Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3666/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs X8 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3666/2023 (Açar sözlər: əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, üçüncü şəxs X8 Xidmətinin Bakı şəhəri idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs X8 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı “əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(011)- 1141/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMM ilə bağlanmış əmək müqaviləsinə əsasən həmin MMMdə satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMM-nin 10 mart 2021-ci il tarixli, İR-X 006/03-21 nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən həmin MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsindən öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 mart 2021-ci il tarixdən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə və üçüncü şəxs X8 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı əmrin ləğvi və müvafiq olaraq əmək kitabçasına dəyişiklik edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 13 fevral 2019-cu il tarixində Cavabdeh MMM-də satınalmalar üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Müəssisənin direktorunun təqdim etdiyi məlumatlara əsasən həmin vaxtı müəssisədə işlədiyi şöbə və şöbə müdiri olmadığı üçün birbaşa direktorun tabeliyində işləmişdir. İşlədiyi müddətdə direktor Rahib Məmmədov dəfələrlə onun şəxsi maraqları çərçivəsində satınalma işlərini icra etməyini tələb etmişdir. O, isə hər dəfəsində buna etiraz etmiş və direktora yalnız qanunla müəyyən edilmiş vəzifə öhdəliklərini yerinə yetirəcəyini bildirmişdir. Onun icra etdiyi iş və fəaliyyəti direktorun öz qanunsuz əməllərini həyata keçirməsini əngəllədiyindən artıq 10 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi rəhbər tutularaq, onun öz əmək funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyi bəhanə edilərək, heç bir qanuni əsas olmadan çalışdığı vəzifədən azad edilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi dövrdə həmişə işinə məsuliyyətlə yanaşmış və icra etdiyi işlərdə hər hansı bir nöqsan aşkar edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Müraciətinə X8 Xidmətinin Bakı şəhər ərazi idarəsində baxılmışdır. İdarənin **********37 saylı, 30 avqust 2022-ci il tarixli məktubu ilə ona məlumat verilmişdir ki, müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi öz təsdiqini tapmış və nəticədə müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məktubdan da göründüyü kimi qeyd etdiyi hallar tamamilə həqiqəti əks etdirir və onun nəinki Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndi ilə, ümumiyyətlə işdən çıxarılması əsaslı deyildir. Lakin görünür ki, onun işlədiyi müddətdə yalnız qanunvericiliyin tələbi ilə işləməyi müəssisənin direktorunun öz qanunsuz əməllərinə böyük maneə yaratmış, bu səbəbdən də, başqa sözlə ondan qisas almaq məqsədi güdərək ağır maddə ilə onu işdən çıxarmışdır. Qeyd olunan səbəbdən 2022-ci ilin avqust ayına qədər, yəni bir ildən çox müddət ərzində işsiz qalmış, belə ki, işlə bağlı hara yaxınlaşsa da, təcrübə və bacarığı əsas tutularaq elan edilmiş vakansiyaya uyğun görülsə də, əmək kitabçasında qeyd olunan maddəni gördükdə onu işə götürməkdən imtina edirdilər və bu hal davam etməkdədir. Odur ki, 10 mart 2021-ci il tarixli İR-X0006/03-2 saylı əmrin ləğv edilməsi və əmək kitabçasında bununla bağlı müvafiq dəyişikliyin edilməsi öhdəliyinin Cavabdeh MMM-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə baxış iclasında Cavabdeh MMM-nin nümayəndəsi X9 irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı ilə 14 fevral 2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. O, Cavabdeh MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək haqqısı 823 manat təşkil etmişdir. O cümlədən iddiaçı ilə 05 iyun 2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Onunla bağlanmış əmək müqaviləsinin 3-cü bəndinə əsasən onun vəzifəsi bazarı tədqiq etmək, malın alınma üsulunu və siyasətini işləyib hazırlamaq, işin nəticəsini idarə etmək sistemini işləyib hazırlamaq, alış üçün sifariş formalarını doldurmaq, alış mənbələrini müəyyən etmək, malın dəyər və zədələnməsini müəyyən etmək üçün baxış keçirmək, daimi təchizatçılarla korporativ münasibət saxlamaq, cari fəaliyyət barədə hesabat aparmaq, material və istifadə tendensiyalarını izləmək, müqavilələr bağlamaq, xammal material və avadanlığın təchizi üçün sifarişi açmaq, gəlir və xərclərin analizi metodlarını istifadə etmək və danışıqlar aparmaq texnologiyasından istifadə etmək olmuşdur. Dəfələrlə iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq, işinə səhlənkarlıqla yanaşmışdır. Bununla bağlı şirkətə dəfələrlə maddi ziyan dəymişdir. Belə ki, sonuncu dəfə, yəni 10 mart 2022-ci il tarixində müəssisənin daxili nizam intizam qaydalrına tabe olmamış, əmək funkiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhəri Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir. Göstərilən əsaslarla o, əmək məcəlləsinin tələblərinə müvafiq qaydada işdən çıxarılmışdır. Bundan əlavə iddiaçının əmək müqaviləsinə 10 mart 2021-ci il tarixli əmrlə xitam verilmiş, lakin mediasiyaya 04 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı fərdi əmək mübahisələrinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1141/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia ərizəsi təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 72, 296.2, 296.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, qətnamədə iddia müddəti ilə bağh AR Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa Məhkəməsinin nümunə qərarlarına yer verilmişdir. Lakin iş materiallarında olar iddiaçının iddia ərizəsində qeyd edilmiş və sonradan 2(011)-1141/2023 saylı iş üzrə Məhkəmənin xx.xx.2023-cü il tarixi baxış iclasında iddiasının daha aydın ifadə olunması məqsədilə özünün dəqiqləşdirdiyi iddia tələbində göründüyü kimi iddiaçı Məhkəmədən sadəcə cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğvinin və əmək kitabçasında qanunauyğun müvafiq dəyişikliklərin (düzəlişlərin) edilməsilə işə bərpa olunmasının təmin olunmasını xahiş etmişdir. Və bu işın baxılması və iddianın qanunlara uyğun təmin edilməsi üçün zəruri olan bütün sübutlar - İR-X 006/03-21 saylı və xx.xx.2021-ci il tarixli əmək müqavilsin: xitam verilməsi barədə əmr və ona əsas olaraq göstərilmiş daxili nizam intizam qaydalarını pozmaqla bağh xx.xx.2021-ci il tarixli akt imza və möhürlə təsdiqlənmiş halda bilavasitə cavabdeh tərəfindən birinci instansiya Məhkəməsinə təqdim edilmiş və iş materiallarında mövcuddur. Yəni bu sənədlərlə cavabdeh bilavasitə özü yol verdiyi qanun pozuntularmı etiraf etmişdir. Çünkü Məhkəmənin işə baxdığı 2023-cü ildə olduğu kimi işçinin əmək müqaviləsinə xitam verildiyi 2021-ci ildə də həmçinm işçinin işə qəbul olunduğu 2019-cu ildə də AR Əmək Məcəlləsi var idi və 2021-ci ildə həmin Məcəllənin müvafiq maddələrində əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydaları və xitam verilməsi zamanı işəgötürəndən tələb olunan zəruri təbəblər qeyd edilmişdi. Beləliklə, cavabdeh 2021-ci ildə şçinin əmək müqaviləsinə xitam verərkən AR Əmək Məcəlləsinin müvafiq maddələrini (AR ƏM 70 (c),
83. 1, 83.2, 71.2, 71.3) kobud şəkildə pozmuşdur. Bi qanun pozuntusunun AR Əmək Məcəlləsinə əsasən sübut və ya aşkar edilməsi üçün zəruri olan dəlillər materiallarında olan sözügedən əmr və aktdır. Əlavə olaraq sözügedən iş üzrə AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin nümayəndəsi bu İdarənin işəgötürən haqqında MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanunauyğun olduğunu təsdiqləyən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 69/2023 saylı qərarımın surətini də Məhkəməyə təqdim etmişdir. Bu səbəblərdən hesab edirəm ki, yuxarıda qeyd olunmuş hallar araşdırılmadığı və qətnamədə nəzərə alınmadığı üçün iddia təbbinin təmin edilməməsi qeyri obyektivdir və əsassızdur. Sözügedən qətnamədə AR ƏM 296-ci maddəsinin 2 və 3-cü hissələri, iş materialında olan cavabdehin ərizəsində qeyd olunmuş iddia müddətinin tətbiq tələbi və AR Mülki Məcəlləsinin (MM) 375-ci maddəsinin 2-ci hissəsi əsas göstərilərək iddia tələbi, iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin cavabdeh tərəfindən qərəzli olaraq iddiaçıya təqdim edilmədiyinin iş materiallarında olan onun iddia arizəsində qeyd olunmasına və həmçinin 2(011)-1141/2023 saylı iş üzrə birinci instansiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçının bilavasitə şifahi olaraq xatırlatmasma baxmayaraq bu hal araşdırılmamış və Qətnamədə nəzərə alınmamışdır. Belə ki, cavabdeh (müəssisə direktoru) bilərək əmrin surətini nə bilavasitə işçiyə təqdim etməyərək, nə də poçtla göndərməyərək AR ƏM 83-cü maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə AR ƏM 296-ci maddəsmin 3-cü hissəsinə əsasən iddiaçı hansı hüquqlarının pozulduğunu təyin edə bilmədiyi üçün, yəni işçinin hüququnun pozulmasının aşkar edildiyi günün təyin edilməsi üçün zəruri olan tələblər təmin edilmədiyi üçün iddiaçı həmin maddənin 2-ci hissəsini şərtlərinə əsasən tələb olunan bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməmişdir. Çünkü iddiaçı (işçi) əmrin surətını yalnız 02 Fevral 2023-cü il tarixində cavabdehn birinci instansiya Məhkəməsinə təqdim etdikdən və həmin tarixdə də elektron məhkəmə sistemmə yükləndikdən sonra iş materiallarından əldə edə bilmişdir. AR MM 377-ci maddəsmın 1-ci hissəsində bildirilir ki, "İddia müddətinin axımı şaxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir" Bu səbəbdən hesab edirəm ki, iddia müddətinin ötürülmədiyini sübut edən yuxarıdakı hallar və sübutlar birinci instansiya Məhkəməs tərəfindən araşdırılmadan iddia müddətinin axımının əmək müqaviləsinə xitam verildiyi gün başlandığı qəbul edilərək və cavabdehin öz ərizəsində əsassız və yalan iddialarla iddia təbbinin rədd edilməsi üçün AR ƏM 296-ci maddəsinm 2 və 3-cü hissələrinə əsaslanaraq Məhkəmədən iddia müddətinin tətbiqi təbəbi nəzər:alınaraq iddiaçımın iddia tələbinin təmin edilməməsi qanuna ziddir AR ƏM 83-cü maddəsininin 2-ci hissəsində bildirilir ki, "Əmək müqaviləsinə xitam verilmasi barada işəgötürənin amri (sarəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu amrin surati, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir" Həmin Məcəllənin 294-cü maddəsminin 1-ci hissəsində bildirilir ki, "Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır" Yenə həmin Məcəllənin 296-cı maddəsininin 2 və 3-cü hissələrində bildirilir ki, "2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi amak mübahisəsinin hall edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 taqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qararın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, hamçinin amak müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tarafindən müvafiq qaydada sanadləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür".
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı - 9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, işdən azad olunan gün ona əmək kitabçası təqdim edilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunduğunu bilmiş, lakin əmrin sürəti ona verilməmişdir. Bir il yarım iş axtarırmış, lakin çıxarılan maddəyə görə işə düzələ bilməmiş, X6 gec müraciət etməyinin səbəbi işdən azad olunduğu müvafiq maddənin ona iş tapmaqda maneə törədəcəyini bilməməsi olmuşdur.
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının onlara müraciəti xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi əmrinin araşdırılması zamanı məlum olmuşdur ki, işçinin əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi əmri əsaslandırılmayıb. Qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
13. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
14. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
15. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. Belə ki, iş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Cavabdeh MMM-nə satınalmalaq üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur və xx.xx.2021-ci il tarixli İR-X006/03-21 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, onun Cavabdeh MMM-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır və araşdırmaya əsasən Cavabdeh MMM-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.
27. Cavabdeh MM tərəfindən xx.xx.2021-ci il tarixli daxili nizam intizam qaydalarını pozmaqla bağlı aktdan görünür ki, Satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixində, müəssisənin daxili nizam intizam qaydalarına tabe olmamış, iş funksiyasını və əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhər Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir.
28. Cavabdeh MMM tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, İR-X 006/03-21 nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müəssisənin satınalmalar üzrə baş mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən 10 mart 2021-ci il tarixdən xitam verilməsi əmr edilmiş, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona aşağıdakı təminatların ödənilməsi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 62 gün əmək məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsi Mühasibatlıq şöbəsinə həvalə edilmiş, işçinin aldığı əmək haqqı gross olaraq 991 manat hesablanmışdır.
29. 05 iyun 2020-cı il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, işə götürən Fayton LTD” MMM-nin rəhbəri X7 ilə işçi İddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
30. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(009)- 1605/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Cavabdeh MMM-nin direktoru X4 şikayətinə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilərək, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-69/2023 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 05 sentyabr 2022-ci il tarixli qərarından X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayətə baxılaraq, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 sentyabr 2022- ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(009)-1605/2022 saylı qərarı ləğv edilmişdir
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı əmək kitabçasını əmrin verildiyi gün, yəni 10 mart 2021-ci il tarixdə almışdır. Apellyasiya instansiyası zamanı verilmiş suala cavab olraq da bildirmişdir ki, əmək kitabçasını 10 mart 2021-ci il tarixdə almış və baxanda ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad oldunduğunu görmüşdür. İddiaçı isə təxminən 1 il, 9 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
33. Bu baxımdan kollegiya hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin iddia müddətinin keçməməsi ilə bağlı dəlili müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq digər dəlillərə bu kontekstdə qiymət verilməlidir.
34. İddiaçı iddia müddətini ötürməmiş olmasını işdən çıxarılması barədə əmrdən xəbərdar olmaması ilə əsaslandırsa da, kollegiya onun bu arqumentini əsaslı hesab etmir. Çünki, mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının işdən azad olunuduğu gün ona əmək kitabçası təqdim olunmuşdur. Bununla da işdən azad edilməsi səbəblərinin 1 il 9 ay ərzində iddiaçıya məlum olmaması və onun bununla bağlı məlumat əldə etməmiş olduğu təkzib olunur.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia müddətini ötürməmiş olması barədə apellyasiya şikayətində iddiaçının irəli sürdüyü mülahizələr əsaslı deyildir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Bu qənaətə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
37. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
40. Ümumiyyətlə qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
41. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
42. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi qənaət çərçivəsində kollegiya, onun irəli sürdüyü digər dəlillərlə bağlı araşdırma aparmağı zəruri hesab etmir və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1141/2023 saylı iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova