Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-364/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı1 ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı2 ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 128,2 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı2 həmin mənzilə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən işdə iştirak etməyə cəlb olunmayan, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı2 hüquq iddia etdiyi ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə dair Maraqlı şəxsla Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlandığı, mənzilin dəyərini tam ödəməsi barədə ona kassa mədaxil qəbzi verildiyi, onun Cavabdeh MTK-na qarşı hazırkı iş üzrə iddiaçıların müqavilələrinin ləğvi barədə qaldırdığı iddia tələbinə Səbail Rayon Məhkəməsinin icraatına qəbul olunmaqla həmin məhkəmədə baxıldığı müəyyən olunduğundan, işin icraatı xx.xx.2021-ci il tarixli qərardadla həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda, 21 aprel 2021-ci il tarixli qətnamədən Alexsander Novun vəkili tərəfindən apellyasiya şikayəti verilmiş olduğu bildirilməklə işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan icraat təzələnməli və iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə icraat təzələnsin. Həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən Alexsander Novun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-364/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-364/2022
29.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver