Məhkəmə qərarları › İş №2(103)-3594/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3594/2024

24.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3594/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və.s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2024 nömrəli, 21 fevral 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Sabunçu RİHB-nın 492 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir.

2. AZ-İ seriyalı 695970 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ilə X9 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir.

3. AZ-İ seriyalı 228613 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ilə Cavabdeh nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 43 nömrə ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi X18 adına qeydiyyatdan keçmişdir.

6. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən 1 ay müddətində ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evini boşaltmağı, həmin evin sahibliyinə və istifadəsinə qaytarılmasını tələb etmişdir.

7. Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 nömrəli xx.xx.2022-ci il tarixli 2 nömrəli forma arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evində İddiaçı, X55, X7, X19, X32, X33, X41, X24, X20, X42, X14, X21, X5, X10, X11, X48, X49, Cavabdeh, X34, X25, X50, X35, X43, X56, X57, X13 Murad Faiq oğlu pasport qeydiyyatındadırlar.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3924/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X31 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5553/2016 nömrəli xx.xx.2016- cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X26 və xx.xx.2003-cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 117 AZN olmaqla, iki uşağa görə ümumilikdə sabit pul məbləğində hər ay 234 AZN məbləğində alimentin cavabdeh X28 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2254/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7031/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2015-ci il tarixli 2(008)- 2781/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh və onun uşaqları xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi 5 saylı evə istifadə hüquqlarının tanınması qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1647/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-766/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin “X31 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2015-ci il tarixli 492 saylı sərəncamının ləğv edilməsi və X31 üzərində qəyyum təyin edilməsi məsələsinə Cavabdeh iştirakı təmin edilməklə yenidən baxılması vəzifəsinin Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2244/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 766/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2637/2017 nömrəli xx.xx.2017- ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi və qəyyum təyin edilmə tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2614/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2637/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-881/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2614/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır.

18. "xxxx" ASC tərəfindən verilmiş hesab-fakturanın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə 378.18 manat borcu vardır.

19. “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ilin iyul ayına 5715.50 manat borcu vardır.

20. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur.

21. təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

22. təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

23. təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

24. Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1491 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir, evdə iddiaçı və cavabdehlə ilə birlikdə 27 nəfər qeydiyyatdadır, cavabdeh 2016-cı ildən qeydiyyatdadır.

25. Bakı şəhəri Sabunçu RİHB-nın 66 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir.

26. daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 105.40 kv.m olan fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 54.000 manat təşkil edir.

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3281 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilsinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı.

28. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyul ayına “Azəriqaz” İB-nə 6308.50 manat borcu vardır.

29. "xxxx" MMC tərəfindən verilmiş 02-158/23 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən birmərtəbəli köhnə təmirli vəziyyətdəki ayrı giriş-çıxışı və sanitar qovşağı olan evin təxminən ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr olan 1 mətbəx və 1 yaşayış otağından ibarət sahəsinin orta kirayə haqqının dəyəri 1 ay üçün 150 manat təşkil edir.

30. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin avqust ayına “Azəriqaz” İB-nə 6339.30 manat borcu vardır.

31. “Azəriqaz” İstehsalat Birliyi ilə cavabdeh İddiaçı arasında bağlanmış AKX- 05721xx/xx-2023 nömrəli xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

32. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-721/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus **********10000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1908 (min doqquz yüz qırx səkkiz) manat məbləğində borcun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

33. İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması, evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

34. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı, xx.xx.1975-ci ildə anadan olmuş, Birinci Qarabağ müharibəsinin əlili X55 ilə 1999-cu ildə faktiki nikaha daxil olub evlənmiş, xx.xx.2011-ci il tarixdə də nikahları rəsmiləşdirilməklə 1999-cu ildən etibarən faktiki olaraq gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. Cavabdeh iddiası əsasında Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3924/2015 №-li qətnaməsi ilə X55 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və həmin məhkəmə mübahisələri ilə əlaqədar onların arasında ər-arvad münasibətləri pozulmuş və Fuad Məlikov faktiki olaraq bacılarının yanında yaşamağa başlamışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 492 №-li sərəncamı ilə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmiş, həmin vaxtdan etibarən Fuad Məlikov faktiki olaraq bacısı və qəyyumu kimi onun yanında və himayəsində yaşayır Cavabdeh 2015-ci ildə cavabdehlər X44, ona və başqalarına qarşı Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsinə yaşayış və istifadə hüququnun tanınmasını tələb etmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-2781/2015 №-li qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(103)-6517/2015 №-li qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin həmin qətnaməsi ləğv edilərək Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqları tanınmış, həmin qətnamə də Ali Məhkəmənin 12 may 2016cı il tarixli 2(102)-1647/2016 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra Cavabdeh həmin evə pasport qeydiyyatına götürülərək Sabunçu rayon Polis İdarəsi tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə Seriya AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi verilmişdir. Bu barədə məhkəmə mübahisələrinin getdiyi dövrdə, xx.xx.2016-cı il tarixli AZ- 1 228613 №-li nikahın pozulması haqqında şəhadətnamə əsasında X55 ilə Cavabdeh arasında olan nikah da ləğv edilmişdir. Həmin dövrdə Cavabdeh tərəfindən Fuad Məlikova qarşı azyaşlı uşaqları üçün aliment tələb etmə, F.Məlikovla nikahlarının pozulması qeydinin etibarsız sayılması, fəaliyyət qabiliyyəti olmayan F.Məlikovun üzərində onun deyil, özünün qəyyum təyin olunması və başqa tələblərlə iddialar qaldırılaraq aralarında çoxsaylı məhkəmə mübahisələri baş vermiş və aliment tələbi istisna olmaqla Cavabdeh digər iddia tələblərinin heç biri təmin edilməmişdir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* №-li Çıxarışla xüsusi mülkiyyət hüququ ilə X22 (Həqiqət və Fuad Məlikovların nənəsi) adına qeydiyyata alınaraq evin Texniki Pasportu tərtib edilmişdir. Sonra da qeyd olunan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin həmin evdə yaşayan Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına müayinə üçün imkan verilmədiyinə görə bu vaxta kimi evin yeni Texniki Pasportunun hazırlanması mümkün olmamışdır. Hazırda həmin evdə, onun mülkiyyətçisi, yəni o, Cavabdeh və onun artıq həddi-buluğa çatmış 2 oğlu ilə bərabər cəmi 20-25 nəfər pasport qeydiyyatında olmaqla orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinə nə vaxtdan və hansı əsasla pasport qeydiyyatına alınması, eləcə də onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində hal- hazırda kimlər pasport qeydiyyatında olmaları, həmin şəxslərin pasport qeydiyyatına alınma tarixləri və əsasları barədə məlumat verilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon X17 müraciət olunmaqla zəruri sənəblərin surətləri təqdim edilməsinə baxmayaraq, Pasport qeydiyyatı şöbəsi tərəfindən bu günə kimi sorğuya cavab verilməmişdir. Cavabdehin yuxarıda sadalanan qanunsuz hərəkətləri, evin mülkiyyətçisi ilə bərabər orada pasport qeydiyyatında olmaqla yaşayış sahəsindən istifadə hüquqları olan həmin şəxslərin də qa qanuni mənafelərinə də ziyan vurur və iş üzrə obyektiv qərar qəbul olunması üçün həmin evdə pasport qeydiyyatında olan şəxslərin adları və dairəsi əhəmiyyətlidir. Ona görə də məhkəmə tərəfindən Sabunçu rayon X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində hal-hazırda pasport qeydiyyatında olan şəxslər barədə Sabunçu rayon X17 rəsmi qaydada sorğu göndərilməklə müvafiq məlumat tələb olunmalıdır. Bundan başqa işə mahiyyəti üzrə baxılmağa başlanana kimi, həmin evdə pasport qeydiyyatında olan şəxslərin dairəsi tərəfindən dəqiq müəyyən edilərək onların şəxsiyyət vəsiqələrinin surətlərinin məhkəməyə təqdim olunması, eləcə də onların da məhkəmədə şahid qismində dindirilməsi təmin olunacaqdır. Yuxarıda qeyd olunan hərəkətləri ilə də Cavabdeh tərəfindən, evin mülkiyyətçisinin və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan şəxslərin, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı çıxarılıb məhv edilməklə, eləcə də evdə özbaşına tikinti-təmir işləri aparılmaqla mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına maneələr törədilir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir, həmçinin Cavabdeh yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır ki, bu fakt da həmin şəxsə kompensasiya verilməsi halını istisna edir. Bununla əlaqədar onun tərəfindən 01 iyun 2022-ci il tarixdə Cavabdeh 1 ay müddətində ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi boşaldılaraq həmin evin onun sahibliyi və istifadəsinə qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin üstündən 1 ay yarımdan da artıq müddət keçməsinə baxmayaraq bir nəticəsi yoxdur. Ona görə də onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev onun sahibliyi və istifadəsinə qaytarılmalıdır.

35. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evində o, cavabdeh, cavabdehin həddibuluğa çatmış iki oğlu ilə bərabər 27 nəfərdən artıq şəxs hazırda pasport qeydiyyatında olmaqla, orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. Həmin şəxslər özü, qardaşı X55, qardaşı arvadı X7, qardaşı qızı Məlikova (Rzayeva) Könül Balabəy qızı, qardaşı oğlu X32, qardaşı oğlu X33, qardaşı X41, qardaşı arvadı X24, qardaşı qızı X20, qardaşı oğlu X42, qardaşı arvadı X14, qardaşı qızı X21, nəvələri X5, X10, X11, qardaşı oğulları X48, X49, qardaşının keçmiş arvadı Cavabdeh, əmisi oğlu X34, əmisi gəlini X25, əmisi oğlunun oğlu X35, əmisi oğlunun qızı X50, qohumları X43, X56, X57, X66 və X58. Bundan başqa, həmin evdə X36, X67 və X59 pasport qeydiyyatındadırlar. Qeyd olunanlara əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması, evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

36. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, onun 07 avqust 1975-ci ildə anadan olmuş qardaşı X55 1-ci Qarabağ müharibəsinin veteranı olmaqla 1994- cü ildə döyüş bölgəsində ağır yaralanmış və 2-ci qrup müharibə əlili kimi pensiyaçıdır. Onlar Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən ata-babalarından qalma birmərtəbəli həyət evində yaşamışlar. Fuad Məlikov 1999-cu ildə, hazırkı iş üzrə cavabdeh Məlikova (əvvəlki soyadı Məhərrəmova) Xalidə Eldar qızı ilə limonad sexində bir yerdə işlədikləri vaxt aralarında münasibətləri yaranmış, bir-iki ay keçəndən sonra da Xalidə Fuada qoşulub gələrək qeyri-rəsmi şəkildə, yəni rəsmi nikah bağlamadan ailə qurmuş və xx.xx.2000-ci ildə Məlikov Nicat, 01,02.2003-cü ildə də Məlikov Eldar adlı uşaqları doğulmuşdur. Nikahlarını isə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmiş, həmin nikahın rəsmiləşdirilməsində də Cavabdeh xüsusi məqsədi olmuşdur. Belə ki, 2010-cu ildən başlamaqla, X54 müharibəsində aldığı yaralarla bağlı xəstəlikləri üzə çıxaraq ağırlaşmış, sonra da ona əlilliyə görə pensiya təyin edilmişdir. Məhz bundan sonra da Xalidə dayısı, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, müharibə əlili kimi imtiyazları olan və həmçinin dövlətdən maşın almış X15 ilə əlbir olaraq, Fuadın da Qarabağ əlili kimi imtiyazlarından istifadə etmək qərarına gəlmiş, bu məqsədlə də Xalidə ilə Fuadın nikahları qanuna müvafiq qaydada rəsmiləşdirilmiş, Fuadın pensiya kartını da götürüb pulu özlərinə xərcləmiş, 2014- cü ilin may ayında da Fuadı aldadaraq etibarnamə götürməklə onun adına əlil maşını alıb rəsmi qeydiyyata salmadan istifadə etmiş, bu günə kimi də maşını qaytarmırlar. Fuadın bacıları, yəni o və Səriyyə bundan xəbər tutub etirazlarını bildirmiş və 2014-cü ildə Fuadın pensiya kartını Baxşəlidən götürmüşlər. Cavabdeh dayısı Baxşəli Heydərovla birlikdə 2015-ci ilin yanvar ayında X63 qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya yerləşdirmiş, aradan 2 saat keçməmiş bundan xəbər tutan bacıları, yəni o və Səriyyə Fuadı xəstəxanadan çıxarıb evlərinə aparmış və onu Xalidədən uzaq tutmağa çalışmışlar. Onsuz da 2010-cu ildə Fuadın xəstəliyi ağırlaşandan sonra Xalidə ona baxmamış və Fuada ancaq bacıları baxmışdır. Bununla da X64 arasında ərarvad münasibətlərinə faktiki olaraq son qoyulmuş və həmin vaxtdan sonra onların yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən ata-babalarından qalma evdə yaşamaları mümkün olmamış və 2015ci ilin yanvar ayından etibarən o, qardaşı Fuadla birlikdə faktiki olaraq, bacıları X16 məxsus Sabunçu rayonu Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsi 13 ünvanında yerləşən evdə yaşayırlar. Bundan sonra X6 məsləhəti ilə birlikdə hərəkət edən Cavabdeh, 2015-ci ilin fevral ayında cavabdehlər X44, ona və başqalarına qarşı Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsinə yaşayış və istifadə hüququnun tanınmasını tələb etmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-2781/2015 №-li qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(103)-6517/2015 №-li qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin həmin qətnaməsi ləğv edilərək Cavabdeh və onun azyaşlı uşaqları Nicat və Eldarın ünvan 1 saylı evə istifadə hüquqları tanınmış, həmin qətnamə də Ali Məhkəmənin 12 may 2016-cı il tarixli 2(102)-1647/2016 №-li qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan həmin 11 noyabr 2015-ci il tarixli 2(103)- 6517/2015 №-li qətnaməsində Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün, iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq -xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999- cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Bundan sonra Cavabdeh həmin evə pasport qeydiyyatına götürülərək Sabunçu rayon Polis İdarəsi tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə Seriya AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi verilmişdir. Yaşayış evindən istifadə hüquqlarının tanınması barədə həmin məhkəmə mübahisələrinin getdiyi dövrdə, yəni 2015-ci ildə ərizəçi Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək əri, 07 avqust 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X31 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3924/2015 №-li qətnaməsi ilə də həmin ərizə təmin olunaraq 07 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X55 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qətnamə vaxtında qanuni qüvvəyə minərək icraya yönəldilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X31 bacısı, yəni onun ərizəsi əsasında Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında X31 üzərində qəyyum təyin olunması prosedurlarına başlanmış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2015-ci il tarixli 492 №-li sərəncamı ilə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmiş, həmin vaxtdan da Fuad Məlikov faktiki olaraq bacısı və qəyyumu, yəni onun yanında və himayəsində yaşamaqda davam etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli AZ-İ 228613 №-li nikahın pozulması haqqında şəhadətnamə əsasında da X55 ilə Cavabdeh arasında olan nikah rəsmi qaydada ləğv edilmişdir. Bundan sonra Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) 2016-cı ildə cavabdeh X44 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sabunçu rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli 2(008)-5553/2016 №-li qətnaməsi ilə 26 fevral 2000-ci il təvəllüdlü X26 və 01 fevral 2003-cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay bir uşağa görə 117 AZN olmaqla, iki uşağa görə ümumilikdə sabit pul məbləğində hər ay 234 AZN məbləğində alimentin cavabdeh X28 tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 2(103)-7031/2016 №-li qətnaməsi ilə də birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilərək 26 fevral 2000-ci il təvəllüdlü X26 və 01 fevral 2003-cü il təvəllüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər iki uşağa görə cavabdeh X31 qazancının (bütün gəlirlərinin) üçdə bir hissəsi həddində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, həmin qətnamə də Ali Məhkəmənin 06 aprel 2017-ci il tarixli 2(102)-2254/17 №-li qərarı ilə dəyişdirilmədən saxlanmışdır. 2016-cı ildə həmin iddia tələbi ilə bərabər Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Komissiyanın xx.xx.2015-ci il tarixli qərarının ləğv olunması, qəyyum təyin edilməsinə dair məsələyə yenidən baxılması vəzifəsinin Sabunçu RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2016-cı il tarixli 2-1(82)-766/2016 №-li qərarı ilə həmin iddia təmin edilərək, Sabunçu rayon İcra Hakimiyyətinin “X31 üzərində qəyyum təyin edilməsi barədə” 07 dekabr 2015-ci il tarixli 492 saylı sərəncamı ləğv edilmiş və X31 üzərində qəyyum təyin edilməsi məsələsinə Cavabdeh iştirakı təmin edilməklə yenidən baxılması vəzifəsi Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, həmin qərar da Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2- 1(103)-2244/2016 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra həmin məhkəmə qərarı da qanuni qüvvəyə minərək icra olunması üçün Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmiş və həmin məsələyə Cavabdeh iştirakı ilə yenidən baxılmış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-ci il tarixli 66 №-li sərəncamı ilə yenə də o, xx.xx.1975-ci il təvəllüdlü X31 üzərində qəyyum təyin edilmişdir. Cavabdeh (nümayəndəsi X15 ilə birlikdə) 17 mart 2017-ci ildə yenidən Sabunçu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, həmin İcra Hakimiyyəti Başçısının 14 fevral 2017- ci il tarixli sərəncamının ləğv edilməsi və özünün X31 üzərində qəyyum təyin edilməsini xahiş etmiş, imtina cavabı aldıqdan sonra cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X31 üzərində qəyyum təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli 66 №-li sərəncamını ləğv edib X31 üzərində onun qəyyum təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2-1(82)-2637/2017 №-li qərarı ilə iddiaçı Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı “qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi və qəyyum təyin edilmə” tələbinə dair iddiası rədd edilmiş və həmin qərar da Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2-l(103)-2614/2017 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2-1 (102)- 881/18 №-li qərarı ilə də Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2- 1(103)-2614/2017 №-li həmin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Həmin qətnamədən 15 mart 2018-ci il tarixdə verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunaraq Sabunçu rayon məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(008)- 1191/2018 №-li qətnaməsi ləğv edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlər olduqca gərgindir və onların, xüsusilə də fəaliyyət qabiliyyəti olmayan X4 arvadı Cavabdeh ilə birlikdə yaşamaları qətiyyən mümkün deyildir və burada, keçmiş əri Fuad Məlikovun üzərində qəyum təyin olunaraq, onun Qarabağ əlili kimi imtiyazlarını ələ keçirə bilməyən Cavabdeh yeganə məqsədi pasport qeydiyyatında olub yaşadığı, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evini ələ keçirməkdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan həmin fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* №-li Çıxarışla xüsusi mülkiyyət hüququ ilə X22 (Həqiqət və Fuad Məlikovların nənəsi) adına qeydiyyata alınaraq evin Texniki Pasportu və Daşınmaz əmlakın real bazar münasibətlərinə uğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayış tərtib edilmiş, həmin Arayışda da göstərilir ki, xx.xx.2017-ci il tarixə həmin evin bazar dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Sonra da qeyd olunan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin həmin evdə yaşayan Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına müayinə üçün imkan verilmədiyinə görə bu vaxta kimi evin yeni Texniki Pasportunun hazırlanması mümkün olmamışdır. Hazırda həmin evdə, onun mülkiyyətçisi özü, Cavabdeh və onun artıq həddi-buluğa çatmış 2 oğlu ilə bərabər cəmi 28 nəfər şəxs pasport qeydiyyatında olmaqla orada yaşayış sahəsindən istifadə hüquqlarına malikdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi Üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 10 №-li Arayışı (Forma-2) və əldə etdiyi şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərindən də göründüyü kimi özü, qardaşı X55, qardaşı arvadı X7, qardaşı qızı Məlikova (Rzayeva) Könül Balabəy qızı, qardaşı oğlu X32, qardaşı oğlu X33, qardaşı X41, qardaşı arvadı X24, qardaşı qızı X20, qardaşı oğlu X42, qardaşı arvadı X14, qardaşı qızı X21, nəvələri X5, X10, X11, qardaşı oğulları X48, X49, qardaşının keçmiş arvadı Cavabdeh, əmisi oğlu X34, əmisi gəlini X25, əmisi oğlunun oğlu X35, əmisi oğlunun qızı X50, qohumları X43, X56, X57, X66 və X58, X36, X67 və X59 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh təqsiri, onu evə buraxmaması üzündən, mübahisəli evin mülkiyyətçisi kimi o, 2015-ci ilin fevral ayından başlayaraq pasport qeydiyyatında olduğu, anadan olub uşaqlıq dövründən yaşadığı, sonradan da vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində yaşaya bilmir və mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir və bir növ həmin əmlakdan məhrum edilmiş vəziyyətdədir. Ona görə də o, həmin vaxtdan hazıra kimi keçən 8 ilə yaxın müddətdə, qəyyumu olmaqla himayəsindəki fəaliyyət qabiliyyəti olmayan qardaşı X55 ilə birlikdə faktiki olaraq ünvan 3 ünvanda yerləşən X3na məxsus evdə yaşamağa məcbur qalmışdır. X3 buna görə ondan pul almasa da hər ay ev və digər xərclərin ödənilməsinə köməklik etmək məqsədilə 100-200 manat məbləğində əlavə vəsait xərcləyir. Həmin ərazidə də 2 nəfər şəxsin ev kirayə haqqı 200-250 manat arası dəyişir. Bununla da Cavabdeh təqsiri üzündən ona ayda 150 manat, 1 ildə də 1800 manat olmaqla 2015-ci ildə 1650 manat, 2016-2021 -ci illərdə (6 il) 1800 x 6 il = 10800 manat, 2022-ci ilin 8 ayında da 150 x 8 = 1200 manat - həmin dövrdə yaşamağa görə kirayə haqqının əvəzi kimi ödədiyi 13650 manat zərər vurulmuşur. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh təqsiri üzündən onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 31 avqust 2022-ci il tarixə "xxxx" ASC-nin Sabunçu rayon sukanal İdarəsinə 378,18 manat pul borcu vardır. Bundan başqa Cavabdeh tərəfindən yaşadığı həmin ev üzrə 2018-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 12 sentyabr 2022-ci il tarixə 5715,50 manat qaz borcu yaranmışdır. Bu hallardan da son vaxtlar xəbər tutmuşdur və təbii ki, qeyd edilən yaşayış evi üzrə toplanmış su və qaz istifadəsinə görə toplanmış borclar evin mülkiyyətçisi olaraq ondan tələb edilir. Bu da Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona əlavə olaraq 6094 manat zərər vurulması deməkdir. Həmçinin Cavabdeh tərəfindən qeyd olunan onun mülkiyyətində olan evdə qanunsuz təmir-tikinti işləri aparılaraq həyətdəki tövlə, su bakı və nərdivan sökülüb götürülmüş, eləcə də həyətdə olan meyvə ağacları çıxarılıb məhv edilmiş və şəxsi ev əşyalarının da salamat qalma ehtimalı yoxdur. Yaşayış evinə daxil ola bilmədiyinə görə də həmin qanunsuz sökülmələrin nəticəsində vurulmuş zərəri dəqiq müəyyən edə bilmirik və həmin hərəkətlərə görə vurulmuş zərərin təxminən 4500-5000 manat dəyərində olması qənaətindədir. Eləcə də hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına 200 manat pul ödənilmiş, dövlət rüsumu olaraq da dövlətə 265 manat pul keçirilmişdir. Mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər də nəzərə alınmaqla Cavabdeh hüquqa ziddi nərəkətləri nəticəsində ona cəmi 13650 + 6094 + 4750 + 200 + 265 + 41 = 25000 (iyirmi beş min) manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq ələ keçirilməklə, evin mülkiyyətçisi və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan digər şəxslərin evə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı, nərdivan, həyətdəki meyvə ağacları çıxarılıb məhv edilməklə, eləcə də evdə özbaşına tikinti-təmir işləri aparılmaqla mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına imkan verilmir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X55 ilə birlikdə X3nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 13650 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6094 manat, mülkiyyətindəki evdə qanunsuz aparılmış təmir-tikinti işlərinə və əmlaklarının məhv olmasına görə 4750 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 265 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər üçün də 41 manat olmaqla, cəmi 13650 + 6094 + 4750 + 200 + 265 + 41 = 25000 (iyirmi beş min) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi, onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığına, eləcə də cavabdeh həmin evə məhkəmə aktı əsasında yaşayış hüququ əldə etdiyinə görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə aktına gəldikdə yuxarıda qeyd olunduğu kimi, Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün, iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq - xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Hazırda da həmin hallar artıq aradan qalxmış, yəni Cavabdeh ilə Fuad Məlikov arasında bağlanmış nikah həm faktiki olaraq, həm də rəsmi qaydada pozulmaqla onlar ərarvad deyil və birgə təsərrüfat aparmırlar, üstəlik də Fuad Məlikov fəaliyyət qabiliyyəti olmayan şəxs kimi onun qəyyumu kimi onun himayəsində yaşayır, onun Cavabdeh ilə evliliklərindən anadan olmuş uşaqları da artıq həddi-buluğa çatmış şəxslərdir və evin mülkiyyətçisi kimi onlara qarşı heç bir iddia tələbləri yoxdur. Yuxarıda qeyd edildiyi kimi Daşınmaz əmlakın real bazar münasibətlərinə uğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixə həmin evin bazar dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Həmin evdə də onun mülkiyyətçisi kimi onunla bərabər 28 nəfər şəxs pasport qeydiyyatında olmaqla onların hamısının yaşayış evindən istifadə hüquqları vardır və bazar qiymətinə müvafiq verilməli kompensasiyanın ümumi məbləği kimi evin dəyəri olan 54000 manatın yarısını, yəni 27000 manatı qəbul etsələr, yaşayış hüququ olan hər bir şəxsə 1000 (bir min) manat olmaqla Cavabdeh 1000 (bir min manat) kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev, onun sahibliyi və istifadəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X55 ilə birlikdə X3nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 13650 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6094 manat, mülkiyyətindəki evdə qanunsuz aparılmış təmir-tikinti işlərinə və əmlaklarının məhv olmasına görə 4750 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 265 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi, nəqliyyat və digər xərclər üçün də 41 manat olmaqla, vurulmuş zərərin əvəzi kimi cəmi: 25000 (iyirmi beş min) manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi, Cavabdeh 1000 (bir min manat) kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

37. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd olunduğu kimi, Cavabdeh təqsiri, onu evə buraxmaması üzündən, mübahisəli evin mülkiyyətçisi, yəni o, 2015-ci ilin fevral ayından başlayaraq pasport qeydiyyatında olduğu, anadan olub uşaqlıq dövründən yaşadığı, sonradan da vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evində yaşaya bilmir və mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir və bir növ həmin əmlakdan məhrum edilmiş vəziyyətdədir. Ona görə də o, həmin vaxtdan hazıra kimi keçən 8 ildən artıq müddətdə, qəyyumu olmaqla himayəsindəki fəaliyyət qabiliyyəti olmayan qardaşı X55 ilə birlikdə faktiki olaraq ünvan 3 ünvanda yerləşən X3na məxsus evdə yaşamağa məcbur qalmışdır. X3 buna görə ondan pul almasa da hər ay ev və digər xərclərin ödənilməsinə köməklik etmək məqsədilə 100- 200 manat məbləğində əlavə vəsait xərcləyir. Həmin ərazidə də onun mülkiyyətindəki Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv.metr sahədən ibarət evin, ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə haqqı 150 manatdır. Bununla da Cavabdeh təqsiri üzündən ona ayda 150 manat, 1 ildə də 1800 manat olmaqla 2015-ci ildə 1650 manat, 2016-2022-ci illərdə (7 il) 1800 x 7 il = 12600 manat, 2023-ci ilin 8 ayında da 150 x 8 = 1200 manat – həmin dövrdə yaşamağa görə kirayə haqqının əvəzi kimi ödədiyi 15450 manat zərər vurulmuşur. 9. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh təqsiri üzündən onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 31 avqust 2022-ci il tarixə "xxxx" ASC-nin Sabunçu rayon sukanal İdarəsinə 378,18 manat pul borcu vardır. Bundan başqa Cavabdeh tərəfindən yaşadığı həmin ev üzrə 2018-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 2023-ci ilin iyul ayına 6308,50 manat qaz borcu yaranmışdır. Bu hallardan da son vaxtlar xəbər tutmuşdur və təbii ki, qeyd edilən yaşayış evi üzrə toplanmış su və qaz istifadəsinə görə toplanmış borclar ondan tələb edilir. Bu da Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona əlavə olaraq 6686,78 manat zərər vurulması deməkdir.İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023cü il tarixli 10/3281 №-li rəyindən də görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində ona zərər dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Ona görə də həmin hərəkətlər nəyicəsində vurulmuş zərərin miqdarını dəqiq müəyyən etmək mümkün olmadığına görə həmin zərərin dəyərini təxminən 2000 manat qiymətləndirir. Eləcə də hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına 200 manat pul ödənilmiş, vəkilə etibarnamələrin verilməsi üçün 28,75 manat pul ödənilmiş, dövlət rüsumu olaraq da dövlətə 250 manat pul keçirilmişdir. Göründüyü kimi Cavabdeh hüquqa ziddi nərəkətləri nəticəsində ona cəmi 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq ələ keçirilməklə, evin mülkiyyətçisi və orada pasport qeydiyytında olmaqla yaşayış hüquqları olan digər şəxslərin evə gəlmələrinə imkan verilmir, evin mülkiyyətçisi və orada yaşayan şəxslərlə heç bir əlaqəsi olmayan şəxslər həmin evə gətirilir, evin həyətinə qoyulmuş su bakı, nərdivan, həyətdəki meyvə ağacları çıxarılıb məhv edilməklə, mülkiyyətçinin mülkiyyət və digər hüquqları kobud surətdə pozulur, mülkiyyətçiyə, onun mülkiyyətində olan evinə sahiblik edib istifadə olunmasına imkan verilmir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X55 ilə birlikdə X3nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 250 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi üçün də 28,75 manat olmaqla cəmi: 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub ona ödənilməlidir. Bundan başqa ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığına, eləcə də cavabdeh həmin evə məhkəmə aktı əsasında yaşayış hüququ əldə etdiyinə görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə aktına gəldikdə yuxarıda qeyd olunduğu kimi, Cavabdeh və onun uşaqlarının ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması üçün iddiaçı Cavabdeh Fuad Məlikovla xx.xx.1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmaları, nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmələri, həmin nikahdan da 2 uşaq – xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın doğulmaları, iddiaçı Cavabdeh 1999-cu ildə sözügedən mənzilə, yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsində yerləşən evdə yaşayanların razılığı ilə köçüb, cehizlərini də ora gətirməklə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evin ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsində ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparması, əmlakının da orada olub evdən istifadə etmələri əsas götürülmüşdür. Hazırda da həmin hallar artıq aradan qalxmış, yəni Cavabdeh ilə Fuad Məlikov arasında bağlanmış nikah həm faktiki olaraq, həm də rəsmi qaydada pozulmaqla onlar ər-arvad deyil və birgə təsərrüfat aparmırlar, üstəlik də Fuad Məlikov fəaliyyət qabiliyyəti olmayan şəxs kimi onun himayəsində yaşayır, onun Cavabdeh ilə evliliklərindən anadan olmuş uşaqları da artıq həddi-buluğa çatmış şəxslərdir və onlara qarşı heç bir iddia tələbləri yoxdur. Yuxarıda qeyd edildiyi kimi həmin ərazidə onun mülkiyyətindəki Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ev 5 ünvanında yerləşən, birmərtəbəli, köhnə təmirli vəziyyətdə olan 105 kv.metr sahədən ibarət evin, ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət girişi və sanitar qovşağı ayrı olan yaşayış sahəsinin kirayə haqqı 150 manatdır Bu hesabla da oxşar yaşayış sahəsinin 1 illik kirayə qiyməti 1800 manat təşkil edir və bu qaydada 3 illik 1800 x 3 = 5400 (beş min dörd yüz) manat Cavabdeh kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılaraq o, həmin yaşayış sahəsindən çıxarılmalı və ev, onun sahibliyinə və istifadəsinə qaytarılmalı, bu barədə olan qətnamə də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması eyni zamanda icra olunmalıdır. Göstərilənlərə əsasən Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona, himayəsindəki və qəyyumu olduğu qardaşı X55 ilə birlikdə X3nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki, lakin faktiki olaraq yaşaya və istifadə edə bilmədiyi ev üzrə istifadə olunmuş su və qaz istifadəsinə görə toplanmış borcun əvəzi kimi ödənilməli olan 6686,78 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün vəkilin hesabına köçürülmüş 200 manat, dövlət rüsumu olaraq köçürülmüş 250 manat, eləcə də mülki işin aparılması üçün vəkilə etibarnamə verilməsi üçün də 28,75 manat olmaqla cəmi: 15450 + 6686,78 + 2000 + 200 + 28,75 + 250 = 24615 (iyirmi dörd min altı yüz on beş ) manat zərər vurulmuş və həmin zərərin əvəzi Cavabdeh tutulub ona ödənilməsi, Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq onun, həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması və bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, onun xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

38. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində su və təbii qazdan istifadəyə görə Cavabdeh 4778.68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2- ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 114.2, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

40. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Sabunçu rayon məhkəməsinin qətnaməsi, İddiaçı iddia tələblərinin - Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı, himayəsindəki və qəyyumu olduğu qardaşı X55 ilə birlikdə X3nın evində yaşamağa məcbur olduğuna görə kirayə xərci kimi çəkdiyi 15450 manat, mülkiyyətindəki evin həyətində yerləşən əmlakların məhv olmasına görə 2000 manat, hazırkı iş üzrə hüquqi xidmət göstərilməsi üçün Vəkilin hesabına köçürülmüş 200 manat, eləcə də dövlət rüsumu olaraq köçürülmüş 250 manat olmaqla cəmi: 15450 + 2000 + 200 + 250 = 17900 (on yeddi min doqquz yüz) manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi, - Cavabdeh 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə, İddiaçı xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi-5 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evi boşaldılaraq onun, həmin yaşayış sahəsindən çıxarılması və evin, onun mülkiyyətçisi İddiaçı sahibliyi və istifadəsinə qaytarılmasının təmin olunması, - bu barədə olan qətnamənin də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş zərərin tutulması, Cavabdeh kompensasiya ödənilərək, İddiaçı xüsusi mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi-5 ünvanda yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin, onun mülkiyyətçisi İddiaçı sahibliyi və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunmasının rədd edilməsi hissələrində ləğv olunmaqla iddia tələbi, həmin hissələrdə də təmin edilməlidir. Məhkəmənin qətnamədə istinad etdiyi hüquq normalarında bütövlükdə yaşayış binasından yox, ancaq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə görə, bazar qiymətlərinə uyğun qaydada kompensasiya verilməsi nəzərdə tutulur ki, bu kompensasiyanın da konkret olaraq hansı müddət üçün hesablanmalı olması barədə dəqiq hüquqi norma yoxdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi həmin maddi hüquq normaları, eləcə də bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanlar məhkəmə tərəfindən düzgün tətbiq edilmir və həmin normaların tətbiq olunmasında da məhkəmə tərəfindən səhvlərə yol verilir. Belə ki, burada əsas məsələ, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətlərinə uyğun qaydada kompensasiyanın məbləğinin müəyyən olunmasından ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02-158/23 №-li qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsi-5 ünvanına yaxın ərazilərdə yerləşən bir mərtəbəli köhnə təmirli vəziyyətdəki ayrı giriş çıxışı və sanitar qovşağı olan evin təxminən ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr olan 1 mətbəx və 1 yaşayış otağından ibarət sahəsinin orta kirayə haqqının dəyəri 1 ay üçün 150 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8946 №-li rəyindən də görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Rahib Qədimov küçəsi-5 ünvanında yerləşən ümumi sahəsi 105,40 kv.m mənzilin və ona oxşar şəraitli mənzilin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Göründüyü kimi həmin rəylər arasında əhəmiyyətli fərq yoxdur və əksinə "xxxx" MMC-nin qiymətləndirmə hesabatında göstərilən qiymət daha yüksəkdir. Belə ki, həmin hesabatda eyni və ona yaxın ərazidə yerləşən oxşar evlərin təxminən ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr olan 1 mətbəx və 1 yaşayış otağından ibarət sahəsinin orta kirayə haqqının dəyərinin 1 ay üçün 150 manat təşkil etməsi göstərildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin rəyində isə ümumi sahəsi 105,40 kv.metrdən ibarət mənzilin bir aylıq icarə haqqının orta bazar qiymətinin təxminən 250 manat müəyyən edilməsi göstərilir. İşin faktiki halları bölməsində qeyd edilən və hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(103)- 6517/2015 №-li qətnaməsi ilə də Cavabdeh və onun azyaşlı uşaqları Nicat və Eldarın Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 saylı yaşayış evinin, yalnız ümumi sahəsi 35,0 kv.metr, yaşayış sahəsi 24,0 kv.metr, 1 mətbəx və 1 yaşayış otağından ibarət “A” hissəsinə yaşayış və istifadə hüquqları tanınmışdır. Belə olan vəziyyətdə də iddiaçı tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün, uşaqları Nicat və Eldar istisna olmaqla yalnız cavabdehə, bir ayı üçün 150 manat olmaqla 3 ilə görə 5400 manat kompensasiya təklif olunması realdır. Qüvvədə olan qanunvericilikdə də belə hallarda məhz neçə ay və yaxud il üçün kompensasiya hesablanmasını müəyyən edən hüquqi norma yoxdur. Ona görə də məhkəmənin, iddiaçının kompensasiyanın məbləğini təklif edərkən, mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almaması və kompensasiyanın məbləğinin 5400 manat məbləğində təklif edilməsinin ağlabatan və reallığa uyğun qiymət hesab etməməsi barədə qənaəti əsassız və qanunun tələblərinə ziddir. Və təbii ki, iddiaçı tərəfindən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehə, həmin evin bütöv sahəsinə, yəni 105,4 kv.metrdən ibarət sahəyə görə kompensasiya ödənilməli deyildir. Məhkəmənin fikirləri ziddiyyətlidir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehə bir aya görə kirayə haqqının məbləği olaraq 150 manat qiyməti ilə razılaşmayan məhkəmə, oxşar tələbi İddiaçı və qəyyumu olduğu Fuad Məlikov haqqında tətbiq etmir. Halbuki, iş materialları ilə və Cavabdeh məhkəmədə verdiyi ifadələri ilə də təsdiq olunur ki, 2015-ci ildən etibarən İddiaçı qəyyumu olduğu Fuad Məlikov ilə birlikdə mülkiyyətindəki evində yaşaya bilmir və bacısının evində yaşamaq məcburiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3281 №-li rəyindən də görünür ki, - ünvan 6 ünvanda yerləşən tikililərin texniki pasportun məlumatları ilə uyğun gəldiyi müəyyən edilir, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. – Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmirtikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilisinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərər dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

44. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

45. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

46. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

47. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

53. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

58. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmədiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır.  Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)  İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

61. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

63. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisələndirilən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6517/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və onun uşaqları xx.xx.2000-ci il təvəllüdlü Nicat və xx.xx.2003-cü il təvəllüdlü Eldarın Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi R.Qədimov küçəsi 5 saylı evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Hazırkı mülki iş üzrə məhkəmədə cavabdehin istifadə hüququnun olub-olmaması mübahisələndirilməmişdir. İşin mübahisəli halı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə bağlıdır.

64. Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd olunanlara nəzər yetirməyi zəruri hesab edir.

65. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 iyul 2016-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulanyaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq,kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu iləistifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququnamüvafiq kompensasiya verilməsi yolu ilə xitamverilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsindəistifadə hüququna xitam verilməsi zamanı kompensasiyanınbazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçiistifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkənöz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.

67. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı tərəflər mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər.

68. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindənistifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.

69. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə,məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onuhüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

70. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

71. Beləliklə, məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu iləistifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.

72. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. Belə ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.

73. Kollegiya qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməməklə yalnız mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Mülkiyyət hüququ qanunvericiliklə toxunulmazdır və mülkiyyətçiyə öz mənzilindən istifadə üçün hər hansı bir maneənin yaradılması yolverilməzdir.

74. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla kollegiya kompensasiyanın məbləğinin real bazar qiymətinə uyğun olaraq mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı 10000 manat məbləğində kompensasiyanın verilməsi yolu ilə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini təklif etmiş, iddiaçı tərəf isə birinci instansiya məhkəməsində 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırda həmin məbləğin artırılaraq 6500 manat vermək imkanında olduğunu bildirmişdir. Kollegiya iddiaçı tərəfindən təklif edilmiş kompensasiyanın məbləğinin ağlabatan və reallığa uyğun qiymət hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8946 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.40 kv.m mənzilin və ona oxşar şəraitli mənzilin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir.

75. Kollegiya apellyasiya şikayətinin fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılması, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılaraq yaşayış sahəsindən çıxarılması və evin onun sahibliyinə və istifadəsinə qaytarılmasının eyni zamanda icra olunması hissələrinə münasibət bildirərək qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bu halda şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmamalı, yaxud həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməlidir. Lakin hazırkı mülki mübahisə üzrə qeyd olunan hallar mövcud deyil.

76. Kollegiya apellyasiya şikayətinin vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisədə cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bundan başqa, ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tövlə, 8 tonluq su çəni və dəmir nərdivan faktiki olaraq mövcud olmadığı, tövlə tikilisinin, su çəninin və dəmir nərdivanın sökülüb çıxarılma əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsinin hüdudları daxilində iki ağacın olduğu müəyyən edilir. Cavabdeh yaşadığı ev köhnə təmirli vəziyyətdə olduğunu nəzərə alaraq həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Tədqiq olunan evin həyətyanı torpaq sahəsinin daxilində yerləşən tövlə tikilsinin, 8 tonluq su çəninin və nərdivanın sökülməsi nəticəsində İddiaçı zərərin dəydiyi müəyyən edilir. Lakin tövlə tikilisi, 8 tonluq su çəni və nərdivan söküldüyündən, faktiki olaraq mövcud olmadığından dəymiş zərərin miqdarını müəyyən etmək mümkün olmadı. Belə olan halda, məhkəmə kollegiyası qeyd olunan hissələrdə apellyasiya şikayətini əsaslı hesab etmir.

77. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi yoxlanılan hissədə əsassızdır və təmin edilə bilməz.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar