Məhkəmə qərarları › İş №2(103)-3662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3662/2021

16.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3662/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh X4 və iddiaçının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il tarixinə qədər ona ödənilməli olan hər ay üçün minumum əmək haqqı miqdarında olan əmək haqqı məbləğini cavabdehdən tutaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona ödənilməli oları əmək haqının, hər gecikdirilmiş gün üçün bir faiz miqdarında ödəncin ödənilməsi, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsin ləğv edilərək xx.xx.2020-ci il tarixində X2 Sisteminə əlavə edilmiş, 3 saylı, xx.xx.2020 ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin ona vurduğu maddi zərərə görə 500 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat, mənəvi zərərə görə isə 1000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, məcburi iş buraxmaya görə xx.xx.2020-ci il tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər hər əy üçün müvafiq əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir, müddətsiz əmək müqaviləsinə əsasən Məhəllə maketdə satıcı olaraq işləmişdir. Ona tapşırılan bütün işləri vaxtlıvaxtında icra etməyinə baxmayacaq, 2020-ci ilin yanvar ayından etibarən hal-hazırki günə qədər ödənilməli olan əmək haqqı məbləği ona ödənilməmişdir. Daha sonra tərəfindən, qanunun tələblərinə əsasən xx.xx.2020-ci il tarixində pritenziya qaydasında cavabdehə müraciət edərək ona ödənilməli olan əmək haqqını tələb etsə də, hal-hazırki günə qədər ünvanına heç bir məlumat daxil olmamışdır. Bütün bu olanlara baxmayaraq cavabdeh xx.xx.2020-ci il tarixində, 3-nömrəli, xx.xx.2020- ci il tarixli əmr imzalayaraq ona işdən azad etmişdir. Onun tərəfindən cavabdeh tərəfə göndərilən ərizə cavabdehə, xx.xx.2020-ci il tarixində çatdırılmış, cavabdeh tərəf isə mövcud olan problemin aradan qaldırılması əvəzinə, xx.xx.2020-ci il tarixində, ona işdən azad olunmağına dair 3 nömrəli, xx.xx.2020 ci il tarixli əmr vermiş, müvafiq əmri isə xx.xx.2020-ci il tarixində elektron informasiya sisteminə daxil etmişdir. Bu, bunu bir daha sübüt edir ki, cavabdeh tərəfindən müvafiq əmr xx.xx.2020-ci il tarixində verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən, iş yerinə dair arayış və Sosial arayışdan da açıq aşkar görünür ki, onun əmək müqaviləsi xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olmuş və həmin tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Bundan başqa, İcazələrin Alınması və Monitorinqi Sistemindən əldə edilən arayışdan da açığ-aşkar görünür ki, Pandemiya ilə əlaqədar olaraq "Ciddi Karantin dövründə" də işəgötürən tərəfindən, onun işə gedib-gəlməyinin təmin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər, yuxarıda qeyd edilən Sistemdən yəni (Portaldan) arayış alınmışdır. Bundan əlavə, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək onu işdən azad etmişdir. Halbuki onun tərəfindən cavabdehə yəni hal-hazırki günə qədər işdən çıxarılmağına dair heç bir ərizə təqdim edilməmişdir. Bütün bu olanlara baxmayaraq cavandeh onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Aşağıda qeyd edilən əsaslarla görə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, cavabdeh tərəfindən ona ödənilməli olan lakin ödənilməyən əmək haqqı məbləği, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən, iş yerinə dair arayış və Sosial arayışdan da açıq aşkar görünür ki, onun əmək müqaviləsi xx.xx.2020 ci il tarixinə qədər qüvvədə olmuş və həmin tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Bundan başqa, İcazələrin Alınması və Monitorinqi Sistemindən əldə edilən arayışdan da açığ aşkar görünür ki, Pandemiya ilə əlaqədar olaraq "Ciddi Karantin dövründə" də işəgötürən tərəfindən, onun işə gedib-gəlməyinin təmin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər, yuxarıda qeyd edilən Sistemdən yəni (Portaldan) arayış alınmışdır. Bundan əlavə, işəgötürən (cavabdeh) iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək işdən azad etmişdir. Halbuki onun tərəfindən cavabdehə yəni (işəgötürənə) hal hazırki günə qədər işdən çıxarılmağına dair heç bir ərizə təqdim edilməmişdir. Bütün bu olanlara baxmayaraq cavandeh onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Aşağıda qeyd edilən əsaslarla görə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3-saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməyən əmək haqqı məbləği, məcburi işburaxmaya görə əmək haqqı və ona dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ödənilməklə o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixində X2 Sisteminə əlavə edilmiş 03 saylı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, və İddiaçı “Məhəllə market”-də satıcı vəzifəsində işə bərpa olunması cavabdeh X1 üzərinə vəzifə kimi qoyulması, iddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə iddiaçının nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli, 2(005)-3713/2020 saylı Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3713/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar