Məhkəmə qərarları › İş №2(103)-3651/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3651/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3651/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(003)-258/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07.03.1973-cü il tarixli 105193 saylı orderinə əsasən, Bakı şəhəri, Buzovna qəs, A.Mirzəyev küç, ev 4, mən 22 mənzili atası X6 4 nəfər ailə üzvü ilə birlikdə iş yeri üzrə verilmiş, atasının vəfat etməsi ilə əlaqədar olaraq sözügedən mənzilin icarə müqaviləsi anasının adına rəsmiləşdirilməsinə dair H.Z.Tağıyev adına NQÇİ-nin 01487 16.04.2000-ci il tarixli rəyi verilmişdir. X3 ilə X4 arasında nikah 04.10.2002-ci ildə qeyd edilmiş, birgə nikahdan xx.xx.2003-cü ildə X8 və xx.xx.2005-ci il tarixində X9 adlı övladları doğulmuşdur. 21.01.2008-ci il tarixində X12 ilə X4 arasında nikah pozulmuşdur. 2009-cu ildə X4 ona qarşı qeyd edilən mənzilə istifadə hüququ tanımaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzilin bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət etmiş, Əzizbəyov Rayon Məhkəməsinin 2(003)- 204/2009 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, X5 uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. X2 tərəfindən Qanuni nümayəndə həmin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli 2(0031-627/2019 saylı qətnaməsinə əsasən iddia tam təmin edilmiş, cavabdeh Qanuni nümayəndə mənzilə istifadə hüquqlarına xitam verilmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5272/2020 saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiva şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(003)-627/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda sözügedən mənzil DƏDRX-nin 17.05.2021-ci il tarixli çıxarışı əsasında onun mülkiyyətindədir. X5 uşaqları ilə birlikdə qətnamə güvvəyə mindiyi gündən bu günə qədər sözügedən mənzildə yaşamamışdır. Cavabdehlər evin pasport qeydiyyatından çıxmamaqla bərabər onu əlavə kommunal xərclər ödəmək məcburiyyətində qoymuş və həmin şəxslərin həmin ünvanda formal qeydiyyatda olması onun hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(003)-258/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, hazırki iddianı qaldırmaqda məqsədi cavabdehlərin ona məxsus mənzilə olan qeydiyyatdan çıxarılması olmuşdur, çünki cavabdehlər 2008-ci ildən həmin mənzildə yaşamırlar. 2009-cu ildə məhkəmə qətnaməsi ilə cavabdehlər anaları ilə birlikdə mənzilə köçürülsələr də, heç vaxt gəlib mənzildə yaşamamışlar. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.05.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. 112 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21.08.2021-ci il tarixli 211 nömrəli arayışdan görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-8/2008 nömrəli 21 yanvar 2008-ci il tarixli qətnaməsinə əsasən, X4 ilə X12 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X9 anası X1 himayəsində saxlanılmışdır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 25.06.2009-cu il tarixli qətnaməsinə əsasən X1 uşaqları ilə (hazırki iş üzrə cavabdehlər) birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-627/2019 saylı 12.03.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Qanuni nümayəndə ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 752/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qanuni nümayəndə məxsus əşyaların ünvan 1 ünvanından çıxarılması qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Hazırki iş üzrə cavabdehlər iddiaçının qardaşı uşaqlarıdır. İddiaçının X3 ilə X4 arasında olan nikah pozulduqdan sonra uşaqlar (hazırki iş üzrə cavabdehlər) sonuncunun himayəsində saxlanılmışdır. Əzizbəyov Rayon Məhkəməsinin 25.06.2009-cu il tarixli qətnaməsinə əsasən X1 uşaqları ilə (hazırki iş üzrə cavabdehlər) birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin12.03.2019-cu il tarixli qətnaməsi ilə Qanuni nümayəndə həmin mənzilə istifadə hüququna xitam verilmişdir, həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduğu vaxtdan, hətta məhkəmə qətnaməsi ilə Qanuni nümayəndə mübahisəli mənzilə köçürüldükdən sonra da həmin mənzildə yaşamamışdır. Göründüyü kimi hazırki iş üzrə cavabdehlər analarının (Nərgiz Məhərrrəmova) himayəsində saxlanılmış, onların yaşayış yeri də analarının yaşayış yeri olduğu üçün anaları ilə birlikdə mübahisəli mənzilə köçürülmüşlər, lakin buna baxmayaraq həmin mənzildə 2010-cu il tarixdən yaşamamışlar. Qanuni nümayəndə, yəni hazırki iş üzrə cavabdehlərin analarının istifadə hüququna xitam verildiyi zaman uşaqların da istifadə hüququna xitam verilmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi cavabdehlərin ona məxsus mənzilə olan qeydiyyatdan çıxarılmasından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarında göstərilmişdir ki, «Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.» Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkmələrdə baxılmalı olan iddialar yalnız şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı olan tələblərinə aid olmalıdır. «Yaşayış sahəsindən çıxarılma barədə» iddia o halda verilir ki, şəxs həmin sahə üzrə qeydiyyatdadır və orada yaşayır, lakin istifadə hüququ yoxdur. Bu halda şəxsin istifadə hüququ olmadığı üçün iddia tələbi yalnız onun yaşayış sahəsindən çıxarılması ilə bağlı olur. «Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə» iddia isə o halda verilir ki, şəxs yaşayış sahəsi üzrə qeydiyyatdadır, orada yaşayır və istifadə hüququ vardır. Bu halda istifadə hüququna xitam verilməsi barədə iddianın təmin olunması onun həmin yaşayış sahəsindən və paport qeydiyyatından çıxarılması üçün əsas hesab olunur. Mülkiyyətçinin razılığı ilə və ya hər hansı başqa əsasla (o cümlədən məhkəmə qətnaməsinə əsasən) yaşayış sahəsinə qeydiyyata alınmış şəxsə qarşı iddia yalnız yuxarıda göstərilən hallar mövcud olduğu təqdirdə «Yaşayış sahəsindən çıxarılma» və ya «Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» ilə bağlı qaldırıla bilər. Qeydiyyatda olan, lakin istifadə hüququ olmayan və mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılması mülkiyyətçinin inzibati orqana müraciəti əsasında həyata keçirilməlidir. Beləliklə, formal olaraq yaşayış sahəsi üzrə qeydiyyatda olan, lakin istifadə hüququ olmayan və orada yaşamayan şəxsin pasport qeydiyyatından çıxarılması hər hansı iddia formasında məhkəmə qaydasında həyata keçirilə bilməz. Məhkəmə Kollegiyası bir daha vurğulayır ki, hazırki iş üzrə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqları yoxdur və onlar həmin mənzildə yaşamırlar, ona görə onların həmin mənzil üzrə qeydiyyatdan çıxarılması üçün iddiaçı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(003)-258/2022 saylı qətnaməsi ləğv edilsin və işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, o, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, 4 nömrəli evin 22-ci mənzilinə olan qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti (polis) orqanına müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar