Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3620/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Cavabdeh1 icra vərəqəsinin geri qaytarılması və icraya dönuş barədə ərizə ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Xətai Rayon Məhkəməsinin xx.xx.2019 cu il tarixli, 2(011)-7697/2019 saylı qərardadının icrasına dönüş edilməsini, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7697/2019 saylı qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinin 1,2,3-cü bəndlərinin tələblərinə əsasən Cavabdeh1 tərəfindən həmin Qərardadın icrası ilə əlaqədar xx.xx.2020 tarixdə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X3 təsdiqi ilə Reyestr nömrələri 205, 206, 207, 208, 209, 210, 211, 212 və 213 Qeydiyyat tarixi: xx.xx.2020 olan 9 ədəd Cavabdeh1n imtina ərizələrinin icra edilmiş hərəkətlərinə dönüş edərək xx.xx.2020 tarixdə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X3 təsdigi ilə Reyestr nömrələri 205, 206, 207, 208, 209, 210, 211, 212 və 213 Qeydiyyat tarixi: xx.xx.2020 olan 9 ədəd Cavabdeh1 imtina ərizələrin (notariat aktlarının) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı mənzilin təhvil verilməsinə və sair tələblərə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında olmuş 2(011)-7697/2019 saylı mülki iş üzrə tərəflər arasında X5 rayon məhkəməsinin xx.xx.2019 cu il tarixli, 2(011)- 7697/2019 saylı qərardadı ilə təsdiq olunmuşdur. Xətai rayon məhkəməsinin xx.xx.2019 cu il tarixli, 2(011)- 7697/2019 saylı qərardadı icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(011)-7697/2019 saylı qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinin: 1,2,3 cü bəndlərinin tələblərinə əsasən mənim tərəfimdən həmin Qərardadın icrası ilə əlaqədar aşağıdakı icra hərəkətləri edilmişdir: xx.xx.2020 tarixdə Bakı şəhəri 6 saylı notariat ofisi X1 təsdiqi ilə Reyestr nömrələri 205, 206, 207, 208, 209, 210, 211, 212 və 213 Qeydiyyat tarixi: xx.xx.2020 olan 9 ədəd imtina ərizələrim qeydə alınmışdır. 4 cü bəndinə əsasən aşağıdakı icra hərəkətləri qeyri-mümkün olmuşdur: "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli "birgə fəaliyyət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh "xxxx" MMC, 36 ay müddətində ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 təhvil verilməsi. 2. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov xx.xx.2025-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 nömrəli, 25 noyabr 2019-cu il tarixli icra sənədinin icrası mümkün olmadığından AR İcra Haqqında Qanununun 70.4-cü maddəsinə əsasən Xətai rayon məhkəməsinə geri qaytarılmışdır. 3. Beləliklə, Xətai rayon məhkəməsinin 2(011)-7697/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin cavabdeh "xxxx" MMC tərəfindən icrası mümkün deyildir. Bakı Şəhəri Xətai Rayon Məhkəaməsinin 2(011)-7697/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Şikayətin məzmunu ərizənin məzmunu ilə eyniyyət təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 234.1-ci maddəsinə əsasən ... qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli; o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 Ağaəli oğluna və Cavabdeh3 MMC-yə qarşı mənzilin təhvil verilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində tərəflər arasında barışıq sazişi bağlanmış və qeyd edilən barışıq sazişi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 7697/2019 nömrəli qərardadı ilə təsdiq edilmişdir. Ərizəçi həmin mülki iş üzrə icrada dönüşlə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Lakin mülki prosesual qanunvericiliyə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Lakin məhkəmə araşdırması zamanı icra edilmiş qətnamənin ləğv edilməsi, işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamənin mövcudluğu, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad olmaması halları aşkarlanmamış, ərizəçi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7697/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişini mübahisələndirməmişdir və qeyd edilən qərardad hazırda qüvvədədir. Hazırki mərhələdə icrada dönüş üçün əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, ərizəni təmin etməmişdir. Bu səbəbdən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3620/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3620/2025
04.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver