Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3600/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı istifadə edilməyən əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-27/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən istifadə edilməmiş əmək məzuniyyətlərinin kompensasiyası kimi 2066,50 (iki min altmış altı manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 146 gün üçün ona istifadə edilməmiş məzuniyyətə görə 2172,89 manat kompensasiyanın və kompensasiyanın gecikdirilməsinə görə 33366,7 manat məbləğində ödənc edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011- xx.xx.2017-ci il dövr ərzində Cavabdeh ASC-də sürücü vəzifəsində işləmişdir. İşəgötürən tərəfindən onun əmək kartına hər ay 500 manat məbləğində vəsait əmək haqqı kimi köçürülmüşdür. İşlədiyi vəzifə fəhlə heyətinə aid edildiyi üçün ona hər iş ilinə görə əsas məzuniyyəti 27 gün müəyyən edilmişdir. İşlədiyi dövr ərzində ona bir dəfə (2016-cı ilin aprel ayında) 27 gün meddətinə əmək məzuniyyəti verilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə onun öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi zaman ona son haqq-hesab kimi cəmi 800 manat vəsait ödənilmişdir. Belə ki, Cavabdeh ASC 146 gün üçün iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə 2172,89 manat kompensasiya və kompensasiyanın gecikdirilməsinə görə 33366,7 manat məbləğində ödənc verilməlidir. Cavabdeh ASC tərəfindən 2011-2012-ci iş ilinə görə 27 gün 443 manat (2310 gün gecikdirməyə görə 1%-10233,3 manat), 2012-2013-cü iş ilinə görə 27 gün 443 manat (1945 gün gecikdirməyə görə 1%-8616,35 manat), 2013-2014-cü iş ilinə görə 27 gün 443 manat (1580 gün gecikdirməyə görə 1%-6999,4 manat), 2014-2015-ci iş ilinə görə 27 gün 443 manat (1215 gün gecikdirməyə görə 1%-5369,1 manat), 2016- 2017-ci iş ilinə görə 27 gün 443 manat (485 gün gecikdirməyə görə 1%-2148,55 manat), 2017-xx.xx.2017-ci il tarixinədək 4 gün (bu dövr yalnız əsas məzuniyyət hesablanıb)- 65,76 manat (120 gün gecikdirməyə görə 1%-7,89 manat) məbləğində pul vəsaiti ödənilməli idi. xx.xx.2017-ci il tarixdə mövcud problemlə bağlı iddiaçı Cavabdeh ASC-yə yazılı müraciət etmiş, müraciətinə xx.xx.2018-ci il tarixli 01-VŞ/17 saylı məktubla ona cavab verilmişdir. Həmin cavab iddiaçının qane etmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edərək, iş üzrə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının pozuntularına yol verilməklə həmin ödənişlər məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmışdır. Bu səbəbdən də məhkəmə işəgötürən tərəfindən məzuniyyət vaxtı üçün ödənişin az ödənildiyini və həmin vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu müəyyən etmişdir. Halbuki tərəfimizdən işçinin son-haqq hesabı, o cümlədən istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənişlər qanunvericiliyin tələblərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı və 143-cü maddələrinə uyğun olaraq, hesablanaraq ödənilmişdir və bununla bağlı tərəfimizdən məhkəməyə arayışlar təqdim olunmuşdur. Həmçinin, məhkəmənin hesablaması zamanı iddia müddəti faktoru nəzərə alınmamışdır. Məhkəmənin həmin formada hesablama apara biləcəyini təxmin etmədiyimizdən tərəfimizdən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir. Lakin əvvəlki illərə görə hesablama aparılırsa, onda işçinin əmək müqaviləsinə xitam verildiyi vaxtdan 1 (bir) il əvvələ münasibətdə AR Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq iddia müddəti tətbiq olunmalı və hesablama son müddət üzrə hesablanmalıdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı, cavabdehin və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 səlahiyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh ASC-nin apellyasiya şikayətinə münasibətdə, iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator qətnaməni iddianı təmin olunmuş hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İşdə olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu ASC-yə yük avtomobilləri sexinə xx.xx.2011-ci ildə sürücü vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 207 manat müəyyən edilmiş, hər il üçün əmək məzuniyyəti 27 gün (21 əsas+6 əlavə) müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli 07/37-m saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi müddət üçün 26 (21+6-1) təqvim günü (staja görə) xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixi daxil olmaqla əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2017-ci il tarixli 07/96-irş saylı əmrindən görünür ki, İddiaçı ilə ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmişdir və məzuniyyətinin istifadə olunmamış dövrü 112 (2012/2017-105, 2017-7) təqvim günü miqdarında ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunan istifadə olunan və olunmayan əmək məzuniyyətləri barəsində cədvəldən görünür ki, İddiaçı ASC-də işlədiyi dövr ərzində 112 təqvim günü istifadə etmədiyi məzuniyyət günləri vardır İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ASC-də işlədiyi dövr ərzində, yəni xx.xx.2012-ci il tarixdə 533 manat, xx.xx.2012-ci il tarixdə 140 manat, 369 manat, xx.xx.2012-ci il tarixdə 80 manat, xx.xx.2012-ci il tarixdə 483,80 manat, xx.xx.2013-cü il tarixdə 135 manat, xx.xx.2013-cü il tarixdə 483,80 manat, xx.xx.2013- cü il tarixdə 250 manat, 229,60 manat, xx.xx.2013-cü il tarixdə 270 manat, xx.xx.2013- cü il tarixdə 467,40 manat, xx.xx.2013-cü il tarixdə 475,60 manat, xx.xx.2013-cü il tarixdə 474,78 manat, xx.xx.2013-cü il tarixdə 20 manat, 459,20 manat, xx.xx.2013-cü il tarixdə 10 manat, xx.xx.2013-cü il tarixdə 494,10 manat, xx.xx.2013-cü il tarixdə 100 manat, 401,10 manat, xx.xx.2013-cü il tarixdə 75 manat, xx.xx.2013-cü il tarixdə 150manat, 388,80 manat, xx.xx.2013-cü il tarixdə 75 manat, xx.xx.2013-cü il tarixdə 30 manat, xx.xx.2013-cü il tarixdə 421,20 manat, 150 manat, xx.xx.2013-cü il tarixdə 75 manat, xx.xx.2013-cü il tarixdə 250,26 manat, xx.xx.2013-cü il tarixdə 150 manat, xx.xx.2013-cü il tarixdə 75 manat, xx.xx.2013-cü il tarixdə 567 manat, xx.xx.2014-cü il tarixdə 567 manat, xx.xx.2014-cü il tarixdə 75 manat, xx.xx.2014-cü il tarixdə 263,25 manat, xx.xx.2014-cü il tarixdə 263,25 manat, xx.xx.2014-cü il tarixdə 526,50 manat, xx.xx.2014-cü il tarixdə 115 manat, xx.xx.2014-cü il tarixdə 542,70 manat, xx.xx.2014- cü il tarixdə 518,40 manat, xx.xx.2014-cü il tarixdə 502,20 manat, xx.xx.2014-cü il tarixdə 522,45 manat, xx.xx.2014-cü il tarixdə 502,20 manat, xx.xx.2014-cü il tarixdə 60 manat, xx.xx.2014-cü il tarixdə 523,50 manat, xx.xx.2014-cü il tarixdə 534,60 manat, xx.xx.2014-cü il tarixdə 530,55 manat, xx.xx.2014-cü il tarixdə 543,95 manat, xx.xx.2015-ci il tarixdə 212,73 manat, 315 manat, xx.xx.2015-ci il tarixdə 187,27 manat, 345 manat, xx.xx.2015-ci il tarixdə 40 manat, 486 manat, xx.xx.2015-ci il tarixdə 165 manat, 93,63 manat, xx.xx.2015-ci il tarixdə 93,64 manat, 165 manat, xx.xx.2015-ci il tarixdə 220,12 manat, xx.xx.2015-ci il tarixdə 375 manat, xx.xx.2015-ci il tarixdə 187,27 manat, 360 manat, xx.xx.2015-ci il tarixdə 187,27 manat, 330 manat, xx.xx.2015-ci il tarixdə 18,50 manat, xx.xx.2015-ci il tarixdə 265,14 manat, 150 manat, xx.xx.2015-ci il tarixdə 187,27 manat, 340 manat, xx.xx.2015-ci il tarixdə 325 manat, 187,27 manat, xx.xx.2016-cı il tarixdə 187,27 manat, 255 manat, xx.xx.2016-cı il tarixdə 187,27 manat, xx.xx.2016-cı il tarixdə 330 manat, xx.xx.2016-cı il tarixdə 238,83 manat, xx.xx.2016-cı il tarixdə 180 manat, xx.xx.2016-cı il tarixdə 186,71 manat, xx.xx.2016-cı il tarixdə 125 manat, xx.xx.2016-cı il tarixdə 186,71 manat, xx.xx.2016-cı il tarixdə 175 manat, xx.xx.2016-cı il tarixdə 186,71 manat, 30 manat, xx.xx.2016-cı il tarixdə 230,65 manat, xx.xx.2016-cı il tarixdə 138,31 manat, xx.xx.2016-cı il tarixdə 125 manat, xx.xx.2016-cı il tarixdə 186,71 manat, xx.xx.2016-cı il tarixdə 275 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, 186,71 manat, xx.xx.2016-cı il tarixdə 186,71 manat, 350 manat, xx.xx.2016-cı il tarixdə 350 manat, 350 manat, 186,71 manat, 186,71 manat, xx.xx.2017-ci il tarixdə 186,71 manat, xx.xx.2017-ci il tarixdə 350 manat, xx.xx.2017-ci il tarixdə 187,50 manat, 186,71 manat, xx.xx.2017-ci il tarixdə 187,50 manat, 189,37, xx.xx.2017-ci il tarixdə 350 manat, 189,37 manat, xx.xx.2017-ci il tarixdə 325 manat, xx.xx.2017-ci il tarixdə 189,37, xx.xx.2017-ci il tarixdə 350 manat, xx.xx.2017-ci il tarixdə 189,37 manat, xx.xx.2017-ci il tarixdə 350 manat, xx.xx.2017-ci il tarixdə 189,37 manat, xx.xx.2017-ci il tarixdə 350 manat, xx.xx.2017-ci il tarixdə 350, 189,37 manat, xx.xx.2017-ci il tarixdə 185,37 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 189,37 manat, xx.xx.2017-ci il tarixdə 275 manat, xx.xx.2017-ci il tarixdə 162,64 manat, 275 manat, xx.xx.2017-ci il tarixdə 804,30 manat, xx.xx.2017-ci il tarixdə 370 manat, 215,96 manat, 20 manat əmək haqqı ödənişi almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 6771 saylı ekspertiza rəyinin surətindən görünür ki, “xxxx” ASC-nin çıxarışında göstərilən əmək haqqı məbləğinin istifadə olunmamış (xx.xx.2012-xx.xx.2017-ci il tarixədək olan dövr) məzuniyyətlərə görə hesablanmalı olması nəzərə alındıqda Cavabdeh ASC tərəfindən İddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətləri üzrə hesablanmış və ödənilmiş 804,30 manat məbləğinin düzgünlüyü müəyyən olunmur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 9/2699 saylı ekspertiza rəyinin surətindən görünür ki, “xxxx” ASC-nin çıxarışında göstərilən əmək haqqı məbləğinin istifadə olunmamış (xx.xx.2012-xx.xx.2017-ci il tarixədək olan dövr) məzuniyyətlərə görə hesablanmalı olması nəzərə alındıqda Cavabdeh ASC tərəfindən İddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətləri üzrə hesablanmış və ödənilmiş 804,30 manat məbləğinin düzgünlüyü müəyyən olunmur İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, iddiaçı Cavabdeh ASC-nin Avtomobil Nəqliyyatı və Xüsusi Təyinatlı Maşınların Mexaniki İstismarı İdarəsinin Yük Avtomobilləri sexinə 5-ci dərəcəli sürücü peşəsinə işə qəbul olunmuşdur. İddiaçı öz xahişi ilə xx.xx.2017- ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin xx.xx.2017-ci il tarixli 07/96-irş əmrinə əsasən, iddiaçının xahişi ilə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən iddiaçıya 804,30 manat məbləğində pul vəsaiti son haqq hesab olaraq ödənilmişdir. İddiaçı hazırda ona ödənilmiş son haqq hesabın məbləği ilə razı olmayaraq, işlədiyi 2011-2017-ci illər ərzində istifadə olunmamış məzuniyyət günlərinə görə ona 2172,89 manat ödənilməli olmasını iddia etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəllənin 144-cü maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına- 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Göründüyü kimi, iddiaçıya ödənilmiş aylıq əmək haqqının və əlavələrin məbləğləri xx.xx.2012-ci ildən sonra müəyyən edilir. Bu səbəbdən iddiaçıya cavabdeh ASC-də işlədiyi 2011-2017-ci illər ərzində istifadə olunmamış əmək məzuniyyətlərinə görə ödənilməli pul vəsaitinin məbləği hesablanmalıdır. Belə ki, iş materialları ilə iddiaçıya ödənilmiş aylıq əmək haqqının və əlavələrin məbləğləri xx.xx.2012-ci ildən sonra müəyyən edilir. Odur ki, məhkəmə iddiaçının işə götürüldüyü xx.xx.2011-ci il tarixdən 2012-ci ilin oktyabr ayınadək aylıq əmək haqqının əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada 207 manat olmasını, sonrakı işlədiyi dövr üçün hesabdan çıxarışa əsasən ödənilən əmək haqqının məbləğlərini, yəni bütün növ ödəmələri nəzərə almalıdır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, iddiaçıya istifadə etmədiyi əmək məzuniyyətlərinə görə: xx.xx.2011-xx.xx.2011 dövr üçün ((207:30x24)+(207+207+207+207+207)):6:30,4x21=138,22; xx.xx.2012-xx.xx.2012 dövr üçün ((207x9)+(533+140+369+80+483,80)):12:30,4x21=199,68; xx.xx.2013-xx.xx.2013 dövr üçün (135+483,80+250+229,60+270+467,40+475,60+474,78+20+459,20+10+494,10+100+ +401,10+75+150+388,80+75+30+421,20+150+75+250,26+150+75+567):12:30,4x21=384 ,41 xx.xx.2014-xx.xx.2014 dövr üçün (567+75+263,25+263,25+526,50+115+542,70+518,40+502,20+522,45+502,20+60+ 523,50+534,60+530,55+543,95):12:30,4x21=379,39 xx.xx.2015-xx.xx.2015 dövr üçün (212,73+315+187,27+345+40+486+165+93,63+93,64+165+220,12+375+187,27+360+ +187,27+330+18,50+265,14+150+187,27+340+325+187,27):12:30,4x21=301,42 xx.xx.2016xx.xx.2016 dövr üçün (187,27+255+187,27+330+238,83+180+186,71+125+186,71+175+186,71+30+230,65++1 38,31+125+186,71+275+200+186,71+186,71+350+350+350+186,71+186,71):12: 30,4x21=300,55 xx.xx.2017-xx.xx.2017 dövr üçün (186,71+350+187,50+186,71+187,50+189,37+350+189,37+325+189,37+350+189,37+ 350+189,37+350+350+189,37+185,37+300+189,37+275+162,64+275+370+215,96+ +20):12:30,4x21=362,83 və cəmi 2066,50 manat pul vəsaiti ödənilməli idi. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları nəticəsində cavabdeh tərəfindən iddiaçıya cəmi 804,30 manat məbləğində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilmiş kompensasiyanın düzgün hesablanmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, iddianı qeyd edilən hissədə qismən təmin etməklə, cavabdehdən iddiaçının xeyrinə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə, ödənilməmiş 2066,50 manat məbləğində pul kompensasiyasını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində, Cavabdeh ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3600/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3600/2021
15.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver