Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3629/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və həmin Birliyin 1 saylı Nəqliyyat İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardad ilə qərara alınıb ki, hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdehin ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəicəni aşağıda qeyd olunanlarla əsaslandırır. Müəyyən olunur ki, həqiqətən də apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülüb. İşin bu halı Pirallahı RM-nin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Belə ki, qətnamə xx.xx.2022-ci ildə cavabdehin vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilib. Cavabdeh bundan əvvəl – xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verib. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilib. Qeyrimümkünlük onunla əsaslandırılıb ki, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb, yəni qətnamə xx.xx.2022-ci ildə cavabdehin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilib, apellyasiya şikayəti isə 1 ay keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə verilib. Bu qərardaddan kassasiya şikayəti verilib, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılıb, bununla da qeyri-mümkünlük barədə qərardad qanuni qüvvəyə minib. Bundan sonra Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılıb, bu qərardad da qanuni qüvvəyə minib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qərardadla müəyyən edilib ki, qətnamə xx.xx.2022-ci ildə cavabdehin vəkili və nümayənəsinin elektron kabinetinə yerləşdirilib, apellyasiya şikayəti verilməsi müddəti bu tarixdən hesablanmalıdır, bu hesabla şikayətvermə müddəti keçib. Hazırda cavabdeh apellyasiya şikayəti verilməsi müddətinin bərpasını onunla əsaslandırır ki, qətnamə xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə cavabdehə verilib, xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti verib. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qərardadla müəyyən edilmiş hallar dəyişdirilə bilməz. Qanunu qüvvəyə minmiş qərardadla müəyyən edilib ki, cavabdeh qətnaməni xx.xx.2022-ci ildə alıb. Ona görə də apellyasiya şikayəti verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Müddət bu tarixdən hesablandıqda buraxılmış hesab olunur. Müddətin buraxılmasının üzrlü səbəbi isə müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Pirallahı RM müddətin bərpası barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3629/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3629/2023
19.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver