Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3629/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, vəkil X5 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-324/2021 nömrəli qərardadından Cavabdeh1, Cavabdeh2, X7, X6 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 50 nömrəli notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, əvəzsiz istifadə müqaviləsinin və çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin daşınmaz əmlakların satılması ilə bağlı Bakı şəhəri 50 nömrəli notariat ofisində tərtib edilmiş alqı-satqı müqavilələri: İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh4 arasında bağlanmış reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh5 arasında bağlanmış reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli 574652 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 574651 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, həmin daşınmaz əmlakların şirkətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X3 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən X1 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 30.000 (otuz min) manat məbləğində yaxşılaşdırma xərcləri və 579.000 (beş yüz yetmiş doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 709.000 (yedi yüz doqquz min) manat məbləğində pul vəsaitinin və X4 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 15.000 (on beş min) manat məbləğində yaxşılaşdırma xərcləri və 429.000 (dörd yüz iyirmi doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 544.000 (beş yüz qırx dörd min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli 574652 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 574651 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbinin, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan vəhşicəsinə çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi (çünki o əmlaklar artıq iddiaçıların sahibliyində deyil), cavabdeh İddiaçındən və “Gilan Holding” Şirkətlər Qrupundan 2.935.897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630.000 (altı yüz otuz min) manat məbləğində pul vəsaitinin bərabər paylarda olmaqla Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməsi, cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçı şəxslərə tam ödənilənədək icarə haqqı olaraq iddiaçılardan Cavabdeh3 xeyrinə 850 (səkkiz yüz əlli) manat və X4 xeyrinə hər ay 750 (yedi yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər tərəfindən bu qarşılıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçıların xeyrinə tam ödənilənədək, əldən çıxmış fayda kimi Cavabdeh1 və Cavabdeh2 bərabər paylarda olmaqla hər ay 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdeh şəxslərdən (qarşılıqlı iddia tələbi üzrə iddiaçılardan) Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 (beş yüz on) manat), dövlət rüsumu 30 (otuz) manat və bundan sonra da çəkiləcək xərclər) cavabdehdən (ilkin iddia tələbi üzrə iddiaçıdan) tutularaq iddiaçı şəxslərə (ilkin iddia tələbi üzrə cavabdehlərə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 da öz növbəsində “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh4 arasında bağlanmış reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh5 arasında bağlanmış reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X2 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş xx xxxxxx 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli 574652 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 574651 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbinin, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan vəhşicəsinə çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi (çünki o əmlaklar artıq iddiaçıların sahibliyində deyil), cavabdeh İddiaçındən və “Gilan Holding” Şirkətlər Qrupundan 2.935.897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630.000 (altı yüz otuz min) manat məbləğində pul vəsaitinin bərabər paylarda olmaqla Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməsi, cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçı şəxslərə tam ödənilənədək icarə haqqı olaraq iddiaçılardan Cavabdeh3 xeyrinə 850 (səkkiz yüz əlli) manat və X4 xeyrinə hər ay 750 (yedi yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər tərəfindən bu qarşılıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçıların xeyrinə tam ödənilənədək, əldən çıxmış fayda kimi Cavabdeh1 və Cavabdeh2 bərabər paylarda olmaqla hər ay 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, X7, X3 və Cavabdeh3 eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək cavabdeh şəxslərin bank hesablarına və əmlaklarının üzərinə 2.935.897 ABŞ dolları və 630 000 manat həcmində həbs qoyulmasını və onlara məxsus əmlakların satılmasının və istənilən formada özgəninkiləşdirilməsinin cavabdeh şəxslərə qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim G.Əsədova, iş № 2(005)-324/21) iddianı təmin etmə tədbirinə dair ərizə təmin olunmamışdır. İddiaçılar Cavabdeh1, Cavabdeh2, X7, X6 və Cavabdeh3 həmin qərardaddan şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onlar ərizələrində cavabdehlərin bütün əmlaklarına və ya bank hesablarındakı bütün məbləğlərə deyil, məhz iddia həcmində həbs və qadağan qoyulmasını tələb etmişlər. Hakim ilk iddia üzrə onların əmlaklarının üzərinə həbs qoyulması barədə ərizəni təmin edərkən, heç bir konkret əsas axtarmamış, iş üzrə bu tədbirləri zəruri edən heç bir əsas müəyyən etmədən xx xxxxxxxx 2020-ci il tarixli qərardadını belə əsaslandırmışdır ki, məhkəmə iddia üzrə tələblə həmin iddianı təminetmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki işə mahiyyəti üzrə məhkəmə iclasında baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri görülməlidir. Hakim eyni vəziyyətdə olan tərəflərin birinə münasibətdə, yəni, onlarla bağlı qanunları eyni qaydada tətbiq etməməklə müstəqil olmadığını, tam qərəzli olduğunu ortaya qoymuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Vəkil V.Xasayev məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, vəkil V.Xasayevin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin tətbiqinə dair ərizəni belə bir tədbirin tətbiqi üçün əsaslar müəyyən edilmədiyinə görə rədd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçilərin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının əsaslı olması ilə bağlı qənaətə gələrkən həm də mübahisəli daşınmaz əmlakların özgəninkiləşdirilməsinin Nərimanov Rayon Məhkəmıəsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə artıq qadağan olunduğunu da nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1, Cavabdeh2, X7, X6 və Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3629/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3629/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver