Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3587/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: bank əmanəti müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, X14 Asəf qızının katibliyi, İddiaçıların vəkili X9, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1."xxxx" ASC ilə X4 arasında bağlanmış 31 may 2002-ci il tarixli əmanət müqaviləsindən və mədaxil orderindən görünür ki, X4 tərəfindən 15000 (on beş min) manat məbləğində vəsait "xxxx" ASC-yə əmanət olaraq yerləşdirmişdir. - 19 iyul 2010-cu il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 700 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 1.121 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 390 AVRO məxaric edilmişdir. - 14 may 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 22.582 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 2.704 AZN məxaric edilmişdir. - 04 fevral 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 15.352 AZN məxaric edilmişdir. - 18 fevral 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 6.575 Avro məxaric edilmişdir.
2. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 108000 (yüz səkkiz min) ABŞ dolları əmanət qoymuşdur. -Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 12 ay müddətinə, illik 12,8 faiz dərəcəsi qoyulmuşdur.
3. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. -Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 12 ay müddətinə, illik 11,8 faiz dərəcəsi qoyulmuşdur.
4. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 20000 (iyirmi min) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 7 faiz dərəcəsi qoyulmuşdur.
5. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 78260 (yetmiş səkkiz min iki yüz altmış) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur.
6. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlli yeddi min) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 12 ay müddətinə, illik 11,8 faiz dərəcəsi qoyulmuşdur.
7. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlli yeddi min) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur.
8. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 175526 (bir yüz yetmiş beş min beş yüz iyirmi altı) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur.
9. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı3 89811 (səksən doqquz min səkkiz yüz on bir) ABŞ dolları əmanət qoymuşdur.
10. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı3 65922 (altmış beş min doqquz yüz iyirmi iki) ABŞ dolları əmanət qoymuşdur.
11. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 250000 (iki yüz əlli min) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə, illik 11,3 faiz dərəcəsi qoyulmuşdur.
12. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı1 48600 (qırx səkkiz min altı yüz) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə, illik 2,25 faiz dərəcəsi qoyulmuşdur.
13. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı1 50534 (əlli min beş yüz otuz dörd min) ABŞ dolları əmanət qoymuşdur.
14. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı2 124730 (bir yüz iyirmi dörd min yeddi yüz otuz) ABŞ dolları əmanət qoymuşdur. - Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə, illik 10,3 faiz dərəcəsi qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən: - 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı3 xeyrinə ödənilməsinə; - 18.056 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 6.575 avro pul məbləğinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsinə; - 15.000 ABŞ dolları əsas, 39.614,80 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.614,80 ABŞ dolları (əlli dörd min altı yüz on dörd dollar səksən sent) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı3 münasibətdə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" ASC-nin daimi müştərisi olmaqla, həmin bankda adına bank hesabları açılmışdır. Ona sonradan məlum olmuşdur ki, hesablarına qanunsuz müdaxilələr olmuş və hesablardan müəyyən məbləğlərdə pul vəsaitləri məxaric edilmişdir. Onun tərəfindən cavabdeh banka ərizə ilə müraciət edilərək, həmin bankda olan bank hesablarına qanunsuz müdaxilələr olduğu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığı bildirilmiş və ətraflı araşdırma aparılaraq görülən tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh bankın xx.xx.2023-cü il tarixli, № 6-2-23/2 -16157/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “... Bank tərəfindən ərizənizdə qeyd etdikləriniz ilə bağlı araşdırma aparılır. Sizə yekun nəticə ilə bağlı məlumat veriləcəkdir. Nəzərə almağınızı xahiş edirik.” Həmin məktubun verilməsindən 11 aydan çox müddət keçməsinə baxmayaraq, aparılmış araşdırmaların nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçının cavabdeh bankda olan ona məxsus bank hesablarına müdaxilə edilərək aşağıda qeyd edilən pul vəsaitləri məxaric edilmişdir: - 19 iyul 2010-cu il tarixdə, ******************** nömrəli hesabdan 700 ABŞ dolları; - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 1.121 ABŞ dolları; - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 390 AVRO; - 14 may 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 22.582 ABŞ dolları. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilən müvafiq məxaric orderlərinin surətləri ilə də təsdiq edilir.
17. İddiaçı1 münasibətdə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daimi müştərisi olmaqla, həmin bankda adına bank hesabları açılmışdır. Ona sonradan məlum olmuşdur ki, hesablarına qanunsuz müdaxilələr olmuş və hesablardan müəyyən məbləğlərdə pul vəsaitləri məxaric edilmişdir. Onun tərəfindən cavabdeh banka ərizə ilə müraciət edilərək, həmin bankda olan əmanət hesablarına qanunsuz müdaxilələr olduğunu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığı bildirilmiş və ətraflıaraşdırma aparılaraq görülən tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdi. Cavabdeh bankın xx.xx.2023-cü il tarixli, № 6-2-23/2- 15958/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “... Bank tərəfindən ərizənizdə qeyd etdikləriniz ilə bağlı araşdırma aparılır. Sizə yekun nəticə ilə bağlı məlumat veriləcəkdir. Nəzərə almağınızı xahiş edirik.” Həmin məktubun verilməsindən 11 aydan çox müddət keçməsinə baxmayaraq, aparılmış araşdırmaların nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçının cavabdeh bankda olan ona məxsus bank hesablarına müdaxilə edilərək aşağıda qeyd edilən pul vəsaitləri məxaric edilmişdir: - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 2.704 AZN; - 04 fevral 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 15.352 AZN; - 18 fevral 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 6.575 Avro. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilən müvafiq məxaric orderlərinin surətləri ilə də təsdiq edilir.
18. İddiaçı2 münasibətdə iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 31 may 2002-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə əsasında Bank Əmanətçiyə VİP-889931-USD-3886-01 nömrəli əmanət (depozit) hesabı açmış və Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı (Əmanətçi) tərəfindən 15.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin depozit hesabına yerləşdirilmişdir. Hüseynova (Məmmədova) Elvira Cavanşir qızının adına əmanət kitabçası açılmış və xx.xx.2002-ci il tarixli mədaxil orderi verilmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən Bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış Əmanətçi depozitin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə həmin müddətə uzadılmış sayılır və bu müqavilənin şərtləri yenidən qüvvəyə minir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, depozit üzrə faizlər şərti olaraq bir təqvim ilinin daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 12 (on iki) %-lə hesablanır. Cavabdeh bankdan İddiaçı2 xeyrinə ödənilməli olan pul məbləği aşağıdakı kimidir: 1) Əsas məbləğ - 15.000 ABŞ dolları; 2) Faiz məbləği - 39.614,80 ABŞ dolları: - 31 may 2002-ci il tarixdən 28 may 2024-cü ilə tarixədək olan günlərin sayı = 8033 gün - 15.000/100*12%/365*8033 = 39.614,80 ABŞ dolları 3) Cəmi - 54.614,80 (əlli dörd min altı yüz on dörd dollar səksən sent ) ABŞ dolları. Hazırkı iddia ərizəsi ilə tələb edilən pul vəsaitlərinin iddiaçılara qaytarılması ilə bağlı cavabdeh banka məktubla müraciət edilsə də, hər hansı münasibət bildirilməmişdir. 19.Cavabdeh tərəfindən iddia tələbinə etiraz, habelə iddia müddətinin təbiqinə dair ərizə verilmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3 18.056 manat tutularaq İddiaçı1, 15.000 ABŞ dolları əsas, 39.600 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.600 ABŞ dolları (əlli dörd min altı yüz) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
21. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında 2010-2012-ci illərdə bağlanmış əmanət (depozit) haqqında 7 müqavilə üzrə iddiaçı, Banka müxtəlif məbləğlərdə (108000 (yüz səkkiz min) ABŞ dolları, 7000 (yeddi min) ABŞ dolları, 20000 (iyirmi min) ABŞ dolları, 78260 (yetmiş səkkiz min iki yüz altmış) ABŞ dolları, 157000 (yüz əlli yeddi min) ABŞ dolları, 157000 (yüz əlli yeddi min) ABŞ dolları, 175526 (bir yüz yetmiş beş min beş yüz iyirmi altı) ABŞ dolları) əmanət yerləşdirmişdir. Bundan başqa "xxxx" ASC ilə İddiaçı1 arasında 2011-2012-ci illərdə bağlanmış əmanət (depozit) haqqında 3 müqavilə üzrə iddiaçı, Banka müxtəlif məbləğlərdə (157,000 AZN, 167,700 AZN, 175,526 AZN) əmanət yerləşdirmişdir. Habelə iddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 31 may 2002-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə əsasında Bank Əmanətçiyə əmanət (depozit) hesabı açmış və Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı (Əmanətçi) tərəfindən 15.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin depozit hesabına yerləşdirilmişdir. Hüseynova (Məmmədova) Elvira Cavanşir qızının adına əmanət kitabçası açılmış və xx.xx.2002-ci il tarixli mədaxil orderi verilmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı1 həmin bankda olan bank hesablarına qanunsuz müdaxilələr olduğunu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığını bildirir və cavabdeh banka depozitə qoyduqları vəsait üzrə götürülmüş məbləğləri geri tələb edirlər, digər iddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı isə banka qoyduğu əmanətin və ona dair hesablanmış faiz məbləğlərinin cavabdeh tərəfindən qaytarılmadığını bildirir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçıların təqdim etdikləri kassa məxaric orderlərinə istinad etməklə, həmin orderlərlə iddiaçıların özləri tərəfindən müvafiq pul vəsaitlərinin götürülməsinin təsdiq olunduğunu bildirir, bu barədə sənədlərin əsillərinin isə saxlama müddəti bitdiyi üçün məhv edildiyini iddia edir.
22. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi şərti olaraq 3 hissədən ibarətdir: cavabdeh "xxxx" ASC-dən:
1. 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3 xeyrinə ödənilməsi;
2. 18.056 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 6.575 avro pul məbləğinin tutulub İddiaçı1 xeyrinə ödənilməsi;
3. 15.000 ABŞ dolları əsas, 39.614,80 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.614,80 ABŞ dolları (əlli dörd min altı yüz on dörd dollar səksən sent) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 xeyrinə ödənilməsi. İşin faktiki hallarına görə bankdan tələb olunan pul vəsaitlərinin faktiki olaraq İddiaçı3 məxsus olmaqla, bankda arvadı və qızının adına qoyulması, iddiaçıların ailə üzvləri kimi eyni cavabdehə qarşı tələbləri üzrə maraqlarının eyni olması, habelə tələblərin eyni əsasa istinadla irəli sürülməsini nəzərə alaraq məhkəmə prosessual qənaət prinsipinə əsasən hər üç tələbin bir icraat çərçivəsində araşdırılaraq baxılmasını məqsədəmüvafiq hesab etmiş və tərəflər bu halı mübahisələndirməmişlər.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin sadalanan halları baxımından cavabdehin etirazını təsdiq edən sübutlar kimi iddiaçılara əmanətlər üzrə faizlərin, Elvira Məmmədovaya münasibətdə isə əmanətin təqdim edildiyi barədə sənədləri məhkəməyə təqdim edə bilməsə də, onların məhv edilməsi barədə sübutlar işin mahiyyəti üzrə həlli baxımından həlledici ola bilərdi ki, bank tərəfindən müvafiq sübutlar tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında müvafiq kassa məxaric orderlərinin məhv edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 7.1 və 7.3-cü bəndlərinin tələblərinə uyğun həyata keçirilməsinə dair sənədlərin (dövlət arxiv xidməti təşkilatının icazəsi, aktla rəsmiləşdirilmə və s.) bankdan tələb edilməsinə baxmayaraq, sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçdiyinə görə (görüntülərin saxlanma müddəti keçdiyinə görə) müvafiq görüntüləri təqdim etmək obyektiv səbəblərdən mümkün olmamışdır. Həmçinin müraciətdə qeyd edilən sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçmişdir. Yəni, hər bir əməliyyat üzrə 5 (beş) ildən çox vaxt keçmişdir. Məhz buna görə də həmin məxaric orderlərinin bankda olan nüsxəsi obyektiv səbəblərdən məhkəməyə təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X15 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın normalarından bəlli olur ki, sözügedən sənədlərin saxlanma müddəti olan 5 (beş) il keçmişdir. Müvafiq sənədlərin saxlanma müddəti keçdiyinə görə və həmin sənədlərin aşkar edilmədiyinə görə obyektiv olaraq həmin sənədlərin məhv edilməsi ilə bağlı Təlimatın 7.1 və 7.3-cü maddələrinə əsasən prosedur sənədlərini də obyektiv olaraq təqdim etmək mümkün olmamışdır. Bununla da yanaşı, hesab edirlər ki, müvafiq sənədlərin obyektiv olaraq tərəflərindən təqdim edilə bilməməsi e-2(006)-3253/2024 saylı mülki iş üzrə tərəflərin mülki münasibətində iddiaçıların xeyrinə olan hal kimi təfsir edilə bilməz. Əvvəla ona görə ki, müvafiq Təlimat bank və Mərkəzi Bank arasında olan publik münasibətləri tənzimləyir. Sözügedən sənədlərin saxlanması üçün nəzərdə tutulmuş 5 illik müddətlər çoxdan ötmüşdür (iddia tələbi bu müddət daxilində verilməmişdir). İcraatda olan e-2(006)- 3253/2024 saylı iş isə mülki mübahisədir. Bu o deməkdir ki, saxlanma müddətinin keçməsi və bank tərəfindən bu sənədlərin obeyktiv olaraq təqdim edilə bilməməsi mülki iddiaçılarının iddia tələbinin haqlı olması anlamına gəlmir və gələ bilməz. Əksinə, işin hallarına baxdıqda bəlli olur ki, bu iş üzrə iddiaçıların hərəkətləri mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Cavabdeh etirazında tələb olunan məbləğlərin başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər hansı sübut təqdim edilməməsini, iddiaçının iradəsindən kənar digər şəxslər tərəfindən çıxarılmasının işin materialları ilə müəyyən edilmədiyini bildirir. Halbuki qeyd edildiyi kimi hazırkı vəziyyətdə sübutetmə yükü bankın üzərindədir. Cavabdehin etirazının “müvafiq məxaric orderlərinin iddiaçıların özlərində olan nüsxələrini (müvafiq məxaric əməliyyatları aparılan zaman bankın bir nüsxəsini müştəriyə təqdim sənədi) məhkəməyə təqdim etməklə, pulun onlar tərəfindən götürülməsinin təsdiq edilməsi, yəni, iddiaçıların bundan xəbərlərinin olması” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların, pul vəsaitlərinin həmin məxaric orderləri əsasında götürməsi halında hazırkı iddianı qaldırarkən onların iddia ərizəsinə, öz tələblərini təkzib edəcək sübut kimi əlavə edilməsi məntiqli və ağlabatan deyildir. İddiaçıların nümayəndəsi həmin qəbzlərin əsillərinin bankda olduğunu, müvafiq surətlərin də bankın əməkdaşı tərəfindən onlara verildiyini bildirir. Həmçinin iddiaçılar bildirir ki, tələbdə göstərilən məbləğlər onlara verilməmişdir və kassa məxaric orderləri onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş kassa məxaric orderlərinin iddiaçılar İddiaçı3 və İddiaçı1 tərəfindən imzalanıbimzalanmadığının müəyyən edilməsi ilə əlaqədar məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, məxaric orderlərinin əsillərinin təqdim edilməməsi səbəbindən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Cavabdehin etirazının “həmin əməliyyatların aparılmasından 9, 10 və 14 il sonra məhkəmə qaydasında mübahisələndirilməsinin iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilələrə daxil edilmiş müvafiq bəndlərə əsasən bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilə həmin müddətə uzadılmış sayılır və bu müqavilənin şərtləri yenidən qüvvəyə minir. Göründüyü kimi müqavilələrdə əmanətin və ya ona hesablanmış faizlərin bankdan götürülməli olması ilə bağlı son müddət müəyyən edilməmiş, əksinə tələb edilmədiyi halda müqavilə müddətinin əvvəlki müddətə uzadılması müəyyən edilərək, onun əmanətçinin istəyinə uyğun olaraq istədiyi vaxt tələb etmək hüququ təsbit edilmişdir. Odur ki, əmanətçilərin uzun illər sonra əmanətlərini və ya faizləri tələb etməsində cavabdehin qeyd etdiyi vicdanlılıq prinsipinin pozulması halı müəyyən edilmir. Bundan başqa cavabdeh təqdim etdiyi hesabdan çıxarışlara əsaslanaraq orada müvafiq məbləğlərin iddiaçılar tərəfindən məxaric edildiyinin əks etdirilməsini və etirazının əsasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2- 2(102)-575/2023 nömrəli qərarına əsasən bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Göründüyü kimi hazırda sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3, 18.056 manatın tutularaq İddiaçı1, 15.000 ABŞ dolları əmanətin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 ödənilməsi hissəsində əsaslıdır. İddia tələbinin “İddiaçı2 ödənilməli olan 39.614,80 ABŞ dolları faiz məbləğinin ödənilməsi” hissəsində məhkəmə, iddianı qismən əsaslı saymaqla qeyd edir ki, müvafiq faiz məbləği müəyyənləşdirərkən onunla bağlanmış əmanət müqaviləsinin 2.1-ci bəndinin şərtləri nəzərə alınır. Belə ki, həmin bəndə əsasən depozit üzrə faizlər şərti olaraq təqvim ilinin daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 12 faizlə hesablanır. Beləliklə, həmin bəndi tətbiq etdikdə İddiaçı2 xx.xx.2002ci il tarixdən xx.xx.2024-cü il (məhkəməyə müraciət edildiyi) tarixədək dövr üçün ödənilməli olan faiz məbləğinin 39.600 ABŞ dolları olması müəyyən edilir (15000/100*12%/365*8030=39.600 ABŞ dolları). Məhkəmə iddianın “6.575 avro pul məbləğinin İddiaçı1 ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materialları əsasında müəyyən olunur ki, 6575 avro vəsait İddiaçı1 məxsus debet kart üzrə hesabındakı məbləğə daxildir. Bununla da müvafiq hesabdakı məbləğin hər hansı depozitlə (əmanətlə) bağlı olmadığı müəyyən edilmişdir ki, bu da cavabdeh tərəfindən təqdim edilmiş iddia müddəti barədə ərizənin həmin hissəyə münasibətdə tətbiqini labüd edir. Bu baxımdan həmin hissədə iddianın rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Qalan digər məbləğlərə münasibətdə iddia müddətinin tətbiqinin yolverilməz olduğunu bildirməklə, məhkəmə, əmanətlər üzrə Mülki Məcəllənin 384.0.2-ci maddəsinin tələbinə görə əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddətinin şamil edilmədiyini nəzərə alır və ərizənin təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh tələb olunan məbləğlərin əmanət deyil, əmanətlər üzrə hesablanmış faiz olduğuna əsaslanmaqla, hazırkı tələblərə iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Göründüyü kimi qanunda əmanət anlayışına ondan irəli gələn faizlər də aid edildiyindən, cavabdehin verdiyi iddia müddətinin tətbiqi barədə ərizənin əmanətər üzrə faizlərə tətbiqi istisna edilir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi iddiaçıların sərhədkeçmə məlumatlarına istinad edərək pul vəsaitlərinin götürüldüyü zaman iddiaçıların ölkə daxilində olduğunu, bununla da məbləğlərin onlar tərəfindən götürülə bilmə ehtimalının təsdiq edildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıların məbləğlər götürülən zaman ölkədə olması həmin məbləğlərin birmənalı olaraq onlar tərəfindən götürülməsini təsdiq edən sübut kimi qəbul edilməsi yolverilən deyildir. Cavabdehin nümayəndəsi eyni zamanda müvafiq vəsaitlərin etibarnamə əsasında iddiaçıların nümayəndələrinə təqdim edilməsinin istisna olunmadığını bildirmişdir. Halbuki bu dəlili müvafiq əmanətlər üzrə dosyelər təqdim edildiyi təqdirdə, məbləğlərin etibarnamə əsasında başqa şəxslər tərəfindən götürülməsini müəyyən etmək olardı ki, hazırkı halda belə dosye təqdim edilmədiyindən, məhkəmə qətnaməsi isə ehtimallara əsaslana bilmədiyindən məhkəmə hesab edir ki, məbləğlərin iddiaçıların etibarnamə üzrə nümayəndələri tərəfindən götürülməsi qənaətinə gəlmək üçün kifayət qədər əsas yoxdur.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 384.0.2, 390.1, 405.1, 425.1, 425.2, 944.1, 946.1, 953.1, 953.2; “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2; Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 aylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 7.1, 7.2, 7.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 107, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tələb olunan məbləğlərin əmanət deyil, əmanətlər üzrə hesablanmış faiz olduğuna əsaslanmaqla, hazırkı tələblərə iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Göründüyü kimi qanunda əmanət anlayışına ondan irəli gələn faizlər də aid edildiyindən, cavabdehin verdiyi iddia müddətinin tətbiqi barədə ərizənin əmanətər üzrə faizlərə tətbiqi istisna edilir”. Göründüyü kimi, məhkəmə cavabdeh ABB-nin verdiyi iddia müddətinin tətbiqi haqqında ərizəni cari hesab (debet hesab) üzrə məbləğlərə münasibətdə tətbiq etsə də, əmanət faizlərinə olan hissədə tətbiq etməmiş, bu hissədə belə qənaətə gəlmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən əmanət termini hesablanmış faizləri də nəzərə alır. Məhkəmə əmanət faizlərinə iddia müddətini tətbiq etməməklə ehtiva edilən addımı ilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1-ci, 373.3-cü, 375.1-ci, 375.2-ci, 384.0.2-ci maddələrinin,“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasının və 1- ci maddəsinin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqelərinin tələblərini kobud şəkildə pozmuş, qanunsuz və əsassiz yanaşma sərgiləmişdir. Belə ki, əvvəla qeyd etmək lazımdır ki, “Əmanət müqaviləsi” mülki-hüquqi əqddir və bununla bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən “əmanət” və “faiz” fərqli termin olaraq göstərilmişdir. “Əmanət”termini əmanətçi tərəfindən daxil edilmiş pul məbləğini ehtiva edir, “faiz”termini isə bank tərəfindən həmin pul məbləğinə görə hesablanan və əmanətçiyə ödənilən vəsaiti ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi xüsusi hüququn bölməsi olmaqla üfuqi münasibətləri, yəni bir-birinə bərabər olan tərəflərin münasibətlərini tənzimləyən normativ hüquqi aktdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu isə ümumi (publik) hüququn bölməsi olmaqla şaquli münasibətləri, yəni bir-birinə bərabər olmayan tərəflərin münasibətlərini (Əmanətlərin Sığortalanması Fondu və banklar, o cümlədən Əmanətlərin Sığortalanması Fondu və əmanətçilər) tənzimləyən normativ hüquqi aktdır. Belə ki, bu Qanunun preambulasında qeyd edilmişdir ki, bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu Qanunun1-ci maddəsində qeyd edilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri ilə tanış olduqda bəlli olur ki, məhz publik hüquqi mövqeləri ilə tanış olduqda bəlli olur ki, məhz publik hüquqdan irəli gələn və dövlət qarşısında qoyulan vəzifələri yerinə yetirmək üçün əmanətlərin sığortalanması haqqında qanunvericilikdə kompensiya məbləğinin əhatə dairəsi daha geniş verilmiş, buna görə də əmanət termini həmin qanunvericiliyin məqsədləri üçün özündə faiz terminini də əhatə etmişdir və ümumiyyətlə bu qanunvericiliyə əsasən qaytarılan vəsaitlər əmanətlərin qaytarılması deyil, kompensasiyasın verilməsi kimi nəzərdə tutulmuşdur. (AR Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair 10 avqust 2020-ci il tarixli qərarı və AR Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29- cumaddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinəuyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli qərarı) Hazırki iş isə, hər-hansısa sığorta hadisəsindən, əmanətlər üzrə kompensasiyasın verilməsindən irəli gələn iş deyil. Belə ki, hazırki iş, mülki münasibətlərdən irəli gələn və tərəflər arasında yaranan mübahisədir. Bu mübahisəyə isə publik hüququn deyil, xüsusi hüququn normalarını tətbiq etmək lazımdır. İş materiallarına əsasən bəlli olur ki, İddiaçı3 tərəfindən məxaric edilmiş 700 ABŞ dolları vəsait, 390 AVRO vəsait, 1121 ABŞ dolları vəsait, 22,582 ABŞ dolları vəsait, o cümlədən İddiaçı1 tərəfindən məxaric edilmiş 2704 AZN vəsait və 15,352 AZN vəsaimt üxtəlif vaxtlarda formalaşmış müvafiq əmanətlər üzrə əmanətin əsas məbləğindən deyil, həmin əmanatlər üzrə iddiaçılara ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. İddiaçılar tərəfindən məhkəməyə həmin vəsaitlərin (700 ABŞ dolları, 390 AVRO, 1121 ABŞ dolları 22,582 ABŞ dolları, 2704 AZN,15,352 AZN) onların iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Nəzərə alsaq ki, yuxarıdakı əməliyyatlar barədə müvafiq məxaric orderləri məhkəməyə iddiaçılar tərəfindən təqdim edilmişdir, buradan belə qənaətə gəlmək olar ki, iddiaçılar özlərində olan nüsxələri (həmin əməliyyat aparılan zaman bankın ona təqdim etdiyi sənədləri) məhkəməyə təqdim etmişdir, çünki müvafiq məxaric əməliyyatları aparılan zaman məxaric orderlərinin bir nüsxəsi (bir hissəsi) müştəriyə təqdim edilir. Belə ki, həmin zaman qüvvədə olan, Azərbaycan Respublikası Milli X19 10 aprel 2002- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) əsasən həyata keçirilir, 7.4- cü bəndinə əsasən “Pul çeki” və ya məxaric orderi nağd pulu alan tərəfindən doldurulur (mürəkkəbli və ya diyircəkli qələmlə) və Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə bütün rekvizitlər üzrə və hesabında “pul çeki”ndə göstərilən məbləğ miqdarında vəsaitin olubolmamasını yoxlamaq üçün təqdim olunur, 7.6-cı bəndinə əsasən uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq “pulçeki”nin nəzarət hissəsini müştəriyə qaytarır. Cavabdeh ABB tərəfindən həmin məxaric orderlərinin (700 ABŞ dolları, 390 AVRO, 1121 ABŞ dolları 22,582 ABŞ dolları, 2704 AZN, 15,352 AZN) bankda olan nüsxələri obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X15 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarıilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın” 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Təlimat Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bankın), habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının və xarici bankların yerli filiallarının (bundan sonra – bankların) fəaliyyəti nəticəsində yaranan sənədlərin minimum saxlanma müddətlərini müəyyən edir (əlavə № 1). Hər bir bank öz mülahizəsinə görə sənədlərini onların elmi-əməli əhəmiyyətini nəzərə alaraq daha uzun müddətdə saxlaya bilər. Həmin Təlimatın “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə Siyahı” adlı 1 nömrəli Əlavəsində emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdan kənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) üçün minimum saxlanma müddəti 5(beş) il müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirsələr belə qənatə gəlmək olar ki, müvafiq vəsaitlərin iddiaçıların iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsaitlər iddiaçılar tərəfindən (iddiaçıların iradəsi əsasında) məxaric edilmiş, iddiaçıların bundan xəbərləri olmuş, həmin əməliyyatlardan müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il və 9il sonra həmin əməliyyatların məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçılar tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçılar 14 il, 10 il, 10 il, 9 il, 10 ilvə 9 il il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeniəmanət müqavilələri bağlamağı, mövcud faizlərdən istifə etməklə əmanət müqavilələri bağlamağı və ya mövcud faizlərdən digər məqsədlə istifadə etməsi və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişlər və onların hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. İş materiallarına və yuxarıda qeyd edilən hüquqi mövqelərə baxdıqda bəlli olur ki, hazırki iş üzrə iddiaçılar mülki hüquq münasibətlərinin subyektləri olaraq öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişlər, onların bu hərəkəti cavabdeh ABB-yə ziyan vurmaq niyyəti ilə həyata keçirilmiş, sui-istifadə ilə müşayiət edilmişdir, hüquqa uyğun olmamış, o cümlədən digər tərəf olan cavabdeh ABB-nin güvəndiyi və güvənmiş olduğu iddiaçıların əvvəlki rəftarlarına zidd olan hərəkət olmuşdur. İddiaçılar Hüseynova (Məmmədova) Elvira Cavanşir qızının iddia tələbinə dair isə yuxarıda qeyd edilənlərdən irəli gələrək aşağıdakı məqamları qeyd etmək lazımdır. İddiaçının iddiasına görə onun tərəfindən müvafiq əmanət və onun faizləri məxaric edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan Hüseynova (Məmmədova) Elvira Cavanşir qızına aid VİP889931USD388601 və VİP889931USD384101 nömrəli hesablar üzrə çıxarışa əsasən, xx.xx.2002-ci il tarixində 15,000 ABŞ dolları məbləğində əmanət formalaşmış, bu əmanət üzrə müvafiq məbləğdə faizlər (yeni dərəcələr və vergilər nəzərə alınmaqla) hesablanaraq ödənilmiş, müqavilə müddəti hər dəfə uzadılmış, iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixində müqavilə üzrə hesablanmış faizlərin bir qismi, xx.xx.2006-cı il tarixində isə əmanətin tam məbləği (15,000 ABŞ dolları) və faizlərin yerdə qalan qismi məxaric edilmişdir və əmanət müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən bu əmanət müqaviləsi üzrə vəsaitləri məxaric edildikdən sonra sonra da onun cavabdeh olan bankla mülki hüquqi münasibətləri davam etmiş, belə ki, iddiaçı bundan sonrakı tarixlərdə də yeni əmanət yerləşdirmiş, daha sonra həmin əmanətə xitam verdikdən sonra bir daha yenidən yeni əmanət yerləşdirmiş və həmin əmanət hazırda da qüvvədədir. İddiaçı tərəfindən məhkəməyə müvafiq vəsaitlərin onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Bu iddiaçıya münasibətdə də cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2006 və xx.xx.2006 tarixli məxaric sənədlərinin bankda olan nüsxələri obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, belə qənatə gəlmək olar ki, xx.xx.2006 və xx.xx.2006-cı ı il tarixində müvafiq əmanətin əsas məbləğinin və faizlərin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması (və ya iddiaçı tərəfindən çıxarılmaması) işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsait iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatlardan 18 il sonra həmin əməliyyatların məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı 18 il ərzində öz konkludent hərəkətləri (bumüddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. Bu o deməkdir ki, iddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı digər iddiaçılar kimi mülki hüquq münasibətlərinin subyektləri olaraq öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, onun bu hərəkəti cavabdeh ABB-yə ziyan vurmaq niyyəti ilə həyata keçirilmiş, sui-istifadə ilə müşayiət edilmiş, hüquqa uyğun olmamış, o cümlədən digər tərəf olan cavabdeh ABB-nin güvəndiyi və güvənmiş olduğu iddiaçının əvvəlki rəftarlarına zidd olan hərəkət olmuşdur. Məhkəmə bu yanaşması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 77.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş, sübutetmə yükünün balansını səhv yanaşma sərgiləyərək cavabdeh ABBnin üzərinə qoymuşdur. Halbuki, sözügedən normaya əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baxılan işdə müvafiq məbləğlərin onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən çıxarıldığını iddia edən tərəf iddiaçılardır. Buna görə də həmin məbləğlərin onlar tərəfindən çıxarılmadığını sübut etmək vəzifəsi də iddiaçıların üzərinə düşür. Cavabdeh ABB işin faktiki və mübahisəsiz hallarına əsasən müvafiq əmanət müqavilələrin bağlandığını qəbul edirsə bu o demək deyil ki, iddiçıların iddiasının əsasını təşkil edən və onların sübut etməli olduğu halı (faizlərin başqa şəxslər tərəfindən çıxarıldığını) ABB sübut etməlidir. İş materiallarına baxdıqda bəlli olur ki, iddiaçılar öz iddiaların əsaslarını təşkil edən halları sübut etməmişlər. Buna görə də iddia rədd edilməli idi. Nəsimi Rayon Məhkəməsi isə bunun əksinə yanaşma sərgiləmiş, iddianı təmin etmiş, bununla da qanunsuz və əsassız qətnamə çıxarmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-288/2025 nömrəli Qətnaməsinin 23-cü səhifəsində qeyd edilmişdir ki, “Hazırkı işin sadalanan halları baxımından cavabdehin etirazını təsdiq edən sübutlar kimi iddiaçılara əmanətlər üzrə faizlərin, Elvira Məmmədovaya münasibətdə isə əmanətin təqdim edildiyi barədə sənədləri məhkəməyə təqdim edə bilməsədə, onların məhv edilməsi barədə sübutlar işin mahiyyəti üzrə həlli baxımından həlledici ola bilərdi ki, bank tərəfindən müvafiq sübutlar tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir”. Məhkəmə bu yanaşması ilə MPM-in 81-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş, publik hüquqdan irəli gələn normalara əsasən obyektiv olaraq zəruri sənədləri təqdim edə bilməyən cavabdeh ABB-dən təqdim edilməsi qeyri-mümkün olan və ümumiyyətlə işin həlli üçün heç bir əhəmiyyət kəsb etməyən sübutları tələb etmiş, bu sübutlar təqdim edilə bilinmədiyinə görə sözügedən vəziyyəti cavabdeh ABB-nin əleyhinə tətbiq etmişdir. Halbuki, sözügedən normaya əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, baxılan işdə müvafiq məbləğlərin məxaric edildiyini təsdiq edən mötəbər sübutlar məxaric orderləridir. Sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il,9il,10il,9il,6il,18il) keçmişdir. Sözügedən sənədlərin saxlanması üçün nəzərdə tutulmuş 5 illik müddətlər çoxdan ötmüşdür (iddia tələbi bu müddət daxilində verilməmişdir). Hazırda baxılan mübahisə isə mülki mübahisədir. Bu o deməkdir ki, saxlanma müddətinin keçməsi və cavabdeh ABB tərəfindən bu sənədlərin obeyktiv olaraq təqdim edilə bilməməsi mülki iddiaçılarının iddia tələbinin haqlı olması anlamına gəlmir və gələ bilməz. Əksinə, işin hallarına baxdıqda bəlli olur ki, bu iş üzrə iddiaçıların hərəkətkəri mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, sözügedən məxaric orderlərinin məhv edilməsi barədə arxiv qaydalarından irəli gələn sənəd özü-özlüyündə bu və ya digər mülki münasibətdən irəli gələn faktı (məsələn, vəsaitlərin iddiaçılardan tərəfindən çıxarıldığını və ya digər şəxslər tərəfindən çıxarıldığını) sübut edən mötəbər sübut deyil. Sözügedən məhv sənədi publik münasibətlərdən irəli gələn sənəddir və həmin sənəddə adətən məhv olunan sənədlər barədə ümumi məlumatlar yer alır (məsələn, X filialında, Xci il tarixində yaranmış, X növlü sənədlər) və hər-hansısa xüsusi məlumatlar yeralmır. Bu o deməkdir ki, hətta bu məhv sənədləri mövcud olsaydı və cavabdeh ABB tərəfindən məhkəməyə təqdim edilsəydi belə, onlar yenə də işin həlli üçün mötəbər sənəd qismində çıxış edə bilməzdilər, çünki bu sənədlər heç bir halda məxaric orderlərini əvəz edə bilməz. Bu və ya digər vəsaitin çıxarıldığını təsdiq edən mötəbər sübut məxaric orderləridir. Cavabdeh ABB yuxarıda qeyd edilən səbəblərə görə həmin məxaric orderlərinin əsllərini (özündə qalan nüsxələri) təqdim edə bilməmişdir. İddiaçılar isə həmin məxaric orderlərinin özlərində olan surətlərini məhkəməyə təqdim etsələr də, həmin orderlərin əsllərini məhkəməyə təqdim etməmişlər. Nəticədə, sözügedən məxaric orderlərinin əslərinin işdə olmamasını, yəni iddiaçıların bu sübutların təqdim etməməsini nəzərə alsaq, ABB tərəfindən məhv sənədlərin təqdim edilməməsi ABB-nin əleyhinə şərh edilə bilməzdi. Nəsimi Rayon Məhkəməsi isə bunun əksinə olaraq xx.xx.2025- ci il tarixli, e-2(006)- 288/2025 nömrəli Qətnaməsində bu halı cavabdeh ABBnin əleyhinə tətbiq edərək iddianı təmin etmiş, bununla da qanunsuz və əsassız yanaşma sərgiləmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(006)-288/2025 nömrəli Qətnaməsinin 24- cü səhifəsində qeyd edilmişdir ki, “Cavabdehin etirazının “müvafiq məxaric orderlərinin iddiaçıların özlərində olan nüsxələrini (müvafiq məxaric əməliyyatları aparılan zaman bankın bir nüsxəsini müştəriyə təqdim sənədi) məhkəməyə təqdim etməklə, pulun onlar tərəfindən götürülməsinin təsdiq edilməsi, yəni, iddiaçıların bundan xəbərlərinin olması” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların,pul vəsaitlərinin həmin məxaric orderləri əsasında götürməsi halında hazırkı iddianı qaldırarkən onların iddia ərizəsinə, öz tələblərini təkzib edəcək sübut kimi əlavə edilməsi məntiqli və ağlabatan deyildir. İddiaçıların nümayəndəsi həmin qəbzlərin əsillərinin bankda olduğunu, müvafiq surətlərin də bankın əməkdaşı tərəfindən onlara verildiyini bildirir. Həmçinin iddiaçılar bildirir ki, tələbdə göstərilən məbləğlər onlara verilməmişdir və kassa məxaric orderləri onlar tərəfindən deyil, başqaşəxslər tərəfindən imzalanmışdır”. Məhkəmə bu yanaşması ilə MPM-in 8.1-ci və 9.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş, qanunsuz və əsassız yanaşma sərgiləmişdir. Məlum olduğu kimi, bu normaalara əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Burada qeyd edilən hər bir məsələ barədə aşağıdakıları qeyd etmək lazımdır. İddiaçıların, pul vəsaitlərinin həmin məxaric orderləri əsasında götürməsi halında hazırkı iddianı qaldırarkən onların iddia ərizəsinə, öz tələblərini təkzib edəcək sübut kimi əlavə edilməsini“məntiqli və ağlabatan” hesab etməyən məhkəmə tərəflərin qanun qarşısında bərabərliyi prinsipini pozmuşdur. Belə ki, eyni faktiki hallara istinadedən iddiaçıları haqlı sayan məhkəmə onlardan əlavə sübut istəməmiş, halbuki həmin eyni faktiki hallara istinad edən ABB-dən isə əlavə sübutlar istəmiş, eyni faktiki hallara istinad edən iddiaçıların mülahizələrini hallara istinad edən iddiaçıların mülahizələrini sübutsuz qəbul etsə də, eyni faktiki hallara istinad edən cavabdehin mülahizəsini isə qəbul etməmişdir və bunu cavabdehin əleyhinə şərh etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların nümayəndəsi həmin qəbzlərin əsillərinin bankda olduğunu, müvafiq surətlərin də bankın əməkdaşı tərəfindən onlara verildiyini bildirir. Məhkəmənin bu mövqeyinin əksinə olaraq, nümayəndənin irəli sürdüyü mülahizəni təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Məlumdur ki, nümayəndə hər-hansısa mülahizəini irəli sürürsə, onun arxasında dayanan sübutu də təqdim etməlidir. Amma məhkəmə iddiaçıların heç bir sübut təqdim etmədiyinə baxmayaraq, bu halı özünün qulluq mövqeyinə görə irəli sürdüyü fikirlər ilə əsaslandırmışdır və bununla da cavabdeh ABB-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçılar bildirir ki, tələbdə göstərilən məbləğlər onlara verilməmişdir və kassa məxaric orderləri onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Məhkəmənin bu mövqeyinin əksinə olaraq, iş materiallarında sözügedən halları təsdiq edən mötəbər sübutlar əksini tapmamışdır. Bu o deməkdir ki,məhkəmə bu halı da özünün qulluq mövqeyinə görə irəli sürdüyü fikirlər ilə əsaslandırmışdır və bununla da cavabdeh ABB-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinində üçüncü şəxslər (dövlət orqanları) tərəfindən təqdim edilən iş üçün əhəmiyyət daşıyan sübutlara (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-33/1-4188/24 nömrəli məktubuna və Azərbaycan Respublilasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü iltarixli, 3-16- 5/2-11-9992/24 nömrəli məktubuna), tərəflərin təqdim etdikləri sübutlarla birgə əlaqəli şəkildə zəruri qiymət verilməmiş, formal həqiqətə nail olunmamış, bununla da MPM-in 14.1-ci və 88-ci maddələrinin tələbləri pozulmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri nəzərə alınmamışdır. Halbuki bu sübutlara zəruri qiymət verilsəydi ondan müəyyən edilərdi ki, bütün məxaric əməliyyatları zamanı iddiaçılar Azərbaycan Respublikasında olmuşlar və onlar tərəfindən bir çox şəxslərə müxtəlif vaxtlarda etibarnamələr verilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, iddiaçıların xaricdə olması ehtimalını və onların heç kimə etibarnamə verməməmələri barədə ehtimalı barədə mülahiəzəni cavabdeh ABB irəli sürməmişdir. Bu mülahizələr iddiaçıların nümayəndəsi tərəfindən irəli sürülmüş və buna görə də məhkəmə sözügedən orqanlara sorğu ünvanlamışdır. Belə olduğu təqdirdə ortaya belə bir sual çıxır ki, əgər bu sübutlar əhəmiyyətli olmamışdırsa və məhkəmə yalnız məxaric orderlərinə görə işə qiymət verməli idisə, onda nəyə görə məhkəməyə sözügedən orqanlara sorğu ünvanlanmış, öz təşəbbüsü ilə bu sübutları toplamışdır? Bu bir daha onu göstərir ki, sözügedən sübutlar əhəmiyyətli xarakter daşımışdır və həmin sübutlara işin digər sübutları ilə qiymət verilməli idi. Belə ki, sözügedən sübutlar bir daha onu təsdiq edir ki, müvafiq vəsaitlər digər şəxslər tərəfindən çıxarılması ehtimalı yoxdur. Hazırki iş mülki mübahisə olduğu üçün, məhkəmə bütün bu sənədlərə əsasən işə baxmalı və formal həqiqəti tapmalı idi. Amma məhkəmə formal həqiqəti tapmamış, iddia tələbini təmin etməklə cavabdeh ABB-nin hüquqlarını pozmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən bəlli olur ki, məhkəmə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü iltarixli, 3-38- 33/1-4188/24 nömrəli məktubuna və Azərbaycan Respublilasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-9992/24 nömrəli məktubuna obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 288/2025 nömrəli Qətnaməsinin 24-25-ci səhifəsində 2(006)-288/2025 nömrəli Qətnaməsinin 24-25-ci səhifəsində qeyd edilmişdir ki ,“Bundan başqa cavabdeh təqdim etdiyi hesabdan çıxarışlara əsaslanaraq orada müvafiq məbləğlərin iddiaçılar tərəfindən məxaric edildiyinin əks etdirilməsini və etirazının əsasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2- 2(102)- 575/2023 nömrəliqərarına əsasən bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir”. Məhkəmə bu yanaşması tamamilə qanunsuz və əsasssız olmuşdur. Belə ki, əvvəla qeyd etmək lazımdır ki, məhkəmənin istinad etdiyi Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı əmanət münasibətlərinə deyil, kredit münasibətlərinə aiddir. Belə ki, həmin qərar ilə tanış olduqda bəlli olur ki, həmin mübahisənin predmeti “kredit borcunun qaytarılması” olmuşdur. Ona görə də həmin qərarda qeyd edilmişdir ki, “kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansımüqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir”. Göründüyü kimi, məhkəmə fərqli hüquq münasibətə dair olan hüquqi mövqeyi digər hüquq münasibətinə tətbiq etməklə səhvə yol vermiş, bununla dacavabdeh ABB-nin hüquqlarını pozmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-288/2025 nömrəli Qətnaməsinin “İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar” hissəsində – 18-ci səhifədə və 19-cu səhifədə məhkəmə tərəfindən aşağıdakı sübutların mövcud olduğu göstərilsə də, iş materillarına baxdıqda həmin sənədlərin mövcud olmadığı aydın olur. Belə ki, 1. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Halbuki iş materiallarında müvafiq tarixdə,müvafiq müştəri ilə müvafiq məbləğdə (valyutada) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur. 2. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmışxx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasənİddiaçı3 20000(iyirmimin) ABŞ dolları əmanət qoymuşdur. Halbuki iş materiallarında müvafiqtarixdə, müvafiq müştəri ilə müvafiq məbləğdə (valyutada) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur. 3. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasındabağlanmışxx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlli yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Halbuki iş materiallarında müvafiqtarixdə, müvafiq müştəri ilə müvafiq məbləğdə (valyutada) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur. 4. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmışxx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlliyeddi min) ABŞ dolları əmanət qoymuşdur. Halbuki iş materiallarında müvafiq tarixdə, müvafiq müştəri ilə müvafiq məbləğdə (valyutada) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur. 5. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmışxx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 175526 (bir yüzyetmiş beş min beş yüz iyirmi altı) ABŞ dolları əmanət qoymuşdur. Halbuki iş materiallarında müvafiq tarixdə, müvafiq müştəri ilə müvafiq məbləğdə (valyutada) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur.
6. Qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmışxx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 250000 (iki yüz əlli min) ABŞdolları əmanət qoymuşdur. Halbuki iş materiallarında sözügedən müqavilənin başqa müştəri ilə bağlanmasına baxmayaraq, məbləğin digər müştəri tərəfindən banka yerləşdirilməsini təsdiq edən heç bir sübut (sənəd) yoxdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-288/2025 nömrəli Qətnaməsinin “Məhkəmənin mövqeyi” hissəsində – 22-ci səhifədə məhkəmə tərəfindən aşağıdakı halların işin mübahisəsiz halları olduğu göstərilsə də, iş materillarına baxdıqda həmin halları təsdiq edən sənədlərin mövcud olmadığı aydın olur. Belə ki, qətnamədə göstərilmişdir ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki: -"xxxx" ASC ilə İddiaçı3 arasında 2010-2012-ci illərdə bağlanmış əmanət (depozit) haqqında 7 müqavilə üzrə iddiaçı, Banka müxtəlif məbləğlərdə (108000 (yüz səkkiz min) ABŞ dolları, 7000 (yeddi min) ABŞ dolları, 20000 (iyirmi min) ABŞ dolları, 78260 (yetmiş səkkiz min iki yüz altmış) ABŞdolları, 157000 (yüz əlli yeddi min) ABŞ dolları, 157000 (yüz əlli yeddimin) ABŞ dolları, 175526 (bir yüz yetmiş beş min beş yüz iyirmi altı) ABŞdolları) əmanət yerləşdirmişdir. Halbuki iş materiallarında müvafiq tarixdə, müvafiq müştəri ilə müvafiq məbləğdə və valyutada (7000 ABŞ dolları, 20000 ABŞ dolları, 157000 ABŞ dolları, 157000 ABŞ dolları, 175526 ABŞ dollarına münasibətdə) əmanət müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut (sənəd) yoxdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz olununla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, İddiaçı3 iddia tələbləri üzrə müvafiq olaraq 14 il, 10 il, 10 il və 9 il, İddiaçı1 iddia tələbləri üzrə müvafiq olaraq 10 il, 9 il və 9 il, İddiaçı2 qızmm iddia tələbi üzrə müvafiq olaraq 18 il müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad edilir. Halbuki Mülki Məcəllənin 384.0.2 və 384.0.4-cü maddəsinə əsasən hazırki işdə iddia tələbləri üzrə iddia müddəti tətbiq edilə bilməz. İş üzrə göründüyü, kimi iddiaçılar cavabdeh bankdan pul vəsaitlərinin, qaytarılmasım tələb edən əmanətçilərdir və həmin pul vəsaitləri iddiaçıların mülkiyyətidir. Hazırkı iddia tələbi həmçinin iddiaçıların öz əmanətləri üzərində hüquqlarının hər cür pozuntularının aradan qaldırılmasıa yönəlib. Qanunvericinin iradə ifadəsi də mülkiyyətçinin hüquqlarının hər cür pozuntulardan qorunmasına xidmət edir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iddiaçılar pul vəsaitlərinin onlara məlum olmayan şəxs(lər) tərəfindən məxaric edildiyini bildikdə cavabdeh banka, daha sonra məhkəməyə müraciət etmişlər. Bu halda pul vəsaitlərinin başqa şəxs(lər) tərəfindən deyil, iddiaçılar tərəfindən məxaric edilməsini cavabdeh bank sübut etməli idi, halbuki belə hal mövcud deyil. Həmin pul vəsaitlərinin iddiaçılar tərəfindən məxaric edildiyini bildirən cavabdeh bank, həmin halı sübutetmə yükünü daşıyırdı. Cavabdeh bank iddia edirsə ki, tələb edilən pul vəsaitləri iddiaçılar tərəfindən məxaric edilmişdir, bu halda əmanət müqavilələri icra edilmiş müqavilələr olmadığından, həmin müqavilələr üzrə aparılmış bank əməliyyatlarına dair müvafiq sənədlər, o cümlədən məxaric orderləri, cavabdeh bank tərəfindən saxlanılmalı idi və məhkəməyə təqdim edilməli idi. Göründüyü kimi cavabdeh bank iddia ərizəsinə etirazında prosessual qanunvericiliklə onun üzərinə düşən sübutetmə yükündən özünü azad etməyə cəhd etmişdir. Həmçinin cavabdeh bank iddiaçıların vicdanlılıq prinsipini pozaraq hüquqlarından sui- istifadə etdiklərini qeyd edir, lakin bu halı da sübut edə bilməmişdir. Göründüyü kimi, cavabdehin dəlilləri iddia tələbinin rədd edilməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsas ola bilməz.
Proses iştirakçılarının izahatı
29. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə təyin edilmiş ekspertizadan imtina gəlib və imtinada rəy verilmənin mümkün olmadığı qeyd olunub. İddiaçı tərəf bank əməliyyatlarının onların özləri tərəfindən aparılmadığını qeyd edirdi, halbuki bank qəbzləri onlarda var. Məhkəmə imzaların cavabdeh və ya iddiaçı tərəfə aid olması ilə bağlı ekspertiza təyin edib, lakin bununla bağlı konkret cavab ortaya çıxmayıb. Bu da iddiaçı tərəfinin iddiasının dolayı yolla öz təsdiqini tapmaması deməkdir, yəni iddia təkzib də olunmayıb, təsdiq də olunmayıb. Onlar də prosesi Mülki Prosessual Məcəllənin çəkişmə prinsipi əsasında aparır və görürlər ki, iddiaçının dedikləri öz təsdiqini tapmır. İddiaçı tərəfə sual verilib ki, əgər bu əməliyyatlar sizin tərəfinizdən aparılmayıbsa, o zaman qəbzləri necə əldə etmisiniz? İddiaçı tərəf isə bunu əsaslandıran hər hansısa mənbə təqdim etməyiblər, sadəcə şifahi şəkildə əldə etdiklərini deyiblər. Bununla bağlı isə hər hansı müraciət banka daxil olmayıb. Bu zaman sual yaranır ki, bankda belə olmayan sənədi iddiaçılar necə əldə ediblər? İddiaçı tərəf qeyd edir ki, əməliyyatı o aparmamış, iradə ifadəsi yoxdur, amma birinci instansiya məhkəməsində sübutların tədqiqi zamanı bununla bağlı hər hansı materiala rast gəlinmədi. Məhkəmə bununla bağlı təşəbbüs göstərdi və Dövlət Sərhəd Xidmətinə sorğu verdi, iddiaçı özü demişdi ki, həmin vaxtlarda ölkədə olmayıb. Amma sorğunun nəticəsindən görünür ki, iddiaçı tərəf həmin vaxtı ölkədə olmuşdur. Daha sonra iddiaçı qeyd edir ki, heç kəsə etibarnamə verilməyib, amma sübutlar nəticəsində məlum oldu ki, həmin vaxt bir neçə şəxsə etibarnamə verilib. Bütün bu sübutlar iddia tərəfinin verdiyi arqumenləri təkzib edir. İddiaçı tərəf çox böyük məbləğdə əmanətlər qoymağına baxmayaraq, bununla heç vaxt maraqlanmayıb. Birinci instansiya məhkəməsinin mövqeyi bundan ibarət oldu ki, əmanətçi qoyduğu əmanəti yoxlamaq, maraqlanmaq öhdəliyi daşımır. Əmanət münasibətlərində böyük miqdarda məbləğ əmanəti qoymuş şəxslər vaxtaşırı olaraq banka gəlir, müxtəlif əməliyyatlar həyata keçirir. Amma iddiaçı tərəf heç vaxt bu əmanət ilə maraqlanmayıb 9 il, 10 il, 14 il sonra gəlib maraqlanırlar ki, bu imza onlara aid deyil. Birinci instansiya məhkəməsi mülki hüquqda olan bank əmanəti müqaviləsi ilə Əmanətlərin sığortalanması haqqında qanunda olan faizləri eyniləşdirir? Əmanətlərin Sığortalanması haqqında Qanun ünvanlanmış, publik qanundur. Sığortaçı və sığortalanan üçün fərqi yoxdur.... Onların hal hazırda mübahisələndirdiyi məsələ mülki hüquqa aiddir, mülki-hüquqi əqddir. Bu halda əmanət və faiz fərqli anlayışlara çevrilir. Faiz vaxtaşırı ödənilən məbləğdir. Bununla bağlı da Mülki Məcəllədə konkret müddət 3 ildir. Buna görə də digər Qanunla bağlı olan məsələlərin bununla eyniləşirilməsi absurddur. Analogiya olaraq, əmək mübahisələrinin baxılma müddəti haqqında deyilir ki,fərdi əmək mübahisələrinə 1 ay müddətində baxılır, amma pulla bağlı olan mübahisələrə 1 il müddətində baxılır. İddiaçıların 10 il, 14 il, 9 il əvvəl qoyduqları əmanətlərin faizləri ilə bağlı indi iddia qaldırmaları həm mülki vicdanlılıq prinsipinə ziddir, həm də inandırıcı görünmür. O zaman hər kəsin bankla bağlı olan iddiaları təmin olunmalıdır. Məhkəmə isə sübutetməni isə ancaq cavabdeh tərəfin üzərinə qoyur. 30.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X5 izahatıında qeyd etdi ki, verilmiş ekspert rəyi cavabdeh tərəfə imzaların iddiaçıya aid olduğu arqumentini gətirməyə əsas vermir. Birinci instansiya məhkəməsinin qərarını əsaslı olduğunu və qüvvədə saxlanmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2- ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384-cü maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir
32. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun: (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyası) 2.1.2ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.
33. Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 aylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın: 7.1-ci bəndinə əsasən Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. 7.2-ci bəndinə əsasən sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə seçilməsinə yol verilmir. 7.3-cü bəndinə əsasən akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilən hissələrdə yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçılar isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında əmanət müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçılar iddia edir ki, cavabdeh bankda onlara məxsus əmanət müqaviləsi üzrə təqdim etdikləri və müqaviləyə əsasən hesablanmış faizlərdən ibarət pul vəsaiti olmuşdur. Banka etdikləri müraciət əsasında onlara məlum olmuşdur ki, onlara məxsus pul vəsaiti məxaric edilmişdir. Banka yaxınlaşıb bu halı aydınlaşdırmaq istədikdə pul vəsaitlərinin məxaric edilməsinə dair məxaric orderlərinin surəti onlara təqdim edilmişdir. İddiaçılar qeyd edilən məxaric orderlərini iddia ərizəsinə əlavə edərək həmin məxaric orderlərindəki imzaların yoxlanılmasını tələb etmiş və pul vəsaitlərinin onlar tərəfindən məxaric olunmadığını qeyd etmişlər. 40.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçıların təqdim etdikləri kassa məxaric orderlərinə istinad etməklə, həmin orderlərlə iddiaçıların özləri tərəfindən müvafiq pul vəsaitlərinin götürülməsinin təsdiq olunduğunu bildirir, bu barədə sənədlərin əsillərinin isə saxlama müddəti bitdiyi üçün məhv edildiyini qeyd edir. Habelə, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. 41.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
42. Məhkəmə kollegiyası birinci instanisya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin etirazını təsdiq edən sübutlar kimi iddiaçılara əmanətlər üzrə faizlərin, Elvira Məmmədovaya münasibətdə isə əmanətin təqdim edildiyi barədə sənədləri məhkəməyə təqdim edə bilməsə də, onların məhv edilməsi barədə sübutlar işin mahiyyəti üzrə həlli baxımından həlledici ola bilərdi ki, bank tərəfindən müvafiq sübutlar tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir.
43. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş məhkəmə sorğusu əsasında müvafiq kassa məxaric orderlərinin məhv edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 7.1 və 7.3-cü bəndlərinin tələblərinə uyğun həyata keçirilməsinə dair sənədlərin (dövlət arxiv xidməti təşkilatının icazəsi, aktla rəsmiləşdirilmə və s.) bankdan tələb edilməsinə baxmayaraq, sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçdiyinə görə (görüntülərin saxlanma müddəti keçdiyinə görə) müvafiq görüntüləri təqdim etmək obyektiv səbəblərdən mümkün olmamışdır. Həmçinin müraciətdə qeyd edilən sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçmişdir. Yəni, hər bir əməliyyat üzrə 5 (beş) ildən çox vaxt keçmişdir. Məhz buna görə də həmin məxaric orderlərinin bankda olan nüsxəsi obyektiv səbəblərdən məhkəməyə təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X15 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın normalarından bəlli olur ki, sözügedən sənədlərin saxlanma müddəti olan 5 (beş) il keçmişdir. Müvafiq sənədlərin saxlanma müddəti keçdiyinə görə və həmin sənədlərin aşkar edilmədiyinə görə obyektiv olaraq həmin sənədlərin məhv edilməsi ilə bağlı Təlimatın 7.1 və 7.3-cü maddələrinə əsasən prosedur sənədlərini də obyektiv olaraq təqdim etmək mümkün olmamışdır. Bununla da yanaşı, hesab edirlər ki, müvafiq sənədlərin obyektiv olaraq tərəflərindən təqdim edilə bilməməsi e-2(006)-3253/2024 saylı mülki iş üzrə tərəflərin mülki münasibətində iddiaçıların xeyrinə olan hal kimi təfsir edilə bilməz. Əvvəla ona görə ki, müvafiq Təlimat bank və Mərkəzi Bank arasında olan publik münasibətləri tənzimləyir. Sözügedən sənədlərin saxlanması üçün nəzərdə tutulmuş 5 illik müddətlər çoxdan ötmüşdür (iddia tələbi bu müddət daxilində verilməmişdir). İcraatda olan e-2(006)- 3253/2024 saylı iş isə mülki mübahisədir. Bu o deməkdir ki, saxlanma müddətinin keçməsi və bank tərəfindən bu sənədlərin obeyktiv olaraq təqdim edilə bilməməsi mülki iddiaçılarının iddia tələbinin haqlı olması anlamına gəlmir və gələ bilməz. Əksinə, işin hallarına baxdıqda bəlli olur ki, bu iş üzrə iddiaçıların hərəkətləri mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir.
44. Cavabdehin apellyasiya şikayəti üzrə dəlillərindən biri də “müvafiq məxaric orderlərinin iddiaçıların özlərində olan nüsxələrini (müvafiq məxaric əməliyyatları aparılan zaman bankın bir nüsxəsini müştəriyə təqdim sənədi) məhkəməyə təqdim etməklə, pulun onlar tərəfindən götürülməsinin təsdiq edilməsi, yəni, iddiaçıların bundan xəbərlərinin olması” ilə bağlıdır ki, həmin dəlil birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq əsassız hesab edilmişdir.
45. Belə ki, iddiaçıların, pul vəsaitlərinin həmin məxaric orderləri əsasında götürməsi halında hazırkı iddianı qaldırarkən onların iddia ərizəsinə, öz tələblərini təkzib edəcək sübut kimi əlavə etməsi məntiqli və ağlabatan deyildir.
46. İddiaçıların nümayəndəsi həmin qəbzlərin əsillərinin bankda olduğunu, müvafiq surətlərin də bankın əməkdaşı tərəfindən onlara verildiyini bildirir. Həmçinin iddiaçılar bildirir ki, tələbdə göstərilən məbləğlər onlara verilməmişdir və kassa məxaric orderləri onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır.
47. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş kassa məxaric orderlərinin iddiaçılar İddiaçı3 və İddiaçı1 tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi ilə əlaqədar məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, məxaric orderlərinin əsillərinin təqdim edilməməsi səbəbindən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
48. Həmçinin işə baxılmasının apellyasiya mərhələsində iş materiallarında olan sənədlərin sürəti əsasında da tədqiqat aparılaraq rəy verilməsi üçün məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1217/2025 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 17-25-ci vərəqlərində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2010 (700 ABŞ dolları ilə bağlı), xx.xx.2014 (1121 ABŞ dolları), xx.xx.2014 (390 avro) və xx.xx.2015-ci il tarixli (22582 ABŞ dolları ilə bağlı), xx.xx.2014 (2704 manat), xx.xx.2015 (15352 manat) kassa məxaric orderlərinin kserosurətlərində “Müştərinin imzası” qrafalarında əks olunan imzalar tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, AR MPM-in 101.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildirilir ki, həmin imzaların müqaviq olaraq İddiaçı3 tərəfindən, İddiaçı1 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.
50. Göründüyü kimi cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, qeyd olunan hallar iş materialları ilə öz təsdqini tapmamışdır.
51. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin iddiaçıların hüquqlardan sui-istifadə etməsini legitimləşdirməsi ilə bağlı dəlilinin əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaya etirazında həmin əməliyyatların aparılmasından 9, 10 və 14 il sonra məhkəmə qaydasında mübahisələndirilməsinin iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə kimi qiymətləndirmiş, məhkəmə isə düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərlərinə əsasən müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilənin həmin müddətə uzadılmış sayılması və bu müqavilənin şərtlərinin yenidən qüvvəyə minməsi razılaşdırılmışdır.
52. Göründüyü kimi müqavilələrdə əmanətin və ya ona hesablanmış faizlərin bankdan götürülməli olması ilə bağlı son müddət müəyyən edilməmiş, əksinə tələb edilmədiyi halda müqavilə müddətinin əvvəlki müddətə uzadılması müəyyən edilərək, onun əmanətçinin istəyinə uyğun olaraq istədiyi vaxt tələb etmək hüququ təsbit edilmişdir. Odur ki, əmanətçilərin uzun illər sonra əmanətlərini və ya faizləri tələb etməsinin cavabdehin qeyd etdiyi vicdanlılıq prinsipinin pozulması kimi şərh edilməsi əsassızdır.
53. Cavabdeh həmçinin etirazında təqdim etdiyi hesabdan çıxarışlara əsaslanaraq orada müvafiq məbləğlərin iddiaçılar tərəfindən məxaric edildiyinin əks etdirilməsini və etirazının əsasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasını bildirmişdir.
54. Məhkəmə tərəfindən qeyd olunan dəlil əsassız hesab edilərək göstərilmişdir ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2- 2(102)-575/2023 nömrəli qərarına əsasən bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
55. Cavabdeh şikayətində məhkəmənin mövqeyini əsassız hesab edərək həmin qərarın kredit münasibətləri ilə bağlı olduğunu bildirmişdir.
56. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, qeyd olunan işdə hesabdan çıxarışın mötəbər sübut kimi qiymətləndirilməməsinin əsasını onun məhz iddiaçı olan Bank tərəfindən birtərəfli qaydada tərtib edilməsi təşkil edir ki, bu halda Bankın hesabdan çıxarışı və ya birtərəfli qaydada tərtib edə bildiyi hər hansı bir sənədi öz mənafeyinə uyğun şəkildə tərtib edə bilmə imkanı istisna edilmədiyindən həmin sənədin obyektivliyi şübhə doğurmaqla düzgün olaraq mötəbər hesab edilmir.
57. Apellyasiya şikayəti üzrə cavabdehin bir digər dəlili isə ondan ibarətdir ki, məhkəmə cavabdeh ABB-nin verdiyi iddia müddətinin tətbiqi haqqında ərizəni cari hesab (debet hesab) üzrə məbləğlərə münasibətdə tətbiq etsə də, əmanət faizlərinə olan hissədə tətbiq etməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. 58.İşə baxan məhkəmə, əmanətlər üzrə Mülki Məcəllənin 384.0.2-ci maddəsinin tələbinə görə əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddətinin şamil edilmədiyini nəzərə alaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir.
59. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq kollegiya qeyd edir ki, Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
60. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.
61. Cavabdehin mövqeyinə görə qanunvericiliyə əsasən “əmanət” və “faiz” fərqli termin olaraq göstərilmişdir. “Əmanət”termini əmanətçi tərəfindən daxil edilmiş pul məbləğini ehtiva edir, “faiz”termini isə bank tərəfindən həmin pul məbləğinə görə hesablanan və əmanətçiyə ödənilən vəsaiti ehtiva edir.
62. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 944.4ci madddəsində əmanət müqaviləsinin anlayışı, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsində isə əmanətin anlayışı təsbit olunmuşdur.
63. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir.
64. Göründüyü kimi qanunvericilikdə “əmanət” anlayışı həm bank tərəfindən qəbul edilən əsas məbləği, həm də həmin məbləğ üzrə hesablanmış faizləri birlikdə ehtiva edir. Bu nəticə ilk növbədə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsindən birbaşa irəli gəlir. Həmin maddədə əmanət - “hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri” kimi müəyyən edilmişdir. Deməli, qanunverici “əmanət” dedikdə yalnız ilkin depozit məbləğini deyil, həmin depozitdən irəli gələn və ona görə hesablanan faizləri də əhatə edən kompleks bir anlayış nəzərdə tutur.
65. Mülki Məcəllənin 944.1-ci maddəsində bank əmanəti müqaviləsi bankın əmanətçidən aldığı pul məbləğini qaytarmaqla yanaşı, “onun üçün faizlər ödəmək” öhdəliyini də nəzərdə tutur. Bu, o deməkdir ki, faizlər əmanət müqaviləsinin icrasının tərkib elementidir. Bankın əmanətçiyə faiz ödəmək öhdəliyi əmanətin qaytarılması öhdəliyindən ayrı mövcud ola bilməz; faiz yalnız əmanətin mövcudluğu ilə bağlıdır.
66. Beləliklə, əmanət üzrə faizlər hüquqi baxımdan müstəqil tələbin predmeti deyil, əmanətin bir hissəsidir, çünki onlar əmanət müqaviləsindən doğan əsas öhdəlikdən ayrılmaz şəkildə yaranır. Nəticə etibarilə, Mülki Məcəllənin 384.0.2-ci maddəsində əmanətçilərin banka olan tələblərinə iddia müddətinin şamil edilməməsi barədə istisna həmin müqavilə üzrə yaranan faizlərə də tam şəkildə tətbiq olunur.
67. Bu baxımdan, cavabdehin faizləri əmanətdən ayrı, müstəqil öhdəlik predmeti kimi qiymətləndirərək onlara iddia müddətinin tətbiq edilməsini tələb etməsi qanunvericiliyin müəyyən etdiyi qayda ilə uzlaşmır və birinci instansiya məhkəməsinin həmin hissədə qəbul etdiyi nəticə hüquqi cəhətdən əsaslı və qanunidir.
68. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
69. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov