Məhkəmə qərarları › İş №2(103)-3588/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3588/2022

12.05.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3588/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 itirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)- 4440/2021 saylı qətnaməsindən cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Kooperativə məxsus Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi, 11 saylı evin ümumi sahəsi 81 kv.m olan 3 otaqdan ibarət, 204 saylı mənzilinə pay haqqının ödənilməsinə dair "Kooperativ Mənzil İstehlak Haqqında" müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(004)- 4440/2021 saylı qətnaməsi iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən cavabdehin nümayəndəsi vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı «Gənc Alim» Mənzil İnşaat Kooperativinin cavabdehlər İddiaçı, mənzildən çıxarılma tələbinə dair mülki iş vardır və hazıkı mülki iş həmin işlə birləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyasının iclasında tərəflər mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-323/2022 saylı mülki işə birləşirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(103)-3588/2022 saylı mülki iş, iddiaçı «Gənc Alim» Mənzil İnşaat Kooperativinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzilindən çıxarılması tələbinə dair 2(103)-323/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-323/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar