Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3627/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-867/2024 saylı 28 mart 2024-ci il tarixli qətnaməsindən iddiaçıı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küşəsi 11A saylı evin 22 saylı mənzilinə dair Cavabdeh tam hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 2013 nömrəli reyestr kitabının 185992 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. ünvan 1in 22 saylı mənzilində Cavabdeh, X25, İddiaçı və X21 qeydiyyatdadır.
3. Kreditor-ipoteka saxlayan AGBank ASC, alıcı-ipoteka qoyan X22 və satıcı Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmaqla Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş № 100.CL.120214.00001/e saylı alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilini alıcı-ipoteka qoyana 63500 manata satmış, mənzilin dəyərinin 19100 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 44400 manatı isə kreditoripoteka saxlayan tərəfindən xx.xx.2014-cü tarixli 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana ödənilmişdir.
4. Bakı şəhəri 12 saylı notariat ofisinin iş notariat işinə əlavə edilmiş X13, İddiaçı xx.xx.2014-cü il tarixli, X21 xx.xx.2014-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onlar X25, AGBank ASC və X22 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağlanılmış 100.CL.120214.00001/e nömrəli alqı-satqı və ipoteka müqaviləsi və ona edilmiş və ediləcək bütün əlavələrinə əsasən, Bakı şəhəri Binəqədi qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satılmasına və ipotekaya qoyulmasına razı olduqlarını bildirmişlər.
5. Türkiyə Respublikası Kemer (Antalya) 2 notarius ofisi tərəfindən təsdiq olunmuş X9 (Faiq qızı Mələk Erdoğan) xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunr ki, ünvan 1in 22 saylı mənzili onun anası X8 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil onlara, yəni dörd bacıya miras qalmış, hər biri həmin ünvandakı mənzildə qeydiyyatda olmuş, anası vəfat etdikdən sonra onlar üç bacı həmin mənzildəki paylarından Cavabdeh lehinə imtina etmiş, mənzil 2014-cü ildə onların razılığı ilə satılmış, əldə olunan vəsait hər birinə 15000 manat olmaqla dörd bacı arasında bölünmüşdür. X14 iddiası tamamilə əsassızdır. Bu iddia onların digər bacıları X10 təşəbbüsü ilə irəli sürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 miras qalmış ünvan 1in 22 saylı mənzilinin satışından Cavabdeh tərəfindən əldə olunmuş 63.500 manat vəsaitin ¼ hissəsini təşkil edən 15.875 manatın kompensasiya olaraq, dövlət rüsumuna görə isə 138 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1in 22 saylı mənzilinin miras şərikləri ona, X19, Cavabdeh və X15 anaları X5 miras olaraq qalmışdır. O, 2008-ci ildən, X25 2008-ci ildən, Cavabdeh 2005-ci ildən, X23 2008-ci ildən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Mikayılov küçəsi 11 A saylı evin 22 saylı mənzilində qeydiyyatda olmuşlar. ünvan 1in 22 saylı mənzili üzərində Cavabdeh ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində xx.xx.2013-cü il tarixdə dövlət reyestrində 2013 nömrəli reyestr kitabının 185992 nömrəli vərəqində **********22-05101-093014 reyestr nömrəsi ilə qeydə alınan RX № ******* seriyalı çıxarış əsasında hüquqları tanınmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixdə 12 saylı notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 1in 22 saylı mənzilini X16 63500 manata satmışdır. İddiaçı, X25 və X23 xx.xx.2014-cü il tarixdə AGBank ASC və X22 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh ilə xx.xx.2014-cü il tarixində bağlanmış 100.CL.120214.00001/e №-li alqı-satqı və ipoteka müqaviləsi, ona edilmiş və ediləcək bütün əlavələrinə əsasən ünvan 1 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 22 saylı 4 otaqlı mənzilin satılmasına və ipoteka kimi qoyulmasına razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və göstərilən ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Onlar hər birinə miras şərikləri olaraq düşən mənzilin satışından əldə olunan vəsaitdən 15.875 manatı Cavabdeh hazırki tarixədək iddiaçıya ödəməkdən yayınmışdır. Bu azmış kimi, Cavabdeh sonradan qaytaracağı vədi ilə iddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank ASCdən 9.300 manat kredit götürməsinə nail olmuş, bu vəsaiti iddiaçı tam olaraq cavabdehə vermişdir.
8. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Mikayılov keçəsi 11A saylı evin 22 saylı mənzili onun anası X8 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil ona və digər bacıları X19, İddiaçı, X17 miras qalmış, onlar hamısı həmin mənzildə qeydiyyatda olmuşlar. Anasının vəfatından sonra üç bacı mənzilə olan paylarından onun xeyrinə imtina etmiş və o mənzili öz adına sənədləşdirmişdir. Bundan sonra isə o, mənzil xx.xx.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1. Bacılar həmin mənzildə qeydiyyatda olmaqla mənzilin satılmasına razılıq vermiş, satışdan əldə olunan pul dörd bacı arasında bölünmüşdür. Bacıları öz paylarını aldıqları üçün evin satılmasına razılıq vermişlər. Hazırda iddiaçı olan bacısının ondan yenidən pul istəməsi tamamilə əsassızdır. Belə ki, onlar öz paylarını almışlar. Əgər onların aralarında razılıq olmasaydı mənzilin onun adına sənədləşdirilməsinə, 2014-cü ildə satılmasına razılıq verməzdilər. O, mənzili qeydiyyatda olan bacılarının razılığı əsasında 2014-cü ildə öz adına sənədləşdirmiş və evin satılmasından artıq 9 ilə yaxın bir müddət keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır. Mübahisəli ev onun mülkiyyəti olmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində guya “Azərbaycan Beynəlxalq Bankı”ndan 9.300 manat götürüb ona verməsini və sonradan həmin pulu özü ödəməsini göstəsə də həmin pulu ondan tələb etməməsi iddiaçının ona qarşı şər və böhtan atmasının bir sübutdur.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, məhkəməyə gəlməməsi üçün Nümayəndə onun evinə gələrək onun təhdid etmişdir. O, 2002-ci ildə nikaha daxil olduqdan sonra ərinin evində yaşayır. Ləmana inanmadığından o, Gülüşə mənzilə dair sənədləri cırmasını tapşırmışdır. Analarından onlara miras qalan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M. Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satılmasına o, razı olmasa da, bacısı Ləman mənzili satmışdır. Ləman Gülüş üçün mənzil alacağına vəd verdiyindən o, mənzilin satılmasına razılıq vermişdir. Mənzil satılandan sonra Ləman iki mənzil almalı idi. Həmin mənzillərdən biri kirayəyə verilməli, digərində isə bacıları yaşamalı idilər. Mənzil satıldıqdan sonra Ləmanın ev almaq istəmədiyini gördüyündən o, Ləmandan payını tələb etmişdir. Ləman Biləcəridə 2 otaqlı mənzil alsa da bir müddətdən sonra həmin evi də satdığından onun Ləmanla münasibət kəsilmiş, kiçik bacısı Mələk də Ləmanın tərəfindədir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-867/2024 saylı 28 mart 2024-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, şahid ifadəsi və məhkəməyə təqdim olunan səs yazıları iddiaçının iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, tərəflərin bacıları olan şahid L.F.Məmmədova ifadəsində cavabdehlə münasibətinin pis olmasını bildirmiş, X3 yazısı olaraq məhkəməyə təqdim olunan səs yazısında deyilənlər, sonuncunun notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etdikləri ilə ziddiyyət təşkil edir. Bundan başqa iddiaçı mənzil satılandan sonra mənzilin pulunun bacılar arasında bərabər bölünəcəyini bildirsə də, şahid L.F.Məmmədova satılmış mənzilin puluna iki mənzil alınmalı olması barədə aralarında razılıq olmasını bildirmişdir. İddiaçı özü də izahatında mənzil satılandan sonra cavabdeh tərəfindən mənzil alınmasını göstərmişdir.
12. Həmçinin məhkəmə cavabdehin, iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın satışından əldə olunan pul vəsaitinin öz aralarında razılaşdıqları paya uyğun bölünməsi ilə bağlı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehdən pul tələb etdiyindən, müqavilə tələbləri üzrə iddia müddəti isə üç il olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Ona görə də iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsi qeyri-mümkündür.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 646.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.5, 375.1, 375.2, 389.1, 390.1, 390.2 və 390.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları sübut edir ki, X8 məxsus olmuş ünvan 1in 22 saylı mənzilin miras şərikləri onun qızları İddiaçı, X25, Cavabdeh və X18r. Həmin miras əmlakı bacıların razılaşması üzrə bütün mirasın Cavabdeh keçmişdir. Hazırki mübahisə üzrə o öz növbəsində miras əmlakının satışından əldə olunmuş 63.500 manat puldan ¼ hissəsini tələb edir və tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsində Mülki Məcəllənin bu tələbindən yan keçmişdir, toxunmamışdır, əgər tövsif etsə idi düzgün nəticəyə gələ bilərdi. Cavabdeh ona kompensasiya verməyə borcludur. Miras şəriklərindən olan o və Cavabdeh arasında mirasın bölüşdürülməsi haqqında mübahisə yaranmışdır. Belə ki, Cavabdehmiras əmlakının satışından əldə olunan məbləği tək mənimsəmişdir və aralarında ixtilaflar yaranmışdır. O, məhkəmədə mübahisə qaldırsa da məhkəmə bölüşdürülməli miras əmlakının xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almamışdır. Məhkəmə ona miras əmlakından ödənilməli olan payını almasını hazırki qətnaməsi ilə məhdudlaşdırmışdır, hüquq və azadlıqlarını pozmuşdur. Binəqədi Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, məhkəmə bu sübutun qəbul edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişir. Bu faktı qətnamənin nəticə hissəsində aşkar görmək mümkündür. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə cavabdehin formal mülahizələrini sübut kimi qiymətləndirmiş və düzgün nəticəyə gəlməmişdir. Tələbini əsaslandıran və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olduğunu sübut edən alqı-satqı və ipoteka müqaviləsi, miras şəriklərindən olan X13 şahid ifadəsini, miras şəriklərindən olan X4 yazılarını məhkəmə sübut kimi qiymətləndirməmişdir. Bu sübutların əksini təsdiq edən cavabdeh tətəfindən heç bir sübut təqdim edilməmişdir. Halbuki, MPM-nin 76.2-ci maddəsinə əsasən şahidin izahatlarında və səs yazılarında müəyyən edilən məlumatlar sübut kimi qiymətləndirilməlidir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştiak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi həmin miras əmlak analarına məxsus olmuşdur. Anaları dünyasını dəyişdikdən sonra həmin miras əmlak Ləman xanımın adına keçmişdir. İşin mübahisəsiz hallarından biri odur ki, 4 bacının hamısı orada qeydiyyatda olmuşdur. Sonra Ləman xanım həmin əmlakı satışa qoyaraq ipoteka qaydasında başqa adama satmışdır. Həmin əmlakın dəyəri 65 min manat dəyərində göstərilsə də faktiki olaraq dəyəri 2 qat çoxdur. Ləman xanım bilərəkdən əmlakın dəyərini azaltmış, lakin Gülüş xanımın bundan xəbəri olmamış və əmlakın dəyərini 65 min manat bilmişdir. Ləman xanım əmlakı satanda Gülüş xanıma pay verəcəyinə söz vermiş, lakin sözünə əməl etməmişdir. Sonra Ləman xanım həmin pulun bir hissəsi ilə Biləcəridə başqa yerdən fərdi yaşayış yeri almış, Gülüş xanım da ora köçmüşdür. Həmin yaşayış yeri özbaşına tikili olduğuna görə onu sübut edə bilməsələr də qarşı tərəf özü belə bir evin alındığını etiraf etmişdir. Daha sonra Ləman xanım qısa müddət ərzində həmin yaşayış sahəsini də satmış və Gülüş xanıma bildirmişdir ki, ona Xırdalan şəhərində “Kristal Abşeron” yaşayış massivindən ev alınacaqdır. Bunun üçün isə ilkin ödəniş lazımdır, amma ilkin ödəniş üçün kifayət qədər vəsaiti yoxdur. Halbuki o vaxta qədər Ləman xanım həm 65 min manata ev satmış, sonradan 2-ci evi almışdır. Yəni ki, Ləman xanımın əlində kifayət qədər vəsait var idi və o pulu özündə saxlamışdır. Gülüş xanım “Azərbaycan Beynəlxalq Bankı”-ndan 9.300 manat dəyərində kredit götürmüş və həmin məbləği tam şəkildə Ləman xanıma təqdim etmişdir. Ləman xanım həmin pulun üstünə 700 manat qoyaraq 10 min manat dəyərində ilkin ödəniş etməklə “Kristal Abşeron” yaşayış massivindən 1 otaqlı ev almışdır. Həmin evdə Gülüş xanım qısa bir müddət yaşamışdır. O ev alınanda Ləman xanım evli deyildi, sonradan ailə həyatı qurub. Lakin o vaxt Ləman xanımın həyat yoldaşı olan şəxs Gülüş xanımı təhdid etmişdir. Hətta bildirmişdir ki, Gülüş xanımın iş yerinə onun xəstə olduğunu, belə bir adamın işləməyinin düzgün olmadığını deyəcək. Gülüş xanım bu təhdidlərdən qorxduğu üçün bir müddət bu təhdidlər qarşısında susmuşdur. Şahid ifadələri də sübutun bir növü sayılır. Əllərində sənəd olmadığına görə şahid ifadələri əsasında sübut etmək istədilər. Bu şahidlərdən 2-si elə tərəfin bacılarıdır. Həmçinin qeyd etmişdir ki, iddia müddətinin bura tətbiq olunmağı düz deyil. Onlar ümumi iddia müddətini keçməmişlər. Bu hansısa müqavilə öhdəliyindən irəli gəlmir. Əmlak satılmış, tərəflər də əmlakın satışına heç bir etiraz etməmişlər. 18.Məhkəmə kollegiyasının iştiak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ev anasına məxsus olmuşdur. Ev qarşı tərəfin adına özəlləşdirilmişdir. Evin özəlləşidirilməsi üçün icazə vermişlər və notariusa getmişlər. Daha sonra ev satıldı. Ləman 40 min manat dəyərində Biləcəridə öz adına ev aldı. Həmin evdə 1 il müddətinə yaşadı. X35 ilə tanış oldu. Bir sözlə həmin evi qarşı tərəf öz adına aldı, onun adına almadı. Türkiyədəki bacısı da, Ləman da ona söz vermişdilər ki, haqqına düşən payı verəcəklər, onu arxayınlaşdırmışdılar. Payını pul formasında verəcəkdilər. Həm onun payını verməyiblər, həm də böyük bacısının payını verməyilər. Özləri öz aralarında bölüşdürdülər. Qarşı tərəf həmin evi satdı, 2-ci evi aldı. 2-ci evi alanda Ziya ilə təzə tanış olmuşdu. Evi ya 2016-da, ya da 2017-də satdı. Satandan sonra pulu nə etdiyini bilmədi. Onu sakitləşdirirdi, deyirdi payını verəcək. Pulu əlbəttə istəyirdi. Ziya, Ləman və o kirayə qalırdılar. Yazışmalar var idi, amma silinib. Amma Türkiyədəki bacısının səsyazmaları qalıb. Orada deyir ki, bankdan götürdüyü kredit də, haqqına düşən pay da veriləcəkdir. Sonda ona yalan vəd verdiklərini başa düşdü və məhkəməyə müraciət etdi. Məhkəməyə gec müraciət etməyinin də səbəbi onların onu illərlə arxayınlaşdırmaları olub. O, 16 ildir ki, dövlət idarəsində mühəndis vəzifəsində çalışır. Onun adına 1 milyon dəyərində invertar mal var. Aparıcı mühəndisdir, öz işinin öhdəsidən gəlir. O, xəstə deyil. Bəli, payın ancaq pul formasında verilməsinə razılaşmışlar. Böyük bacısı özünə düşən payı ona düşən payın üstünə qoyub ona ev almaq istəyir. Bacısı özü üçün heç nə istəmir. 9 min 300 manat məbləğində bankdan kredit götürmüşdür. Hətta Ləman xanımla bir yerdə getmişdik. Pulu əlbəəl özünə verdi. Üstünə 700 manat qoyub ilkin ödəniş etməklə ipoteka ilə ev almalı idi. Bu illər ərzində bir dəfə də olsun Ləman xanım tərəfindən ona heç bir ödəniş olunmamışdır.
19. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 867/2024 saylı 28 mart 2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məsələ tamamilə başqa yerdən qaynaqlanır. Məsələ heç də qarşı tərəfin danışdığı kimi deyil. Onlar evin satılması, razılıq, bölünmə - bunların hər biri ilə razıdır. Dövlət proseduru necə olubsa onu qəbul edir. Qarşı tərəf qeyd edir ki, ev 60 minə satılıb, amma əsl dəyəri iki qat baha olub. Onlar bu faktı bankdan və ya notariusdan necə gizlədə bilər? 6-7 min məbləği gizlətmək mümkün deyil axı. Qarşı tərəfin evin satılması, razılıq, bölünmə ilə bağlı dediyi şeylərlə onlar razıdır. Həqiqətən də razılaşdırılıb ki, ev satılacaq, bölünəcək. Onlar o vaxt Ləman xanımla bir yerdə deyildi, amma indi 10 ilə yaxındır ailəlidir. Alqı-satqı prosesində şəxsən iştirak etməmişdir, çünkü o vaxt evli deyildilər, amma sonrakı proseslərdən xəbərdardır. Həmin satışdan 3 gün sonra Lalə, yoldaşı Ləman, Gülüş və Türkiyədəki bacı Mələk bankdan pulu götürüblər. Hətta Mələk öz ifadəsinə bildirir ki, o, bankdan pulu götürüb, amma qarşı tərəf bildirir ki, Mələk xanım pulu götürməyib. Xanımın 10 ildən sonra məhkəməyə müraciət etməyi qəribədir. Onların Gülüş xanımla heç bir problemi yoxdur. Problem Lalə xanımladır. Lalə xanım məhkəmədə onların əleyhinə ifadə verən xanımdır. 1 həftə bundan qabaq Lalə yoldaşına zəng edib deyib ki, onu məhkəmələrdə süründürəcək. Mələyin təkidi ilə Gülüş xanım polisə şikayət edir. Belə ki, pul bölünəndə bu xanım pulu götürüb Lalənin yoldaşına verir. Lalə də deyir ki, “mən evin böyük qızıyam, mənə 15 min yox 25 min verilməli idi, mənim pulumu verin”. Xanım 10 il boyu bir dəfə də olsun pulla bağlı nəsə deməmişdir. Deyirlər ki, Biləcəridə ev alınmışdır. Bu söhbət bankdan pul götürülməzdən qabaq olub. Evi o alıb, sənədlər yox idi. Xanım bir müdət gəlib onlarla yaşadı, çünki xəstə idi. Onun dərmanlarını da o alıb. “Kristal Abşeron” məsələsi ilə bildirir ki, bu məsələyə yoldaşı Ləmanın heç bir aidiyyəti yoxdur. Onlar özü Xırdalanda kirayədə qalır. Əgər “Kristal Abşeron”-da evləri varsa, o evdə qalmaq yerinə niyə kirayədə qalırıq ki? Məbləğ bölünüb, Gülüş də gedib o pulu Lalənin yoldaşına verib. Təxmini 15 min pul verib. Gülüş xanımın bankdan götürüləcək heç bir məbləğdən onların xəbəri yoxdur. Hər bir bacıya 15 min manat bölünərək verilmişdir.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 öz ifadəsində bildirmişdir ki, o, əvvəldən bildirmişdir ki, evi satmayın, əgər evi satırlarsa bacısı Gülüşə ev alınsın. Qarşı tərəf ev almaqla bağlı razılaşdır. O, evin bacısının adına keçməsinə razı deyildi, lakin daha sonra vədlər verdi, o da razılaşdı. O, evin satışından əldə olunan vərəsəlik payının verilməsini istədi, daha sonra ona dedi ki, pulu əgər versə özünə ev ala bilməyəcək. Daha sonra o dedi ki, onda onun payına düşən hissə iddiaçının payına düşən hissəyə birləşdirilsin və ona ev alınsın. Sonra o gördü ki, onlar ev alana oxşamır. Ev satıdlqdan sonra əvvəlcə Biləcəridən öz adına ev aldı, daha sonra onu satdı və bildirdi ki, bir çamadan pul almış və həmin pulu iddiaçının borclarını ödəmək üçün verəcək. Əgər işin gedişatı belədirsə onda öz payına düşən hissəni istəyir. Cavabdeh tərəf uzun müddət onu aldatdı, ev alacağına vədlər verdi, lakin almadı.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 28.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 29.375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 30.377.1 və 377.3-cü maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 31.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 33.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 34.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 35.777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 36.777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 37.782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 38.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
39.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
42. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflərin anaları X12 dövlət mülkiyyətində olan ünvan 1in 22 saylı mənzilin daimi istifadəçisi olmuşdur. X12 vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri olan X25, İddiaçı və X23 mənzilin Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməməklə, mənzilin satılacağı, satışından əldə olunacaq vəsaitin aralarında bölünəcəyi barədə razılığa gəlmişlər.
43. Beləliklə, ünvan 1in 22 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********22-05101-093014 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X6 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsinə əsasən isə ünvan 1in 22 saylı mənzili sonuncuya 63.500 manata satılmışdır. X25, İddiaçı və X23 da həmin mənzilin satılmasına və ipoteka kimi qoyulmasına razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və göstərilən ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.
44. Hazırda işin mübahisələndirilən halı cavabdehin tərəflərin arasında əldə olunmuş razılaşmaya uyğun davranıb-davranmamasından ibarətdir. Belə ki, iddiaçı, cavabdehin mənzilin satışından əldə olunmuş vəsaitin ona düşən ¼ hissəsini (15.875 manat məbləğini) ona ödəməkdən yayındığını bildirir. Cavabdeh isə iddiaya verdiyi etirazı bacılarından hər birinə düşən paydan onlara verdyini, yəni aralarında əldə olunmuş razılaşmaya uyğun davrandığı ilə əsaslandırmış, bundan başqa cavabdeh məhkəmədən iddia müddətinin tətbiq etməsini xahiş emişdir.
45. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.
46. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.
47. Mülki işin hallarından görünür ki, hər iki tərəfin iddianın və iddiaya etirazın əsası kimi istinad etdiyi hallar onların arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibərlərinin yaranmasına dəlalət edir. Belə ki, mübahisəli mənzil cavabehin adına rəsmiləşdirilməli, onun tərəfindən satılmalı, satışından əldə olunmuş pul vəsaiti isə tərəflər və onların digər iki bacısı arasında bölünməli idi. Hazırda fikir ayrılığını yaradan məsələ isə ünvan 1in 22 saylı mənzilin satışından əldə olunmuş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya verilib-verilmədiyi, yəni cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada icra edib-etmədiyi ilə əlaqədardır.
48. Beləliklə də, mübahisəli mənzilin dörd bacının arasında əldə edilmiş razılığa əsasən cavabdehin adına özəlləşdirilməli, bu mənzilin onun tərəfindən satılmalı və mənzilin satışından əldə olunacaq pul vəsaitinin, hər birinə bərabər məbləğdə pay verilməklə onların arasında bölüşdürməli olduğu işin mübahisələndirilməyən hallarıdır. Mübahisəli məqamları müəyyən etmək məqsədilə də tərəflərin hansı hallar üzrə sübutetmə yükünü daşıdığı müəyyən edilməldir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh müvafiq əmlakın satışından aldığı pul vəsaitinin bir hissəsini iddiaçıya verdiyini, bununla da tərəf olduğu razılaşmaya əsasən üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini sübuta yetirməlidir.
49. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
50. İş materiallarından göründüyü kimi cavabdeh şifahi qaydada ona verilmiş tapşırıq ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini, əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir qismini iddiaçıya verdiyini sübut etmək yükünü daşıdığına baxmayaraq, bu halları sübuta yetirə bilməmişdir. O, iddiaya etirazın əsasını təşkil edən halların sübutu kimi X9 notarial qaydada təsdiq olunmuş ərizəsinə istinad etsə də, sonuncunun notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etdikləri məhkəməyə təqdim olunan səs yazısında deyilənlər ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası istinad olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək cavabdeh tərəfindən təqdim edilmiş bu sübutu inandırıcı hesab etmir.
51. Mübahisələndirilən qətnamədən isə görünür ki, məhkəmə iddiaçının cavabdeh tərəfindən ona 15.875 manat məbləğində pulun verilmədiyini təsdiq edə biləcək kifayət qədər mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilmədiyini qeyd etmiş, bu əsasla iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Halbuki yuxarıda sadalanlardan göründüyü kimi hazırkı iddia əsaslıdır, birinci instansiya məhkəməsi isə iddianın məhz əsassız olduğundan rədd edilməsi ilə bağlı gəldiyi qənaəti düzgün olmamışdır. Belə ki, məhkəmə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını işin hallarına uyğun şəkildə tətbiq etməmiş, hazırkı mübahisəni həll edərkən sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməmişdir.
52. Bununla belə əsaslı olan hazırki iddia iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən rədd olunmalıdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi).
54. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
55. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
56. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.
57. Beləliklə, iddiaçı cavabdehdən üzərinə düşən öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Lakin iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
58. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırır ki, cavabdehlə bacıları arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Belə ki, o, aralarında mövcud olmuş razılaşmaya əsasən bacılarına müvafiq məbləğdə pul verəcəyi barədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəyə, müqavilə münasibətlərindən irəli gədiyi üçün MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı Mülki Məcəllənin 337.2-ci maddəsində nəzərdə tutulan üç illik müddəti ötürməklə məhkəməyə müraciət etmiş, cavabdeh də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Məhkəmə tərəfindən həmçinin iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir.
59. Beləliklə də iddiaçının malik olduğu müvafiq subyektiv hüququ cavabdeh tərəfindən pozulduğuna baxmayaraq, iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən və bu da məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının malik olduğu subyektiv hüququn cavabdeh tərəfindən pozulmadığını, həm də iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini müəyyən etməklə ziddiyyətli nəticəyə gəlmişdir.
60. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-867/2024 nömrəli, 28 mart 2024ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova