Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3635/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2015-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur.
2. İddiaçı xx.xx.2020-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatal, Balakən) sədri vəzifəsinə təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1199/2023 saylı, “Əmr”in surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçıys və həmin komissiyada tibb bacısı vəzifəsində çalışan X4 vəzifə öhdəliklərinin pozulması və əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərinə görə töhmət verilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, “Əmr”in surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində çalışan İddiaçı ilə 2020-ci il 06 avqust tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı Umaxanova ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-2- 1959/2023 nömrəli əmrin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iş yeri olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilməsi, mənəvi sarsıntılarına görə 20.000 manat mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İşə məhkəmədə baxılarkən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İddiaçı 1974-cü ildə Balakən rayonunda anadan olmuşdur. 1993- 1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicəprofilaktika fakültəsini, kardioloji ixtisasını bitirmişdir. 2000-2007-ci illərdə Balakən rayon mərkəzi xəstəxanası- polikilinka şöbəsində kardioloq kimi çalışmışdır. 2007-2015-ci illərdə həmin poliklinka şöbəsində hərbi-həkim komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. xx.xx.2015-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-mn sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci ilə kimi həmin vəzifəni tutmuşdur. xx.xx.2020-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatal, Balakən) sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixində yeni təyin olunmuş rəhbərliyin öz adamlarını yerləşdirmək niyyətinin qurbanı olaraq qanunsuz və əsassız olaraq əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bütün qanunsuzluqları qeyd'edir ki, məhkəmədə sübutlara qiymət vermək və ədalətli və qanuni qərar qəbul etmək üçün aydın olsun. Bildirir ki, xx.xx.2023-cü il tarixində Zaqatalada işdə olan zaman Agentliyin kadrlar söbəsinin əməkdaşı Xəyalı adlı şəxsdən zəng gəldi. Ona bildirildi ki, onun əməkdaş X8 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-də tibb qeydiyyatçı kimi çalışırdı. O, işdən azad edildikdən sonra onun yerinə rəhbərlik X7 təyin etmişdir. O, da təbii ki, rəhbərliyin əmr və göstərişlərini həmişə icra etmiş məsul şəxs olmuşdur. Gülər xanım işə başladı və iş prosesində məlum oldu ki, yeni əməkdaş ümumiyyətlə kompüterdə işləmək nədir anlayışı yoxdur. Xahiş etdilər ki, digər əməkdaş Əliyeva Tangiz ona köməklik göstərsin və kompüteri öyrətsin. O, da köməklik göstərərək vətəndaş qəbulunu necə aparmağı, reabilitasiya vasitələrini qeydiyyatlarını neçə rəsmiləşdirməyi öyrədirdi. Gözlənilmədən xx.xx.2023-cü il tarixində Əliyeva Tangizlə əmək müqaviləsinə xitam verildi. Bundan sonra işləri çətinləşdi. Çünki yeni rəhbərliyin təyin etdiyi yaxın adamı Gülər xanım öz işinin icrasını təmin edə bilmədi. O, və komissiyanın digər üzvləri Gülərə imkan dairəsində köməklik göstərir və işi öyrədirdilər. Baxmayaraq ki, işləri çox ağır idi. Ətraf 5 rayona xidmət göstərirdilər. Gördülər ki, Gülər xanım sanki rəhbər kimi gəlib ümumiyyətlə iş öyrənmək niyyəti də yoxdur. Onun da iş yükünü özləri çəkməyə başladılar. Bir gün onlar Şəki rayonunda işdə olan zaman əvvəlki tibb bacısı işləmiş və işdən azad edilmiş Əliyeva Tangiz ona zəng vurdu ki, səxsi əşyalarının götürülməsi üçün icazə istədi. O, xanım 23 ildir ki, orada çalışırdı, müddətsiz 3 -cü qrup da əlildir. O, da dedi ki, öz şəxsi əşyalarındır əlbəttə gedib götürə bilər. Çünki onun əmək müqaviləsinə xitam verilən zaman ağlaya-ağlaya getdiyi və bərk sarsıldığı üçün əşyalarını götürməmişdir. Onlar da iş yerinə qayıtmışdılar. Həmin vaxt da Əliyeva Tangiz oraya gəldi ki, əşyalarını götürsün. Həmin vaxt yeni işçi olan Gülər xanım ondan soruşdu ki, kompüterdə reabilitasiya xəstələri necə yönəltmək olur? Göndəriş hansı qaydada rəsmiləşdirirlir? Ondan soruşanda o, da etiraz etmədi, bildirdi ki, kompüterdə xahiş edirsə qaydasını izah elə hansı formada etməlidir.X18 xanımın yanına keçib başa saldı qaydanı. Təbii ki, burada heç bir pozuntu yoxdur, kompüter mühəndisi, təlimçisi və bu işləri yerinə yetirməyə məsləhətlər verirlər. Heç üstündən 10 dəqiqə keçməmiş Agentliyin daxili Nəzarət şöbəsinin müdiri Rahim Hüseynov ona zəng vuraraq dedi ki, o, Tangizi niyə orda işlədir? O, da cavabında əşyalarını götürməyə gəlib və Gülərin xahişi ilə qeydiyyatı başa salmaq üçün onun yanına keçib. Bu vaxt bildi ki, Gülərlə əlbir olaraq bütün işçiləri işdən xaric etməyi qarşılarına məqsəd qoyublar. Onu həmin gün Bakıya çağıraraq bu barədə izahat tələb etdilər ki, yazsın. O, da xx.xx.2023-cü il tarixində Bakıya gələrək necə olub izahat yazıb vermişdir. Onu xx.xx.2023-cü il tarixində məzuniyyətə göndərdilər. Məzuniyyəti 36 gün idi. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi. O, məzuniyyətdə olanda xx.xx.2023-cü il tarixində ona məktub gəldi ki, barəsində əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç ” bəndi ilə xitam verilməsi üçün məsələnin həmkarlar təşkilatının iclasına çıxarılıb. O, dərhal həmkarlar təşkilatının sədri Süleyman müəllimə yaxınlaşmış və demişdir ki, ona belə haqsızlıq etməsinin səbəbini soruşmuşdur. O, 06 oktyabr 2023-cü il tarixində Kadrlar şöbəsinə gedərək bildirdi ki, onunla işləmək istəmirlərsə o, öz ərizəsi ilə işdən çıxar. O Agentliyin müavini Rəşad Məhərrəmova yaxınlaşıb sözünü ona deməyini bildirmişdir. O, da ona yaxınlaşıb bütün baş vermişləri danışmış və xahiş etmişdir ki, ona qarşı qanunsuzluqlar etməsinlər, o öz ərizəsi ilə yazıb işdən çıxır, əgər rəhbərlik onunla işləmək istəmirsə o, heç bir irad bildirməyəcəkdir. O, da dedi ki, Agentliyin rəhbəri Anar Bayramova məruzə edib məlumat verəcəkdir. O gözlədi, getdi məruzəyə və qayıtdı ki, rəhbərlik razılıq verdi ki ərizə yazıb versin. O, ərizəni yazıb kadra vermiş və həmkarlar təşkilatının sədri Süleyman müəllimə bu barədə bildirmişdir. Daha sonra Rəşad Süleymanov tərəfindən ondan 06 oktyabra, 09 oktyabra və 11 oktyabara müxtəlif tarixlərə olmaqla üç ərizə alındı. O, bunun səbəbini soruşduqda o, bildirdi ki, onu maddə ilə yox öz ərizəsi ilə çıxaracaqlar. O elə oradaca bir daha bildirdi ki, onu maddə ilə çıxarılmasına heç bir əsas yoxdur Onlarda bildirdilər ki, ona görədə ondan üç ərizə götürürlər. O, bildirdi ki, arxayın olun artıq həmkarlarda onun məsələ gündəmdən çıxarılacaq. Narahat olmasın. O, ərizəni kadra Rəşad Süleymanova yazıb vermişdir. Kamera görüntüləri yəqin ki, var. Artıq o, əmək məzuniyyəti bitdiyindən ərizə yazdığı üçün işə çıxmamışdır. Lakin xx.xx.2023-cü il tarixində kadrlar şöbəsinin rəisi Rəşad Süleymanov ona zəng vuraraq bildirdi ki, işə niyə çıxmır? O, da cavabında də demişdir ki, ona üç ərizə yazdırılıb və onun əmək müqaviləsinə xitam verməməsini soruşmuşdur. O, bildirdi ki, vermişlər. Rəşad xx.xx.2023cu il tarixində ona zəng vurmuşdu. Dedi ki, xx.xx.2023-cü il tarixində gedin təhvil verin. O, iş yerinə gedəndə ona zəng vurdu ki, iş yerindəsən? Dedi gəlib təhvil verən kimi desin. Dedi ki, bu gün işə çıxdı üçün onu AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndi ilə bu gün azad edirlər. Dedi ki, o, artıq xx.xx.2023-cü ildən ərizəsi ilə xahiş etmişdir ki, işdən azad olunsun. O, işə çıxmamışdır. Cavabdeh təşkilat onu aldadaraq guya iş yerində olduğu üçün qanunsuzluğa don geyindirmək məqsədilə onu aldadaraq işə çağırıb sonra isə deyirlər ki, onu işdən azad edirlər. Bir daha işə gəlməsin. O
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddiasının rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyininin "İntizam tənbehi haqqında" xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-1199/2023 nömrəli əmri ilə Agentliyin 0 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Agentliyin daxili nizam intizam qaydalarını və əmək funksiyalarını pozduğuna görə “töhmət” verilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhz əmək müqaviləsinə xitam verilməsinə razılığın verilməsi üçün İdarə rəhbərliyi tərəfindən ərizə alınması ilə bağlı da iddia tələbinin əsassızlığını sübut edir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 4.1ci, 9-cu, maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı, zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 77.1, 88, 216-220 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2186/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə tam qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixində yeni təyin olunmuş rəhbərliyin öz adamlarını yerləşdirmək niyyətinin qurbanı olaraq qanunsuz və əsassız olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə araşdırması kifayət qədər şəffaf olmuş, X1 müəllim də iddiaçının dediklərini təsdiq etmiş, 06 oktyabrda görüşdüklərini və ərizə yazmaqla bağlı söhbətlərini, kadrlara gedib ərizə verməyi barədə iddiaçının dediklərini, 9 oktyabrda iclasın olmayacağını bildirmişldir. Lakin 9 oktyabrda həmkarların iclası sifariş əsasında formal guya keçirilməsi zamanı iddiaçının iştirak etməməsi göstərilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Maraqlıdır ki, Suleyman müəllim xx.xx.2023-cü il tarixində iddiaçı ilə görüşmüş və ərizə yazmağa kadrlar göndərdiyi təqdirdə 9 oktyabrda iclas protokolu yazan zaman ona zəng vurub niyə soruşmamışdır ki, ərizələriniz qeydiyyata alınmamış, gəlin iclasa? Bütün bunlar iddiaçının qanunsuz və əsassız işdən xaric edilməsi üçün qurulmuş bir tələ idi. Çünki eyni zamanda yeni rəhbərlik 10 nəfər belə sədrləri bir əmrlə xaric etmişdir və bütün sosial şəbəkələr bu qanunsuzluqları işıqlandırmışdır. İş materiallarına bu barədə sənədlər də əlavə etmişdir. O, qanunsuz olaraq işdən çıxarıldığından, bu ona pis təsir göstərmiş və mənəvi əzab və əziyyətlər keçirmişdir. Eyni zamanda o, qanunsuz işdən, maddə ilə çıxarıldığından o, başqa işlərə də düzələ bilmədiyindən maddi cəhətdən də sıxıntılar çəkir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Baxmayaraq ki, iddiaçıya işdən öz xahişi ilə çıxmaqla bağlı ərizə yazdırılmış xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilsin. İşdən çıxmağıyla ilə bağl ərizəsini alsalar da qərəzli olaraq artıq işə çıxmadığını vaxtda həmkarlar təşkilatından rəy yazdırmışlar. Təbii anlayır ki, həmkarlar təşkilatı tapşırığı yerinə yetirib. İddiaçı iddiasında da qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə bütün iş gunü işdə olmamışdır. Maraqlıdır ki, iddiaçı əgər xx.xx.2023-cü il tarixində işə çıxmırsa deməli ərizə verməsi təsdiq olunur və xx.xx.2023-cü il tarixində onun 09.101.2023-cü il tarixində işə çıxamaması əsas kimi əmrdə niyə göstərilməmişdir? Bütün bunlar məhkəmə iclası zamanıcavabdehi çıxılmaz vəziyyətə saldıqdan sonra təkrar qanunsuzluqlarını gizlətmək üçün 2-ci dəfə etiraz yazaraq yoxlamalar çərçivəsində Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının (bundan sonra Komissiya) tibbbacısı X2 işdən çıxarılmasına baxmayaraq Komissiyanın sədri X9 tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya alt sistemlərinə daxil olmasına icazə verildiyi kimi əsassız arqumentlər gətirmişlər. Həmçinin məhkəməyə saxta akt tərtib edilərək göndərilmiş və orada yazılmışdır ki, araşdırma zamanı Komissiya tərəfindən qəbulu həyata keçirilmiş və xidmət göstərilmiş vətəndaşlar arasında təsadüfü üsülla seçilmiş 15 vətəndaşla mobil telefon vasitəsilə tərəflərindən əlaqə saxlanılmış və danışıq zamanı həmin şəxslərdən 7 nəfəri Komissiyaya müraciət etdikləri və orada onlara xidmət göstərən şəxsin T.Əliyeva olduğunu təsdiq etmişdirlər. Məhkəməyə təqdim edilmiş həmin aktda göstərilən şəxslərin nömrələrlə əlaqə saxlanılan zaman onlarla kiminsə əlaqə saxlaması və sorğu edilməsi olmadığını bildirmişlər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. İddiaçı Dibirovaya Ülkər Umaxanovn apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.Məzuniyyətinin son günü idi, Həmkarlar İttifaqına xahiş etdi ki, öz ərizəsi ilə çıxsın. Kadrlar şöbəsinə yaxınlaşdı. 3 nüsxədə ərizə yazdırdılar. 09 oktyabrda Həmkarlar İttifaqının iclasına getmədi, demişdilər ki, ehtiyac yoxdur. Sonradan ona zəng etdilər ki, işə çıxsın. O da Şəkiyə-işə qayıtdı. Onda bildi ki, "Ç" bəndi ilə işdən azad ediblər. 24 il işləyən bir işçini işdən çıxardılar.O, üçüncü qrup əlil idi. O cəhd etdi ki, işə bərpa olsun, amma alınmadı. 2-3 həftədən sonra ona dedi ki, əşyalarını götürməyə gələcək. Əşyalarını götürdü, həmin zaman yeni qeydiyyatçı işçisi dedi ki,ona qeydiyyat aparılması ilə bağlı məsələni kompüterdə göstərsin. 10 dəqiqə sonra ona Rahim müəllim zəng etdi ki, işdən çıxmış xanımı niyə işə çağırıb. O da bildirdi ki,o çağırmayıb. Ondan izahat yazmağını tələb etdilər. Həmin işçinin şəklini çəkiblər. Yazışmalar da var ki, işdən çıxan işçiyə Gülər xahiş edib ki, işə gəlsin. Bunun üzərindən işdən çıxarılıb. Yeni gələn işçi elektron mail göndərmək əvəzinə səhvə yol vermişdir.Qazinin sənədidir, məktub şəkilində göndərmişdir. Buna görə də ona və Təngisə töhmət verilmişdir.Töhmətdən sonra məzuniyyətə çıxdı. 09 oktyabrda işə çıxdı. 4-5 oktyabrda məktub gəlmişdir, o da Agentliyə yaxınlaşdı ki, ərizəsilə işdən çıxır. Agentliyin işçisi də məhkəmədə təsdiq etdi ki, ərizə ilə işdən çıxmağa razı olub, ona bildirib. Hazırda ərizəni yoxa çıxarıblar ki, onu "Ç" bəndi ilə işdən çıxarsınlar.O Bakıdaydı, qız da xəstə idi, Şəkiyə qayıtdı ki, onu işə çağırdılar. Nəyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmalıdır. 23 ildir ki, işləyir.Psixoloji ona təsir etdi.
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirir ki, 08 avqustda 10 işçi işdən çıxarılmışdır. Gülər adlı işçini yerləşdiriblər ki, onun vasitəsi ilə işçilərin bəzilərini işdən çıxarsınlar.Göndərilən sənəd eynidir, buna görə töhmət verilməsi düzgün deyil.Təngis xanım işdən çıxarılandan sonra şikayətlər verib, amma işə bərpa edilməyib. Sonra Ülkər xanım məzuniyyətə çıxıb. O maraqlandı, ona deyildi ki, öz ərizəsi ilə işdən çıxmasında heç bir problem yoxdur. Ərizəni 06 oktyabrda yazmışdır.09 oktyabrda iddiaçı ilə əlaqə saxlayıblar ki, iddiaçı işə çıxacaq ya yox.
16. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı ərizə yazmamışdır. Rayon məhkəməsində də eyni izahatlar verilmişdir. İddiaçı 3 ərizə yazmamışdır. Ərizə vermişdisə, nüsxəsi olardı. xx.xx.2023-cü ildə Təngis xanıma və iddiaçıya töhmət verilmişdir.Töhmət mübahisələndirilməyib. 10 işçi də işdən çıxarılmamışdır. Təngis xanımın müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxmışdır.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 186, 2-ci bənd. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Maddə 187, 1-ci bənd. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
24. İşin halları odur ki, İddiaçı xx.xx.2020-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatal, Balakən) sədri vəzifəsində çalışırdı. Komissiyada tibb bacısı vəzifəsində çalışan Təngiz Əliyeva ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 8 avqust 2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı izahatında bildirmişdir ki, 25 avqust 2023-cü il tarixdə Təngiz ona zəng vuraraq işə gəlib əşyaların götürmək istədiyini bildirmiş, o isə icazə verərək demişdir ki, reabilitasiya göndərişləri yığılıb, yaza bilmirlər. Olar ki, ya ona, ya da Gülərə necə yazmaq lazım olduğunu göstərsin. Gülərə tibb qeydiyyatçısına öyrətmişdir. Vətəndaşlar qaynar xəttə zəng vururdular, şikayəti aradan qaldırmaq məqsədilə etmişdir.
25. Təngiz Əliyeva məhkəmə iclasında şahid kimi ifadə verərək təsdiq etmişdir ki, uzun müddət iddiaçı ilə birgə işləmişdir. Onun işdən azad edilməsi gözlənilmədən olduğu üçün əşyaları işdə qalmışdır. Əşyaları götürmək üçün iddiaçıdan icazə almışdır. Həmin vaxt onun yerində işləyən Gülər ondan bəzi əməliyyatları başa salmağı xahiş etmişdir. Gülər ona dəfələrlə işə gəlib ona kömək etməsini yazmışdır. Gülərin ona yazması barədə iddiaçıya deməmişdir. Gülərin yanında oturandan sonra o, çölə çıxıb məlumat verdi.
26. İddiaçı 01 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək məzuniyyətdə olmuşdur.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, Əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yol verdiyi kobud səhvlərə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
28. Əmrin verilməsinə əsas olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı müzakirə edilərək, təqdim edilən xidməti məktuba əsasən Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.
29. Həmkarlar İttifaqı təşkilatının 9 oktyabr 2023-cü il tarixli protokolundan müəyyən olunur ki, iclasın gündəliyində duran məsələ onunla bağlı olmuşdur ki, Aparatın Daxili nəzarət, audit, monitorinq və təhlil departamneti tərəfindən yoxlamalar aparılmışdır. Yoxlamalar çərçivəsinə tibb bacısı Təngiz Əliyevanın işdə çıxarılmasına baxmayaraq, Komissiyanın sədri İddiaçı trəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşa xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasına icazə verildiyi aşkar olunmuşdur. Tibb qeydiyyatçısı Gülər yazılı izahatında T.Əliyevanın işdən çıxdıqdan sonra bir neçə dəfə işə gəldiyini və vətəndaşa xidmət göstərdiyini, Komissiyanın sədrinə məlumat verdiyini düşündüyündən etiraz etmədiyini bildirmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
31. Çünki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Göründüyü kimi işdən azad edilmiş işçi T.Əliyevanın işə gələrək, vətəndaşlara xidmət göstərməkdə onlara yardım etmək məqsədilə göndərişləri yazması iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə əsas olmuşdur.
33. Lakin Agentlik tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddia tələbinə və apellyasiya şikayətinə qarşı verilmiş etirazlarda qeyd etmişdir ki, Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı tərəfindən X3 işdən çıxarılmasına baxmayaraq hüquqi əsas olmadan işə çıxarıldığı, T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi müəyyən edilmiş, qeyd olunan faktlar Ü.Dibırovanın yazılı izahatında etiraf edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" “b” və “d” bəndləri, həmçinin 72ci maddəsinin "e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən olunmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, etirazın dəlilləri əsassızdır. Çünki işdən azad edilmə barədə əmrdə işçi ilə əmək müqaviləsinə Əmək Məcəllənin məhz 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Yəni əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə istinad edilməmişdir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı Əmrinin ləğvi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi təmin olunmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən əmrin verilməsi nəticəsində iddiaçının mənəvi iztirab keçirməsi halı müəyyən olunmur. İddiaçı özü də təsdiq etmişdir ki, onunla işləmək istəmədikləri üçün hətta öz ərizəsi ilə işdən azad edilməsinə razı olmuşdur.
38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı əmr ləğv edilməli, İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2186/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-1959/2023 saylı əmr ləğv edilsin. İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev