Məhkəmə qərarları › İş №2(103)-3654/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3654/2025

30.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3654/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X10” X16rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh “X10” Publik Hüquqi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X10” X16rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2447/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X10” X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00261 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 PHŞ əmrin ləğvi, işə bərpa, məcburi işi buraxma müddəti üzrə qanunsuz olaraq işdən çıxarıldığı tarixdən bərpa olunacağı tarixədək əmək haqlarının və onun tərkib hissəsi olan bütöv növ ödənişlərin, habelə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s. tələblər üzrə xx.xx.2025-ci il tarixində, 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif 13 yanvar 2025-ci il tarixdə verilmişdir.

2. Əmək müqaviləsinə əsasən İddiaçı X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışır.

3. Əmək müqaviləsinə əsasən İddiaçı ilə “X10” X22n işəgötürəni X11 sədri X7 arasında 16 iyun 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı X5 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən 6 (altı) ay müddətinə bağlanmışdır.

4. xx.xx.2021-ci il tarixli 6/16/2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 1-li razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış 6/16/2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə təyin edilmişdir.

5. xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 3-lü razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X5 Bakı X6 İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

6. xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 2-li razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST vəzifəsinə təyin edilmişdir.

7. xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 4-lü razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST vəzifəsinə təyin edilmişdir.

8. X5 İdarə heyətinin sədri Sadiq Əliyevin X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan İddiaçı 3 dekabr 2024-cü il tarixli xəbərdarlıq bildirişinə əsasən, onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 arasında 16 iyun 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti 16 dekabr 2024-cü il tarixində qurtaracaq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hisssəsində göstərilən qaydaya uyğun olaraq onun əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam veriləcəkdir.

9. X5 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 16 dekabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 16 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh “X10” X16rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 16 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - cavabdeh X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqları və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım xərcləri qismində iddiaçı tərəfindən vəkilə ödənilmiş 350 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 16 iyun 2021-ci il tarixdən cavabdeh X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışmışdır. Onun əmək funksiyaları bilavasitə X5 Nizamnamə funksiyalarının icrası ilə bağlı olmuş və daimi xarakter daşımışdır. Beləliklə, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdikdə cavabdeh qurumun kadr məsələləri üzrə struktur bölməsi tərəfindən ona bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, onlarda əmək müqaviləsinin bu qaydada bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı hüquq bərabərliyinə əsaslanmayan şəraitdə və azad iradəsinə zidd olaraq hazırki işi itirməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Çünki, iddiaçı başa düşürdü ki, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyinə görə stabil iş yeri ilə təmin olunmaq hüququnu qətiyyətlə tələb etmiş olsa idi, işəgötürən tərəfindən ümumiyyətlə işlə təmin olunmayacaqdı. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyribərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən məcburiyyət qarşısında baş vermişdir. Beləliklə, AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3cü hissəsinin tələbinə zidd olaraqcavabdeh tərəflər arasında əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. İddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət etmiş, təklif cavabdeh tərəfindən cavablandırılmamış, Bakı 9 saylı Mediasiya təşkilatının 05 mart 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən 05 mart 2025-ci il tarixdə mediasiya prosesi başa çatmışdır. Bununla da, cavabdeh qurumun demək olar ki, bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq iddiaçıya qarşı işəgötürən tərəfindən ayrı seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik olmuşdur.

12. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı X4 cavabdeh X3rşı “16 dekabr 2024-cü il tarixli 3-17-2/3-4-1784/2024 nömrəli əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” iddia tələbinə münasibətdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(004)- 715/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “X10” X17 İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-2/3-4- 1784/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (tərkib hissəsinə daxil olan ödənilşərlə birlikdə) hesablanaraq ödənilməsi, hüquqi xidmətə görə ödənilmiş 350 manat məbləğində pul vəsaitinin cavabdeh “X10” X21 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Gülnar Babazadə)

14. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının,görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olubolmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, onun əmək müqaviləsinin müddətinin 6 ay olması ilə bağlı razılığı olmamışdır, demək ki onun 6 aylıq müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra 05 mart 2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən, iddia müddəti hazırki halda günlə deyil, 1 aylıq müddətlə müəyyən olunduğundan, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başladığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia ərizəsi AZEMİS vasitəsilə 1 aylıq iddia müddətinin sonuncu günündə - 10 mart 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, hazırki halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4, 45, 46.6, 47, 68.2, 73.1, 83-cü, 84-cü, 296-cı, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 379.1, 379.1.6-cı maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 128.3-cü, 129.3-cü, 129.4-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh “X10” X22 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun əsalandırılmış əlavə olaraq göstərmişdir ki, hazırkı mübahisə üzrə işçinin işdən azad olunduğu 16 dekabr 2024-cü il tarixdən məhkəməyə müraciət etdiyi 11 mart 2025-ci il tarixinədək olan müddət 85 gün olmuşdur. İşə baxan məhkəmə bu məqama nəzər yetirməmiş və pozuntuya yol verərək yanlış qətnamə qəbul etmişdir. Əgər “Mediasiya haqqında” AR Qanununda nəzərdə tutulan müddətin ötürülməsi pozuntu olmasaydı, onda mediasiya prosesinin ümumi müddəti üçün yuxarı hədd müəyyən edilməzdi. Məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 296-cı maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Apellyator tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

27. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı ilə cavabdeh arasında 16 iyun 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı buna etirazını bildirəndə, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir və iddiaçı müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olaraq cavabdeh tərəflər arasında əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda İddiaçı cavabdeh X5 iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 16 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - cavabdeh X5 Bakı X6 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqları və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir, cavabdeh isə iddia müddətini tətbiq edərək, iddianın rədd olunmasını xahiş edir.

28. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

29. Göründüyü kimi, istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

30. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

31. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

32. İş materiallarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla hər dəfə 6 ay olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.

33. Halbuki iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Hazırki halda isə məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır. Bu halda isə müvcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə biməz.

34. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, r. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra 05 mart 2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən də, iddia müddəti hazırki halda günlə deyil, 1 aylıq müddətlə müəyyən olunduğundan, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başladığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia ərizəsi AZEMİS vasitəsilə 1 aylıq iddia müddətinin sonuncu günündə - 10 mart 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, hazırki halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

36. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2447/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar