Məhkəmə qərarları › İş №2(103)-3637/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3637/2025

10.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3637/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-965/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Nərimanov Rayon Məhkəməsinin 2(005)-965/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair yazılı vəsatət təmin edilməmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-965/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-965/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmişdir.

3. Cavabdeh D.Sevindik tərəfinən apellyaiya şikayəti verilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

7. Mülki işin materiallarından aydındır ki, cavabdeh D.Sevindikin qeydiyyat ünvanı Bakı şəh., Nərimanov ray., X1 küç., ev 7, mənzil 2-dir. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsi icraata qəbul edilərkən aidiyyat qaydalarının kobud surətdə pozulması halını, məhkəmədən aidiyyat qaydalarının pozulması barədə qərardad qəbul edilməsini xahiş etdiyini, məhkəmənin mülki işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinin təmin edilməməsini qeyd etsə də aidiyyət qaydalarını tənzimləyən MPM-in normaları göstərir ki, qanunda bu mübahisənin aidiyyəti ilə bağlı qanunda istisna hal müəyyən edilməmişdir və bu iş üzrə aiddiyət MPM-in 35.1-ci maddəsi ilə tənzimlənir.

8. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

9. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, məhkəmənin qərardadı qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

11. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

12. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

13. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin e-2(005)-965/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar