Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3609/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1 Şücahət oğlu və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş ünvan 1al rayonu, Ələsgər Ələkbərov küməsi 565-ci məhəllə, ev 5, mənzil ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi və X5, Cavabdeh3 və Cavabdeh1 əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün AR MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsi və bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m, yaşayış sahəsi 39,3 kv.m, yardımçı sahəsi 15,4 kv.m olan 2 ortatqlı mənzil xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********23-05101-093026 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona, yəni İddiaçı məxsus olmuşdur. Cavabdeh1 onun bibisi oğludur və onunla münasibətləri çox yaxın olmuşdur. Belə ki, Fəxrəddini onun anası saxlamış, bir evdə yaşamış və qardaş kimi böyümüşlər. Qeyd ki, Cavabdeh1 hal-hazıradək onun anasına məxsus evdə qeydiyyatdadır. 2018- ci ildə bibisi oğlu Cavabdeh1 ona müraciət edərək borcu olduğunu, borcunu qaytarmadığı üçün borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirərək, borclu olduğu şəxslərə borcunun müqabilində girov kimi hər hansı bir daşınmaz əmlak qoymalı olduğunu ona bildirmiş və ondan kömək istəmişdir. Qeyd edir ki, bibisi oğlu Cavabdeh1 ilə birlikdə böyümüş və qardaş kimi olmuşlar. Onu yaxşı maddi imkana malik şəxs kimi tanımış və heç vaxt maddi problemlərinin olduğunu bilməmişdir. Bu səbəbdən onun düşdüyü vəziyyətə ürəyi ağrımış və ona kömək etmək üçün nə lazım olduğunu soruşmuşdur. Cavanşir ondan xahiş etmişdir ki, ünvan 4 ünvanında yerləşən evini həmin şəxslərə notarial müqavilə əsasında girov qoysun və ona 2-3 ay möhlət qazandırsın. Cavabdeh1 ona bildirmişdir ki, bu ölüm qalım məsələsidir. Əgər girov qoymasa onu öldürə bilərlər. O, Fəxrəddinlə razılaşmış və evini onun borcuna görə girov qoyacağını söz vermişdir. xx.xx.2018-ci il tarixdə o, Bakı şəhəri 53 saylı Notarial Ofisinə getmişdir. O, Cavabdeh1 kimə borclu olduğunu bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki, bu girov müqaviləsi müvəqqətidir, heç kimə onun evi lazım deyil, sadəcə olaraq qısa müddətdə pul tapıb borcunu ödəyəcək və onun evini girovdan azad edəcək. O, Fəxrəddinə inandığı üçün qəti onun dediyi sözə şübhə ilə yanaşmamışdır. xx.xx.2018-ci il tarixdə notariat ofisində əvvəllər tanımadığı Fəxrəddinin borclu olduğu adam Cavabdeh2 nümayəndəsi kimi Cavabdeh3 görmüşdür. O, özü şəxsən Cavabdeh2 tanımamış və onun adını Cavabdeh1 öyrənmişdir. Fəxrəddin ona bildirmişdir ki, onun borclu olduğu adam Cavabdeh2dur. Girov müqaviləsi Cavabdeh2 ilə bağlanmalıdır. Cavabdeh3 notariat ofisində ona bildirmişdir ki, o Cavabdeh2 nümayəndəsidir və müqavilə bağlanmasında o Farizin adından iştirak edəcəkdir. O, notariusda girov müqaviləsi bağlamağa razılaşdığını və müqaviləyə qol çəkməyə hazır olduğunu demişdir. Lakin notariat kontorunda məlum olmuşdur ki, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Bu halda o, dərhal alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və notariat kontorundan çıxmışdır. Bu zaman Fəxrəddin arxasınca çıxmış və ona yalvarıb xahiş etmişdir ki, alqı-satqı formal olaraq bağlanır, evi onun əlindən heç kim ala bilməz və qısa müddətə Cavabdeh2 olan borcunu verib müqaviləni ləğv etdirəcək. Fəxərddinin pis vəziyyətdə olduğunu başa düşmüş və yalvarışlarına görə ona demişdir ki, nə müqavilə olsa qol çəkəcək. Həmin gün Cavabdeh2 ilə onun arasında AN-İ № ******* saylı, 4Ə-318 reyester nömrəli 06 aprel 2018-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Ona məxsus evin dəyəri 60.000 manat yazılmış və o, müqaviləyə qol çəksə də, alqı-satqıya görə ona bir manat da pul çatmamışdır. Alqı-satqı müqaviləsinə görə ödənilmiş 60.000 manat pulu Cavabdeh2 nümayəndəsi götürmuş və onlar sağollaşıb ayrılmışlar. O, qarşı tərəfdən evə görə heç bir ödəniş tələb etməmiş və ona heç bir ödəniş edilməmişdir. O, Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh3 heç vaxt tanımamış və heç vaxt həmin şəxslərlə evinin satılması ilə bağllı danışıq aparmamış və həmin şəxslərə evini satmamışdır. Cavabdeh2 və Cavabdeh3 adlı şəxslərlə onunla arasında heç vaxt telefon danışığı olmamış, o, həmin şəxslərin telefonlarını da bilməmişdir. Bu hadisədən bir müddət sonra Cavabdeh1 ilə əlaqə saxlayaraq pulu nə vaxt ödəyəcəyini və evinə görə bağlanmış alqı-satqı müqaviləsini nə vaxt ləğv edəcəyini soruşmuşdur. Ona demişdir ki, həmin şəxslərin pulunun böyük qismini ödəyib və ondan narahat olmamağını, alqı-satqının formal olduğunu və tezliklə bu məsələni həll edəcəyini, həmin şəxslərin onun evində gözləri olmadığını bildirmişdir. Cavabdeh1 inanmışdır. Sonralar Cavabdeh1 ilə əlaqə saxladıqda o, eyni bəhanələrlə onu aldatmağa və yola verməyə başlamışdır. Bundan sonra isə telefonlarını söndürməyə və ondan qaçmağa başlamışdır. Alqı-satqıdan təxminən 1 il sonra Cavabdeh2 ona və həyat yoldaşı X13 qarşı evdən çıxarılmağı ilə bağlı ünvan 1al Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, dərhal Cavabdeh1 ilə görüşüb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə Cavabdeh2 ona qarşı mənzildən çıxarılma ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Cavabdeh1 ona narahat olmamağı və məhkəmə məsələsini ona həvalə etməyini və Cavabdeh2 pulunu ödəyəcəyini və məhkəmə işini həll edəcəyini bildirmişdir. O, növbəti dəfə Cavabdeh1 inanmışdır. Onun deməsinə görə Fəxrəddinin qaynanası X6 rəfiqəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X8 etibmamə vermişdir ki, onu məhkəmələrdə təmsil etsin. X14 ona bildirdi ki, heç bir məhkəmə prosessinə gəlməsin və bütün məsələləri o özü həll edəcək. Qeyd etmişdir ki, o, heç vaxt X8 vəkil kimi ona xidmət göstərməsi üçün pul ödəməmiş və onun məhkəmədə onu hansı qaydada təmsil etməsindən yazdığı etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətindən, verdiyi iddia ərizələrinin məzmunundan məlumatı olmamışdır. Belə ki, X8 zəng edərəkən onun telefonlarına cavab vermir, cavab verdikdə isə ona bildirmişdir ki, heç bir məsələyə qarışmasın. O özü Fəxrəddinlə danışıb həll edəcək. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2659/2019 saylı qətnaməsi ilə Cavabdeh2 iddia ərizəsi təmin edilərək, onunla, həyat yoldaşı X11 ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaqları qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 12454/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12454/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 281/2021 saylı qərarı ilə təmin edilməmişdir. O, mülki iş üzrə məhkəmə baxışı davam edərkən heç bir qətnaməni oxumamış, sonradan mülki işlə bağlı qətnamələrə baxarkən məlum olmuşdur ki, Sima Yaqubova 1-ci instansiya məhkəməsində çıxışında, apellyasiya və kassasiya şikayətlərində alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də Cavabdeh1 özünün yox guya Fəxrəddinin anası, bibisi X1 Cavabdeh2 30.000 manat pulu faizə götürdüyünü qeyd etmişdir. X27 qeyd etdiklərinin bir qismi həqiqətə uyğun olmamışdır. Belə ki, həqiqətən də ona məxsus ev digər bir əqdi Cavabdeh2 ilə Cavabdeh1 arasında olan borc məsələsinin pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Əslində ilə Cavabdeh1 onu aldadaraq öz borcuna görə ona məxsus evi Cavabdeh2 adına alqı-satqı edilməsinə razı salmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adma Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarış verilmişdir. Bildirmişdir ki, ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 125.000 manat, likvid dəyəri isə 120.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə ƏEM/N 105-764/21 saylı hesabatda ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri və likvid dəyəri qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə ƏEM/N 105-764/21 saylı hesabatdan aydın olmuşdur ki, alqı-satqı müqaviləsi zamanı mənzilin dəyəri 2 dəfə azaldılmışdır və bu bir daha alqı-satqı müqavilələrinin etibarsızlığını sübut edən hallardan biridir. Mənzilin bazar dəyəri 120000 manat olsa da, alqı-satqı müqaviləsindən əqdin dəyəri 60000 manat qeyd olunub və bu fakt müqavilənin formal olaraq bağlandığını təsdiqləyir. O və xüsusilə həyat yoldaşı bu müqaviləni imzalamağa tərəddüd etsələr, Cavabdeh1 pis vəziyyətdə olduğunu və onun həmişə maddi imkanın yaxşı olduğunu, onun tezliklə borcunu ödəyəcəyinə və alqı-satqı müqaviləsinin formal olduğuna və tezliklə müqavilənin Fəxrəddin tərəfindən ləğv ediləcəyinə inandıqları üçün müqaviləyə qol çəkmiş və həyat yoldaşı evin satılmasına razılıq vermişdir. Həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başqa dələduzluq cinayətləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə barəsində cinayət işi başlanmış və barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-398/2021 saylı qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hal-hazırda hakim Faiq Qəniyevin icraatındadır. Qeyd edir ki, Cavabdeh1 həbs edildiyi xx.xx.2021- ci il tarixə qədər o, aldadılığını anlamamış və elə zənn etmişdir ki, Cavabdeh1 gec-tez Cavabdeh2 ilə arasındakı problemi həll edəcək və onun evi ilə bağlı Cavabdeh2la bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcək. Lakin Cavabdeh1 həbs edildikdən sonra o, bibisi X9 və qaynanası X15 ilə əlaqə saxlamışdır. X9 və X15 həmişə ona demişlər ki, problemin nə olduğunu bilirlər və Cavabdeh2 olan Fəxrəddinin borcunu ödəyib mənzil məsələsini həll edəcəklər. Cavabdeh1 həbs edildikdən sonra X9 və X15 bir də onları narahat etməməyini demişlər. Bundan sonra o, aldadıldığını başa düşmüş və hüquqmühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə etibarımdan sui-istifadə edilərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ələ keçirilməsi və ona 120.000 manat dəyərində maddi ziyan vurulması epizodu üzrə Cavabdeh1 və Cavabdeh2 barələrində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişdir. Belə ki, onun ərizəsi aidiyyəti üzrə araşdırma aparılması üçün Yasamal RPİ-nin 27-ci polis bölməsinə göndərilmiş və ərizəsi əsasında 27-ci PB-də araşdırma aparılmış onun, X11, X19, X2, X3, X16, X17, X20, X12, X7, X18, X1, Cavabdeh2, Cavabdeh3 izahatları alınmışdır. Toplanmış materialdan görünür ki, Cavabdeh2 və Cavabdeh3 onu tanımamış, heç vaxt onunla əlaqələri olmamış və heç vaxt ünvan 2 ünvanında yerləşən mənzilə baxmamışlar. Cavabdeh2 öz izahatında mənzilə Cavabdeh3 baxdığını bildirsə də, sonuncu ümumiyyətlə bu barədə məlumatı olmadığını izahatında bildirmişdir. X11, X19, X2, X4, X16, X17, X20, X12, X7, X25 izahatlarında isə Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin əslində Cavabdeh1 Cavabdeh2 olan borca görə bağlandığı və əslində müqavilə bağlanarkən İddiaçı aldadıldığı qeyd edilmişdir. X9 isə izahatında onun oğlu Cavaşirov Fəxrəddinin günahı olmadığını bütün günahların Cavabdeh2 və əlaltılarında olmasını qeyd etmişdir. Onun ərizəsi əsasında Yasamal RPİ-nin 27-ci polis bölməsində topalnmış material Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, ordan da AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarş Mübarizə İdarəsinə göndərilmişdir. Əldə etdiyi şifahi məlumata əsasən, bibisi oğlu Cavabdeh1 Cavabdeh2 aralarında ona məlum olmayan səbəblərdən qaynaqlanan borc-pul münasibəti olmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 əvvəldən əlbir hərəkət edərək onu aldatmış, ona məxsus əmlakı ələ keçirdərək 120.000 manat maddi ziyan vurmuşlar. Bundan başqa 2018-ci ildə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də Cavabdeh1 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işinin ibtidai istintaqı halhazırda davam etdirilir. İş materillarına əlavə etdiyi Yasamal RPİ-nin 27-ci PB-də şikayət ərizəsi əsasında toplanmış materialda olan şahidlərin izahatlarından görünür ki, Cavabdeh2 ilə aralarında Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqavilələri digər əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdir və bağlandığı andan etibarsızdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan mənzili dələduzluq yolu ilə ələ keçirmiş və ona 125.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu səbədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində göstərilmiş şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər müddəasının tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş audio yazılardan və video görüntülərdən Cavabdeh2 ilə onun arasında AN-İ № ******* saylı, 4Ə-318 reyester nömrəli 06 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsinin Cavabdeh1 borcuna görə bağlanması və ona həmin alqısatqıya görə pul çatmadığı və onun Cavabdeh1 tərəfindən aldadıldığı aydın olmuşdur. Odur ki, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli, 4Ə-3İ8 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməli və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün AR MPM-nin 265.4- cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməli və bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsi zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş ünvan 1al rayonu, Ələsgər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5, mənzil 4 ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməsi, İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddia ərizəsi təmin edildiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması qət edilmişdir (sədrlik edən: Aytən Novruzova). Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə digər cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməslərnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X13 qarşı “mənzildən çıxarılma” barədə iddia tələbi ilə ünvan 1al Rayon Məhkəməsinə müraciət etmişdir. ünvan 1al Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12454/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 2(102)-281/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehlər qarşı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən ünvan 1al Rayon Məhkəməsinin 2(004)- 2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırki iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarında formalaşdırılan hüquqi mövqeyə görə, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Göründüyü kimi, tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3609/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3609/2022
01.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver