Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3608/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Vahid Nəriman oğlu Sadıqovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1inə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin vəkili olduğu qeyd edilən Roman Qaraşov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1inə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən Cavabdeh1inin vəkili olduğu qeyd edilən Roman Qaraşov tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa,... birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, apellyasiya şikayətinə onu imzalamış şəxsin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1inə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin vəkili olduğu qeyd edilən Roman Qaraşov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş, apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3608/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3608/2022
13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver