Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3597/2019 14.05.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 İddiaçı1 İnqilab qızının, İddiaçıların vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Paşayev Bəy-Rza Ağa-Rza oğlu və Cavabdeh2 Kamandar oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Paşayev Bəy-Rza Ağa-Rza oğlu, Cavabdeh2 Kamandar oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Balaxanı Bələdiyyəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və onların əsasında torpağa dair verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamandar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin və onların əsasında torpağa dair verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 torpağa dair alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-in tərəfindən verilmiş çıxarışın həmçinin ona məxsus olan torpaq sahəsinə dair bütün alqısatqı və çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə verərək, ilkin iddia tələbinin Cavabdeh1 adına verilmiş, seriya RX ******* ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli və Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına verilmiş, xx.xx.2016-cı il tarixli **********764 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların və AN-İ ******* saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əvəz edilməsi, Paşayev Bəy- Rza Ağa-Rza oğlunun (Unvan: Bakı şəhəri, Baxalanı qəsəbəsi, Müsavat küçəsi ev 53 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti-nin Bakı şəhəri Ərazi İdarəsinin iş üzrə cavabdehlər qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə verərək, cavabdeh Paşayev Bəy-Raz Ağa-Rza oğluna DƏDRX-in Bakı Ərazi İdarəsi verilmiş xx.xx.2016-cı ildə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə dair çıxarışın, Paşayev Bəy-Raz Ağa-Rza oğlu ilə Cavabdeh2 Kamandar oğlu arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Kamandar oğlunun adına verilmiş RX ******* seriya nömrəli çıxarışın, həmçinin Paşayev Bəy-Rza Ağarza oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş RX ******* seriya nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Paşayev Bəy-Raz Ağa-Rza oğluna DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 112 saylı torpaq sahəsinə dair çıxarış, Paşayev Bəy-Rza Ağa-Rza oğlu ilə Cavabdeh2 Kamandar oğlu arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Kamandar oğlunun adına verilmiş RX 097036 seriya nömrəli çıxarış, həmçinin Paşayev Bəy-Rza Ağarza oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli AN-10566326 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş RX ******* seriya nömrəli çıxarışlar etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamdən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamandar oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iş üzrə alqı-satqı müqaviləsinin etibarsızhesab olunması tələb olunduğu halda məhkəmə notariat kontorunun notariusunu işə cəlb etməmiş, notariusu məhkəməyə dəvət etməmiş, notariusu da cavabdeh kimi işə daxil etməmiş, onlann bu işə münasibətini öyrənməmişdir.Məhkəmə qətnamə qəbul edərək, iddia tələbini təmin edərkən bunu öz qətnaməsində ümumiyyətlə əsaslandırmamış, bununla bağlı bir söz də qeyd etməmişdir, yalnız sənədlərin siyahısını sadalamaqla öz işini bitmiş hesab etmişdir. Məhkəmə qətnamədə iddia tələbinin hansı səbəbdən təmin olunmasını ümumiyətlə qeyd etməmişdir.İş materiallarında olan Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına verilmiş. Balaxanı qəsəbəsi, Əjdərov küçəsi 112 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Sabunçu rayonu 16 saylı notariat kontorunda Cavabdeh3 xx.xx.2016-cı il tarixli, 2V-69 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verimilşdir. Məhz həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin planı və ölçüsü və çıxarışı verilmişdir. Deməli, həmin torpaq sahəsi vərəsəlik hüququ əsasında Cavabdeh3 verilmişdir. Həmin sənəd qanunidir. Lakin məhkəmə isə bu halı ümumiyyətlə nəzərə almamışdır ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla Cavabdeh3 adına keçmişdir və Cavabdeh1 da qanuni sənədlər əsasında alqı-satqı edərək həmin torpaq sahəsini pul verib almışdır. Hal-hazırda Cavabdeh1 torpaq sahəsinin mülkiyətçisidir.O, vicdanlı alıcıdır. Onun mülkiyyət hüquqlarını məhkəmə müdafiə etməlidir.Hesab edir ki, vərəsəliklə bağlı ətraflı araşdırma aparılmalı, sorğu verilərək həmin sənədlər Reyestr Xidmətindən götürülməlidir.İşdə olan məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 məxsus torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin plan və ölçüsü, çıxarışları üst-üstə düşür. Belə olan halda məhkəmə hansı əsasla Cavabdeh1 məxsus torpaq sahəsinin çıxarışını və alqı-satqı müqaviləsini etibarsız hesab edir? Bu tamqanunsuzdur. Məhkəmə bunu edirsə onda bunu qətnamədə əsasaslandırmalı idi.Həmin ekspertin rəyi onun xeyrinədir. İşdə olan digər məhkəmə ekspertizasının rəyindən görünür ki, ayrılmış torpaq sahəsi Balaxanı Bələdiyyəsinin hüdudları daxilində yerləşir.Ekspertin rəyindən görünür ki, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsinin ərazisi olmaqla həmin bələdiyyənin mülkiyyətindədir. Lakin, ekspert nəzərə almamışdır ki, həmin xəritəni Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hələ təsdiq etməmiş və buna dair Balaxanı Bələdiyyəsinə heç bir çıxarış və şəhadətnamə verməmişdir.Həmin fakt əlavə yoxlanılmalıdır.Məhkəmə Balaxanı Bələdiyyəsinin hal-hazırda mülkiyyətində torpaq sahəsinin olub-olmaması barədə Reyestr Xidmətinə heç bir sorğu göndərməmişdir.Bu faktı ətraflı yoxlamamışdır. Bu olunsa idi məlum olardı ki, Balaxanı Bələdiyyəsinin hal-hazıradək mülkiyyətində heç bir torpaq sahəsi yoxdur. Balaxanı Bələdiyyəsin ərazisinin hüduduları barədə heç bir xəritə təsdiq olunub bələdiyyə verilməyibdir. Belə ki, Balaxanı ərazisinə bitişik digər Zabrat qəsəbəsi və digər qəsəbələrlə sərhəd torpaqlarda hələ də mübahisəli ərazilər mövcuddur.Bu məsələ hələ öz həllini tapmamışdır. Həmin torpaq sahəsinin Balaxanı Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur. Həmin ekspert rəyi ilə razı deyil. Hesab edir ki, iş üzrə təkrar məhkəmə ekspertizası keçirilməli və məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Paşayev Bəy-Rza Ağa-Rza oğlu, Cavabdeh2 Kamandar oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edək, İddiaçı1 İnqilab qızı və iddiaçıların vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rəddedilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9/55 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 110 saylı evin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi X10 verilmişdir. Həmin qərar əsasında X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. X13 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən Bakı şəhəri Ədliyyə Nazirliyi 16 saylı Notariat Kontorunun V-20/2016 saylı vərəsəlik işi üzrə xx xxx 2016-cı il tarixli 2V-69 saylı qanun üzrə vərəsəlik vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Paşayev Bəy-Rza Ağa-Rza oğlu miras əmlakından 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı ildə X10 verilmiş **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 112 sahə ünvanında yerləşən ümumi sahəsi 0.114 kv.m olan torpaq sahəsindən ibarətdir. Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 112 saylı sahə Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra AN-İ ******* saylı xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Paşayev Bəy-Rza Ağa-Rza oğlu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 112 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.114 ha olan torpaq sahəsinin 0.074 ha hissəsini 6000 manat müqabilində Cavabdeh1 satmış və həmin torpaq sahələrinə dair bölgü sxeminə dair səaziş bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan başqa AN-İ ******* saylı xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Paşayev Bəy-Rza Ağa-Rza oğlu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 112 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0378 ha olan torpaq sahəsini 5400 manat müqabilində Cavabdeh2 Kamandar oğluna satmışdır. Bundan sonra həmin torpaq sahəsi Cavabdeh2 kamandar oğlunun adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 916 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsinin 65,98 ha torpaq sahəsi sərəncama əlavə edilmiş sərhədlər daxilində Balaxanı qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xxx 2004-cü il tarixli Sərəncamı ilə X4 145-000-130 saylı layihə tipli 600 kv.m sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixı Sərəncamı ilə müahisə predmeti olan X8 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı1 İnqilab qızına ayrılmışdır. Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 48 saylı məktuba əsasən, həmin torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 916 saylı sərəncamı ilə Balaxanı Bələdiyyəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsinin 65,98 ha torpaq sahəsinin hüdudları daxilindədir. Birinci instansiya məhkəməsinin 2(008)-458/2017 saylı xx xxx 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27676 saylı xx xxxxxx 2017-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflərin mübahisə etdikləri iddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 mülki işdə olan Bakı şəhəri Balaxanı Bələdiyyəsinin xx xxxxxx 2006-cı 825 nömrəli sərəncamı və sərəncama əlavə edilmiş sxemə əsasən iddia etdikləri torpaq sahələri hal-hazırda xüsusi mülkiyyətdədir.İddiaçı1 İnqilab qızına və İddiaçı2 torpaq sahəsinin ayrılması barədə “Kadastr və X5 Mərkəzi” MMC-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur.İddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 iddia etdikləri torpaq sahələri ilə Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və Cavabdeh3 sahəsi 0.114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sora halhazırda A-Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və B-X1 0.0373 hektar, reyestr nömrəsi **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(008)-110/2018 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16078 saylı xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 iddia etdikləri torpaq sahələri ilə Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və Cavabdeh3 sahəsi 0.114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sora hal-hazırda A-Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və B-X1 0.0373 hektar, reyestr nömrəsi **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və hazırkı iddia tələbi üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki,Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə Torpaqlarının idarə Edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin qanunun 4.0.1-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Həmin qanunun 6.1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiyyələrin yalnız öz mülkiyyətində olan toraq sahələri üzrə sərəncam vermək səlahiyyətləri vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1/645 saylı məktubuna əsasən, Bakı şəhərində və ətraf qəsəbələrində olan torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyətinin tabeçiliyindədir. Qeyd olunan məktuba əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli torpaq sahələri Balaxanı bələdiyyəsinin mülkiyyətinə verilmədiyindən və Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olduğundan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xxx 2004-cı il tarixli və xx xxxxxx 2006-cı il tarixli Sərəncamları ilə iddiaçılara verilə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normalarına uyğun olaraq, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Balaxanı Bələdiyyəsinə həmin torpaq sahəsi ayrılsa idi belə, cavabdehlərin mülkiyyətində olan torpaq sahələri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9/55 saylı qərarı ilə X10 ayrıldığından və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alındığından mübahisəli torpaq sahələri bələdiyyənin xeyrinə ayrılmış torpaq sahəsinin daxilində ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayıtinin dəlilləri ilə bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1/645 saylı məktubu ilə torpaq sahələrinin Bakı şəhəri İcra Hakimiyyətinin tabeçiliyində olması müəyyən edildiyindən iş üzrə təkrara ekspertizasının təyin edilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 200 (100+100) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekpertiza tədqiqatının dəyəri iddiaçılardan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamandar oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamandar oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3597/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3597/2019
14.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver