Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3666/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4978/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürmə, mənzildən istifadə hüququnun tanınması və şəxsi əmlaklar” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx xxxxxx 2012 - ci ildə Bakışəhər sakini Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olub ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx xxxxxx 2013-cü il tarixdə Əsnad, xx xxxxxxx 2015 - ci ildə Zəhra adlı uşaqları doğulmuşdur. Cavabdeh1 və onun valideynləri ona el adəti ilə toy edib Cavabdeh1 atası Elçin Rzayevə məxsus Bakı şəhəri Səbail rayonu 1-ci Maqmayev döngəsində yerləşən evə gəlin aparmışlar. Həmin evdə bir müddət yaşadıqdan sonra onlar həmin evi satıb, özlərinə ünvan 1 ünvanında bir mərtəbəli, iki otaqlı, bir zalı, mətbəxi, həyətdə hamamı və tualeti olan və ondan əlavə ayrıca bir otaqlı bir mənzili də olan cəmi 110 kv.m bir ev aldılar. Onlar ailəlikcə həmin evə köçdülər və orada yaşamağa başladılar. Uşaqları da Bakı şəhəri Səbail rayonunda anadan olmuşlar. Onun və uşaqlarının adı da Bakı şəhəri Xətai rayonu Babək prospekti, Nazim Şirinov küçəsi ev 2\1 D saylı evin ev kitabında ailə üzvü kimi vardır. O, öz ailəüzüvləri ilə 2019- cu ilin fevral ayına kimi öz uşaqları ilə birlikdə həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. 2019- cu ilin fevral ayında əri Cavabdeh1 onu incitdiyi üçün, onu döyüb təhqir etdiyinə görə, uşaqlarını da götürüb məcburiyyət qarşısında yaşadığı evdən çıxmış, məcburən atasının evinə qayıtmışdır və onların hal – hazırda yaşamağa yerləri yoxdur. O, öz uşaqları ilə birlikdə atasıgildə yaşayır. Atasının evi çox dardır və o, iki uşaqla birlikdə həmin evdə yaşamaqda çətinlik çəkir, eyni zamanda həmin evdə yaşayanlar üçün dəçətinliklər törədir. Çünki həmin evdə atasının ailəsindən başqaqardaşının da ailəsi yaşayır. İddiaçı göstərilənləri nəzərə alaraq, yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 2 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürüb, həmin mənzildən istifadə hüququnun tanınması və iddia ərizəsində göstərdiyi şəxsi əmlaklarının və ya onların dəyəri olaraq 15440 (on beş min dörd yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4978/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı“mənzilə köçürmə, mənzildən istifadə hüququnun tanınması və şəxsi əmlaklar” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 44 adda əşya (Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmiş) alınaraq iddiaçıya verilməsi, İddiaçı yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin 3-cü səhifəsinin 4 cü abzasında qeyd edir ki,sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildivi və ya hədiyyə edildiyini, həmçinin tələb olunan qızıl zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu və hal hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Həmin qızıl zinət əşvalarınm ona toy zamanı hədiyyə edildiini və onların mövcud olduğu barədə məhkəməyə sübut təqdim etmişlər. Beləki, toy zamanı çəkilən fotoşəkillər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin şəkillərdə qızıl zinət əşyalarının mövcud olması və onların həqiqətən iddiaçıya hədiyyə edilməsi öz əksini tapır. Qaldı ki, həmin qızılların göstərilən dəyərdə olması, bu barədə məhkəməya mütəxəsis rəyi və ya ekspert rəyi almalı idi. Lakin məhkəmə məhkəmə iclasında bu xüsusatı ümumiyyətlə araşdırmamış,onlardan hər-hansı bir sübut tələb etməmişdir. Məhkəmə MPM -9- cu maddəsinin tələblərini pozaraq çəkişmə prosesini təmin etməmiş, qarşı tərəfdə olan sübutları tələb etməmiş və öz mülazəsini qurmaq üçün həmin sübutları onlara təqdim etməmişdir. Məhkəmə öz qulluq mövqeyindən istifadə etməklə qətnamə çıxarmışdır. Qaldı ki, həmin əşvaların cavabdehlərin sahiblivində qalması məsələsi, buna məhkəmə iddiaçının həmin evi hansı şəraitdə tərk etməsi halını müəyyən elməklə qiymət verməli idi. Cavabdehlər iddiaçını həmin mənzildə yaşaması üçün dözülməz şərait yaratmış, onu döyüb, təhqir elmiş və həmin evdən getməsini tələb elmişlər. Beləki, iddiaçı evi tərk edərkən öz şəxsi əmlaklarını və hətta paltarların da götürə bilməmişdir. Bütün bunları Onlara məhkəmə iclası zamanı bildirmişlər və bu hallara dair məhkəməyə kifayət qədər sübutlar təqdim etmişlər. Qızılların mövcudluğu barədə fotoşəkilləri təkrarən məhkəməyə təqdim edirlər, uzun müddət məhkəmə iclasları olmasına baxmayaraq, məhkəmə iclası keçirilməmiş, hər hansı bir araşdırma apanlmadan məhkəmə iclasları təxirə salınmış və nəticədə belə bir qərar qəbul olunmuşdur ki, guya iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Həmin sübutların təqdim olunması üçün məhkəmə iclası olmalı idi və onlar məhkəmə iclaslarında həmin xiisusatları araşdırıb tədqiq etməli idilər. Daha sonra qətnamənin 3-cü səhfəsinin 5-ci abzasında qeyd edilir ki, “iddiaçı iddia ərizəsində qeyd edilmiş əşyaların hamsının mövudluğu və cavabdehin mülkiyyətində olan mənzildə qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunur ki, cavabdehlərin sahibliyində olan mənzildə cavabdehin 44 adda əşyası aşkar edilmiş və üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qızıl-zinət əşyaları da həmin mənzildə qalmışdır, lakin onlar yüngül olduqları üçün, cavabdehlər onları götürmüş və gizləmişlər. Belə olan halda məhkəmə bu hallara hüquqi qiymət verilməli və onları lazımi qaydada qiymətləndirməli idi. Lakin məhkəmə özünə əziyyət verməmək üçün, bu xüsusatları araşdırmamış, obyektiv həqiqətə nail olmaq üçün tərəflərdən sübut tələb etmədən nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin 4-cü səhifəsinin 3-cü abzasında qeyd edir ki, “Məhkəmə belə qənaətə gəlir ki, iddiçının uşaqları ilə kömək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasında mane olma) qanunsuz olduğundan iddiaçının yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 4 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə qeyd edilənlərə əsaslanaraq mübahisəli tikili özbaşına tikili olduğu üçün həmin tikiliyə istifadə hüququnun tanınması tələbini əsaslı hesab etmir. Həmin qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edərək iddia tələblərinin qismən, yəni yalnız “cavabdeh X10 və Cavabdeh2 İddiaçı məxsus 44 adda əşyaların (Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmiş) alınaraq iddiaçıya verilməsi” hissəsində təmin edilməsi, qalan hissədə isə iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin “İddiaçı yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Nazim Şükürov küçəsi, 2\1D ünvanında yerləşən X10 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi” hissəsində təmin edərkən mülki qanunvericiliyin müvafiq normalarının tələblərini pozaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edirəm ki, həmin qətnamə ləğv edilərək iddia tələblərinin qeyd olunan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin normalarını pozmaqla çıxarılmışdır. Məhkəmənin istinad etdiyi icra məmurunun aktında hər hansı anlaşılmazlıq olmasa da, qanunun tələbinə uyğun tərtib olunmamışdır. Məhkəmə iddianı təmin etmədiyi hissədə yalnız həmin akta istinad etmiş və tərəflərin verdiyi sübutlara qiymət verməmişdir. İddiaçı həm fotoşəkilləri təqdim etmiş və izahat vermiş, cavabdeh isə bunun əksinə dair sübut təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, xanım iki körpə ilə birlikdə evdən çıxmışdır. Xanım evdən qovulmuş və uşağı ondan alınacağı qorxusu ilə çıxmış və evdən gedərkən heç bir qızıl-zinət əşyasını götürməmişdir. Həmin vaxt qızılları düşunəcək vəziyyətdə olmamış və yalnız uşaqları götürüb evdən çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunmayan hissəsi və iddia tələbinin mənzilə köçürülməsinin təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı iddia tələbinin təmin olunmayan hissəsində, cavabdeh iddia tələbinin mənzilə köçürülməsinin təmin olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4978/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 684081 nömrəli doğum haqqın da şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxxx 2015-ci il tarixində anadan olmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 020120 nömrəli doğum haqqın da şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2013-cü il tarixində anadan olmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********00 saylı məktubunun surətindən aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Nazim Şükürov küçəsi, 2/1 D saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu ildə tərtib olunmuş aktın surətindən məlum olur ki, icra sənədi üzrə ünvan 6 ünvanında yerləşən əmlaklara baxış keçirilmiş və 44 saydan ibarət əmlaklar siyahıya alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsi təsbit edir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadəşeyləri (geyim, ayaqqabı və s.) nikah zamanıər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması” hissəsinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, həmçinin tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. İddiaçı iddia ərizəsində qeyd edilmiş əşyaların hamısının mövcudluğu və cavabdehin mülkiyyətində olan mənzildə qalması ilə bağlı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının qeyd etdiyini əksinə olaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda iddiaçının iddia ərizəsində qeyd etdiyi əşyalardan 44 əşya aşkar edilmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinin tikiliyə istifadə hüququnun tanınması ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilmiş tikinti kateqoriyasına aiddir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ev nə qədər özbaşına tikilmiş tikinti statusuna malikdirsə, qətnamə ilə istifadə hüququnun tanınması əsaslı sayıla bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri sübut olunmadığından əsassızdır və təmin oluna bilməz. İddia tələbinin “iddiaçının yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürüb, həmin mənzildən istifadə hüququnun tanınması” hissəsi ilə bağlı məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin hissədə iddi tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, ünvan 3 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzil özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1 maddəsinə əsasən lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tərəflərin birinci instansiya məhkəməsində vermiş olduqları izahatlarından müəyyən edilir ki, mübahisəli tikili iddiaçı ilə cavabdehlərin yaşayış yeridir. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilmiş normaların təhlilindən müəyyən edilir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən X6 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi ədalətli olmaqla yanaşı yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğundur. Cavabdehlər iddiaçını və onun uşaqlarını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Belə ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyildir. Qeyd olunun mövqeyin əksi iddiaçının hüquqlarını pozmaqla yanaşı qanunun bərabərlik prinsipinin kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirən hissələrdə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4978/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4978/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov