saylı məktub ilə müraciət edilərək onunla imzalanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə bitəcəyi bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə 168/24 saylı ikinci xəbərdarlıq məktubu qarşı tərəfə ünvanlanmışdır. Qeyd edilən xəbərdarlıq məktubları poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlara göndərilmişdir. xx.xx.2024-cü il tarixli 168/24 saylı məktubları iddiaçıya təqdim edilməsinə baxmayaraq o, qəbul etməkdən imtina etmişdir. Daha sonra iddiaçı xəstə olması ilə bağlı xx.xx.2024-cü il tarixli arayış təqdim etmiş və həmin arayışda işə çıxma tarixi xx.xx.2024-cü il olaraq qeyd edilməsinə baxmayaraq işçi həmən tarixdən yenidən fəaliyyətə başlamamışdır. İddiaçı tərəfindən xəbərdarlıqlara cavab verilmədiyi və işə arayışda qeyd edilən tarixdən sonra belə gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə işçinin əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş və əmr iddiaçıya ünvanlanmışdır. Daha sonra telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlanılmış və özü xx.xx.2024-cü il tarixdə Cəmiyyətə yaxınlaşaraq əmək kitabçasını təhvil alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Cəmiyyətə yaxınlaşaraq əmək kitabçası və digər sənədləri təhvil almışdır. Qeyd edilən sənədlərin hər biri tərəflərindən birinci instansiya məkhəməsində icraat davam edən müddət ərzində təqdim edilmiş və məkhəmə öz qətnaməsində bu barədə məlumat qeyd etmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə 28 iyun 2024-cü il tarixdə dəyişiklər edilmişdir. Qeyd edilən dəyişiklikdən əvvəlki redaksiya aşağıdakı kimi olmuşdur: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73. 2-ci hissə: İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu barədə məhkəmə öz qətnaməsində işin faktiki hallarını araşdırdıqda Cəmiyyətin hər hansı prosessual pozuntuya yol vermədiyini, iddiaçı tərəfindən qeyd edilən halların isə əsassız olduğunu bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etirazına münasibətində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, iş daimi xarakter daşıyırsa, işəgötürən işçi ilə ilkin olaraq müddətsız əmək müqaviləsi bağlamalıdır. Cavabden Azertexnolayn MMC metallurgiya zavodudur və ordakı iş 3 növbəli qrafiklə gecə-gündüz davam edir. Bu, mövsümi, müvəqqəti iş deyil. İşəgötürən işçilərlə müddətli əmək müqaviləsi bağlamaqla artıq işçilərin hüquq və təminatlarını pozmuş olur. Çünki bu halda işəgötürən istənilən vaxt işçidən yaxa qurtara bilər, əgər işçi öz hüquqlarını müdafiə edirsə, məsələn, onlar ona belə ediblər. O, müəyyən müddətli əmək müqaviləsinin 17 iyun 2024-cü il tarixində başa çatdığını bilmirdi. Ona bu barədə məlumat verilməmişdir, baxmayaraq ki, bir ay əvvəl ona xəbər verməli idilər ki, başqa iş tapa bilsin. O, həqiqətən də pnevmoniya olub və buna görə də 24 gün xəstəlik məzuniyyətində idi. İyunun 12-də xəstəlik məzuniyyətinə çıxıb və bu barədə işəgötürənə telefonla məlumat verib. İyulun 6-da xəstəlik məzuniyyətini bağlayıb, lakin iyulun 7-də bazar gününə təsaduf etdiyi uçun 8 iyul bazar ertəsi işə qayıtmış, həmin gün kadrlar şöbəsinə xəstəlik məzuniyyəti arayışını təqdim etmiş və işə qayıtmaq istəmiş, bununla belə, onu işə buraxmamışlar. Elə həmin gün işdən çıxarılması səbəbini anlamağa çalışmış, kadrlar şöbəsi ona izah etmişdir ki, əlavə saata qalmadığına görə işdən azad olunur. Cavabdeh prinsipial hərəkət edərək, qəsdən onu işdən çıxarmış, baxmayaraq ki, o, ailəsinin, iki uşağının, böyük oğlunun 1-ci qrup əlil, digər uşağının 2 yaşı olmasını demiş, işdən çıxarılmamasını xahiş etmiş, razılığa gəlmək istəmiş, faydası olmamış, bundan sonra o, evə qayıtmışdır. İyulun 15-də kadrlar şöbəsindən ona zəng edilərək işdən çıxarılması bildirilmiş, elə həmin gün o, zavoda gəlib əmək kitabçasını götürmüşdür. Əslində, o, 5 il fasiləsiz işlədikdən sonra işdən çıxarılmışdır. (yəni: 12 iyul 2024-cü il) O, cavabdeh tərəfindən göndərilən məktubları almamışdır. İşəgötürən ona əmək müqaviləsinə xitam verilməsi barədə bir ay əvvəl iş yerində bildiriş verməli, o, həmin bildirişi imzalamalı idi. Lakin o, gözlənilmədən işdən çıxarılıb, sadəcə olaraq atılıb. Bir işçi kimi hüquq və təminatları pozulub. İşəgötürən elə bunu istəyirdi ki, onu gözlənilmədən işdən çıxarsın ki, ailəsi və o dolanışıqsız qalsınlar. O, Azertexnolayn MMC-də işlədiyi 5 il ərzində heç bir qanun pozuntusuna yol verməmiş, vicdanla çalışmış, pis işçi idisə, niyə onu 5 il saxlamışlar. İşdən çıxarılandan müəyyən müddət sonra yerinə başqa bir işçi götürülmüşdür. Onun yerinə təcrübəsiz birini işə götürmək üçün onu, təcrübəli işçini işdən çıxarmaq niyə lazım idi? İşdən çıxarıldıqdan sonra onun ailəsi çətin maddi vəziyyətə düşmüş, o və ailəsi bir neçə yerdə kreditorlara borclu qalmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərtexnolayn MMC-in nümayəndəsi X10 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərtexnolayn MMC-in nümayəndəsi X12 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı mülahizəsində göstərmişdir ki, işçi ilə ilkin əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixindən etibarən əmək müqaviləsinin müddəti 3 aydan 6 aya uzadılmış, xx.xx.2022-ci ildən isə uzadılma intervalı 6 aydan 1 aya endirilmişdir. Həmin əmək müqaviləsini müddətləri daimi olaraq sistem tərəfindən mexaniki olaraq yenilənmişdir. Bundan əlavə qeyd edilən uzadılma və endirilmə ilə bağlı ərizələr məhkəməyə təqdim edilir. Qeyd edilən ərizələrdə işçinin öz imzası olmuş və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı razılığını bildirmişdir. Lakin məhkəmə iclasında iddiaçı özünün bu barədə məlumatının olmaması qeyd edərək, guya ondan xəbərsiz şəkildə əmək müqaviləsini müddətli olmasını bildirmişdir. İddiaçının müqaviləsi müddətli əmək müqaviləsi olmuş və daimi olaraq elektron sistem vasitəsilə yenilənmişdir. Təqdim edilən sənədlər bir daha sübuta yetirir ki, müqaviləsinə edilmiş dəyişikliklər barədə iddiaçıya Cəmiyyət tərəfindən məlumat təqdim edilmişdir. Hazırda ƏMAS sistemindən çıxarılan əmək müqaviləsi bildirişlərinin qeyd hissəsində hər hansı tərəfin etirazı olmadığı təqdirdə elektron informasiya sistemi vasitəsilə müqavilənin yeniləndiyi nəzərdə tutulmuşdur. İddiaçının da müqaviləsi həmin qaydada yenilənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Cəmiyyət ilə iddiaçı arasında da müqavilə hər iki tərəfin qarşılıqlı razılığı əsasında qanunvericiliyin tələblərinə riayət olunaraq tərtib edilmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin mülahizəsinə qarşı etirazında iddiaçı bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə ilkin olaraq onunla 3 aylıq sınaq müddətinə müqavilə bağlanmış, gələcəkdə onunla müddətsiz əmək müqaviləsi bağlamalı idi. Lakin, sonradan onunla müddətsiz əmək müqaviləsi bağlanmamış cavabdeh özü istədiyi vaxt və istədiyi kimi müqaviləni uzatmışdır. Sistemindən onun 5 il 25 günlük əmək fəaliyyəti bağlı məlumat açıq-aydın şəkildə görünür. Cavabdehin məhkəməyə təqdim etdiyi 2 müqavilə istisna olmaqla, 40 dəfə cavabdeh onun xəbəri olmadan əmək müqaviləsini istədiyi vaxt və istədiyi müddətə uzatmışdır. 5 il 25 gün ərzində onunla iki dəfə xx.xx.2020-ci ildə altı ay, xx.xx.2022-ci ildə bir aylıq müqavilə bağlanmış, ona başqa heç nə təklif etmədikləri üçün bu müqavilələri imzalamış, amma işin mahiyyəti qalıcı olduğundan bunun heç bir mənası yoxdur. Onunla müddətsiz əmək müqaviləsi bağlamağa heç nə mane olmamışdır. Onun fəaliyyəti dövründə zavod heç vaxt dayanmamış, işin xarakteri daimidir, gecə gündüz zavod işləyir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, Azərbaycan sosial ölkədir. Bu, dövlətin insanların, işçilərin, qocaların, uşaqların qayğısına qalması deməkdir, amma təkcə dövlət deyil, müəssisə, fabrik, zavodlar da işçinin qayğısına qalmalı, işçinin hüquq və təminatlarına hörmət etməli, təkcə qazanc haqqında düşünməməlidir. İşçinin gələcəyi var, ailəsi var, bunu zavod fikirləşməlidir. Cavabdeh iş yerinin daimi olduğunu bilə-bilə onunla müddətli, qısa müddətə əmək müqaviləsi bağlamaqla onu həmişə naməlum vəziyyətdə saxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 8.
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (xx.xx.2024-cü ilədək olan redaksiya üzrə).
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia rədd edildiyindən, qətnamə apellyasiya şikayətinə əsasən, iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında iddiaçının X6 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə işə qəbul edilməsi barədə xx.xx.2019-cu il tarixdə, 3 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, müddətli əmək müqaviləsi bağlanılmış, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətə uzadılmış, bu barədə iddiaçının məlumatı olmuş, iddiaçı əmək müqaviləsinə əlavələri imzalayıb surətini almaqla bağladığı əmək müqaviləsinin müddətli olmasını və davam etməsini bilmiş, tərəflər arasında əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xəstəliyi ilə bağlı işə gəlməmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı xəstəlik vərəqəsini işəgötürənə təqdim edərək yenidən işə gəlməmiş, cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubları, iddiaçının cavabdehə məlum ünvanlarına rəsmi qaydada göndərilmiş, bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixli, 129K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam vermişdir. Məhkəmə kollegiyası iddiaçının, onunla müddətli əmək müqaviləsi bağlanarkən, həmin müqaviləyə xitam verilərkən işəgötürən tərəfindən qanun pozuntusuna yol verilməsi, 5 il 25 gün işlədiyi üçün müqavilənin müddətsiz hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, araşdırma zamanı belə halların mövcud olması öz təsdiqini tapmamışdır. Əksinə araşdırma zamanı tərəflərin qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamaları, qarşılıqlı razılıq əsasında həmin müqavilənin müddətini özlərinin müəyyən etdikləri müddətə uzatmaları, sonuncu dəfə müddətin qurtarması ərəfəsində işəgötürənin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəməməsi, lakin işçinin üzürlü səbəbdən (xəstəliyi ilə bağlı) işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verə bilməməsi, iddiaçı xəstəlik vərəqəsini cavabdehə təqdim etdikdən sonra işəgötürən tərəfindən qanunla müəyyən olunan qaydada və müddətdə əmək müqaviləsinə xitam verilməsi öz təsdiqini tapmışdır. İddiaçı cavabdeh tərəfindən işə buraxılmamasını apellyasiya şikayətində qeyd etsə də, bu halın mövcud olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki işin sənədlərindən isə iddiaçının işə gəlmədiyi üçün cavabdeh tərəfindən ona xəbərdarlıqlar göndərilməsi müəyyən olunur. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin eyni vaxtda olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. İstinad olunan normanın mənasına görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Yəni, əmək müqaviləsində göstərilən müddət qurtardıqda, müqavilə əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab oluna bilər ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri qarşılıqlı razılıq əsasında davam etdirilsin, yəni işçi faktiki olaraq əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsin, iş yerində olsun və s. və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin. Hazırkı işdə tərəflərin hər birinə, hüquq bərabərliyi prinsipinə əməl etməklə bağladıqları müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitəcəyi məlum olmuş, iddiaçı xx.xx.2024-cü il tarixdən xəstəliyi ilə bağlı işə gəlməmiş, xx.xx.2024cü il tarixdə iddiaçı xəstəlik vərəqəsini işəgötürənə təqdim edərək yenidən işə gəlməmiş, cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubları göndərilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam vermişdir. Kollegiya qeyd edir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi tərəflər arasında bağlanan müddətli əmək müqaviləsi 5 ildən artıq davam etməmiş, üzürlü səbəbdən işdə olmayan iddiaçı xx.xx.2024-cü il tarixdə xəstəlik vərəqəsini cavabdehə təqdim etmiş, xx.xx.2024-cü il tarixdə isə əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam vermişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, araşdırma zamanı öz təsdiqini tapmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-864/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.