Məhkəmə qərarları › İş №2(103)-3667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3667/2022

01.06.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3667/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsi X7, Maraqlı şəxs nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakları ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7079/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 26572,86 manat məbləğində vergi borcunun təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx.xx.1987-ci il, doğulduğu yer – Azərbaycan, Bakı şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yerinə yetirmədikləri üçün 02.08.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə 20764,58 manat məbləğində (o cümlədən vergilər üzrə 19359,58 manat, faizlər üzrə 1405 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə 5808,28 manat məbləğində (o cümlədən vergilər üzrə 5393,67 manat, faizlər üzrə 414,61 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Məcəlləsinin 65-ci maddəsinə əsasən 31.05.2018-ci il tarixli **********752400 nömrəli, 25.06.2018-ci il tarixli **********653000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7079/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04.03.2019-cu il tarixdə təsisçi qərarı əsasında cavabdeh direktor vəzifəsindən azad edilmiş və X2 "xxxx" MMC və "xxxx" MMC-nin direktoru təyin edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsi hər iki müəssisənin rəhbəri olan X1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş və Lənkəran rayon məhkəməsinin 21.05.2019-cu il tarixli 2(049)-1647/2019 saylı qətnaməsi ilə X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan başqa, "xxxx" MMC və "xxxx" MMC-nin əvvəlki direktoru Maraqlı şəxs hal-hazırda həmin müəssisələrdə hər hansı bir vəzifə tutmur və sözügedən müəssisələrə heç bir təsir imkanı yoxdur. Belə olan halda, Maraqlı şəxs "xxxx" MMC və "xxxx" MMC-nin vergi borcuna görə məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, yaranmış borc 2018-ci ilə qədər olan dövrü əhatə etsə belə Maraqlı şəxs "xxxx" MMC və "xxxx" MMC-dən 2019-cu ildə rəhbər vəzifədən çıxmışdır, həmin ildən etibarən də rəhbər F.Hüseynova olmuşdur. Bununla belə F.Hüseynova qarşı vergi idarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi olmuş və həmin ərizə də təmin edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsnin qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, maraqlı şəxsə bildiriş göndərilsə də yaranmış borc məbləğlərini ödəməmişdir, bundan sonra da hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, hazırki vaxta qədər maraqlı şəxs tərəfindən vergi borcuna dair hər hansı ödəniş olmadığından apelyasiya şikayəöti təmin edilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN: **********) Şəxsi hesab vərəqəsinin surətinə əsasən fəaliyyəti digər qruplara daxil edilməyən sair fərdi xidmətlərinin göstərilməsindən ibarətdir. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN: **********) Şəxsi hesab vərəqəsinin surətinə əsasən fəaliyyəti digər qruplara daxil edilməyən sair fərdi xidmətlərinin göstərilməsindən ibarətdir. İş materiallarında olan Hüquqi şəxs barədə məlumata əsasən Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir və ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Hüquqi şəxs barədə məlumata əsasən Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir və ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi borclarının məcburi alınması idarəsi tərəfindən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ünvanlandırılmış 31.05.2018-ci il tarixli bildirişə əsasən maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcu və həmin borcun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirləri görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi borclarının məcburi alınması idarəsi tərəfindən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ünvanlandırılmış 25.06.2018-ci il tarixli bildirişə əsasən maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcu və həmin borcun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirləri görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış vergilər üzrə borcların ödənilməsini təmin etmək üçün ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə isə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi hazırki iş üzrə vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırki iş üzrə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsinin ərizəsinin əsaslı olmaqla təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, maraqlı şəxs tərəfindən borcun yaranma əsasları mübahisələndirilməmiş, dəlillər ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin və "xxxx" MMCnin rəhbəri 04 mart 2019-cu il tarixdən başqa şəxsdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, X2 "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri kimi 04.03.2019-cu il tarixdə qeydə alınmışdır, halbuki "xxxx" MMC-nin 31 may 2018-ci il tarixə, "xxxx" MMC-nin isə 25 iyun 2018-ci il tarixə yaranmış vergi borcuna görə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergi İdarəsi hazırki ərizə ilə məhkəməyə müraciət etmiş, həmin dövrdə isə hər iki MMC-nin icra orqanının rəhbəri məhz Maraqlı şəxs olmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəaları, vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və əgər vergi ödəyicisinin heç bir mötəbər sübuta əsaslanmayan arqumentləri əsas götürülərək müvafiq ərizələr təmin edilməzsə, belə halda həmin məqsədə nail olunması faktiki olaraq mümkünsüz olacaqdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə görə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Bu isə o deməkdir ki, Maraqlı şəxs qeyd etdiyi arqumentləri təsdiq edəcək sübutlarla vergi orqanına müraciət edə və həmin sübutların həqiqiliyi aşkar edilərsə, barəsində tətbiq olunan məhdudiyyətin götürülməsinə nail ola bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7079/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar