Məhkəmə qərarları › İş №2(103)-36/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-36/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-36/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” və İddiaçı Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbləri üzrə bir icraatda birləşdirilmiş mülki işlərə dair (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, preyudisiya, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh (qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmış) Maraqlı şəxs vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” tələbinə dair (birinci iş) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmış Maraqlı şəxs tərəfindən; İddiaçı Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Maraqlı şəxs İddiaçı, Cavabdeh MMC-yə və X10 qarşı “qeyri-yaşayış sahələrinin layihəyə uyğun inşa edilmədiyi faktının təsdiq olunması, həmin əraziyə müdaxilələr edilməklə tikililərin sökülməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması” barədə qarşılıqlı iddia tələblərinə dair (ikinci iş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında 23 noyabr 2005-ci il tarixdə bağlanmış 11 saylı müqaviləyə əsasən MMC, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisini həyata keçirməyi, İddiaçı isə həmin sahədə aparılan tikintini maliyyələşdirməyi öhdəsinə götürmüş, müqavilənin 2-ci bəndində icraçının (MMCnin), tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu; 1,4,6, 8, K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrik xəttləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri görülməklə alıcıya təhvil verəcəyi göstərilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 57 852 ABŞ dolları təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş 23 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə görə, İddiaçı həmin müqaviləyə əsasən 266 119 200 (iki yüz altmış altı milyon yüz on doqquz min iki yüz) manat məbləğində pulu MMC-nə ödəmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 23 noyabr 2005-ci il tarixdə bağlanmış 12 saylı müqavilənin 2-ci bəndinə əsasən MMC, tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin E korpusu; 21, 23,24, 25,27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrin xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmularlarından) şüşələnmiş vəziyyətdə, yüksən keyfiyyətli suvaq işləri görülməklə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 52 500 ABŞ dolları təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş 23 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə görə, İddiaçı həmin müqavilə üzrə 241 500 000 (iki yüz qırx bir milyon beş yüz min) manat məbləğində pulu MMC-nə ödəmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 30 yanvar 2006-cı il tarixdə bağlanmış 19 saylı müqavilənin 2.1-ci bəndinə əsasən MMC, tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu, K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri görülməklə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 29 700 ABŞ dolları təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş 30 yanvar 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinə görə, İddiaçı həmin müqavilə üzrə 136 620 000 (yüz otuz altı milyon altı yüz iyirmi min) manat; 27 324 manat (yeni Azərbaycan manatı ilə) məbləğində pulu MMC-nə ödəmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 22 fevral 2006-cı il tarixdə bağlanmış 21 saylı müqavilənin 2.1-ci bəndinə əsasən MMC, tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri görülməklə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 18 360 ABŞ dolları təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş 22 fevral 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinə görə, İddiaçı həmin müqavilə üzrə 84 456 000 (səksən dörd milyon dörd yüz əlli altı min) manat; 16891,2 manat (yeni Azərbaycan manatı ilə) məbləğində pulu MMC-nə ödəmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 23 noyabr 2005-ci il tarixdə bağlanmış 25 saylı müqavilənin 2.1ci bəndinə əsasən MMC, tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri görülməklə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 58 200 ABŞ dolları təşkil edir. İddiaçı ilə Cavabdeh MMC arasında 23 fevral 2006-cı il tarixdə bağlanmış 22 saylı müqavilənin 2.1-ci bəndinə əsasən MMC, tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, K-N hərf oxları və 10-12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri görülməklə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 29 700 ABŞ dolları təşkil etmişdir.

2. Cavabdeh MMC ilə Maraqlı şəxs arasında 03 aprel 2006-cı il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin Maraqlı şəxs tərəfindən maliyyələşdirilməsi və ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;- “E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;”A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m. təşkil edən obyektlərin Maraqlı şəxs satılması təşkil etmiş, bu məqsədlə Maraqlı şəxs müqavilə bağlanan gün MMC-nin hesabına 600 000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, həmçinin müqavilə üzrə MMC-nin vəzifələri müəyyən olunmuş, Maraqlı şəxs tərəfindən ödənilmiş 600 000 ABŞ dolları pulun müqabilində MMC, ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-“A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;”A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektləri sonuncuya satmışdır.

3. Cavabdeh MMC Samir Mahmudlu ilə 19 iyul 2011-ci il tarixdə 25, 26 və 28 saylı, 28 iyul 2011-ci il tarixdə 38 və 39 saylı müqavilələr bağlamış, həmin müqavilələrdə MMC-nin Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə inşa olunmuş yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzinin, E- A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzinin, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzinin adı çəkilən şəxsə təhvil verilməsi öhdəliyi müəyyənləşdirilmiş, müqavilələrin 3.1-ci bəndlərində əmlakların hər kvadratmetrinin dəyəri 300 manat olaraq razılaşdırılmışdır.

Tərəflər arasında yaranmış mübahisə(lər) və qəbul edilmiş məhkəmə aktları:

4. Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün Maraqlı şəxs MMC-yə qarşı iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair MMC-nin hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz Maraqlı şəxs verilməsi və işlərin görülməsi zamanı Cavabdeh MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2014-cü il tarixli qərarı ilə isə apellyasiya instansiyasının aktı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, Ali Məhkəmənin İİK-nın 03 iyul 2014-cü il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 19 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi “iddia qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəllənin şimal hissəsində, 0,553 ha. torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinin qanunsuz hesab edilməsi, Cavabdeh MMC tərəfindən inşa olunmuş həmin “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə 03 aprel 2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçı Maraqlı şəxs verilməsi və işlərin görülməsi zamanı "Xudafərin” MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli qətnaməsi ilə X8 Cavabdeh MMC-yə qarşı iddia tələbləri təmin edilmiş, Cavabdeh MMCnin Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 A ünvanında inşa etdiyi yeni yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 520 kv.m olan ticarət mərkəzinin, E- A3 korpusu 18 rəqəmləri, Ç hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 611 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 48 kv.m olan ticarət mərkəzinin, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 201 kv.m olan ticarət mərkəzinin, В korpusu Ə-Ğ hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 112 kv.m ticarət mərkəzinin MMC tərəfindən X8 istifadəsinə təhvil verilməsi qət olunmuşdur.

9. Həmin qətnamədən Maraqlı şəxs verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, qətnamə ləğv edilərək X8 Cavabdeh MMC-yə qarşı “əmlakların təhvil verilməsi və əmlaklardan istifadə hüququnun tanınması” tələblərinə dair iddiası təmin olunmamışdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh MMC-nin Maraqlı şəxs qarşı “03 aprel 2006-cı il tarixli 23 saylı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

11. Tağıyev Elşad Əli oğlu və X5 Cavabdeh MMC-yə və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlər arasında Bakı şəhəri, Atatürk pr., 3078A saylı məhəllənin şimal hissəsində "Xudafərin” MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1 -ci və 2-ci mərtəbəsində yerləşən və layihə üzrə nəzərdə tutulmuş 4564 kv.metr qeyri-yaşayış sahəsinə dair 03 aprel 2006-cı il tarixdə bağlanmış 23 saylı müqavilənin qismən, Tağıyev Elşad Əli oğlu ilə "Xudafərin” MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 13 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr. 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A4 korpusunun 1 ci mərtəbəsində A-C oxları ilə 1619 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan, sahəsi 93 kv.metr qeyri-yaşayış sahəsinə dair hissədə, X5 ilə "Xudafərin” MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 14 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr. 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A5 korpusunun 1 -ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan, sahəsi 99 kv.metr qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız sayılması və Tağıyev Elşad Əli oğluna satılmış 93 kv.metr və X1 99 kv.metr qeyri-yaşayış sahələrindən istifadəyə cavabdehlər tərəfindən olan maneçiliyin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmiş, qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin qismən, yəni Bakı şəhəri, Atatürk pr. 3078 "A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin "A” 4 korpusunun 1 -ci mərtəbəsində "A” - "C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin, həmin ticarət mərkəzinin "A” 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və "A” - "C” hərf oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələsindən iddiaçıların istifadə etmələrinə yaradılan maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi iddiaçılar Tağıyev Elşad Əli oğlu və X3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə X3 və Tağıyev Elşad Əli oğlunun kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi iddiaçılar Tağıyev Elşad Əli oğlunun və X3 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2020ci il tarixli qətnaməsi ilə A.Qurbanovun Cavabdeh MMC-yə və Maraqlı şəxs qarşı “MMC tərəfindəninşa edilmiş Ticarət Mərkəzində mərhum anası M.Qurbanova tərəfindən dəyəri ödənilmiş qeyri-yaşayışsahələrinin boşaldılaraq ona təhvil verilməsi, həmin sahələrə sahibliklə bağlı maneələrin aradan qaldırılması və qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin MMC-dən tutulması” barədə iddia tələbləri rədd edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi qismən – “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh MMC-dən tutulması barədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətanmə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs X2, X12, Cavabdeh MMC-nə, İddiaçı və "xxxx" QSC-nə qarşı iddia tələbləri qismən təmin edilmiş, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078 Aməhəlləsindəki yaşayış binasında yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi”nin 1-ci mərtəbəsində X15 və X16 ilə Cavabdeh MMC arasında bağlanmış 3 ədəd, xx.xx.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan və xx.xx.2013-cü il tarixli 48 №li müqaviləyə əsasən A2 korpusunda sahəsi 200 kv.m olan qeyri-yaşayış sahələrinin, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2005-ci il 11 №li, xx.xx.2005-ci il 12 №li, xx.xx.2006-cı il tarixli 19 №li, xx.xx.2006-cı il tarixli 21 №li, xx.xx.2006-cı il tarixli 22 №li və xx.xx.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən C korpusu: 1,4,6,8,K-M-N-N1 oxları arsında, hündürlüyü 5 metr, sahəsi 194,84 kv.m olan, E korpusu21,23,24,25,27,4- Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan, C korpusu:K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.molan, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr,sahəsi 194 kv.m olan qeyri-yaşayış sahələrinin, "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ciil tarixli 32 №li müqavilələrə əsasən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m və E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m olan qeyriyaşayış sahələrinin faktiki inşa olunmuş sahələrə (koordinatlar, hərf və rəqəm oxları əsasında) uyğun olmadığının (fərqli olduğu) müəyyən edilməsi və faktiki inşa olunmuş qeyri-yaşayış sahələrinin miqdarı nəzərə alınmaqla, müqavilələrdə göstərilən qeyriyaşayış sahələrinin miqdarının müqavilələrdə qəbul edilmiş şərtlər daxilində müəyyən edilməsinin mümkün hesab edilməməsi, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinin Maraqlı şəxslə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş qeyriyaşayış sahələrinin ölçülərinə nisbətdə fərqliolduğunun müəyyən edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2005-ci il 11 №li, xx.xx.2005-ci il 12 №li, xx.xx.2006-cı il tarixli 19 №li, xx.xx.2006-cı il tarixli 21 №li,xx.xx.2006-cı il tarixli 22 №li və xx.xx.2005-ci il tarixli 25 №li müqavilələrdə qəbul edilmiş şərtlərə uyğun qeyriyaşayış sahələrinin faktiki olaraq inşa edilmədiyinə və müqavilələrdə qeyd olunan qeyriyaşayış sahələrinin miqdarının faktiki inşa olunmuş sahələr üzrə müəyyən edilməsi mümkünsüz olduğundan iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş qeyri-yaşayış sahələri üzərində cavabdehlər tərəfindən edilən hüquq pozan hərəkətlərin və müdaxilələrin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

Tərəflər arasında yaranmış hazırkı mübahisə və qəbul edilmiş məhkəmə aktları:

21. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (birinci iş) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla MMC arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli 11 saylı müqavilə üzrə Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8, K-M-N-N1 oxları arasında hündürlüyü 5 m olan sahəsi 192,84 m2 olan qeyriyaşayış sahəsinin; 23 noyabr 2005-ci il tarixli 12 saylı müqavilə üzrə həmin binanın 1-ci mərtəbəsində yerləşən E korpusu; 21,23,24,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 m, sahəsi 175 m2 olan qeyri-yaşayış sahəsinin; 30 yanvar 2006-cı il tarixli 19 saylı müqavilə üzrə binanın 1-ci mərtəbəsində yerləşən C korpusu, K-N hərif oxları və 8- 10 rəqəm oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 m2 olan qeyri-yaşayış sahəsinin; 22 fevral 2006-cı il tarixli 21 saylı müqavilə üzrə binanın 1-ci mərtəbəsində yerləşən A2 korpusu, M:P hərif oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 m, sahəsi 61,2 m2 olan qeyri-yaşayış sahəsinin; 23 fevral 2006-cı il tarixli 22 saylı müqavilə üzrə binanın 1-ci mərtəbəsində yerləşən A2 korpusu, K:N hərif oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 m2 olan qeyri-yaşayış sahəsinin; 23 noyabr 2005-ci il tarixli 25 saylı müqavilə üzrə binanın A2 korpusunun 1-ci mərtəbəsində yerləşən 14-17 və 18-21 rəqəm oxları və P-K hərf oxları arasında, hündürlüyü 5 m, sahəsi 194 kv.m olan qeyriyaşayış sahəsinin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələri üzərində sahiblik və istifadə hüququnun tanınması və qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələrin törədilməsinin MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı həmin iddia tələblərini belə əsaslandırmışdır ki, qeyd etdiyi 5 müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, MMC obyektlərin heç birini ona təhvil verməmiş, öhdəliklərinin icrasından yayınmışdır.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

24. Məhkəmə, cavabdeh MMC-nin nümayəndəsinin iddianı etiraf etməsini də əsas götürməklə hesab etmişdir ki, İddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirmiş, lakin Cavabdeh MMC müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmaqla, iddiaçıya təhvil verməli olduğu qeyri-yaşayış sahələrini ona təhvil verməmişdir.

25. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və mənafelərinə toxunduğunu irəli sürən Maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının iddia etdiyi əmlakların Cavabdeh MMC tərəfindən ona satılmış olması, bununla bağlı MMC ilə arasında xx.xx.2006-cı il tarixdə 23 saylı müqavilənin bağlandığı, əmlakların ona təhvil verildiyi, iddiaçının MMC ilə əlbir olaraq belə bir iddia qaldırdığı arqumentləri ilə əsaslandırmışlar.

26. Apellyasiya baxışı zamanı İddiaçı Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia qaldırdığı, apellyatorun apellyasiya şikayətinin dəlillərinin isə bilavasitə sözügedən müqaviləyə istinadən irəli sürüldüyü müəyyənləşdirildiyindən, işin icraatı xx.xx.2019-cu il tarixli qərardadla həmin iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

27. İcraatın dayandırıldığı dövrdə verilən sorğular əsasında müəyyən olunmuşdur ki, İddiaçı Maraqlı şəxs və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə (ikinci iş) məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi; Maraqlı şəxs isə İddiaçı, Cavabdeh MMC-yə və X10 qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə) ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrinin layihəyə uyğun inşa edilmədiyi faktının təsdiq olunması, cavabdehlər tərəfindən həmin əraziyə müdaxilələr edilməklə tikililərin sökülməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi, dövlət rüsumuna görə 10 manatın Maraqlı şəxs və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.

28. Həmin qətnamədən Maraqlı şəxs nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və apellyasiya icraatı mümkün hesab olunaraq sözügedən mülki işlərə bir icraatda baxılması qərara alınmışdır.

29. İddiaçı ikinci iş üzrə iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qeyriyaşayış sahələrinin ona təhvil verilməsi, qeyri-yaşayış sahələrinin üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması, qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələrin törədilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi qərara alınmış, lakin az müddət əvvəl məlum olmuşdur ki, ona satılmış qeyri-yaşayış sahələri ilə bağlı Cavabdeh MMC ilə Maraqlı şəxs arasında 03 aprel 2006-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilmədən bağlandığı və onun sahiblik, istifadə hüquqlarını pozduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, müqavilələrin tarixinə nəzərə yetirildikdə müəyyən edilir ki, Maraqlı şəxsla bağlanmış müqavilənin tarixi 03 aprel 2006-cı il, onunla bağlanmış müqavilələrin tarixi isə xx.xx.2005, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006-cı il tarixlərdir. Yəni, Maraqlı şəxsla müqavilə imzalanarkən həmin qeyriyaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi o olmuş, həmin sahələrə dair sərəncam vermək hüququ ona məxsus olmuşdur. Cavabdehlər tərəfindən hüquqlarının pozulmasından yalnız Nərimanov Rayon Məhkəməsinə müraciət etməzdən 2-3 gün əvvəl məlumatı olmuş, dərhal həmin məhkəməyə müraciət etmişdir.

30. Maraqlı şəxs qarşılıqlı iddia tələblərini (ikinci iş üzrə) belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan işdə iddia MMC tərəfindən etiraf edilmiş, onun prosesə cəlb olunması nə iddiaçı, nə də cavabdeh tərəfindən təklif olunmamış, əksinə, mübahisəsi gedən əmlakların onun mülkiyyətində olması və 14 avqust 2014-cü ildən "Xudafərin” MMC-nin ümumiyyətlə həmin əmlaklar üzərində heç bir subyektiv hüquqa malik olmaması faktları məhkəmədən gizlədilmişdir. Qüvvədə olan maddi hüquq normasının tələbinə görə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun yaranması üçün müqavilə üzrə əmlakın razılaşdırımış dəyərinin ödənilməsindən başqa, həm də əmlakın alıcıya təhvil verilməsi əsas və mühüm şərtlərdən biridir. Yəni daşınmaz əmlak alıcıya təhvil verilməmişdirsə, onun üzərində sahiblik və istifadə hüquqları faktiki olaraq yarana bilməz və bu hüquqların yaranması formal mülahizə və fərziyyələrə əsaslanmamalıdır. Mübahisəsi gedən qeyri-yaşayış sahələrinin İddiaçı təhvil verilmədiyi mübahisəsizdir və həmin əmlaklar üzərində Cavabdeh MMC-nin 2014-cü ilin 14 avqust tarixindən hər hansı bir hüququ qalmamaqla MMC-nin iddianı qəbul etməsi və onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə razı olması belə, iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Onunla Cavabdeh MMC arasında 03 aprel 2006-cı il tarixdə bağlanmış müqavilənin predmeti Bakı şəhəri, Atatürk pr.3078 "a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin tərəfindən maliyyələşdirilməsi olmuş, müqavilənin 2-ci bəndinə isə MMC-nin vəzifə və öhdəlikləri müəyyən edilmiş, cəmi sahəsi 4564 kv.metr təşkil edən obyektlər ona satılmışdır. Müqavilə imzalandığı andan üzərinə düşən bütün öhdəliklər vicdanla yerinə yetirsə də, MMC-nin üzərinə düşən bir sıra öhdəliklər tam yerinə yetirilməmişdir. Odur ki, MMC ilə arasında ilk dəfə məhkəmə mübahisəsi təqribən 7 il bundan öncə yaranmış, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-cı il tarixli qərardadı ilə göstərilən ümumi sahəsi 4564 kv.m. qeyri-yaşayış sahəsinə həbs qoyulmuş və həmin obyektlərin istifadə edilməsi MMC-yə və digər şəxslərə qadağan olunmuşdur. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən sözügedən ünvanda inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə 03 aprel 2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamalama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz ona verilməklə, işlərin görülməsi zamanı Cavabdeh MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, ficarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz ona verilməsi, işlərin görülməsi zamanı Cavabdeh MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmış, "xxxx" Lizinq Şirkəti QSC-tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Səlifova Nurqələm İslam qızının ona və “Xudafərin" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X6 “Xudafərin" MMC-yə və ona qarşı iddia tələbi qismən təmin edilmiş, “Xudafərin" MMC-dən 286 268 ABŞ dolları pulun ödənilən vaxt Mərkəzi Bank tərəfınfən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Qurbanov Azər Qəhrəman oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin və Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2015-ci il 24 iyul tarixli qətnaməsinin X13 ilə “Xudafərin" MMC arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılaması üçün həmin məhkəməyə göndərilməsi, Cavabdeh MMC və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər "xxxx" Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızının kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Qurbanov Azər Qəhrəman oğluna, "xxxx" Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızına münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006cı il tarixli 23 saylı müqavilənin girov müqaviləsi olmaması, həmin müqavilənin etibarlı olması və qanuni əsaslarla bağlanması, eləcə də, müqavilədə göstərilən qeyri-yaşayış sahələrinə görə onun tərəfindən 600 000 ABŞ dollarının Cavabdeh MMC-yə ödənilməsi və həmin pulun ona geri qavtarılmaması, obyektlərin ona təhvil verilməsi, qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmişdir. Odur ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 23 saylı müqavilənin etibarlılığı ilə və eləcə də həmin müqavilədə göstərilən qeyri-yaşayış sahələrinin alınmasına görə tərəfindən MMC-yə 600 000 ABŞ dollarının ödənilməsi ilə bağlı göstərilən faktlar müəyyən edildiyindən, hazırkı məhkəmə prosesində MMC-yə münasibətdə həmin faktların mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Deməli müəyyən edilir ki, bir şəxsin müxtəlif şəxslərlə bağladığı müqavilə, digər şəxslərin biri-biri qarşısında hər hansı bir öhdəliyini yaratmır və həmin müqavilələri biri-birindən asılı etmir. Eyni zamanda, Cavabdeh MMC-yə münasibətdə onunla bağlanmış müqavilə üzrə öhdəliklərinə xitam vermir. Lakin hazırkı halda mübahisələndirilən əmlaklar artıq onun mülkiyyətinə verildiyindən və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edildiyindən həmin əmlakların yenidən İddiaçı tərəfindən tələb edilməsi və ya digər vasitə ilə müqavilənin etibarsızlığının tələb olunması hüququ maddi hüquq norması ilə məhdudlaşdırılır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüququ mövcud olmamışdır. Bununla yanaşı, İddiaçı Cavabdeh MMC ilə 2005-ci və 2006-cı il tarixlərdə imzaladığı müqavilələrdən təqribən 13 il vaxt keçdikdən sonra 2018-ci ildə MMC-dən maliyyə arayışı almış və hazırda onunla bağlanmış müqavilənin etibarlılığını mübahisələndirir. Hansı ki, əmlakların üzərinə 2012-ci il tarixdə həbs qoyulanda, o cümlədən istifadəsi MMC-yə və digər şəxslərə qadağan olunanda İddiaçı artıq bilməli idi ki, həmin əmlaklar barəsində mübahisə mövcuddur. Digər tərəfdən, qeyd olunan 6 ədəd qeyri-yaşayış sahələrinə aid hissədə 03 aprel 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün və həmin əmlakları ondan tələb etmək üçün İddiaçı subyektiv hüququ mövcud deyildir və o, yalnız "Xudafərin” MMC-dən ona vurulmuş ziyanın əvəzini tələb edə bilər. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində işə baxılarkən keçirilmiş ekspertizanın rəyi ilə obyektlərin miqdarının layihədə göstərilən həcmdə olmadığı, yəni müqavilələr üzrə eynilik təşkil etmədiyi, obyektlərin miqdarında azalma müəyyən edilmişdir. Deməli 2013-cü ildə məlum olmuşdur ki, MMC qanunsuz hərəkətlərə yol vermiş və müqavilədə göstərilən həcmdə qeyri-yaşayış sahələrini inşa etməmişdir. Hazırda iddia predmetinin obyektləri də, yəni İddiaçılə MMC arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin həcmi layihədə göstərilən həcmə uyğun olmadığı və eynilik təşkil etmədiyi müəyyən edilir. İddiaçı hər hansı bir sübut təqdim edə bilmir ki, onunla MMC arasında bağlanmış müqavilələrdə göstərilən obyektlərin ölçüləri inşa olunmuş qeyri-yaşayış sahələrinin faktiki ölçülərinə uyğun olsun və ya inşa olunmuş obyektlərin faktiki ölçüləri barədə müqavilə formasına uyğun olaraq müqaviləyə hər hansı bir dəyişikliklərin edilməsinə görə MMC ilə razılaşma əldə edilmişdir. İddiaçı ilk növbədə bağladığı müqavilələr üzrə göstərilən qeyriyaşayış sahələrinin faktiki ölçülərini müəyyən etməklə, həmin əmlaklar üzərində yarana biləcək hüquqlarının mövcud olmasını, eləcə də, müqavilələrin həmin şərtlərinin faktiki inşa olunmuş obyektlərə uyğunlaşdırılmasını təsdiq edən razılaşmanın olduğunu sübut etməlidir və məhz bundan sonra onunla MMC arasında bağlanmış müqavilənin qeyd olunan hissədə etibarsızlığını mübahisələndirə bilər. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onunla Cavabdeh MMC arasında bağlanmış 03 aprel 2006-cı il tarixli 23 saylı müqavilənin girov müqaviləsi olmamaqla yanaşı, etibarlı olması və qanuni əsaslarla bağlanması, eləcə də, müqavilədə göstərilən qeyri-yaşayış sahələrinə görə tərəfindən 600 000 ABŞ dollarının Cavabdeh MMC-yə ödənilməsi, həmin obyektlərin ona təhvil verilməsi və qeyri-yaşayış sahələri üzərində sahiblik və istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmişdir. Bu faktların mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa, açıq-aşkardır ki, həmin qeyri-yaşayış sahələri üzərində təmir və tamamlama işləri tərəfindən aparılmış və Cavabdeh MMC müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Obyektlərin pəncərələri və qapılar quraşdırılarkən, eləcə də daxili kommunikasiya xətləri çəkilərkən, obyektlərdə təmir və tamamlama işləri görülərkən, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yolları müasir tipdə yüksək keyfiyyətli materiallarla təmir edilərkən və s. bu kimi tikinti işləri yerinə yetirilərkən MMC-nin vəzifəli şəxsləri başda olmaqla qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən mütəmadi müqavimətlər göstərilmiş, hüquq-mühafizə orqanlarına şikayətlər edildikdən sonra, onlar öz qanunsuz əməllərindən çəkinmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli qətnaməsi ilə X8 iddiası təmin edilmiş, Cavabdeh MMC-nin Bakı şəhəri, Atatürk pr., məhəllə 3078 A ünvanında inşa etdiyi yeni yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-İ8 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 520 kv.metr olan ticarət mərkəzi, E-A3 korpusu 18 rəqəmləri, ç hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 611 kv.metr olan ticarət mərkəzi, B korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 48 kv.metr olan ticarət mərkəzi, A4-A5 korpusu 1319 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 201 kv.metr olan ticarət mərkəzi, B korpusu Ə-G hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 112 kv.metr ticarət mərkəzinin MMC tərəfindən X8 istifadəsinə verilməsi qərara alınmışdır. Həmin qətnamədən tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmişdir. Ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində tərəfindən pəncərələr və qapılar quraşdırılmış, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işləri yerinə yetirilmişdir. Həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, Cavabdeh MMC və X14 tərəfindən edilən müdaxilələr qanunsuz hesab olunmalıdır.

31. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Maraqlı şəxsla müqavilə bağlanan zaman Cavabdeh MMC-nin İddiaçılə daha əvvəl bağlamış olduğu müqavilələr qüvvədə olmuş, beləliklə MMC, ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi müvafiq müqavilənin predmeti olan və artıq iddiaçının istifadəsinə verilən əmlaklarla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda Maraqlı şəxsla müqavilə bağlamış, həmin MMC ilə Maraqlı şəxs daha əvvəl müqavilələr bağlayaraq əmlakları satın almış İddiaçı müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Yəni, mübahisəli müqavilə üzrə İddiaçı maraqları nəzərə alınmamış, həmin əmlaklara münasibətdə onun iradə ifadəsinin həyata keçirilməsi məhdudlaşdırılmışdır. ...İddiaçı nümayəndəsi mübahisə predmeti olan müqavilənin mövcud olmasının onlara 2018-ci ildə məlum olduğunu bildirmişdir, Maraqlı şəxs tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Maraqlı şəxs qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbində göstərilənlərlə bağlı heç bir sübut təqdim olunmadığından iddia rədd edilməlidir.

32. Həmin qətnamədən Maraqlı şəxs nümayəndəsinin verdiyi apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmış, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu irəli sürülmüşdür.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

33. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək hər iki qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 təmsil etdiyi şəxsin iddia ərizələrinin məzmununa uyğun izahat verməklə şikayətlərin əsassız olduğunu bildirmiş, digər proses iştirakçıları (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

37. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

38. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

39. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

40. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

43. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

45. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 52. Cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

56. Maddə 387.2.4. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Bir icraatda birləşdirilmiş işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

59. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti tam, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin olunmalı, hər iki qətnamə ləğv edilərək İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması”, həmçinin Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır (Maraqlı şəxs İddiaçı, Cavabdeh MMC-yə və X10 qarşı “qeyri-yaşayış sahələrinin layihəyə uyğun inşa edilmədiyi faktının təsdiq olunması, həmin əraziyə müdaxilələr edilməklə tikililərin sökülməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması” barədə qarşılıqlı iddia tələblərinin müvafiq qərardadla baxılmamış saxlanıldığı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin həmin hissədə qərardadla ləğv edildiyi nəzərə alınmaqla).

60. İlk növbədə qeyd olunmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Maraqlı şəxs hüquq və vəzifələrinə dair məsələni həll etmiş olmasına baxmayaraq, onu işə cəlb etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Bu hal isə Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinin tələbinə görə həmin qətnamənin ləğvi üçün əsasdır.

61. Həmçinin qeyd olunmalıdır ki, həmin iş üzrə Cavabdeh MMC-nin iddianı etiraf etməsi Maraqlı şəxs hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan heç bir əhəmiyyət kəsb etmir və qəbul olunmamalıdır.

62. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbinə veriləcək qiymət, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia tələbi üzrə gəlinəcək nəticədən asılıdır və kollegiya mübahisəyə bu kontekstdə qiymət verəcəkdir.

63. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

64. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən əmlaklarla bağlı həm İddiaçı, həm Maraqlı şəxs, həm də Samir Mahmudlu ilə müqavilələr bağlanmış, bununla belə, ümumi sahəsi 4564 kv.metr olan həmin qeyri-yaşayış sahələri qanuni qüvvədə olan məhkəmə qərarları əsasında Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli aktla Maraqlı şəxs sahibliyinə və istifadəsinə təhvil verilmişdir.

65. İşin müəyyən olunan hallarına görə, həmin qeyri-yaşayış sahələri Maraqlı şəxs təhvil verildikdən sonra onun tərəfindən qeyri-yaşayış sahələrində pəncərələr və qapılar quraşdırılmış, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, ətraf ərazidə gediş-gəliş yollarının təmiri və s. bu kimi tikinti işləri həyata keçirilmişdir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsi 01 dekabr 2020-ci il tarixli qərarında öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Maraqlı şəxslə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 23 saylı müqavilə ilə və eləcə də həmin müqavilədə göstərilən qeyri-yaşayış sahələrinin alınmasına görə Maraqlı şəxs tərəfindən MMC-yə 600 000 ABŞ dollarının ödənilməsi ilə bağlı aşağıdakı faktlar müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələrini Maraqlı şəxs satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış və onun tərəfindən ödənilmiş pul vəsaitinin qəbul edilməsinə dair ona kassa mədaxil qəbzi verilmişdir. Həmin məhkəmə aktlarında müəyyən olunmuş halların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, Maraqlı şəxslə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 23 saylı müqavilə etibarlıdır və qanuni əsaslarla bağlanması məsələsinə artıq hüquqi qiymət verilmiş, eləcə də müqavilədə göstərilən həmin qeyriyaşayış sahələrinə görə Maraqlı şəxs tərəfindən 600 000 ABŞ dollarının MMC-yə ödənilməsi, girov müqaviləsinin bağlanmasının istisna olunması, həmin obyektlərin Maraqlı şəxs təhvil verilməsi və qeyri-yaşayış sahələri üzərində Maraqlı şəxs sahiblik və istifadə hüququ qanuni əsaslarla yaranmışdır. Qeyd olunan məhkəmə qərarları hazırkı iş üzrə cavabdehlə Cavabdeh MMC və 3-cü şəxs Səlifova Nurqələm İslam qızı arasında yaranmış mübahisə ilə bağlı olsa da, həmin işdə də (qanuni qüvvəsini almış məhkəmə qərarları çıxarılan iş), Maraqlı şəxslə bağlanmış müqavilənin yalançı əqd olması, borcun əvəzi olaraq bağlanması, verilən borc məğləği müqabilində bağlanması, ona görə dəyərindən ucuz rəsmiləşdirilməsi və.s eyni əsaslarla, yəni hazırkı işdə irəli sürülən əsaslarla mübahisələndirilirdi. Hazırkı işdə həmin əsaslarla bağlı əlavə heç bir sübut təqdim edilməmişdir. Digər işdə olduğu kimi Cavabdeh MMC-nin nümayəndəsinin əmlakı aldığı borcun əvəzi olaraq cavabdehin adına rəsmiləşdirməsi barədə izahatı təqdim edilmişdir, hansı ki, digər işdə həmin sübuta qiymət verilmişdir. Apellyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar yuxarıda istinad olunan işlərdə hər hansı prosessual şəxs olmadıqlarına görə həmin məhkəmə aktlarında müəyyən olunmuş faktlar iddiaçılara münasibətdə preduyisial əhəmiyyət daşımasa da, digər iştirak edən tərəflərə münasibətdə preyudisial əhəmiyyətə malikdir. Göstərildiyi kimi artıq məhkəmə aktları ilə mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin İ. Ağarəhimovun əmlakı hesab edilərək ona təhvil verilməsi, əmlakın dəyərinin onun tərəfindən tam ödənilməsi, müqavilənin isə etibarlı müqavilə olmasına dair faktların yenidən sübut edilməsinə zərurət yoxdur və qəbul edilən deyil. Çünki həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktların qəbul edilməməsi məhkəmə qərarlarının stabilliyini pozmuş olar. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur”.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında da kassasiya instansiyası qeyd etmişdir ki, Maraqlı şəxs borc pula görə obyektlərin girov verilməsi məsələsi işəbaxan məhkəmələrdə dəfələrlə müzakirə predmeti olmuş və həmin fakt məhkəmə qərarları ilə öz təsdiqini tapmamışdır. Hətta iş üzrə Ali Məhkəmənin 2016-cı il 1 iyun tarixli qərarında qeyd edilmişdirki, tərəflərin hüquq və öhdəlikləri onlar arasında bağlanmış 2006-cı il 3 aprel tarixli podrat müqaviləsindən irəli gəlmişdir. Həmin müqavilənin 5.3 və 5.4-cü bəndləri şikayətdə göstərildiyindən fərqli məzmundadır və orada tərəflərin hər hansı girov hüquq və öhdəliklərinə dair şərtlər nəzərdə tutulmamışdır.

68. Bakı şəhəri Səbail Rayon Məhkəməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən 06 avqust 2021-ci il tarixli qətnaməsində müəyyən etmişdir ki, (təyin etdiyi ekspertiza rəyi əsasında) İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 6 ədəd xx.xx.2005-ci il 11 №li, xx.xx.2005-ci il 12 №li, xx.xx.2006-cı il tarixli 19 №li, xx.xx.2006cı il tarixli 21 №li, xx.xx.2006-cı il tarixli 22 №livə xx.xx.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən C korpusu 1,4,6,8,K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 180,6 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 142,56 kv.m hündürlüyü 3 m. təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə (naturadasərhəd boyu) ölçüləri ilə eyni deyildir, sahə üzrə 38,04 kv.m və hündürlük üzrə 2 m az, E korpusu 21,23,24,25,27,4-Q, P-N,M-K oxları arasında hündürlüyü 5 metr sahəsi 175 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 168,7 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 83,12 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə vəhazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 91,88 kv.m və hündürlük üzrə 2 m az, C korpusu K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 59,4 kv.m, hündürlüyü 2,8m və faktiki olaraq 59,4 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 39,6 kv.m və hündürlük üzrə 2m az, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 61,2 kv.m, hündürlüyü 2,8 metr və faktiki olaraq 52,48 kv.m, hündürlüyü 3 metr təşkil edir və layihədə nəzərdətutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 8,72 kv.m və hündürlük üzrə 2 m az, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 99 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 59,4 kv.m, hündürlüyü 2,8 m və faktiki olaraq 50,84 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir,sahə üzrə 48,16 kv.m və hündürlün üzrə 2 m az, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında hündürlüyü 5 metr sahəsi 194 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 99,5 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 179,8 kv.m hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 14,2 kv.m və hündürlük 2 m azdır. Faktiki inşa olunmuş qeyriyaşayış sahələrini texniki cəhətdən, müqavilələrdə göstərilən ölçülərə uyğunlaşdırılması və uyğunsuzluğu texniki üsulla aradan qaldırmaq mümkün deyildir; "xxxx" QSC ilə Cavabdeh MMC arasındabağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli “Ticarət Mərkəzi”nin 1-ci mərtəbəsində yerləşənE korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 85,5 kv.m, hündürlüyü 2,8 m və faktiki olaraq 70,8 kv.m hündürlüyü3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 14,7 kv.m az və hündürlük üzrə 0,2 m artıq, E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m göstərilsə də həmin sahə layihəyə görə 82,7 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 68,8 kv.m hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 13,9 kv.m az və hündürlük üzrə 0,2 m artıqdır. Faktiki inşa olunmuş qeyri-yaşayış sahələrini texniki cəhətdən, müqavilələrdə göstərilən ölçülərə uyğunlaşdırılması və uyğunsuzluğu texniki üsulla aradanqaldırmaq mümkün deyildir. Cavabdehlər arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçüləri Maraqlı şəxs təhvil verilmiş qeyri-yaşayış sahələrinin ölçüləri ilə eynilik təşkil etmir və Maraqlı şəxsiçə təvil verilmiş qeyri-yaşayış sahələrinin ölçülərini texniki cəhətdən cavabdehlər arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinə uyğunlaşdırılması mümkün deyildir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli texniki şərtlərə, su təchizatı ilə təmin edilməsi üçün "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə və qaz təchizatı ilə təmin olunması üçün “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli razılığa əsasən, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş və Binəqədi rayon İcravə probasiya şöbəsinin xx.xx.2014-cü il tarixli aktı ilə Maraqlı şəxs təhvil verilmiş ikimərtəbəli ticarət mərkəzinin qeyri-yaşayış sahələrində qapı və pəncərə quraşdırılmış, elektrik, qaz, su və s. xətlər çəkilməklə, tamamlama işləri aparılmış, ona təhvil verilmiş ikimərtəbəli ticarət mərkəzindəki qeyri-yaşayış sahələrinin bir hissəsi hal-hazırda müxtəlif şəxslər tərəfindən müxtəlif təyinat üzrə istifadə olunur.

69. Göründüyü kimi, mübahisəsi gedən qeyri-yaşayış sahələrinin Maraqlı şəxs satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktları ilə qiymət verilmiş, İddiaçı irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

70. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi həmin tələbin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

71. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

72. İkinci iş üzrə yuxarıda əks etdirdiyi qənaətinə uyğun olaraq kollegiya, birinci iş üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür və İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” tələbinin əsassız olduğunu vurğulayır.

73. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, iddia ərizələrinin verilməsi üçün İddiaçı ödədiyi Dövlət rüsumlarının məbləğləri onun özünə aid olunmalı, Maraqlı şəxs iddia ərizəsi və apellyasiya şikayətləri üçün ödədiyi rüsum məbləğləri isə ondan və Cavabdeh MMC-dən müştərək qaydada alınaraq Maraqlı şəxs ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

74. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4821/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti tam, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4821/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnamələri ləğv edilməklə bir icraatda birləşdirilmiş mülki işlər üzrə yeni qətnamə qəbul olunsun (Maraqlı şəxs İddiaçı, Cavabdeh MMC-yə və X10 qarşı “qeyri-yaşayış sahələrinin layihəyə uyğun inşa edilmədiyi faktının təsdiq olunması, həmin əraziyə müdaxilələr edilməklə tikililərin sökülməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması” barədə qarşılıqlı iddia tələblərinin müvafiq qərardadla baxılmamış saxlanıldığı nəzərə alınmaqla). İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması”, habelə Maraqlı şəxs və Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbləri təmin edilməsin. İddiaçı iddia ərizələrinin verilməsi üçün ödənilmiş Dövlət rüsumlarının məbləğləri onun özünə aid edilsin; qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödədiyi Dövlət rüsumlarının əvəzi qismində 56 (əlli altı) manat İddiaçı və Cavabdeh MMC-dən müştərək qaydada alınaraq Maraqlı şəxs ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar