Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3613/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə “İddiaçı” X2 Ədalət Ağabala oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3199,20 manat dəymiş ziyanın əvəzinin, 68,20 manat sayğac borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış, həmin müqavilə əsasında “İddiaçı” İB cavabdehə məxsus istixananı təbii qazla təchiz etmiş, onun ünvanına **********00000 №-li abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “G-4” markalı 1102AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən bu faktlar aşkar olunmuş və rəsmiləşdirilmiş, foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmiş, “İddiaçı” İB-yə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1087,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 600 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 892,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 619,20 manat maddi zərərin dəydiyi müəyyən edilmişdir. Bundan əlavə cavabdehin, əvvəlki illərdən 68,20 manat borcu qalmışdır və onun hazırda saldo üzrə ümumi borcu 3267,40 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmadan və cavabdehin 2010-cu ildən sonra qazdan istifadəyə görə cəmi 80 manat ödəniş etməsinə əhəmiyyət vermədən yalnız onun izahatına əsaslanmaqla “İddiaçı” İB-yə dəyən zərəri nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. İş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, cavabdehlə xx.xx.2017-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmış, “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı; xx.xx.2019-cu il tarixdə ******* saylı; xx.xx.2019-cu il tarixdə ******* saylı; xx.xx.2020-ci il tarixdə ******* saylı aktlar tərtib edilərək Cavabdeh qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə etdiyi göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə ümumilikdə 3199,20 məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. İddiaçı təşkilatın təqdim etdiyi sənədlərdən, bilavasitə cavabdehin abonent saldosundan görünür ki, 2012-ci ildən 2020-ci ilin dekabr ayına qədər ona məxsus yaşayış sahəsində sayğac göstəricisi “0” olmuş, sayğac üzrə 2011-ci ilin dekabr ayında 92,20 manat, 2020-ci ilin dekabr ayında isə 4,90 qəpik borcu yaranmışdır. Kollegiya hesab edir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmiş, 2012-ci ildən etibarən qaz istehlakının olmadığı özünün təqdim etdiyi sənədlərlə müəyyən olunan şəxs barəsində, 2019-cu ilin əvvəllərindən başlayaraq eyni məzmunlu aktlar tərtib etməsinin məntiqli izahını verə bilməmişdir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. “İddiaçı” İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Bununla belə kollegiyanın qənaətinə görə, iddiaçının tələb etdiyi borcun 97,10 manat hissəsi məhz sayğacın göstəriciləri əsasında hesablanmış borc olduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4848/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh təbii qazdan 2020-ci ilin dekabr ayına qədər istifadəyə görə yaranmış borc qismində 97,10 (doxsan yeddi manat 10 qəpik) manat, dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat olmaqla cəmi 142,90 (yüz qırx iki manat 90 qəpik) manat “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3613/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3613/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver