Məhkəmə qərarları › İş №2(103)-3645/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3645/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3645/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(005)- 2329/2024 nömrəli qərardadından iddiaçının şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İB Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun tutulması barələ qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(005)- 2329/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh Rustamov X2 rayonu, Yenikənd Ə/D, Mürtülü kəndində qeydiyyatdadır.

4. Həmin qərardaddan iddiaçı şikayət verərək ləğv olunmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, İddiaçı İB işin aid olduğu məhkəmələrdən birini seçmək hüququndan istifadə edərək və mübahisənin obyektiv araşdırılmasını da nəzərə alaraq istehlakçının yaşadığı və müqavilənin bağlandığı, həmçinin icra edildiyi yer üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2(005)- 2329/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 41-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşdən göründüyü kimi, hazırkı iş üzrə İddiaçı İB istehsalçı qismində, Cavabdeh isə istehlakçı qismində çıxış edir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Rustamov X2 rayonu, Yenikənd Ə/D, Mürtülü kəndində qeydiyyatdadır.

9. AR MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

10. İddiaçı qeyd olunan maddənin mahiyyətini yanlış anlamaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, AR MPM-nin 36.9-cu maddəsində “istehlakçıların hüquqlarının müdafiəsi” barədə işləri nəzərdə tutur, yəni, Cavabdeh istehlakçı kimi məhkəməyə müraciət etsəydi, bu zaman həmin maddənin tələbi nəzərə alınaraq, həm Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, həm də Kürdəmir Rayon Məhkəməsinə müraciət edə bilərdi. Lakin hazırda məhkəməyə iddia tələbi ilə istehsalçı olan İddiaçı İB müraciət etmiş və AR MPM-nin 35.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırılmalıdır.

11. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(005)- 2329/2024 nömrəli qərardadından İddiaçı İB-nin verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(005)- 2329/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar