Məhkəmə qərarları › İş №2(103)-3663/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3663/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3663/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə "xxxx" QSC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC (bank) Cavabdeh qarşı iddia ərizəsi (kiçik mübahisələrə dair iddia ərizəsi) ilə 18.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 186,76 manat maddi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsi iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçı bankın iddia tələbi üzrə irəli sürdüyü hala görə, bankla "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli "xxxx"yə əsasən MMC, kreditlərdən yaranan borcların alınması üçün hüququ xidmətlər göstərməyi, bank isə bunun əvəzində bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdələrinə götürmüş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 1295,19 manatın bankın xeyrinə tutulması qət edilmiş, MMC tərəfindən Cavabdeh borcundan 25.11.2021-ci il tarixdə 50 manat, 11.12.2021-ci il tarixdə 588,21 manat, 29.12.2021-ci il tarixdə 606,98 manat ödətdirilmiş, beləliklə bankın MMC-nə 186,76 manat xidmət haqqı borcu yaranmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, cavabdehdən 1295,19 manatın bankın xeyrinə tutulması barədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir və “İcra haqqında” Qanunun müddəalarına uyğun şəkildə icra edilməli olduğundan iddia təmin olunmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı bank, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsinin icraya yönəldilməsindən sonra Cavabdeh ödədiyi məbləğlərin məhz "xxxx" MMC-nin fəaliyyəti nəticəsində ödənildiyinə, ümumiyyətl adı çəkilən MMC-nin həmin iş üzrə bankı təmsil etmiş olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı bankın cavabdehdən tələb etdiyi pul, mahiyyət etibarilə məhkəmə xərci olmaqla göstərdiyi yardıma görə nümayəndəyə ödənilməli xərc kateqoriyasına aiddir; Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1739/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar