Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3651/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1656/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3898/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1656/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39, 45-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, qaytarılması tələb edilən mənzil Bakı şəhəri Xətai rayonunda yerləşir. Belə olan halda işə müstəsna aidiyyət tətbiq edilməklə mənzilin yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddaçı başqasının adına qeydiyyata alınmış əmlakının öz sahibliyinə qaytarmasını iddia edir və ərazi aidiyyətində onun seçim hüququ istisna edilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. 36.13-cü maddəyə əsasən, Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Qeyd edilənlərə əsasən və MPM-in 33-45, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-3651/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3651/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver