Məhkəmə qərarları › İş №2(103)-3644/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3644/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3644/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən məcburi çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1895/2022 nömrəli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1895/2022 nömrəli qətnaməsinə izah verilərək həmin qətnamənin 30 ildən çoxdur cavabdehlərin istifadəsində olan torpaq sahəsində yerləşən, İddiaçı mülkiyyətində olmayan fərdi yaşayış evindən də çıxarılmanı ehtiva edib-etmədiyi cavabdehlərə bildirilsin. Nəsimi Rayon Məhkəməsi qərara alıb ki, ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə təmin olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(006)-1895/2022 nömrəli qətnaməsi ilə qət olunub ki, cavabdehlər Füzuli Həsənov və Cavabdeh1 İddiaçı mülkiyyətində olan, Nəsimi rayonu, X2 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın, daşınmaz əmlak boşaldılaraq İddiaçı təhvil verilsin. Bu qətnamədə aydın və ya dəqiq olmayan, yaxud ziddiyyətli olan ifadələr və fikirlər qeyd olunmayıb. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 14-cü bəndindən görünür ki, qətnamə aydın olmadıqda, dəqiq olmadıqda və ya ziddiyyətli olduqda ona izah verilir. Ona görə də qətnaməyə izah verilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1895/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar