Məhkəmə qərarları › İş №2(103)-3602/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3602/2023

14.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3602/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)-260/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sonuncunun Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X4 mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2018-ci il tarixindən sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə bağlanmışdır. Daha sonra tərəflər arasında bağlanmış əlavələrlə əmək müqaviləsinin müddəti uzadılmış və müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı ilə bağlanan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 01 may 2002-ci il tarixli 22 saylı əmri ilə aparatın sosial iqtisadi məsələlər şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilərək 29 avqust 2003-cü il tarixli 63 b nömrəli əmrlə kiçik dövlət qulluqçusu, 01 oktyabr 2004-cu il tarixli 72 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 31 may 2012-ci il Nəqliyyat Nazirliyinin X7ı Xidmətinə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 25 fevral 2015-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyi əsası ilə dövlət qulluğuna xitam verilmişdir. Daha sonra idarənin 03 aprel 2015-ci il tarixli əmri ilə işdən çıxma əmri 10 mart 2015-ci il tarixinə dəyişdirilmişdir. İşdən azad edildikdən sonra işsiz qalmamaq üçün başqa işə girsə də məhkəmədə işə bərpa tələbinə dair iddia qaldırmışdır. Şəki İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(84)368/2016 saylı 31 may 2016-cı il tarixli qərarı ilə cavabdehin 25 fevral 2015-ci il tarixli və 3 aprel 2015-ci il tarixli əmrləri ləğv edilmiş, o, həmin vəzifəyə bərpa olunmuşdur. X5 İnzibatı Kollegiyasının 06 sentyabr 2016-cı il qərarı ilə cavabdehin apeliyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyin X7ı Xidmətinin kassasiya şikayəti təmin edilməmişdir. 13 noyabr 2017-ci il tarixli 31 saylı əmrlə 31/K saylı əmrlə tutduğu məsləhətçi vəzifəsi ixtisar edildiyindən razılığı ilə mütəxəsis vəzifəsinə təyin edilmişdir. Sonradan 15 saylı Mingəçevir Nəqliyyat MMC ləğv edildiyindən bütün işçilərlə bərabər o da 20 noyabr 2018-ci il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7ı Xidməti "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi X4 mütəxəsis vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt məhkəmə qərarının icrası ilə əlaqədar X7ı Xidmətinə müraciət etmişdir və xidmətdən 22 noyabr 2018-ci il tarixdə M /21 (X)/Ə saylı məktubla cavab verilmişdir ki, məhkəmə qərarının işə bərpa edilmə hissəsi icra edilmişdir. “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İşə götürən onu işdən azad edərkən hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitmişdir. Əvvəla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur ki, o, işə bərpa olunanadək daimi əsaslarla işləmişdir, digər tərəfdən yerinə yetirilən əmək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmçinin o, həmin vəzifədə 5 ildən artıq işləmişdir. Bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur. O, həmin idarədə 9 ildən artıq müddətdir ki, fasiləsiz çalışır.

4. Cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (məhkəmə tərəfindən əvvəlki cavabdehlə əvəz edilmişdir) iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində 2018-ci ilin 20 noyabr tarixindən 25 aprel 2022-ci il tarixinədək Cəmiyyətin Mingəçevir regional bölməsinin mütəxəssis vəzifəsində işlədiyini xx.xx.2022-ci il tarixində onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli müqavilənin müddətsiz hesab edildiyini, eləcə də həmin məcəllənin 45.4. 45.5 və 47-ci maddələrini əsas gətirməklə işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, "xxxx" MMC-nin X1 şöbəsinin X4 mütəxəssis vəzifəsinə ərizəsi əsasında xx.xx.2018-ci il tarixində 3 ay müddətinə işə qəbul edilmiş və iddiaçı ilə xx.xx.2022-ci il tarixinədək müddətli müqavilələr bağlanılaraq sonuncu tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" bəndinə əsasən Cəmiyyətin 68-Ş/h əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək X7ı xidmətinin məsləhətçi vəzifəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək X7ı Xidmətinin 15 saylı Mingəçevir Regional MMCdə mütəxəssis vəzifəsində çalışmışdır. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixinədək "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin deyil X7ı Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəbdən də İddiaçı iddiasında qeyd etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçının razılığı ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə 25 aprel 2022-ci il tarixli 68-Ş/h nömrəli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edimişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 25 aprel 2022-ci il tarixli əmr ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır,əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 47-ci maddəsinin əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi, tərəflər müddətli əmək müqaviləsinin bağlanıbbağlanmamasında sərbəstdilər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdeh işəgötürən də əmək müqaviləsini, o cümlədən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, tərəflərdən hər biri, o cümlədən işəgötürən də müddətli müqavilənin bağlanmasına məcbur ediləcəyi təqdirdə bu qanunvericilikdə qeyd edilmiş hüquq bərabərliyi prinsipinin və müqavilələri sərbəst şəkildə bağlamağa dair tələbin kobud pozulması kimi qəbul edilər. Bundan əlavə, onu da xüsusilə qeyd etmək istərdi ki, iddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 05 ay 05 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Göründüyü kimi, işəgötürən də həmin müqavilənin son iş günü qurtardıqdan sonra, qanunvericiliyin qeyd etdiyi kimi bir həftə ərzində müqaviləyə xitam vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.

5. Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yazılı etirazla, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə İddiaçı iddia ərizəsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-260/2023 saylı iş üzrə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxs cavabdeh qismində elektron məhkəmə sistemində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş etirazda qeyd edilən xüsusatlarla razı olmaqla əlavə olaraq aşağıdakıları qeyd edə bilər. İ. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs X7 Xidmətinin, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi deyil. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” ... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. O, məhkəməyə 29 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, "xxxx" MMC-nin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndi ilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmiş, bundan sonra o “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesinin başlanması ilə bağlı qarşı işəgötürənə 26 aprel 2022-ci il tarixdə təklif göndərmiş, 16 may 2022-ci il tarixdə təklifinə razılıq verilmədiyindən mediasiya şurasına mediator təyin edilməsi məqsədi ilə müraciət etmiş, 20 iyun 2022-ci il tarixdə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfə mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərdiyi 26 aprel 2022-ci il tarixdən iddia müddətinin axımı dayanmış, tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən iddiaçıya arayış verildiyi 20 iyun 2022-ci il tarixdən isə iddia müddətinin axımı bərpa edilmişdir. İddiaçı bundan 39 gün sonra 29 iyul 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə Qanunverici tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün göstərilmiş 1 təqvim ayı müddətinə riayət etməmiş, həmin müddəti 9 gün ötürmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 mart 2023-cü il tarixli, 2(001)-260/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. A 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

13. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7ı Xidmətinin tabeliyində “Nəqliyyat- Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” ... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

21. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

22. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

23. İş materiallarından isə görünür ki, iddiaçı beş ildən artıq həmin vəzifədə işləməsi ilə əlaqədar olaraq onunla bağlanmış müqavilənin müddətsiz hesab olunmasını tələb edir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı ilə bağlanan əmək müqaviləsinə edilmiş əlavələrdən isə görünür ki, onunla müxtəlif illərdə (1 ay, 1 ay, 3 ay) müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olaraq müddətsiz hesab edilə bilməz. Eyni zamanda iddiaçının əvvəllər işləməsi şəxsi işində olan sənədlərə əsasən işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, lakin onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 05 ay 05 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Göründüyü kimi, işəgötürən də həmin müqavilənin son iş günü qurtardıqdan sonra, qanunvericiliyin qeyd etdiyi kimi bir həftə ərzində müqaviləyə xitam vermişdir.

24. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mediasiya təşkilatına 2022-ci ilin may ayının 16-da müraciət etmiş və müvafiq arayışı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. İş materiallarında olan poçt zərfindən isə göründüyü kimi iddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərmiş, lakin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddət ötürülməmiş hesab olunmalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikaytinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 260/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar