Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3635/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x1 və x2 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Hərrac Mərkəzi “xxxxx” MMC-yə (3-cü şəxs: Bakı şəhər Cavabdeh3) qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5045/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Hərrac Mərkəzi “xxxxx” MMC-yə (3-cü şəxs: Bakı şəhər Cavabdeh3) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ona - İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, x3 prospekti 36b ünvanında yerləşən 132 kv.metr ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzilin 255000 manat qiymətləndirilməsi barədə 01.05.2018-ci il tarixli hesabatının (rəyinin) etibarsız hesab edilməsi və cavabdeh Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən təyin edilmiş hərracın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)- 5045/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinə qiymət qoyulması barədə razılaşma olmamışdır. Ona görə də məhkəmə qiymətləndiriciyə müraciət etmişdir. Mənzilin bazar dəyəri 350.000 manatdan yuxarı olduğu halda çox ucuz qiymətləndirilmişdir. Mənzil onun iştirakı olmadan qiymətləndirilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3, “İcra haqqında” qanunun 53.2, 61.1 və 62.1-ci maddələrinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının hal-hazırda mübahisələdirdiyi Cavabdeh1 MMC-nin 01.05.2018-ci il tarixli rəyinə hüquqi qiymət verilmiş və həmin rəy qanuni və əsaslı hesab edilmişdir. Odur ki, hazırkı iş üzrə həmin rəy iddiaçı tərəfindən mübahisələndirilə bilməz və həmin rəy ilə qiymətləndirilmiş əmlak yenidən qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)- 5045/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3635/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3635/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver